Məhkəmə qərarları › İş №2(102)-1555/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1555/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1555/2021 05.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişi, sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və XXX Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1411/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İmişli şəhəri, XXXXXX küçəsi, 106A saylı fərdi yaşayış evi (bundan sonra – yaşayış evi) 04.11.2016-cı il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 24.11.2016-ci il tarixdə iddiaçı yaşayış evini “xxxx” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – cavabdeh) 23.11.2017-ci il tarixədək daşınmaz əmlakın icbari sığortası növü üzrə 15000 manat məbləğində sığortalamışdır. 19.05.2017-ci il tarixdə iddiaçıya məxsus yaşayış evində elektrik naqillərinin nasazlığı üzündən yanğın baş vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsinin baş təhqiqatçısı V.XXXun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30.09.2019-cu il tarixli qərarına əsasə n 19.05.2017-cı il tarixdə, saat 04 radələrində sözügedən fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş, nəticədə evin yanar konstruktiv elementləri və içərisində olan əşyalar yanaraq yarasız vəziyyətə düşmüşdür. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı yaşayış evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına raiyət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, Azərbaycan Respublikasında Yanğın Təhlükəsızliyı Qaydalarının 1.10.2-ci bəndinin, “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2-ci bəndinin və “Azərbaycan Respublikası Elektrik X1"nın 3.4-cü bəndinin tələblərini pozaraq özünə məxsus fərdi yaşayış evində yanğın təhlükəsizliyinə riayət etməmişdir. Bu səbəbdən 19.05.2017-cı il tarixdə, sa at 04:00 radələrində özünə məxsus evin çardaq hissəsindən keçən daxili elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın baş vermişdir. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işınin başlanması rədd edilmişdir. 01.07.2017-ci il tarixdə baş vermiş yanğın hadisəsinə görə cavabdeh tərəfindən iddiaçıya sığorta məbləğindən 150 manat azadolma məbləği çıxılaraq 14850 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sığorta hadisəsi nəticəsində daşınar əmlakına dəymiş 30000 manat maddi zərərin və məhkəmə xərclərinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 9.05.2017-ci il tarixdə mülkiyyətində olan fərdi yaşayış evində yanğın baş vermiş, iki mərtəbəli, 4 otaqlı evi içərisindəki əşyalarla birlikdə tamamilə yanmışdır. Cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdeh ona 30000 manat pul ödəməlidir. Müqavilə 24.11.2016-cı ildən 23.11.2017-ci ilədək qüvvədə olmuşdur. İmişli "xxxx" ASC-nin qiymətləndirməsinə əsasən yanğın zamanı yanaraq məhv olan daşınar əşyaların dəyəri hazırkı bazar qiymətləri ilə 31400 manat təşkil edir. Cavabdeh daşınmaz əmlaka görə sığorta öhdəliyini yerinə yetirsə də, daşınar əmlaka görə sığorta öhdəliyini yerinə yetirməkdən imtina edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2823/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təm in edilməmişdir. Birinci instansiya məhkəməsi 19.05.2017-cı il tarixdə baş vermiş yanğın hadisəsinə görə 14850 manat sığorta ödənişinin sığortalının hesabına köçürülməsini, bununla da cavabdehin qanunun və tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə tam olaraq əməl etməsini, iddiaçının qeyd edilən sığorta müqaviləsi üzrə yaşayış evindən əlavə, həmin evdə olan daşınar əşyaları da sığorta etdirməsinə dair hər hansı sübutlar təqdim edə bilməməsini nəzərə alıb, iddia tələbini təmin etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 16.1, 425, 883.1, 922.1, 922.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1, 35.1, 36.1.1, 36.1.3, 39.3.3, 41.1-ci maddələrinə istinadla əsaslandırmı şdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1411/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşayış evindən savayı həmin evdə olan daşınar əşyalarını da sığorta etdirməsinə dair hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin ed ilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razıl aşmadır (maddə 883.1). Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir (maddə 15.1). MPM Hər bir tərəf öz tələblərin in əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarınının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin dig ər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1411/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar