Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-155/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Xəzər rayon icra şöbəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentdən azad etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun ödənilməsindən azad edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “01” “avqust” “2023”-cü il tarixli, 2(103)-3422/2023 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. Ali İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ilə (bundan sonra - cavabdeh) xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu ildə X10 və xx.xx.2012-ci il tarixdə X13 adlı uşaqları anadan olmuşdur.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)-941/2012 nömrəli qətnaməsi əsasında (nikahın pozulması olmadan) uşaqların yaşayış yeri cavabdehin yanında müəyyən edilmiş, iddiaçıdan hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin və uşaqlar 3 yaşına çatana kimi 50 manat əlavə alimentin tutulub cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 3. xx.xx.2012-ci il tarixdə tələbkar Cavabdeh icra şöbəsinə ərizə təqdim edərək, borclu ilə aralarında barışıq olduğundan aliment tələbindən imtina etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)-941/2012 nömrəli icra sənədinə xitam verilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçıya qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir.
5. Cavabdeh 2022-ci ilin aprel ayında Xəzər Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsini n 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən yaranmış aliment borcunun iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir.
6. Bakı şəhər Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “aliment borcunun məbləğinin hesablanması barədə” qərarından görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun məbləği 20.000 manat təşkil edir. 7. 2022-ci ilin may ayında iddiaçının əmək haqqından 1019.21 manat məbləğində aliment tutularaq cavabdehin hesabına köçürüldükdən sonra, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhə ri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunun Cavabdeh xeyrinə ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin faktiki hallarına əsaslanaraq mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010cu ildə X10 və xx.xx.2013-cü ildə X13 adlı uşaqları anadan olmuşdur. 2013-cü ildə bir müddət cavabdehlə ailədaxili münasibətləri gərgin olduğundan, cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan 3-4 ay sonra ailəsi yenidən bərpa olunmuş və cavabdeh uşaqlarla onun evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixədək onlar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G. Həsənov küçəsi, 15 saylı evdə ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Uşaqları məktəbə, gimnastikaya o aparıb-gətirmişdir. Heç bir mübahisələri və dava-dalaşları olmamışdır. Cavabdeh işləmədiyindən, ailəsinin bütün xərcləri onun üzərində olmuşdur. Qeyd olunan tarixdə ailələrində yaranan söz-söhbətə görə cavabdeh uşaqları ilə birgə evdən çıxıb getmişdir. Yalnız bundan sonra ona Xəzər Rayon İcra Şöbəsindən gələn bildirişdən məlum olmuşdur ki, onun cavabdehə 20.000 m anat aliment borcu vardır. Hesab edir ki, həmin aliment borcu qanunsuz hesablanmışdır. Belə ki, həmin müddət ərzində cavabdehlə birlikdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdehin həmin vaxtadək alimentlə bağlı icra şöbəsinə müraciət etməməsi buna sübutdur. Qeyd olunanlara əsasən, iddiaçı aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, iddiaçı ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan biri qız, biri oğlan olmaqla iki uşaqları anadan olmuşdur. 2013-cü ildə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırkı iş üzrə İddiaçı hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul mə bləğində alimentin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, İddiaçı aliment öhdəliklərini icra etməmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan bir müddət sonra qayıdıb eyni evdə yaşasalar da, ər-arvad münasibətlərində olmamış, birgə təsərrüfat idarə etməmişlər. Hətta yeməkləri belə ayrıca olmuşdur. Valideynləri övladlarını hər zaman ərzaq, geyim, eləcə də, zəruri idman (gimnastika) ləvazimatları ilə təmin etmişdir. Anasının paltar mağazası olduğundan, özü və uşaqlarını geyim məhsulları ilə o təmin etmişdir. Həmin müddət ərzində İddiaçı övladlarına kifayət qədər qayğı göstərməmiş, onlara laqeyd yanaşmış, hətta qızları Duyğunun dünyaya gəlməsindən belə çox gec xəbər tutmuşdur. Uşaqları məktəbə, gimnastikaya o aparıb-gətirmişdir. xx.xx.2022-ci il tarixdə münasibətləri daha da kəskinləşdiyindən, oğlu İbrahimlə birlikdə valideynlərinin evinə getmiş, hazırkı vaxtadək orada yaşayırlar. Nikahın pozulması tələbinə dair qaldırdığı iddia hazırda məhkəmənin icraatındadır. O, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Şahid Talıbov Cahangir Əzim oğlu ifadəsində bildirdi ki, İddiaçı onun oğludur. 2013-cü ildən xx.xx.2022-ci il tarixdək oğlu, həyat yoldaşı Cavabdeh və uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi G.Həsənov küçəsi 15 saylı evdə ümumi təsərüfat aparmaqla birgə yaşamışlar. Oğlu müəllim işləyir, aylıq gəliri 1000 manatdan, özünün ümumi gəliri isə 1600 manatdan artıq olmuşdur. Ev üçün ümumi bazarlığı o etmiş, oğlunun ailəsinə maddi köməklik göstərmişdir. Evlərində ayrı-s eçkilik olmamışdır. Çox hallarda yeməyi həyat yoldaşı hazırlamış, İlahə uşaqları ilə birlikdə eyni süfrədən yemək yemişlər. Yəni bir evdə ayrı qazanlar asılmamışdır. Uşaqları məktəbə, həkimə onlar aparıb-gətirmişlər. Qudasının mağazasının olmasını son zamanlarda bilmişdir, lakin ona məlumdur ki, qudası Bəhram Dərbənd şəhərində mal alıb satıb, ticarətlə məşğul olur. İlahənin valideynləri evlərinə mütəmadi olaraq gəlməmiş, gələndə isə, pay kimi nəsə alıb gətirmələri ailə-uşaq saxlamaq sayılmaz. Onların konkret olaraq, qızlarına və ya nəvələrinə pul yaxud yemək almalarından xəbəri olmayıb.
12. X6 ifadəsində bildirdi ki, o, İddiaçı əmisi oğludur. Turalgilə gündəlik baş çəkməsə də, 2018-2019-cu illərdə onların ailəsində sürücü kimi fəaliyyət göstərdiyi vaxtlarda tez-tez gedib-gəlmişdir. Ona gör ə də, Turalın ailəsini mehriban ailə kimi tanıyır. Həmçinin ona məlumdur ki, Turalın həyat yoldaşı ilə bir-birlərinə qarşı münasibətləri yaxşı olmuşdur.
13. X3 ifadəsində bildirdi ki, o, İddiaçı qonşusudur. Turalı və ailəsini 2000-ci illərdən tanıyır. Həmin vaxtlardan mehriban qonşuluq münasibətlərində olmuşlar. Ona görə də, ona məlumdur ki, Cavabdeh hər zaman həyat yoldaşı və qayınatasıgillə eyni evdə onlarla qonşuluqda qalmış, ata evinə gedib-gəlsə də, illərlə orada qalmamışdır. Həmin ailə kənardan hər zaman onda problemsiz, mehriban ailə təəssüratı bağışlayıb.
14. X5 ifadəsində bildirdi ki, o, İddiaçı iş yoldaşı olmuşdur. 4 ildir ki, birlikdə işləməklə, həmçinin yaxın dostluq münasibətlərində olmuşlar. Turalın dəfələrlə onun yanında həyat yoldaşı, uşaqları ilə telefon danışıqlarından on a məlum olmuşdur ki, ailəsinin xərclərini hər zaman Tural özü qarşılamışdır.
15. X1 ifadəsində bildirdi ki, o, Cavabdeh atasıgilin qonşusudur. Tərəflər 2010-cu ildə ailə qurmuşlar. 2012-ci ildə İlahə hamilə olduğu vaxt uşaq doğulana qədər atasının evində qalmışdır. Cavabdeh atasıgilə tez-tez gedib-gəlmiş, hətta ərinin evinə qayıtdıqda ərzaq aparmışdır.
16. Şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Cavabdeh 2012-ci ildən tanıyır. Uşaqları birlikdə gimnastika hazırlıqlarına gedirlər. İlahənin uşağını gimnastikaya gah anası, gah atası gətirmiş, ödənişlərini hər zaman anası İlahə etmişdir. Onların ailəsində problem olduğunu sonradan öyrənmişdir.
17. Tərəflərin birgə nikahından doğulan X10 məhkəməyə bildirdi ki, əvvəllər atası ilə birgə yaşamış, lakin son zamanlar anası ilə birlik də ana babasının evində yaşayır. Atası və bacısı ilə danışmır, çünki atası ona anasının pis olduğunu demişdir. Paltarları ona ana nənəsi gətirmişdir. Məktəbə isə atası və Bəhram babası aparmışdır. 8 il Mərdəkan qəsəbəsində yaşamışlar, lakin keçən ildən anası ilə birgə Zabrat qəsəbəsində yaşayır. Atası ilə yaşadığı vaxtlarda atası ilə bir yerdə yemək yeyirdilər. Atasının münasibəti ona qarşı pis olduğu üçün atası ilə görüşmək istəmir. Atası Koreyada olduğu vaxt onları anası saxlamışdır.
18. Tərəflərin birgə nikahından doğulan X13 məhkəməyə bildirdi ki, hal-hazırda atasının yanında qalır. 2-3 ildir ki, gimnastika ilə məşğuldur. Müəllimələri ilə əlaqəni anası saxlamış, sonuncu yarışa da anası ilə getmişdir. İdman avadanlıqlarını anası almış, Mərdəkanda qaldıqları vaxt atası aparıb-gətirmişdir. Atasının yanında qalmağı özü istəmişdir. Mərdəkanda anası və qardaşı ilə bir yerdə qalmış, atası isə ayrı qalmışdır. Paltarlarını atası alır.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim X8) 2(008)-4290/2022 nömrəli iş üzrə xx.xx.2022-il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmişdir və iddiaçının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunu cavabdehin xeyrinə ödəməkdən azad edilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ailə qanunvericiliyi məhkəmə tərəfindən, üzərinə aliment öhdəliyi qoyulmuş şəxsin borcu ilə yaranma əsası arasında səbəbli əlaqənin olduğu t əqdirdə həmin şəxsin borclarını ödəməkdən tamamilə və ya qismən azad edilmə imkanını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə isə məhkəmə, tədqiq edilmiş mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək sözügedən səbəbli-əlaqəni müəyyən etmişdir. Belə ki, 2012-ci ildə məhkəmənin qətnaməsi ilə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Ona görə də, tələbkar Cavabdeh ərizə ilə müraciət edərək, aliment tələbinin olmadığını qeyd etmişdir. Yəni, göstərilən müddət ərzində Cavabdeh aliment tələb etməməsi, habelə məhkəmə iclasında tərəflərin izahatları və şahidlərin ifadələri ona dəlalət edir ki, tərəflər və uşaqları birlikdə eyni evdə yaşamışlar və birlikdə yaşadıqları müddətdə iddiaçı valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Cavabdehin valideynlərinin cavabdehin övladlarına, yəni öz nəvələrinə geyim, qida və digər məhsullar alması, iddiaçının uşaqlarını saxlamaq öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının aliment borcunun silinməsi barədə iddiası əsaslıdır, ona görə də, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 №-li qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunu cavabdehin xeyrinə ödəməkdən azad edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112, 112.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(008)4290/2022 nömrəli iş üzrə xx.xx.2022-il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
23. Apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfov bildirdi ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar olan hazırki iş üzrə cavabdeh 2023-cü ilin aprel ayında İcra Şöbəsinə müraciət edərək icra sənədi üzrə borclu olan iddiaçının alimentin ödəmədiyini bildirmiş və alimentin tutulmasını xahiş etmişdir. Həmin ərəfədə borclu da Şöbəyə müraciət edərək qeyd edilən icra sənədi üçün aliment borcunun məbləği barədə arayış verilməsini xahiş etmişdir. Müraciətlər əsasında icra işi üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, tələbkar alimentin tutulmasından imtina etməmiş, lakin borclu olan iddiaçı alimenti ödəməmiş və nəticədə 20.000 manat məbləğində aliment borcu yaranmışdır. Bununla bağlı onun tərəfindən xx.xx.2022-ci il tarixdə “aliment borcunun məbləğinin hesablanması barədə” qərar qəbul edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X19) 2(103)3422/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilmişdir, hazı rkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə,iddiaçının cavabdehə qarşı “aliment borcunun ödənilməsindən azad edilmə tələbi barədə” iddiası təmin edilməməsi qət edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2012-ci ildə məhkəmənin qətnaməsi ilə uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Bundan sonra, tələbkar – hazırki iş üzrə cavabdeh ərizə ilə İcra Şöbəsinə müraciət edərək, aliment tələbinin olmadığını bildirmiş və alimentin tutulmasın dan imtina etmişdir. Məhkəmə bu yanaşmanı səhv hesab edib. Çünki həqiqətən də hazırki iş materiallarından və iş üzrə tərəflərin verdikləri məlumatlardan müəyyən edilir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-941/2012 iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə ilə qət edilmişdir ki, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan, onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi hər ay tutularaq hazırki iş üzrə cavabdehə verilməlidir. Həmin qətnamə icraya yönəldikdən sonra hazırki iş üzrə cavabdeh xx.xx.2012-ci il tarixdə Xəzər Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, hazırki iş üzrə iddiaçı ilə barışdığını bildirmiş və həmin qətnamənin icrasından, yəni alimentin tutulmasından imtina etmişdir. Hazırki apellyasiya baxışı zamanı işi n baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Şöbəsi tərəfindən Məhkəməyə təqdim olunmuş 8390/2013 saylı icra işinin materiallarından isə görünür ki, hazırki iş üzrə cavabdeh, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamənin icrasından bugünə kimi imtina etməmişdir. Hazırki iş üzrə cavabdehin yalnız xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina etməsini nəzərə alan Məhkəmə hesab edib ki, həmin imtina xx.xx.2013-cü il tarixli qətnamənin icrasından imtina kimi qəbul edilə bilməz.
26. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş şahidlərin ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilib, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki işin hallarından məlum olur ki, hazırki iş üzrə tərəflər qətnamə əsasında verilmiş icra sənədinin icrasından imtina etmək proseduru ilə tanışdırlar və xx.xx.2013-cü il tarixli qətnamə icraya yönəldikdən sonra barışmışlarsa, onda xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina olunduğu kimi həmin qətnamənin də icrasından imtina proseduruna riayət etməli idilər.
27. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsi 107.2, 112.1-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 15.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-ci il,2(103)-3422/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahlarından anadan olunmuş övladlarının saxlanılması üçün alimentin tutulmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən sonra tərəflərin ailə münasibətlərinin bərpa olunması və onların birgə yaşamaları işin faktiki hallarını araşdıran məhkəmələrlə sübut olunduğundan və həmin müddət ərzində iddiaçının övladlarının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi cavabdeh tərəfindən sübut olunmadığından, tərəflərin birgə yaşadıqları müddət üçün yığılmış aliment borcundan iddiaçının azad olunma masına dair məhkəmələrin mövqeyi qanuni və əsaslı olmamışdır. Apelyasiya Məhkəməsi tərəflərin birgə yaşaması halının üzrlü səbəb kimi nəzərə almaması anlaşılan deyildir. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqroiyasına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tərəflərin birgə ai lə olaraq məclislərdə iştirak etmələri, birgə istirahətdə olmaları müəyyən olunur. Hətta tərəflərin birgə ailə şəklində yaşamaları şahidlərin ifadəsində öz əksini tapmışdır. Bundan başqa, apelyasiya məhkəməsi uşaqlarının iddiaçının və cavabdehin birgə yaşadığı evin yaxınlığında yerləşən Mərdəkan qəsəqəbəsi 183 nömrəli məktəbdə təhsil almasına da qiymət verməmişdir. Cavabdeh tərəf etirazında göstərdiklərinə dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, cavabdeh birlikdə təsərrüfat aparmadıqlarını bildirsə də bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin mövqelərini nəzərə almamış, iş materiallarına əlavə edilmiş şahid ifadələri, mesajlar,arayışlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir. Əgər iddiaçı cavabdehlər birlikdə yaşadıqları müddətdə uşaqların və ailənin maddi ehtiyaclarını qarşılamırdırsa nəyə görə cavabdeh icra şöbəsinə müraciət etməmiş, nəyə görə qətnamənin icrasını tələb etməmişdir. Göründüyü kimi iddiaçı ailənin və uşaqların maddi təminatını təmin etdiyi üçün cavabdeh həmin dövrdə icra şöbəsinə müraciət etməmişdir. İddiacı sübut qismində cavabdeh ilə arasında olan ‘whatsapp’proqramı vasitəsi ilə aparılmış mesajları təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi həmin mesajlara qiymət verməmişdir. Həmin mesajlardan açıq şəkildə məlum olur ki, iddiaçı cavabdeh ilə birgə yaşadığı dövrdə ailənin və uşaqların bütün maddi ehtiyaclarını qarşılamışdır. Kassator şikayyətinin hüquqi əsası kimi AR Ailə Məcəlləsinin 107, 112-ci maddələrinə, MPM maddə 77.1, 88, 200-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı iş üzrə qəbul etdiyi, xx.xx.2013-cü il tarixli qətnaməsindən bir müddət sonra o uşaqları ilə birlikdə kassatorun yaşadığı evə qayıtsa da, onunla birgə təsərrüfat aparmamış, birgə ailə təsərrüfatını idarə etməmişlər. Uşaqların bütün ehtiyaclarını onun valideynləri qarşılamışlar, bu gün də qarşılayırlar. Bir yerdə deyil, bir evdə yaşadıqları müddətdə kassator övladlarına kifayət qədər qayğı göstərməmiş, onlara laqeyd yanaşmışdır. Onlar evdə ayrı-ayrı iki insan kimi yaşamışlar. O, uşaqlarına görə iddiaçının bu hərəkətlərinə dözsə də, 2022-ci ilin mart ayında münasibətlə r dözülməz hala gəlmiş, xx.xx.2022-ci il tarixdə o valideynlərinin evinə qayıtmışdır. Onun özünə də demişdir ki, bir halda ki, cavabdehin valideyinləri onun və övladlarının maddi ehtiyaclarını qarşılayır, iddiaçı uşaqları ilə maraqlanmır, özünü yad bir insan kimi aparırsa, bu evdə yaşamağın da bir mənası qalmamışdır. Apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfov da izahatında bildirdi ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)1110/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar olan cavabdeh, 2023-cü ilin aprel ayında İcra Şöbəsinə müraciət edərək icra sənədi üzrə borclu olan hazırki kassatorun alimentin ödəmədiyini bildirmiş və alimentin tutulmasını xahiş etmişdir. Həmi n ərəfədə borclu da Şöbəyə müraciət edərək qeyd edilən icra sənədi üçün aliment borcunun məbləği barədə arayış verilməsini xahiş etmişdir. Müraciətlər əsasında icra işi üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, tələbkar alimentin tutulmasından imtina etməmiş, lakin borclu olan iddiaçı alimenti ödəməmiş və nəticədə 20.000 manat məbləğində aliment borcu yaranmışdır. Bununla bağlı icraçı tərəfindən xx.xx.2022-ci il tarixdə "aliment borcunun məbləğinin hesablanması barədə" qərar qəbul edilmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsində tamamilə düzgün nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
31. Maddə 17. 2-ci hissə uşaqların qayğısına qalmaq və onları tə rbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
32. Maddə 107.2 məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
33. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla al iment ödəməkdən azad edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə 23.1.1 tələbkar icra sənədinin qaytarılması barədə ərizə verdikdə icra sənədi icra edilmədən icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarı:
35. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 15.2 məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 106.1 İş də iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
46. Belə ki, kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddia tələbinin təmin edilməməsi barədə qənaətini Ailə Məcəlləsinin 107-ci maddəsinə istinadən işin hallarını və təqdim edilmiş sübutları iddiaçının aliment borclarından azad edilməsi üçün əsas təşkil etməməsi ilə əsaslandırmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr alimentdən azad edilmə ilə bağlı irəli sürülmüş tələbə baxarkən icraatın növünü düzgün müəyyən etməmişlər. Belə ki, iddiaçı Məhz Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsaslanaraq bu tələbi irəli s ürür. Nəzərə alınmalı idi ki, sonuncu icra vərəqəsi təkrar olaraq qətnamənin çıxarılmasından uzun müddət sonra verilmiş, keçən müddət ərzində alimentin icra qaydasında icrası tələb olunmamışdır.
48. Hazırki vəziyyətdə Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb alimentin ödənilməsindən azad etmə ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu qəbildən olan məsələlərə mülki işin davamı kimi baxılması, irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını i stisna edir.
49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının alimentin ödənilməsindən azad edilməsi ilə bağlı tələblərinə məhkəmə qətnaməsinin icrası ilə bağlı icraatda qiymət verilməli və baxılarkən aşağıdakı hallar nəzərə alınmalıdır:
50. Ailə Məcəlləsinin 107.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
51. Göründüyü kimi, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər hall arın da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir.
52. Belə olan halda tərəflərin birgə yaşaması halına dair şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilər. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir.
53. Həmçinin nəzər ə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin yalnız xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina etməsini, həmin imtinanın xx.xx.2013-cü il tarixli qətnamənin icrasından imtina kimi qəbul edilməməsini, tərəflərin qətnamə əsasında verilmiş icra sənədinin icrasından imtina etmək prosedurası ilə tanış olmalarını və xx.xx.2013-cü il tarixli qətnamə icraya yönəldikdən sonra barışmışlarsa, o zaman xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina olunduğu kimi həmin qətnamənin də icrasından imtina proseduruna riayət etməli olduqlarını qeyd etmişdir.
54. Lakin iş materiallarına əlavə edilmiş yazışmalar, məhkəmədə ifadə vermiş şahid ifadələri və cavabdehin xx.xx.2013-cü il tarixli qətnamənin xx.xx.2013-cü il tarixdə icraya yönəldilməsindən sonra 2022-ci ilin aprel ay ınadək alimenti tələb etməməsi tərəflərin birgə təsərrüfat aparmalarına dair qənaət formalaşdıra bilir. Buna baxmayaraq, apellyasiya kollegiyası icra vərəqəsinin icrasından imtina proseduruna riayət edilməməsini əsas gətirərək, 9 il ərzində alimentin ödənilməməsi və tələb edilməməsinə dair işin hallarını ciddi şəkildə araşdırmamışdır.
55. Göründüyü kimi, mübahisənin obyektiv və ədalətli həlli məqsədilə apelyasiya kollegiyası adıçəkilən sübutlara və işin hallarına nəinki qiymət verməmiş, hətta tərəflərin birgə yaşamadıqlarının öz təsdiqini tapması qənaətinə gəlirdisə, hansı səbəbdən xx.xx.2013-cü il tarixdən sonra keçən müddət ərzində cavabdehin məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini tələb etmədiyini araşdırmamış, icra işini tələb edib işi n icra vəziyyəti, hazırki iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödətdirilməsi ilə bağlı hansı icra tədbirlərinin həyata keçirildiyini öyrənməmiş, yalnız formal mülahizə yürütməklə tərəflərin birgə yaşamadıqlarının öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, h abelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
57. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların və işin hallarının müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara natamam qiymət vermiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.
58. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
59. Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir.
60. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kassasiya kol legiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının, işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “01” “avqust” “2023”-cü il tarixli, 2(103)-3422/2023 saylı qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
61. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhk əmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “01” “avqust” “2023”-cü il tarixli 2(103)-3422/2023 saylı qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.