Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1559/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin təmirinə çəkilmiş xərclərin ödənilməsi və maddi ziyan tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1280/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 2. 2017-ci ilin mart ayında İddiaçı ona məxsus mənzilin, cavabdeh isə ünvan 1 ünvanında ona aid hazırki iş üzrə mübahisəli fərdi yaşayış evinin dəyişdirilməsi barədə şifahi razılığa gəlmişlər. Razılaşma əsasında iddiaçı ailə üzvləri ilə birlikdə 17 nömrəli fərdi yaşayış evinə, cavabdeh isə ailə üzvləri ilə birlikdə 35 nömrəli mənzilə köçərək yaşamağa başlamışlar.
3. Mingəçevir şəhəri 20 Yanvar döngəsi 17 saylı ev mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Mingəçevi r Şəhər Məhkəməsinin 2(051)-62/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı, onun arvadı (hazırki iş üzrə tərəf olmayan) Gülnar Nəsibova, (övladları) X2 və Fərid Nəsibova qarşı “fərdi yaşayış evindən çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, İddiaçı, Gülnar Nəsibova, Ayla Nəsibova və X1 şəhəri, 20 Yanvar döngəsi, ev 17 ünvanında yerləşən Cavabdeh məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evin təmiri üçün xərclədiyi 100000 manat pulun, 18000 manat verdiyi pulun və 408 manat dövlət rüsumunun ca vabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun və ailə üzvlərinin mənzildən çıxarılmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin həmin iddia ərizəsində göstərmişdir ki, özünə məxsus ünvan 3 ünvanda yerləşən mənzil ilə cavabdehə məxsus ünvan 4da yerləşən həyət evi dəyişmişlər və hal-hazırda o, ailəsi ilə cavabdehə məxsus ünvan 3 ünvanında köçüb yaşayır, cavabdeh isə ailəsi ilə ona məxsus ünvan 1 ünvanında yaşayir. Onların arasında dəyişmə müqaviləsi 2017-ci ilin ilk aylarında olmuş və onlar evləri dəyişmişlər. İddiaçı qeyd edir ki, sözügedən evləri dəyişdikləri zaman cavabdehin mülkiyyətində olan 20 Yanvar döngəsi ev 17 ünvanı təmirsiz və sənədsiz olmuş, ona məxsus Va qif Abdullayev küçəsi ev 5, mənzil 35 ünvanında yerləşən mənzil isə tam təmirli olmuşdur. Sözügedən mənzilə onlar evləri dəyişdikdən indiyə kimi cəmi 100.000 manatdan çox xərc çəkmişdir. Bunu təsdiq edən sənədləri, evin əvvəlki (təmirsiz) şəkilləri, hazırki (təmirli) şəkillərini təqdim etmişdir. Onun sözügedən evi təmir etməyini cavabdeh hər zaman bilmiş və buna etiraz etməmişdir. Çünki onlar cavabdehin də bildirdiyi kimi, evləri dəyişmişlər və ev faktiki olaraq iddiaçıya məxsus olduğu üçün təmir işlərini etdirməyində mübahisə olmamışdır. Cavabdehlə münasibətləri yaxşı olmuş və bir-birilərinin evinə gedib gəlmişlər. Təmir tam başa çatdıqdan sonra cavabdeh onu və ailəsini həmin mənzildən çıxarmaqla bağlı məhkəməyə müraciət etmiş və hazırda da onu həmin evdən çıxarmaq niyyətindədir. Bundan ə lavə, cavabdehə müxtəlif vaxtlarda hissə-hissə 18.000 manat pul vermişdir. Bu pulları verməkdə məqsədi evlərin arasında olan fərqi bağlamaq olmuşdur. Belə ki, o, tam təmirli evi verdikdən sonra əlavə olaraq 18.000 manat pul verməklə evləri dəyişmişlər.
7. Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməməli idi. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbinə görə hansı xərclər çəkilibsə, yəni nə düzəldilibsə, onun tərəfindən onların bir-bir adları, çəkdiyi xərclər və digər halları təsdiq edən halları iddia ərizəsində göstərməli idi. Bu halları sübut edən və iddia ərizəsində tələb olunan heç nə göstərilməmişdir. Məhkəmə heç bir hüquqi əsas olmadan iddia ərizəsini icraata qəbul etmiş, qarş ı tərəfə vermədən işi icraata götürüb, ekspertiza təyin etmişdir və ekspertizanın təyin edilməsi ilə əlaqədar olaraq lazım olan məlumatlar qarşı tərəfə bildirilməmişdir. İddia ərizəsinin məzmunu düzgün tərtib olunmaması ekspertlərə səhv rəy vermək üçün əsas yaratmışdır. Bundan əlavə, iddiaçı onları aldadaraq ev bankda yüklü olduğu halda evi ona satdığını bildirmiş və qərəzli olaraq sənədləşməni gecikdirmişdir. Bütün göstərilən hallar iddiaçının qanunsuz əməllərindən xəbər verir və vicdanlı sahibdən bu halda söz gedə bilməz.
8. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra - Məhkəmə Ekspertizası Mərkəzi) 7 iyun 2023-cü il tarixli, 10/174-9/251 saylı rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləş ən fərdi yaşayış evinin təmirli vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 276000 manat məbləğində müəyyən olunur. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təmirsiz vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 216000 manat məbləğində müəyyən olunur, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin və onun həyətyanı torpaq sahəsində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 59257 manat məbləğində olduğu müəyyən edilir.
9. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(e-2(051)-156/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 59.257 manat məbl əğində təmir xərci, 240 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdeh məhkəmə iclasında və ərizələrində iddiaçı ilə evlərin dəyişməsini etiraf etmiş, lakin bu dəyişmənin etibarsız olmasını bildirmişdir. Buna səbəb kimi İddiaçı ona verdiyi evin yüklü olması barədə ona məlumat verməməsi kimi izah edir.
11. Ekspert rəyinə və evə baxış protokoluna əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsində yaxın vaxtlarda təmir işləri aparılmış, sözügedən təmir iddiaçı tərəfindən aparılması tərəflər tərəfindən mübahisə ləndirilməmişdir.
12. Məhkəmə, cavabdehin təmirə razılıq verməməsi ilə bağlı fikirlərini inandırıcı hesab etməyərək qeyd etmişdir ki, cavabdeh etirazlarında da evlərin dəyişdirilməsini bildirmiş və iddiaçının ailəsi ilə birlikdə həmin evdə yaşamasını bilmişdir. Evin tam olaraq təmirsiz olmasını və yaşanması qeyri-mümkün olmasını nəzərə alaraq təmir olunması aydın görünür. 2017-ci ildən evlərin dəyişməsinə razılığı olmayan cavabdeh buna bir neçə il ərzində etirazını bildirməli və həmin vaxtlar evin təmirinin qarşısının alınmasına çalışmalı idi. Bununla da Cavabdeh evi könüllü olaraq dəyişməsinə razılıq verməsi, 6 il ərzində evin təmir olunmasını bildiyi halda buna mane olmaması və əksinə, iddiaçının həmin evin təmirinə pul xərclənməsinə şərait yaratması iddiaçının vicdanlı sahib olmasına əsas verir.
13. Məhkəmənin qənaətinə görə, tərəflər arasında şifahi formada evlərin dəyişməsi ilə bağlı razılıq olmuşdur. Onlar arasında bu cür razılaşma olarkən İddiaçı məxsus mənzil ipoteka yüklü, Cavabdeh evinin isə sənədi olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh mübahisəli evi iddiaçının ailə üzvləri ilə həmin evdə yaşadığı və ev təmir olunduqdan sonra, yəni 2022-ci ildə mülkiyyətinə keçirmişdir. Cavabdehin evi təmirsiz verdikdən sonra hazırda iddiaçıdan təmirli halda tələb etməsi və onu ailə üzvləri ilə həmin evdən çıxarması onun əsassız varlanması ilə nəticələnməkdədir.
14. Məhkəmə mübahisə obyekti olan tərəflər arasında bağlanmış dəyişmə müqaviləsinə münasibət bildirərək hesab etmişdir ki, tərəflər iddia ərizələrində bu halı mübahisələndirməsələr də, məhkə mə tərəflər arasında olan əqdlərə qiymət verməlidir (Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə sözügedən əqdə qiymət verərək hesab edir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı bağlanmış müqavilələr notarial qaydada təsdiq olunmalıdır (Mülki Məcəllənin 394-cü maddəsi). Lakin tərəflər arasında müqavilə bağlanmamış və öz aralarında şifahi razılaşma olmuşdur. Ona görə də müqavilə bağlandığı vaxtdan etibarsızdır. Belə olan halda iddiaçı vicdanlı sahib olmaqla Mülki Məcəllənin 157-ci maddəsinə əsasən əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsində haqlıdır.
