Məhkəmə qərarları › İş №2(102)-1551/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1551/2021

26.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1551/2021 26.01.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında «26» yanvar 2021-ci il Bakı şəhəri Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Əzizağa oğlu Abbasov Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1359/2020 saylı 18 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı2, İddiaçı3 və İddiaçı1 kassasiya şikayətlərini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1359/2020 saylı 18 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 xx xxxxxxx 2020-ci ildə kassasiya şikayətləri vermişlər. Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası m əhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göründüyü kimi, iddiaçılar İddiaçı2 İddiaçı3 və İddiaçı1 2 aylıq müddəti ötürmüş, müddətin bərpası ilə bağlı ərizə də verməmişlər. Apellyasiya instansiyası da müddətin ötməsinə diqqət yetirməmişdir. Nəticədə kassasiya şikayətləri prosessual müddət ötürülməklə kassasiya instansiyasına göndərilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayətləri icraata qəbul edilməməli və mülki iş kassasiya şikayəti ilə birlikdə şikay ətin qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 408-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1359/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2, İddiaçı3 və İddiaçı1 kassasiya şikayətləri icraata qəbul edilməsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar