Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1540/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpası barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1378/2023 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu Digah kəndində son vaxtlar yaşadığı və cehiz əşyalarının yerləşdiyi ikimərtəbəli özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı məxsus olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində, 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ilkin iddia üzrə ca vabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 mart 2023-cü il tarixli, 2(012)-1211/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı məxsus cehiz əşyaları: qonaq dəsti şüşəli dolab -1 ədəd, yemək masası-1 ədəd, oturacaq-6 ədəd, divan1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd,yataq dəsti-dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar- paltaryuyan maşın-1 ədəd, tozsoran-1 ədəd, çilçıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti-1 ədəd, güldan-1 ədəd, qazan dəsti-1 ədəd olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mə rtəbəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 sentyabr 2023-cü il tarixli, 2(105)-1378/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Qətnamə 28 sentyabr 2023-cü il tarixində İddiaçınümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir.
7. Qətnamənin surəti İddiaçı tərəfindən 10 oktyabr 2023-cü il tarixində xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5092/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkə məsinə göndərilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, şikayət verilən qətnamə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 28 sentyabr 2023-cü il tarixdə yerləşdirilmiş, lakin həmin qətnamədən verdiyi kasassiya şikayətini vəkil 8 dekabr 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin məhkəmə işlərinin elektron idarəetmə sisteminə yerləşdirmişdir. Yəni kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan 2 aylıq müddət buraxılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Qətnamədən İddiaçı yenidən kassasiya şikayəti vermiş, kassasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə əlavə edilmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 12 se ntyabr 2023-cü il tarixli qətnaməsinin surəti 28 sentyabr 2023-cü il tarixli məktubla sifarişli xəbərnaməli zərflə 2 oktyabr 2023-cü il tarixində Sumqayıt PF-na daxil olmuş, 10 oktyabr 2023-cü il tarixində isə Beyləqan rayon Şərq poçtuna daxil olmuş, sonra isə iddiaçıya verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsinin ona təqdim edilməsindən 2 ay keçməmiş, yəni 8 dekabr 2023-cü il tarixli kassasiya şikayəti verilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(105)1378/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
14. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, qətnamənin surətinin 10 oktyabr 2023-cü il tarixdə iddiaçıya təqdim edilməsi iş materialları ilə təsdiqini tapır, lakin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı qətnamənin iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi tarixdə, yəni 28 sentyabr 2023-cü il tarixdə başlamışdır. Əgər iddiaçı apellyasiya instansiyası məhkəməsində nümayəndə ilə təmsil edilməsəydi, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti qətnamənin ona təqdim edildiyi vaxtdan hesablana bilərdi. İddiaçının vəkili və nümayəndəsinə qətnamə rəsmi qaydada təqdim edildiyi halda, iddiaçının özünə qətnamənin 10 oktyabr 2023-cü il tarixdə təqdim edilməsi prosessual müddətin yenidən hesablanmasına əsas olan hal kimi qiymətləndirilə b ilməz.
15. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə iddiaçı tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı vəkil və nümayəndə tərəfindən təmsil edilmişdir. Bu da iddiaçı tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olduğunu təsdiq edir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 128.3, 129.1, 129.2, 130.1, 133.1, 135.2, 135.3, 135.4, 135.6 və 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri
17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən qanunla müəyyən olunmuş müddət ərzində kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərarın qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının qəbul edildiyi vaxtı kassatorun şəxsi kabinetinin olmamasına görə dövlətin vəsaiti hesabına qətnamənin surətinin poçt vasitəsi ilə onun ünvanına göndərilməsi halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının qəbu l edildiyi vaxt qətnamənin iddiaçıya rəsmi verilməsinə münasibət bildirilməmiş, yalnız vəkillə bağlı məsələ əsas götürülmüşdür. Halbuki işdə iştirak edən şəxs iddiaçıdır. Ola bilsin ki, o, həmin vəkillə müqavilə bağlamazdı. Bu məsələlə məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Vəkil işdə iştirak edən şəxslərin siyahısına daxil deyildir.Bu hala məhkəmə tərəfində heç bir əhəmiyyət verilməmişdir.
19. Şikayətdə vahid məhkəmə təcrübəsi ilə bağlı qeyd olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2023-cü il tarixli, 2(106)1314/2023 saylı qətnaməsindən qanunla müəyyən olunmuş müddət ərzində kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair iddiaçı - X1 ərizəsi təmin olunmuş, iş hazırda Azərbaycan Respu blikası Ali Məhkəməsinin icraatındadır. Məlumat üçün bildirirəm ki, hər iki iş üzrə kassasiya şikayəti müddətin bərpasına dair ərizənin verilmədiyinə görə geri qaytarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
22. Maddə
130. Qanunla müəyyə n edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
23. Maddə
133. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısınd a qoyulmuş məsələnin həllinə maneçilik törətmir.Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddiaçı ötürülmüş prosessual müddətin bərpası barədə xahişini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsinin surəti 28 sentyabr 2023-cü il tarixli məktubla sifarişli xəbərnaməli zərflə 2 oktyabr 2023-cü il tarixində Sumqayıt PF-na daxil olmuş, 10 oktyabr 2023-cü il tarixində isə Beyləqan rayon Şərq poçtuna daxil olmuş, sonra isə ona verilmişdir. Qətnaməsinin ona təqdim edilməsindən 2 ay keçməmiş, yəni 8 dekabr 2023-cü il tarixli kassasiya şikayəti verilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi bu dəlili həmin müddətin bərpa edilməsi üçün üzrlü səbəb saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı qətnamənin iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi tarixdə, yəni 28 sentyabr 2023-cü il tarixdə başlamışdır. İddiaçının vəkili və nümayəndəsinə qətnamə rəsmi qaydada təqdim edildiyi halda, iddiaçının özünə qətnamənin 10 oktyabr 2023-cü il tarixdə təqdim edilməsi prosessual müddətin yenidən hesablanmasına əsas olan hal kimi qiymətləndirilə bilməz.
31. Kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olduğundan buraxılmış müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi və qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
32. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
33. Beləliklə, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmədiyindən şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxl anılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1378/2023 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.