15. Məhkəmə iddiaçının 18000 manat pul tələbinə dair hissədə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin isə sözügedən pul məbləğinin ona verilməsini sübut etmək kimi bir öhdəliyi olmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091.1, 1094-cü, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət, iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirmişdir ki, məhkəmə təmin olunmuş təmir işlərinin kim tərəfindən aparılmasını və digər halları məhkəmə prosesində araşdırmalı idi. Ekspertizada göstərilən işlərin 90%-i cavabdeh tərəfindən aparılmış işlərdir. Misal üçün, qapının qoyulması, elektrik xəttinin çəkilməsi, sanuzellərin quraşdırılması, ayna pəncərələrin qoyulması və sairə halları iddiaçı öz adına çıxmışdır və bildirəndə ki, bunlar cavabdeh tərəfdən olunub və bunu təsdiq edən şahidlər var, məhkəmə bunlara əhəmiyyət verməmişdir. Məhkəmə Mülki Məcəllənin 157.6157.7-ci maddələrinə istinad edərək düzgün təfsir etmədən İddiaçı vicdanlı sahib hesab etmişdir. Bu bəndlər, istər Mülki Məcəllənin 157.6, istərsə də 157.7-ci maddələri vicdanlı sahibə aiddir. Burada isə iddiaçı vicdanlı sahib hesab edilə bilməz. Ona görə ki, onun mənzili V.Abdullayev küçəsi ev 5, mənzil 35 saylı ev 2012-ci ildən ipoteka müqaviləsi əsasında girov qoyulmuşdur. Tərəflər isə mənzilləri 2017-ci ildə dəyişməyə qərar a gəlmişdir. Yəni, iddiaçı mənzili dəyişərkən evinin girovda olmasını bildirməmişdir. "xxxx" ASC İddiaçı bununla bağlı dəfələrlə mənzilin məhkəmə qaydasında hərraca çıxarılıb satılacağı barədə xəbərdarlıq etmişdir. Axırıncı xəbərdarlıq 2016-cı ilin fevralında verilmişdir. Bundan sonra iş məhkəməyə verilmişdir. 2017-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 saylı evin 35 saylı mənzilinin hərracda satılması və iddiaçının borcunun ödənilməsinə yönəlmişdir. Həmçinin iddiaçının həmin ünvandan çıxarılması barədə qətnamə çıxarılmışdır və bu barədə icra vərəqəsi verilmişdir. Həmin ərəfədə, yəni 2017-ci ildə iddiaçı evini dəyişmək üçün cavabdehə müraciət etmişdir. Bir sözlə, ona məxsus olmayan məhkəmə qərarı olan evi dələduzluqla ona məxsus olmas ını bildirmişdir və müxtəlif bəhanələrlə rəsmiləşmənin uzadılmasını xahiş etmişdir. Belə insan vicdanlı sahib ola bilməz. Evin qanunsuz mülkiyyətində olması onunla təsdiq olunur ki, iddiaçı aldadıb evi dəyişmək istəyib, yəni bilib ki, bu ev onun qanunsuz istifadəsindədir. Ona görə də iddiaçı vicdansız sahib hesab edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004cü il tarixli Plenum qərarı vardır. Vicdanlı, vicdansız sahib anlayışının təfsiri orda verilmişdir. Cavabdeh evin girovda olduğunu 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrinə müraciət etdikdən sonra bilmişdir. Həmçinin ev girovda, icra vərəqəsi olduğu bir halda iddiaçı yenidən 2019-cu ildə həmin evə yenidən kredit götürmüşdür. Ondan sonra cavabdeh iddiaçının mənzildən çıxarmaq məsələsini qaldı rmışdır. Beləliklə, qanunun tələbinə görə iddiaçı vicdansız sahibdir. Ona görə də MM-nin 157.5-ci maddəsi tətbiq edilə bilər.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Cavadova (sədrlik edən və məruzəçi), V.Məlikov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı olan hüquqdur. Qeyd edilən qeydiyyatın aparılması üçün isə dəyişdirmə müqaviləsinin notarial formasına riayət edilməsi tələb olunur. İş üzrə tərəflər arasında dəyişdirmə müqaviləsi faktiki olaraq bağlanmışdır. Lakin həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun qeydə alınmadığı üçün özü-özlüyündə etibarsız müqavilədir.
21. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında bağlanmış dəyişdirmə müqaviləsi etibarsız müqavilə olması, iddiaçının vicdansız sahib olması anlamına gəlmir. Belə ki, tərəflər arasında sözügedən razılaşma əldə olunduğu vaxt iddiaçı, cavabdehə aid mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, cavabdeh isə iddiaçıya məxsus 17 nömrəli mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü olması barədə məlumatlı olmuşlar. İddiaçı ailə üzvləri ilə birlikdə cavabdehin razılığı ilə mübahisəli fərdi yaşayış evində 6 il müddətində yaşamışdır. Bu halı cavabdeh həm hazırki iş üzrə, həm də 2(051)-62/2023 say lı mülki iş üzrə verdiyi izahatlarında təsdiq etmişdir. Həmin müddət ərzində cavabdeh iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına və həmin evdə təmir işləri aparmasına hər hansı etiraz, şikayət etməmişdir. Cavabdeh yalnız 2022-ci ildə, yəni mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra, iddiaçının və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən çıxarılmaları barədə məhkəmədə iddia irəli sürmüş, məhkəmə qətnaməsi ilə həmin iddianın təmin edilməsi qət edilmişdir.
22. Məhkəmə, cavabdehin iddiaçıya məxsus mənzilin yüklü olmasını 2022-ci ildə bildiyi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin bu dəlili əsaslı deyil. Belə ki, 2(051)-62/2023 saylı mülki işin başlanmasına əsas olmuş iddia ərizəsində iddia çı(hazırki iş üzrə cavabdeh) iddia ərizəsində mənzilin yüklü olması barədə məlumatın evləri dəyişdirdikdən bir müddət sonra bildiyini bildirmişdir.
23. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “iddiaçıya məxsus mənzilin ipoteka ilə yüklü olması haqqında cavabdehin 2022-ci ildə məlumatlı olması” barədə cavabdehin bildirdikləri həqiqət kimi qəbul edilsə belə, bu hal iddiaçının hazırki iş üzrə “vicdansız sahib” etmir. Çünki hazırki halda “vicdanlılıq” iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasının əsaslarına münasibətdə müəyyən edilir. Cavabdehin özünün bildirdiklərindən və məhkəmələrin işin müəyyən etdikləri hallarından məlum olur ki, 2022-ci ilədək iddiaçının mübahisəli yaşayış evində yaşamasına cavabdeh şəxsən razılıq vermişdir.
24. Məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evində 2017-ci ildən 2022-ci ilədək ailə üzvləri ilə birlikdə yaşayan iddiaçı həmin evin qanuni (vicdanlı) sahibi olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qənaəti əsaslı, apelyasiya şikayətinin dəlilləri ilə əsassızdır.
25. Məhkəmə, iddiaçının mübahisəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmirtikinti və yaxşılaşdırma işlərinə görə 100.000 manat vəsait sərf etməsinə və həmin vəsaiti tələb etməsinə münasibət bildirərək və Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı 2022-ci il tarixədək mübahisəli fərdi yaşayış evinin qanuni sahibi, yəni vicdanlı olmuşdur. İddiaçı, mübahisəli fərdi yaşayış evində və evin həyətyanı sahəsində aparılmış təmir və yaxşılaşdırmaların onun tərəfindən aparılmasının təsdiqi kimi məhkəməyə fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərdən görünür ki, mübahisəli fərdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində təmir işləri, yaxşılaşdırmalar aparılmışdır. Fotoşəkillərin müqayisəli şəkildə təhlil nəticəsində müəyyən edilir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçərkən və evin hazırki vəziyyəti arasında fərq mövcuddur, evin və həyətyanı sahəsində təmir, yenidənqurma və tikinti işləri görülmüşdür.
26. Cavabdehin iddia tələbinə və apellyasiya şikayətinə qarşı etirazı ondan ibarətdir ki, iddiaçı, mübahisəli fərdi yaşayış evinin cavabdeh tərəfindən ona yaşayış üçün yararsız, təmirsiz vəziyyətdə verməsini bildirsə də, bu məlumat həqiqəti əks etmir. Mübahisəli evin təmir işlərinin 90%-i (məsələn: qapının qoyulması, elektrik xəttinin çəkilməsi, sanuzellərin quraşdırılması, ayna p əncərələrin qoyulması və s.) cavabdeh tərəfindən aparılmışdır. Bu halları təsdiq edən şahidlərin olması barədə məhkəməyə bildirilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən cavabdeh hər hansı bir şahidin dindirilməsi barədə məhkəməyə vəsatət verməmişdir.
27. Məhkəmə hesab edir ki, cavabdeh təmir-tikinti, yaxşılaşdırma işlərinin çox hissəsinin onun aparması barədə dəlilləri üzrə sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə də əsassızdır.
28. Mübahisəli fərdi yaşayış evinin və evin həyətyanı sahəsinin təmirinə və yaxşılaşdırmalarına iddiaçı tərəfindən vəsaitin sərf olundu ğu iş materialları ilə təsdiq olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, ekspertiza keçirilərkən bu barədə xəbər verilməmiş, Daşınmaz Əmlakın real bazar dəyərinin mənzilə verdiyi qiymət 85 000 manat olduğu halda, ekspertiza tərəfindən evə 276000 manat qiymət qoyulmuşdur. Belə olan halda ekspertizanın təkrar keçirilməsi barəsində vəsatət vermiş, lakin hakim təkrar vəsatəti təmin etməmişdir. İşə baxılarkən ekspertin qiymət qoyduğu əmlakın çox hissəsini iddiaçı söküb aparmışdır. Yəni, mübahisəli mənzilin həyətində olan bütün ağacları kəsmiş, qapıları çıxarmış, döşəmənin yarısını sökmüş, ekspertizada göstərilən divara vurulmayan divar kağızlarını və digər əşyaları sökərək aparmışdır. Təyin olunmuş 59000 manatın içində bu materiallar hesablanmış və həmin məbləğ göstərilmişdir. Məhkəmə bunu nəzərə almadan 59000 manat məbləği saxlamışdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, mənzil təmirsiz və yarımçıq olmuşdur. Bu da hakimin subyektiv mülahizəsidir. 2009-cu ildən köçənədək, yəni 2017-ci ilə qədər həmin mənzildə yaşamışlar. 8 il yaşadığı mənzil yarımtikili və təmirsiz olması qeyri-mümkündür. Məhkəmə göstərmişdir ki, evin sənədi olmamışdır. Torpağı 2009-cu ildə almış, ev tikdirmiş, ancaq torpağın sənədini 2015-ci ildə qeydiyyatdan keçirmişdir. Torpağı fərdi şəxsdən almış, 2009-cu ildən ev tikən dən sonra bələdiyyə bildirmişdir ki, torpaq onlara məxsusdur. Ona görə də 2015-ci ildə torpağa sənəd almış və həmin sənədin üstündə tikilinin olması bildirilmişdir. Evinin və torpağının sənədləri qaydasında olmuşdur. Həmçinin qətnamədə göstərilmişdir ki, şifahi formada müqavilə bağlanmışdır. Bu müqavilənin etibarsız olmağını hakim özü təsdiq edir və məhkəmə prosesində müəyyən olunmuşdur ki, mənzil 2012-ci ildən girovdadır. Bundan sonra hakim tərəflər arasında müqavilə bağlandığını göstərmişdir. Bu sadəcə olaraq dələduzluq əlaməti kimi qiymətləndirilməli idi. 178.1-ci-maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda o şəxs bu barədə dövlət reyestrinə keçməyibsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməli idi. İddiaçının mənz ili girovda olduğuna görə bunu etməmişdir. Buna görə də, heç bir şifahi müqavilənin bağlanmasından söz gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 157.2. Mülkiyy ətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin baxış həddini iddianın təmin edilən hissəsi təşkil etdiyindən hazırkı kassasiya şikayətinin dəlilləri əsas ında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən və bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olduğundan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
44. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr iddiaçının vicdanlı sahib olmaqla Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin tələb etməkdə haqlı olması barədə gəldiyi qənaəti əsaslı və işin faktiki hallarına uyğun hesab edir və kassasiya şikayətinin bu hissə ilə bağlı dəlilləri ilə razılaşmır.
45. Lakin məhkəmə kollegiyası əmlakın təmirinə çəkilmiş xərclərin məbləği ilə bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu hissədə məhkəmələr tərəfindən işdə olan sübutlara düzgün qiymət verilmədiyi, xərcin məbləğinin düzgün müəyyən edilməsi üçün aparılan araşdırmanın kifayət etmədiyi nəticəsinə gəlir.
46. Belə ki, təmir işlərinin dəyəri məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı mövcud vəziyyətdə evin ümumi təmirin dəyəri müəyyən edilmişdir. Cavabdeh ekspertin göstərdiyi işlərin bir hissəsinin ev iddiaçıya təhvil verilərkən mövcud olduğunu bildirsə də və bu işlərdən bəzilərinin( məsələn, seyf tipli metal qapının quraşdırılması) fərdi yaşayış evinin təmirdən ə vvəlki və təmirdən sonra çəkilmiş fotoşəkillərinə baxmaqla müəyyən edilə bilsə də, məhkəmə həmin rəyi ətraflı tədqiq etməmiş, hər iki tərəfin iştirakı ilə evdə görülmüş təmirin hansı hissəsinin iddiaçı, hansı hissəsinin cavabdeh tərəfindən aparılmasını dəqiqləşdirməmiş, cavabdeh tərəfindən görülmüş işlərin dəyərini ümumi məbləğdən çıxmamışdır. Apellyasiya məhkəməsində cavabdeh təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, həmin vəsatət isə təmin edilməmişdir.
47. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
48. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyə n edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
49. Bundan başqa, iddiaçı kassasiya şikayətində ekspertin qiymət qoyduğu əmlakın çox hissəsinin iddiaçı tərəfindən sökülüb aparıldığını, mübahisəli mənzilin həyətində olan bütün ağacları kəsdiyini, qapıları çıxardığını, döşəmənin yarısını, ekspertizada göstərilən, lakin divara vurulmayan divar kağızlarını və digər əşyaları sökdüyünü göstərmişdir. 5
0. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə ekspertiza təyin edildikdən sonra ekspert tərəfindən tədqiqat obyektinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş xx.xx.2023-cü il tarixdə rəy tərtib edilmişdir. İddiaçının həmin yaşayış evindən çıxarılması barədə məhkəmə qətnaməsi isə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin icrasına dair icra məmuru və tərəflərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, borclu ailə üzvləri ilə evdən çıxarılarkən video çəkiliş aparılmış və evin sanitar qovşağının qismən yararsız olması, evin birinci mərtəbəsində mətbəxdən başqa digər otaqlarda divar kağızının olmaması, mənzildə olan 2-ci mərtəbənin isitilik sisteminin panellərinin, ikinci mə rtəbədə otaq qapılarının, 2-ci mərtəbədə parket döşəmənin, 2-ci mərtəbədə otaqların birindən başqa divar kağızının və hamam otağının hazır olmaması, mənzildə cərəyan yuvalarının olmaması, mənzildə ətək lövhələrinin yararsız olması və su qızdırıcısının olmaması müəyyən edilmişdir.
51. Bununla əlaqədar olaraq, cavabdeh kassasiya şikayətinə əlavələr təqdim edərək iddiaçı tərəfindən ev təhvil verilərkən evin darmadağın edildiyi göstərilmiş və fotoşəkillər təqdim edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, iş üzrə ekspertiza rəyini işdə olan sübutlarla birlikdə araşdırmayaraq, rəydə göstərilən işlərin həqiqətən də mövcudluğunu yerli baxış keçirərək müəyyən etməyərək iş üzrə nəticəyə gəlməklə prossesual hüquq normalarının tələblərini pozmuşdur.
54. Halbuki MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
56. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində göstərilən məsələlər ətraflı araşdırılmalı, mübahisəli evə baxış keçirilməklə təmir işlərinin vəziyyəti müəyyən edilməli, iddiaçı tərəfindən həyata keçirilən və hazırda cavabdehin yararlana biləcəyi konkret təmir işlərinin dairəsi mü əyyən edilərək, ona uyğun obyektiv, ədalətli və istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2024 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.