Məhkəmə qərarları › İş №2(102)-154/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-154/2020

23.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-154/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9949/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin in 26 aprel 2019-cu il tarixli, 2(001)1959/2019 saylı qətnaməsi ilə (hakim F.H.Qasımov) İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9949/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova), İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001)-1959/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)7 859/2016 saylı qətnaməsinə əsasən 111-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 500 manat məbləğində alimentin miqdarının azaldılaraq, minimum miqdarda müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsinə əsasən 111-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan alimentin məbləği artırılaraq 500 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2017-ci il tarixli, 2(102)-2764/2017 saylı qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda onun səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, Tibb i-Sosial Ekspert Komissiyasının müayinə qərarına əsasən ona 31 oktyabr 2023-cü il tarixədək gözdən əlil kimi 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Həm gözdən əlil olması, həm də səhhətində olan digər problemlər səbəbindən o, heç bir yerdə işləmir, maddi vəziyyəti pisləşmişdir və buna görə də son aylarda 500 manat məbləğində alimenti ödəyə bilmir və xeyli borcu yaranmışdır. Bundan başqa 350 manat məbləğində əmək haqqı aldığı “xxxx” QSC-dən 12 aprel 2018-ci il tarixdən işdən azad olunmuşdur. Vaxtilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə onunla “Sədərək” firması arasında bağlanmış 17 may 2011-ci il, 19 aprel 2011-ci il, 22 may 2015-ci il və 22 may 2015-ci il tarixli icarə müqavilələrinə səhhəti ilə bağlı xitam verilmiş və vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmışdır. Həmçinin o 23 aprel 2018-ci il tarixdən məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır. Bundan başqa o bir ata kimi 2011-ci ildə Bakı şəhərinin mərkəzində yerləşən 4 otaqlı mənzilini və həmin mənzilin həyətində yerləşən qarajı bağışlama yolu ilə övladının anasının, yəni iddiaçının adına rəsmiləşdirmişdir. Sonda İddiaçı göstərilənləri nəzərə alıb məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsin ə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili X2 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə qazancı olduğuna görə 500 manat məbləğində müəyyən olunmuş alimenti ödəməyə imkanı var idi. Lakin hazırda heç bir sahi bkarlıq fəaliyyətinin olmaması və nəticə etibarı ilə gəlirinin də olmaması müəyyən olunmuş alimentin azaldılması üçün əsas olduğu halda məhkəmələr bunu nəzərə almamışlar. Bundan başqa “xxxx” QSC-nin 12 aprel 2018ci il tarixli, 47 nömrəli əmrinin surətindən görünür ki, həmin tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və baş müdir vəzifəsindən azad edilmişdir.” Eyni zamanda iş materiallarından görünür ki, ilk əvvəl alimentin miqdarı 110 manat məbləğində müəyyən edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 500 manat müəyyən olunmuşdur. Həmin qətnamədə alimentin artırılması üçün əsas götürülən yuxarıda sadalanan halların mövcud olmaması, həmin vaxt iddiaçının m addi durumunun yaxşı olmasına dəlalət edən halların artıq olmaması özü-özlüyündə alimentin azaldılması üçün də əsas olmalı idi. Bundan başqa Cavabdeh Bakı Xoreoqrafıya Akademiyasının Magistratura və Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır və aylıq əmək haqqısı 690 manat təşkil edir. Göründüyü kimi 690 manat əmək haqqı hazırki dövrdə Bakı şəhərində kirayə haqqı ödəməyən istənilən ailə üçün normal, hətta normaldan da yuxarı sayıla biləcək həyat şəraiti qurmağa imkan verir. Halbuki cavabdehin alimentin artırılması zamanı əmək haqqı məbləği hazırki qədər olmamışdır. İddiaçı vicdanlı bir valideyn kimi qızının anasına, yəni Cavabdeh Bakı şəhərinin mərkəzində 4 otaqlı mənzil və həmin mənzilin qarajını bağışlamışdır. Lakin məhkəmələr iş üçün əhəmiyyət kəsb edən digər hallarda olduğu kimi bu hala da düzgün hüquqi qiymət verməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)-7859/2016 saylı qətnaməsi ilə 111-ci il təvəllüdlü XXX nın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-1014/2014 saylı, 10 may 2014-cü il tarixli qətnaməsi ilə tutulan 110 (yüz on) manat alimentin məbləği artırılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaitinin qətnamə qanuni qüvvəyə minən vaxtdan başlayaraq Gülmalıyev Hikmət Əbülfəz oğlundan hər ay sabit pul məbləğində tutularaq Atakişiyeva Fərhunə Vəfa qızına ödənilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə qərarına (31.10.2018-ci il qiymətləndirmə və təyinat tarixli sənəd və Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 14.05.2018-ci il tarixli Tibbi Rəyi) əsasən, İddiaçı,“DİAQNOZ:OU-tor qişanın mərkəzi distrofiyası., Mürəkkəb hipermetropik astiqmatiziya, Binokulyar, ağır görmə pozğunluğu., OD=0,05 korreksiya etmir.,OS=0,06 k/etmir..”olmaqla, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 31.10.2023-cü il tarixinədək,ümumi xəstəlik-gözdən əlil kimi ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Xətai rayon Məşğulluq Mərkəzinin arayışına əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı Əbülfəz oğlu 23.04.2018-ci il tarixindən Xətai rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olma dıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi həmin maddənin tələbləri baxımından işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MP M-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olara q iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9949/2019 saylı, 25 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar