Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1545/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və X5 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfin dən təsdiq edilmiş 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə İddiaçı və Cavabdeh 12 iyun 2018-ci il tarixə kimi ünvan 1 ünvanda yerləşən mənzili 30.000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Cavabdeh gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi İddiaçı 10.000 manat ödəmiş, qalan 20.000 manatı alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcıya ödəməsini öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m. olan 1 otaqlı mənzilini 40.000 manata Cavabdeh satmış, alıcı müqavilənin şərtlərinə görə 10.000 manat beh müqaviləsi bağlan arkən və alqı-satqı müqaviləsi zamanı 7.000 manat olmaqla, ümumilikdə 17.000 manat məbləğdə pulu İddiaçı vermiş, qalan 23.000 manat pulu 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-XXX/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə ünvan mənzilinin İddiaçı, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-XXX/2019 nömrəli iş üzrə 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi iddia təmin edilən - ünvan mənzilinin cavabdeh İddiaçı ailə üzvləri v ə digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-XXX/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 50 saylı notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan mənzili ilə bağ lı cavabdehlə iddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddianın əsaslarına görə, 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulu tam şəkildə ona ödənilməmişdir.
8. Quba Rayon Məhkəməsinin 2(027)-1178/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11.500 manat məbləğdə pulu borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1, 492.1, 567, 646.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-573/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.Quliyevdən və G.Tağızadədən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instan siya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin qıtnaməsinin əsaslarına görə, iddiaçı cavabdehin mənzilin dəyərindən 10.000 manat borclu qalmasını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında mənzilin pulundan 3.000-3.500 manat borc qalmasını, lakin iddiaçının mənzili 15 aprel 2018-ci il tarixdə boşaldaraq təhvil verməli olduğu halda təhvil vermədiyindən qalıq borcun ödənilmədiyini bildirmişdir. Müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, iddiaçı satdığı mənzildən çıxmamış, buna görə cavabdeh iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq mənzildən çıxarılmasını xahiş etmiş, onun iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5398/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Nurməmmədovdan və Z.Əliyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməs inin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında sübutetmə yükünü düzgün müəyyən etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən mövcud vəziyyətdə alqı-satqı dəyərinin tam ödənildiyini, yaxud ödənilməməsinə qanuni əsas olduğunu sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin müddəaya əsasən iddianın təmin olunması üçün müqavilə şərtləri alıcı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş olmalı, yəni satıcı müqavilə bağlanarkən ümid et məyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmalı və bu əsasla həmin müqavilənin ləğvini tələb etməlidir. İddiaçı hesab edir ki, cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində alqısatqı müqaviləsinin dəyərini təşkil edən məbləğin 11.500 manat hissəsini ödəmədiyi üçün müqavilə ləğv olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11.500 manat məbləğində pul borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut et mək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur. Həmçinin birinci instansiya məhkəməsi eyni tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli mənzilin boşaldılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarını işə əlavə etsə də, həmin məhkəmə aktlarında hazırkı iş üzrə preyudisiallıq kəsb edən hər hansı halların müəyyən edilib-edilmədiyinə qiymət verməmişdir. Halbuki tərəflərin müqavilə üzrə öhdəliklərini yerinə-yetirib yetirmədiyi barədə məsələlər həmin iş üzrə də məhkəmə araşdırmasının predmetini təşkil etmiş və MPM-in 82.3-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmuşdur. İşə iddiaçının apellyasiya şikayəti əsasında baxmış apellyasiya instansiyası məhkəməsi d ə eyni prosessual pozuntulara yol verərək, qətnaməni dəyişdirilmədən saxlamış və öz mövqeyini eyni qaydada əsaslandırmışdır. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi üzrə iddiaçıya heç bir borcunun olmadığı barədə izahat versə də, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin alqı-satqı müqaviləsi üzrə 10000 manat deyil, 3000 manat qalıq borcunun olduğunu bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin məsələyə də hüquqi qiymət verməmiş, sonuncu izahata MPM-in 106.3cü maddəsinin tətbiqi mümkünlüyünü müzakirə etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-486/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Qafarinin səd rliyi və məruzəsi ilə, hakimlər Ş.Abasovdan və T.Məmmədovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aşağı instansiya məhkəməsi tərəflər arasında sübutetmə yükünü düzgün müəyyən etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur. Cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi üzrə iddiaçıya h eç bir borcunun olmadığı barədə izahat versə də, təkrar apellyasiya baxışı zamanında cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin alqı-satqı müqaviləsi üzrə 10000 manat deyil, 3000 manat qalıq borcunun olduğunu etiraf etmişdir. Həmçinin, eyni tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli mənzilin boşladılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, tərəflər satılmış mənzillə bağlı 40.000 manata razılaşmış, müqavilədə nəzərdə tutulan qiymətdən 10.000 manatını 10 iyun 2017-ci il tarixdə bağlanmış beh müqaviləsi əsasında, 7.000 manat məbləği satıcı İddiaçı notarius bankda depozit hesabı vasitəsi ilə, qalan 23.000 manatı isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin alıcısı Cavabdeh müqavilə üzrə sonuncu 11500 manat ödənişi isə 05 iyun 2018-ci il tarixdə aparmış, qalan 3.500 manat məbləğində pulu cavabdeh mənzili boşaltdıqdan sonra ödəməli olduğu göstərilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, cavabdehin əri tərəfindən iddiaçıya 27 mart 2018-ci il tarixdə kupçanın alınması məqsədilə 1.000 manat, 07 dekabr 2017-ci il tarixdə 6.500 manat, 03 iyun 2017-ci il tarixdə 500 manat ödənilmişdir. Qanuni qüvvədə olan 08 fevral 2022-ci il tarixli hökmdə də mənzilə görə hazırki iş üzrə cavabdehin əri X6 tərəfindən iddiaçıya çatası 6.500 manat pulun onun xahişi ilə XXXə verilməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, hesab etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə po zulmuş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mənzilin alqı-satqı müqaviləsi üzrə alıcı kimi cavabdeh iddiaçıya pulu tam olaraq ödəməmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3752/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qərarı ilə (hakim E.Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Vəliyeva və A.Abbasovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2022-ci il tarixli qətn aməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “... məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktiki halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmasına dair göstərişləri tam və lazımınca yerinə yetirilməmişdir. Belə ki, kassasiya məhkəməsinin əvvəlki icraatında qeyd etdiyi kimi, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir ki, həmin normaya əsasən satıcının tələbi ilə alqı-satqı müqaviləsi yalnız alıcının müqaviləni əhəmiyyətli dərəcədə pozması halında ləğv edilə bilər. Mülki Məcəllənin 567-ci maddəsinin məzmunundan müəyyən edilir ki, alqı-satqı müqaviləsi, o cümlədən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ikitərəfli müqavilə olmaqla, hər iki tərəf üçün müəyyən öhdəliklər yaradır: satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Həmin öhdəliklərin tam və ya qismən müxtəlif vaxtlarda icra olunmasının razılaşdırılması qanunla istisna olunmur (Mülki Məcəllənin 569.1, 598.1, 600.1-ci maddələri). Hazırki mübahisənin predmetini təşkil edən alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, satıcı olan İddiaçı ünvan mənzili Cavabdeh mülkiyyətinə ver ilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4 və 5-ci bəndlərinə əsasən daşınmaz əmlakın dəyəri 40000 manat məbləğində müəyyən edilmiş, alıcı həmin qiymətin 10000 manat hissəsini 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə, 7000 manatı müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 23000 manat məbləği isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən isə satıcı daşınmaz əmlakı 19 yanvar 2018-ci il tarixədək alıcının faktiki sahibliyinə verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi 19 oktyabr 2017-ci il tarixdə bağlansa da, hər iki tərəf öhdəliklərini müəyyən müddət sonra, lakin müxtəlif vaxtlarda icra edəcəklərini razılaşmışlar. İddiaçı cavabdehin üzərinə götürdüyü öh dəliyi icra etmədiyini əsas gətirərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya məhkəməsi əvvəlki icraatdakı qərarında, alıcının öhdəliyini icra edib-etməməsini, alıcının satıcıya müqavilə bağlandığı tarixdən sonrakı müddətdə hansı məbləğdə ödəniş etdiyini və hansı hissədə öhdəliyinin icra olunmamış qaldığının müəyyən edilmədiyini qeyd etməklə, həmin məsələnin araşdırılmasını yenidən işə baxacaq apellyasiya məhkəməsinə tapşırmışdır. Lakin apellyasiya məhkəməsi təkrar baxışda ödənişlə bağlı işdə olan sübutları (cavabdehin nümayəndəsinin izahatını, tərəflər arasında əvvəllər olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, iş materiallarında olan qəbzləri və qanuni qüvvəyə minmiş hökmü) sadalasa da, Mülki Prosessual Məcəllənin 218.1 və 420-ci maddələrinin tələblərini pozaraq q eyd olunan sübutlar əsasında iş üçün əhəmiyyətli olan halı: cavabdehin müqavilə üzrə öhdəliyini hansı hissədə icra etməməsini müəyyən etməmişdir. Halbuki, həmin hal iddianın təmini üçün xüsusi əhəmiyyətə malikdir. İlk olaraq bu səbəbdən ki, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, cavabdehin nümayəndəsi təkrar apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdehin iddiaçıya 3000-3500 manat məbləğində borcunun qaldığını, lakin iddiaçının öhdəliyini ilk icra etməli olduğu halda, onun öhdəliyini pozmasını, mənzili müqavilədə müəyyən edilmiş vaxtda təhvil vermədiyini göstərməklə, həmin məbləği iddiaçıya ödəməyə hazır olduğunu göstərmişdir. Lakin, apellyasiya məhkəməsi alqı-satqı mü qaviləsində qarşılıqlı olaraq öhdəliklərin hansı tarixlərdə icra edilməli olmasını, tərəflərdən hansının birinci öz öhdəliyini pozmasını araşdırmadan, cavabdehin iddiaçıya borcunun qalıq məbləğini, həmin borcun ödənilməməsinin səbəbini araşdırmadan, o cümlədən cavabdehin göstərdiyi kimi onun Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etməsinə əsasların olmasını və belə əsaslar olmasa da belə, öhdəliyinin icra olunmamış hissəsinin alqı-satqı müqaviləsinin əhəmiyyətli pozuntusu olmasına hüquqi qiymət vermədən iddianı təmin etməklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarını pozmuşdur.” f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli iş üzrə xx.xx.202 2-ci il tarixli qətnaməsi ilə (hakim Z.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Dəmirovdan və F.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə İddiaçı və Cavabdeh 12 iyun 2018-ci il tarixə kimi ünvan 2 ünvanında yerləşən mənzilin 30000 manat məbləğə satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Cavabdeh gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi İddiaçı 10000 manat məbləğində pul vəsaiti ödəmiş, qalan 20000 manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilini 40 000 manata Cavabdeh satmış, alıcı müqavilənin şərtlərinə görə 10000 manat beh müqaviləsi bağlanarkən və alqı-satqı müqaviləsi zamanı 7000 manat olmaqla ümumilikdə 17000 manat məbləğində pulu İddiaçı vermiş, qalan 23000 manat məbləğində pulu isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.... Hazırki mübahisənin predmetini təşkil edən alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, satıcı olan İddiaçı ünvan mənzili Cavabdeh mülkiyyətinə verilməsi ni öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4 və 5-ci bəndlərinə əsasən daşınmaz əmlakın dəyəri 40000 manat məbləğində müəyyən edilmiş, alıcı həmin qiymətin 10000 manat hissəsini 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə, 7000 manatı müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 23000 manat məbləği isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən isə satıcı daşınmaz əmlakı 19 yanvar 2018-ci il tarixədək alıcının faktiki sahibliyinə verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi 19 oktyabr 2017-ci il tarixdə bağlansa da, hər iki tərəf öhdəliklərini müəyyən müddət sonra, lakin müxtəlif vaxtlarda icra edəcəklərini razılaşmışlar. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəli yi icra etmədiyini əsas gətirərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. İş materialarında olan orderlərin kserosurətlərindən görünür ki, Cavabdeh tərəfindən notariusun bankda açılan depozit hesabına xx.xx.2017-ci il tarixdə 10.000 manat, xx.xx.2017-ci il tarixdə 7000 manat, xx.xx.2018-ci il tarixdə 11.500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-XXX reystr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx. 2017-ci il tarixdə “alğı satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə “satıcı” İddiaçı ödənilmişdir. Əmlakın dəyərinin qalan 11.500 manat təşkil edən hissəsinin ödənilməsi barədə notariat işində heç bir rəsmi sənəd əlavə edilməmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, X1 na xx.xx.2018-ci il tarixdə çıxarışın alınması üçün 1000 manat, X1 na xx.xx.2017-ci il tarixdə 500 manat, X2 XXXa xx.xx.2017-ci il tarixdə 6500 manat məbləğində pul vermişdir. Qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli hökmdə də mənzilə görə hazırki iş üzrə cavabdehin əri X6 tərəfindən iddiaçıya çatası 6.500 (altı min beş yüz) manat pulun onun xahişi ilə XXXə verilməsi müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəfindən idd iaçıya xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində 36500 (10000+7000+11500+1000+500+6500=36500) manat müqavilə üzrə ödəniş edildiyi təsdiqini tapır. Beləliklə müqavilə üzrə cavabdeh qalan 23 000 manatı son tarix kimi 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, xx.xx.2018-ci il tarixədək 36500 manat ödəniş etmişdir. Müqavilə şərtlərinin ilk öncə kim tərəfindən pozulması ilə bağlı kollegiya qeyd edir ki, müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı 19 yanvar 2018-ci il tarixədək alıcının faktiki sahibliyinə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən isə görünür ki, iddiaçı, 2018-ci ilin avqust ayının sonunda evin Cavabdeh təhvil verilməsinə söz vermişdir. Beləliklə göründüyü kimi, müqavilə şərtləri ilk öncə iddiaç ı tərəfindən pozulmuş, mənzil hazırki vaxta kimi iddiaçının sahibliyindədir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə ünvan mənzilin İddiaçı, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019cu il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən - ünvan mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə və apellyatora münasibətdə dəyişdiril mədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından və cavabdehin vəkilinin istər hazırki, istərsə də bundan əvvəlki apellyasiya baxışı zamanı verdiyi izahatından müəyyən olunur ki, cavabdehin iddiaçıya 3000-3500 manat məbləğində borcu qalmış, lakin iddiaçı öhdəliyini ilk icra etməli olduğu halda, öhdəliyini pozmuş, iddiaçı mənzili müqavilədə müəyyən edilmiş vaxtda təhvil verməmiş, bu səbəbdən cavabdeh ləngitmə hüququndan istifadə etmiş, həmin məbləği iddiaçıya ödəməyə hazır olduğunu göstərmişdir. İddiaçı apellyasiya baxışı zamanı pulu qəbul etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə 40000 manat pulun 36500 manatının cavabdeh tərəfindən ödənilməsi tam olaraq sübuta yetirildiyindən, cavabdehin 3500 manat pulu evin ona müqavilədə nəzərdə tutulan müddətdə onun faktiki sahibliyinə verilməməsi səbəbindən ödəməməsi müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki iddiaçıya ödənilməli məbləğ müqavilənin əhəmiyyətli dərəcəsini təşkil etməmişdir. İddiaçı özü müqavilənin şərtini birinci pozmuş, bu səbəbdən o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olan tərəf kimi qiymətləndirilə bilməz.”
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4 21.2, 567, 569.1, 598.1, 600.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlillərinə görə, bağlanmış alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və bu səbəbdən müqavilə bağlayarkən ümid etdiyi, alacağı pulların 10.000 manatından məhrum olmuşdur. Müqaviləyə əsasən, cavabdehin alqı-satqısına görə mənə 40.000 manat məbləğdə pul verməli olduğu halda, ümumilikdə ona 30.000 manat pul vermişdir. Yəni o, üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2020-c i il tarixdə Səbail rayon İcra şöbəsinin icra məmurlarının iştirakı ilə mülkiyyətində olan mənzili cavabdehə təhvil vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına v ə ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı; M addə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcə llənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ); Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 569.1. Satıcının əşyanı al ıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədə n saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
37. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlillərində qeyd olunan faktlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma i lə razılaşır.
38. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2093/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.