Məhkəmə qərarları › İş №2(102)-1539/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1539/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1539/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MənzilTikinti Kooperativinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əşyaların qaytarılması, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 7429/2022 saylı mülki iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməs indən İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" MTK-nın cavabdehlər X5, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, AK. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 say lı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X2 və digər cavabdehlər X6, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat, iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu i l tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. 5. 21 yanvar 2020-ci il tarixli aktdan görünür ki, icra tədbirləri həyata keçirmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil tam boşaldılaraq tələbkar "xxxx" Mənzil-Tikinti Kooperativinə təhvil verilmişdir. Digər mənzil isə, yəni ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil borclular və tələbkar arasında mübahisədən sonra borcluların müraciəti nəzərə alınaraq xx.xx.2020-ci il tarixə icra hərəkətləri t əxirə salınmışdır. Borclular həmin tarixə mənzili könüllü qaydada boşaltmadığı təqdirdə məcburi qaydada icra ediləcəyi barədə xəbərdarlıq edilmişlər. Mənzilə baxış keçirilən zaman mənzildə qiymətli kağızlar və qiymətli ziynət əşyaları aşkar edilməmişdir. İcra sənədinin icrası xx.xx.2020-ci il tarixə təxirə salınmış, tərəflər arasında razılıq əldə olunmadığından icra hərəkətləri dayandırılmışdır. Mənzildən məişət əşyaları (pianino, şkaf, stol, stul, və digər ev əşyaları, kitablar, paltarlar, numermatik kolleksiya) borclulara təhvil verilmişdir.

6. İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, "xxxx" MTK-nın xx.xx.2020-ci il nömrəli məktubuna əsasən ünvanın giriş qapısının olmamasını nəzərə alaraq mənzildə olan əşyaların oğurlanmasının qarşısını alma q məqsədi ilə həmin əmlaklar tərəfimizdən boşaldılaraq mühafizə olunan qeyri-yaşayış sahəsinə yerləşdirilmişdir və həmin mənzil boş olduğunu bildirmişdilər. İcra tədbirlərini həyata keçirmək məqsədi ilə biz Nəsimi rayonu A.F.Qasımzadə ev 1, mənzil 66 gəldik. Borcluya məxsus əmlaklara baxış keçirildiyi zaman xx.xx.2020-ci il tarixli akta qeyd olunan əmlakların hamısının mövcudluğu müəyyən edildi, həmin əmlakların siyahıya alınmasını özündə əks etdirən yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli aktın surəti tələbkara təqdim edilməklə aktda qeyd olunan və mövcudluğu aşkar edilmiş əmlaklar Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələb və mahiyyəti tələbkar "xxxx" MTK-nın etibarnamə ilə nümayəndəsi X4 elan edilməklə saxlanc üçün ona təhlil verildi. Borcluya məxsus əmlakların "xxxx" MTK-da sax lanılması məlumatın borclu tərəfə onlar tərəfindən çatdırmasını zəruriliyə də tələbkar tərəfin diqqətinə çatdırıldı. Eyni zamanda icra məmuru tərəfindən borclu tərəf olan İddiaçı3, İddiaçı1 və İddiaçı2 ilə mobil əlaqə yaradılaraq icra tədbiri barədə məlumatlandırıldılar.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəmə müraciət edərək, cavabdehin iddiaçılara qarşı etmiş olduğu qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, cavabdeh tərəfindən dəyən mənəvi zərər əvəzinə 225000 manat məbləğində kompensasiyanın iddiaçılara ödənilməsi, cavabdehdən İddiaçı2 əlilliyə görə əmək pensiyası almaq üçün əmək pensi yasının baza hissəsində olan məbləğin 145.000 manatın alınaraq verilməsi, cavabdeh tərəfindən Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən götürülmüş əşyaların iddiaçılara qaytarılması, həmin əşyalar olmadıqda və ya yararsız vəziyyətdə olduqda, onların dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlkin iddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Gözəl Bakı" MTK-nın cavabdehlər X3, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Ak.Topçubaşov Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün gözəl Bakı MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X2 və digər cavabdehlər X6, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə; Gözəl Bakı MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat, iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahə ərinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. 21 yanvar 2020-ci il tarixdə Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmurları Nəsimi rayonu, Ak.Feyzull a Qasımzadə, ev 1, 65 və 66 mənzillərin boşaldılması ilə əlaqədar icra tədbirləri keçirmişlər. Həmin icra tədbirləri keçirilən zaman icra tədbiri xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə evdə olan əşyaların könüllü olaraq iddiaçılar tərəfindən daşınması üçün təxirə salınmışdır və bununla əlaqədar icra məmurları tərəfindən xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Həmin aktda evlərində olan əşyaların iddiaçılara təhvil verilməsi qeyd olunsa da, həmin əşyalar iş üzrə cavabdehdədir. Ən maraqlısı isə bütün mərhələlərdə, o cümlədən məhkəmələrdə və bütün strukturlarda ilkin olaraq normal münasibət göstərilirdi və kömək etmək niyyəti nümayiş etdirilirdi, lakin sonra hansısa nəhəng gözə görünməyən qüvvə məsələyə qarışırdı və hər şey iddiaçılara qarşı dönürdü. Binanın yalnız mənzillə ri yerləşən bloku qalmışdır. Binanın digər hissəsi sakinlər tam köçürülmədən sökülmüşdür. Tikinti şirkətinin vətəndaşların bir qismi ilə razılaşandan sonra həmin mənzilləri, binanın aparıcı konstrukisyalarını, hətta binanın əksər hissəsini, kommunikasiyaları sökərək faktiki olaraq digər vətəndaşların (yəni iddiaçıların) həyatlarını təhlükəyə atıb onları razılığa məcbur edirlər. Bu keçirdiyləri stres problemsiz ötüşməmişdir. İddiaçı2 şəkərli diabet xəstəliyinə düçar olmuşdur. Diabet isə öz növbəsində fəsad yaradaraq gözlərinə təsir edib. Cari ilin 21 yanvar tarixinə Nəsimi rayonun İcra və probasiya şöbəsi tərəfindən Ali Məhkəmənin iddiaçılara aid qərarının icrası planlaşdırılmışdır. Həmin gün adı çəkilən şöbənin məmurları başda Ramin Quliyev olmaqla öz işlərini başladılar. 20-ci polis böl məsinin əməkdaşları və "xxxx" MTK-nın nümayəndələri də gəlmişdilər. Təxminən bir saat sonra İcra və probasiya şöbəsinin əməkdaşları iddiaçıların əşyalarının evdə hələ də qaldığını və xahişlərini nəzərə alaraq, rəhbərlikləri ilə razılaşdırandan sonra icraatı üç gün təxirə salmış və istirahət günləri nəzərə alaraq icraatı yanvarın 27-nə təyin etmişlər. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bir az sonra MTK-nın fəhlələri təqribən 20-30 nəfər qışqıra-qışqıra mənzilə daxil olmağa cəhd etdilər. İcraatı həyata keçirən Ramin Quliyevlə birlikdə onları dayandırmağa çalışsalar da qüvvələr bərabər deyildi. Fəhlələr bağlı qapını lomlar və perforator vasitəsilə çərçivə qarışıq çıxarıb naməlum istiqamətdə apardılar. Ramin Quliyevin rəsmi xidmət geyimi də hücum edənlər üçün dayandırıcı amil olmadı. 20- ci bölmənin polisləri ümumiyyətlə qarışmadılar və bunu onların ixtiyarlarının olmadığı ilə izah etdilər. Yerində 45 polis ola-ola 102 telefon nömrəsi ilə digər polisləri çağırmağa məcbur olmuşlar. Həmin vaxt artıq 65 nömrəli mənzilin balkonu buldozerlə dağıdılmışdı. İcra şöbəsinin icraçıları MTK-ya işlərini yanvarın 27- də davam etdirəcəklər bildirdilər və aktlarını götürüb getdilər. Ondan sonra fəhlələr hücumlarını davam etdirdilər. Bütün əşyaları vəhşicəsinə dağıdılaraq naməlum istiqamətdə aparıldı. Üç ailəyə məxsus servizləri, mərhum anasının gəlinlik cehizindən qalanlar, on illərlə qoruyub saxladıqları əşyalar bir saatın içində oğurlanıb dağıdıldı. Neçəsi ayaq altında qırıldı. Növbəti gün yaşadıqları binanın MTK tərəfindən artıq uçurulduğunun şahidi olmuşlar. Cavabdeh tərəfindən evləri ndən aparılan əşyaların siyahısı aşağıdakılardır: Kondisioner (LG) (40 kv.m)- 2 ədəd1500 m., Lyustra- (Türkiyə) (16 şamlı)- 2ədəd, 6 şamlı-5 ədəd -2500m., Televizor (supra, 54 cm.)-1ədəd-200m., peyk antena (tüner və kabel)-1 dəst-150m., fotoaparat (Xarkov)-1 ədəd-100m., foto böyüdən-1 ədəd-100m., qapı (bayır)(çin)-2 ədə-800m., qapı (plastik) (Bakı)-2 ədəd -350m., qapı (taxta) (Bakı)-2 ədəd-800 m., pəncərə (plastik, Bakı) 3 böyük, 5-balaca -1800 m., duş kabini (Bakı)-1 ədəd- 350m., Hamamda su bakı (250 litr)-1 ədəd100m., Vanna-1ədəd-300 m., Tülpan (Türkiyə) -1 ədəd-150m, Unitaz (Türkiyə)-1ədəd150m., Su qızdırıcısı (samsunq, 15 litr)-1ədəd-100m, Qaz plitəsi (Türkiyə)-1ədəd-400m, Mətbəx mebeli (dəst)Mətbəx şkafı, Mətbəx moykası250m., Mebel qonaq otağı dəsti(türkiyə)-400m., Mebel yataq otağı d əsti (Çarpayı, şifoner, yataq dəsti)-500m., Pərdələr (Türkiyə)-3 dəst-300m., Süfrələr-5 balaca, 4 böyük-200m., Yumşaq mebel (dəst)- (divan 2 kreslo)-300m., Pianino (Rostov)-lədəd300m., Yığma masa və 4 oturacaq (dəsti, Bakı)-300m., Plastik masa və 5 kreslo (plastik)-100m., Trümo (Bakı)-1ədəd-100m., Parket və taxta döşəmə-70 kv.m.2000m., Asma tavan (hamam+tualet)-21 kv m.-350m., Qazanlar (Türkiyə, Çin)-10 əd.300m, Tavalar (Türkiyə, Çin)-6 əd.200m., Boşqablar (dərin, dayaz)- 80m., Bıçaqlar, qaşıqlar, çəngəllər (melkiyor)-36 əd.-300m., Gümüş bıçaq, qaşıq, çəngəl dəsti (12 person)-2 dəst-500m., Madonna serviz (nahar, çay və kofe dəstləri)-2000m., Büllur vazalar-8 əd.-500m., Ayyaqqabı (42 və 43 ölçüdə, Türkiyə) -2 cüt-150m., ingilis nahar dəsti 912 person)-700m., Skorovarka (yeni qutuda) -1əd -1 00m., Multivarka (yeni qutuda), El. ətçəkən maşını-60m., Mətbəx kombaynı-150m., Tozsoran (rusiya)- 120m., Manqal (şiş dəsti)-100m., Samovar (qədim, rusiya) 5 litr-1200m., Xalçalar (türkiyə, 2x3 və Almaniya 2x3)- 2 ədəd-500m., Xalça qədim əl işi. -(Azərbaycan, 2x3)-2000m., Xalça əl işi(Azərbaycan, 1x2)-300m, Paltolar (Türkiyə)-2 ədəd-400m., Plaşlar (Rusiya)-1əd.-180m., Dublyonka (Türkiyə)-300m., Şuba-1200m., Köynəklər 10 əd.-300m., Kostyumlar- 3 ədəd400m., Kostyum (təzə, İsveçrə) "Strelsson” -700m., Ayaqqabı və krossovka-6 cüt 420m., Parfüm yağı 6-7 litr (1gram - 1 man.)-6000m., Duxular yeni Fransa 20 ədəd1200m., Çap makinası “Robotron” Almaniya1əd.120m., Misirin görüntüləri - qədim otkrıtka albomları-3 ədəd-150m., Poçt marka klyasseri - təsviri incəsənət (atlar, məşhur insanlar, şahmat və SSRİ xronologiya 1975-1982 -3 ədəd) -3000 m., SSRİ-nin cilalanmış sikkələr (1,3, 5 rub.)- 120-dən çox, SSRİ-n sikkələri (1, 3, 5 rub.)-160-dan çox və Xarici sikkələr300-dən çox)- 9000m., Ozonator Tpo3a (Rusiya) yeni-12 ədəd-6000m, Drel dəsti çemodanda-2 dəst300m, Kitablar -300 əd. -3000m, Köynəklər -10 əd. 300m., Çap makinası “Robotron” Almaniya-250m, İşıq söndürücüsü -37 ədəd-200m., Almaz kəsmə dairəsi 250mm yeni, Kiyev-5 ədəd-250m., Almaz kəsmə dairəsi 320mm yeni, Kiyev-5 ədəd-400m., Çemodan (Türkiyə)-5 ədəd-500m., Sviterlər-4 əd. 250m., Qızıl lom (qol bağı, üzüklər, diş koronka) 585 əyarlı-40 qr.-3000m., Foto obyektiv Canon EF 70-200mm f/2.8L USM (Yaponiya)- 900m., Foto obyektiv Canon EF 50mm f 1.8 STM (Yaponiya)- 230m., Lüğətlər ixtisaslaşdırılmış (ingilis və yapon)-200 əd. -3000m., Koftalar -10 əd. -500m., Hərbi geyim və əşyalar (Şinel, plaş, buşlat, kamuflyaj səhra geyimi-2 dəst, furajka-2 ədəd, hərbi çanta böyük, hərbi çanta kiçik, portupeya)-1000m., digər əşyalar - 1000 m.

9. Eyni zamanda "xxxx" Mənzil-Tikinti Kooperativi cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş 157.690 manat real ziyanın tutularaq MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7595/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən verilmiş icra vərəqəsi üzrə həyata keçirilmiş icra tədbirləri əsasında iddiaçıların iddia etdikləri və iddia ərizəsində göstərilən əmlakların bir qismi məhz iddiaçıların özləri tərəfindən götürülmüş, qalan hissəsi isə icra məmurları tərəfindən icra hərəkətlərinin nəticəsində aktlaşdırılaraq məhz "xxxx" MTK-nın rəhbərliyinə təhvil verilmişdir ki, məhz iddiaçıların həmin əmlakları məqsədli şəkildə götürmək istəməmələri səbəbindən "xxxx" MTK-a tərəfindən bu gündə kirayə haqqı ödəməklə saxlandığı Bakı şəhəri, Səməd Vurğun küçəsi, 116 saylı binanın həyətində Oktay və Anar adlı şəxslərə məxsus qarajda yerləşdirilmişdir. Bütün icra hərəkətləri məhkəməyə təqdim edəcəyi kağız daşıyıcılardan ibarət ərizə və aktlarda əks olunduğu kimi, icra hərəkəti eyni zamanda Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən videolentə də alınmışdır. Bütün bunlar isə iddia ərizəsində iddiaçıların göstərdiklərinin tamamilə əsa ssız olduğunu təsdiq edir. Əksinə, ilkin iddia üzrə iddiaçılar tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7595/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən əsasən verilmiş icra vərəqəsi üzrə həyata keçirilmiş icra tədbirləri zamanı vacib və dəyərli əşyalar onların özləri tərəfindən götürülsədə, bəzi əşyalar götürülmədiyindən icra məmurları tərəfindən həmin əşyalar aktlaşdırılaraq "xxxx" MTK-ya təhvil verilmişdir. Bu günədək həmin əşyalar götürülmədiyindən MTKnın rəhbərliyi məcburiyyət qarşısında qalaraq həmin əşyaların yerləşdirilməsi üçün Bakı şəhəri, Səməd Vurğun küçəsində 116 saylı binanın həyətində Oktay və Anar adlı şəxslərə malik olan 2 ayrı-ayrı qarajlarda yerləşdirilmişdir. Bu əşyaların yerləşdirilməsi üçün adları çəkilən şəxslərlə qaraja aid müvafiq mülkiyyət sənədlərinin olmaması səbəbindən icarə müqaviləsi bağlana bilmədiyindən 2 qaraj üçün MTK 7 aydır ki, ümumi olaraq hər ay üçün 350 manat ödəmək məcburiyyətində qalmışdır ki, bu da MTK-ya dəyən real ziyanı əks etdirir. Məhz ilkin iddiaçılar uzun müddət öz mülkiyyət hüquqlarından sui-istifadə etmələri səbəbindən 1 il 4 ay müddətinə MTK-ya 93.800 manat ziyan dəymişdir. Belə ki, ilkin iddiaçıların öz hüqlarından suiistifadələrinin nəticəsində digər 20 sakinin MTK tərəfindən həmin ərazidə tikiləcək binada yeni mənzillə təmin olunmalarında 1 il 4 ay müddətinə gecikmə baş vermişdir ki, bu müddət ərzində MTK həmin sakinlərə əlavə olaraq əlavə pul ödəməli olmuşdur. Həmçinin ilkin iddiaçıların hüquqlarından sui-istifadə elməklə məqsədli yaratdıqları gecikmənin nəticəsi olaraq M TK 12 nəfər fəhlə üçün hər ay 320 manat əmək haqqı (əmək haqqına hesablanan sosial müdafiə fonduna ödənişlərdə daxil olmaqla) ödəməklə onlara hər ay üçün 3840 manat ödəmişdir. Bu isə 1 il 4 ay müddətinə MTK üçün 61.440 manat real ziyan olmuşdur.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4419 saylı rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən, tədqiqata təqdim olunmayan malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7152,0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İddia ərizəsində qeyd edilən 49 adda mallar haqqında kifayət qədər məlumat olmadığ ından tədqiqat aparmaq mümkün olmamışdır. Cavabdeh tərəfindən təqdim edilən mallar haqqında kifayət qədər məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1274 saylı ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına “Gözəl Bakı" MTK-nın inşa etdiyi binanın təmir edilməmiş mənzillərinin birində qərardadda qeyd edilən əşyalara baxış keçirildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: əşyalar qalaq şəklində yiğılmış, mebellər sökülmüş, üzərləri cızılıb, lak qatı qop muş vəziyyətdədir. Pianino musiqi alətinin üzəri bozarıb, mebel lakı qopub, yataq dəstləri (yorğan dəşək və,s.), rəngləri saralıb, kitablar nəmlənib və qab qaçağın dəstliyi pozulmuş vəziyyətdədir. Ümumiyyətlə t əqdim edilmiş əşyalar ilkin əmtəə görünüşünü itirib və hazırda həmin əşyaların istismara yararlı olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də qərardadda qeyd edilən malların qiymətini müəyyən etmək mümkün olmadı.

13. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2022-ci il tarixli 2(006)-97/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) ilkin və qarşılıqlı iddialar rədd edilmiş, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu "xxxx" MənzilTikinti Kooperativinə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin iddiaçılardan və cavabdehdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, i şin halları (icra məmurunun aktı), işə əlavə olunmuş video görüntülər (CD) və şahid ifadələri, habelə ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatı ilə müəyyən olunur ki, 65 saylı mənzil tam boşaldılaraq mənzilin əşyaları ilkin iddia üzrə iddiaçılara təhvil verilmiş, 66 saylı mənzil isə "xxxx" MTK tərəfindən boşaldılaraq əşyalar saxlanc üçün qaraja yerləşdirilmiş, sonradan "xxxx" MTK tərəfindən həmin əşyalar ilkin iddia üzrə iddiaçıların yeni mənzillərinə daşınaraq onlara təhvil verilmişdir. İlkin iddia üzrə iddiaçılar iddia ərizəsində mənzillərdə olan əşyaların adlarını qeyd etsələr də, "xxxx" MTK tərəfindən qarajda saxlanılmış və sonradan ilkin iddia üzrə iddiaçılara təhvil verilmiş əşyalar istisna olmaqla, digər əşyaların mənzillərdə olduğunu, ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin məhkəmə göstərmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia mənəvi zərərə aid hissədə, eyni zamanda İddiaçı2 əlilliyi ilə bağlı tələb təmin oluna bilməz. "xxxx" Mənzil-Tikinti Kooperativi cavabdehlərdən 157690 manat real ziyan tələb etsə də, qeyd olunan tələbin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu (kassa məxaric orderləri, hesabdan çıxarış və s.) məhkəməyə təqdim edə bilməmiş, bununla da Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İlkin iddiaçılar apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə barədə ərizə verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti işin hallarına istinadən onunla əsaslandırmışdır ki, ekspertiza tərəfindən m alların normal qiyməti müəyyən edilməyib, çünki onlar normal vəziyyətdə olmamışdır. Həmin əşyalar evlərində istifadəyə yararlı olmuş, normal vəziyyətdə olmuşdur. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, 21 yanvar 2020-ci il tarixdə icra tədbirləri qanunazidd şəkildə keçirilmişdir.

18. Qarşılıqlı iddiaçı da apellyasiya şikayəti verərək qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, qarşılıqlı iddia tələbinin əsaslı olduğunu göstərən sübutlar işə əlavə edilmişdir. Əşyaların saxlanması üçün MTK tərəfindən iki ayrı qaraj icarəyə götürülmüşdür. İddiaçıların uzun müddət öz mülkiyyət hüquqlarından suiistifadə etmələri nəticəsin də binanın digər 20 sakinin MTK tərəfindən tikiləcək binada yeni mənzillə təmin edilməsi 1 il 4 ay gecikmiş və MTK tərəfindən həmin sakinlərə bu müddət ərzində əlavə pul ödənilmişdir. Bu müddət ərzində fəhlələrə əmək haqqı ödənilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7429/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, işin müəyyən edilmiş hall arına əsasən 65 saylı mənzil tam boşaldılaraq mənzilin əşyaları iddiaçılara təhvil verilmiş, 66 saylı mənzil isə "xxxx" MTK tərəfindən boşaldılaraq əşyalar saxlanc üçün qaraja yerləşdirilmiş, sonradan "xxxx" MTK tərəfindən həmin əşyalar ilkin iddia üzrə iddiaçıların yeni mənzillərinə daşınaraq onlara təhvil verilmişdir.

22. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

23. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçılar iddia ərizəsində mənzillərdə olan əşyaların adlarını qeyd etsələr də, "xxxx" MTK tərəfindən qarajda saxlanılmış və sonradan ilkin iddia üzrə iddiaçılara təhvil verilmiş əş yalar istisna olmaqla, digər əşyaların mənzillərdə olduğunu, ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər.

24. Mənəvi zərər hissəsində də Kollegiya qeyd etmişdir ki, maddi zərər hissəsində əsassız olduğundan iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddianın rədd edilməsi barədə məhkəmə əsaslı nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. 2

5. Qarşılıqlı iddia tələbinə aid hissədə də Kollegiya hesab etmişdir ki, məhkəmə tələbin əsassız olduğundan rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri də əsassız olmaqla qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir.

26. Beləliklə məhkəmə ilkin və qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətlərində hər hansı konkret dəlillərə istinad edilməmiş, tələbin əsaslı olmasını təsdiq edəcək hər hansı bir hal göstərilməmişdir. Apellyasiya şikayətləri formal mülahizələrə əsaslanmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İlkin iddiaçılar (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkə məsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti işin bir sıra faktiki hallarına istinad edilməklə belə əsaslandırmışdır ki, məhkəmə iddiaçıların əmlakına dəymiş ziyanı ümumiyyətlə nəzərə almamışdır. İddiaçı2 bu keçirdiyi stres nəticəsində şəkərli diabet xəstəliyinə düçar olmuşdur. Diabet isə öz növbəsində fəsad yaradaraq gözlərinə təsir edib. Hal-hazırda onun sağ gözünün görmə qabiliyyəti 30%, sol gözünün isə 3% təşkil edir. Hal-hazırda ömürlük 3-cü qrup əlildir. Artıq ən azı 2-ci qrup əlillik üçün sənədləri qəbul edilib. İddiaçı bu zamandan bəri gözü görmədiyinə görə heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Lakin məhkəmə qərar verərkən bu halı da nəzərə almamışdır. Əldən çıxmış fayda kimi hesablamamışdır. Bundan əlavə, işin içində bir-biri ilə ziddiyyətli ekspert rəyi olsa da apellyasiya baxışı zamanı məhkəmə yeni ekspertiza təyin edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəc əyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 2 0.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 23.Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmir. 25.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.

27. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

30. Eyni zamanda kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

31. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüq uqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7429/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar