Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-156/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı QƏRARİ (Açar sözlər: ləğv prosesində olan bank, müşahidə şurasının üzvü, əmək haqqı, əmək funksiyaları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-4630/2022 nömrəli mülki iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank, hazırda ləğv prosesindədir) arasında 3 mart 2017-ci il tarixli 36 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı X3 sədrinin müşaviri vəzifəsinə işə qəbul edilmiş, sonradan iddiaçı Müşahidə Şurasının üzvü təyin edilmişdir.
2. Azərbaycan Respublikası Mərkəzi X7 19 nömrəli, 27 aprel 2020-ci il tarixli qərarına əsasən X5 iki ay müddətinə Banka müvəqqəti inzibatçı təyin edilmişdir.
3. X3 və İdarə Heyətinin bütün səlahiyyətlərinin Azərbayc an Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə edilməsi barədə bankın müvəqqəti inzibatçısı tərəfindən 27 aprel 2020-ci il tarixli, 1/m-1-2020 saylı əmr imzalanmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-3(103)-130/2020 nömrəli inzibati iş üzrə 30 aprel 2020-ci il tarixli qərarına əsasən Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir.
5. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin 232/K saylı, 28 dekabr 2020-ci il tarixli əmri ilə iddiaçı 28 dekabr 2020-ci il tarixi sonuncu iş günü olmaqla ləğv prosesində olan X3 üzvü olan iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi ) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilməsi və işçinin xx.xx.2019-xx.xx.2020-ci iş ili üzrə istifadə etmədiyi 15 günlük məzuniyyət üçün kompensasiya məbləğində tələbinin qeydə alınması və işçiyə bu barədə məlumat verilməsi əmr edilmişdir. 6. 28 aprel 2020-ci il tarixindən 28 dekabr 2020-ci il tarixədək olan dövr üçün iddiaçıya əmək haqqı ödənilməmişdir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin may ayının 1-dən həmin ilin 28 dekabr tarixinə kimi olan müddət üçün əmək haqqına dair cəmi 30560 manat məbləğinin, 8 aylıq gecikmə üçün cəmi 15 000 manat faiz borcunun və son-haqq hesabının Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi bankda çalışmışdır. Bankın iflas proseduruna başlandıqdan sonra bütün əməkdaşlar Əmanətlərin Sığortalanması Fondunun tabeliyinə keçmiş, o da 28 dekabr 2020-ci il tarixinə k imi ləğv prosesində olan bankda iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi həmin dövrdə dəfələrlə müraciət etməsinə baxmayaraq ona əmək haqqı ödənilməmişdir. Ləğv prosesində olan bankda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi işlədiyi dövrdə ona çatacaq əmək haqqının və son haqq-hesabın ona ödənilməməsi barədə teleqramla müraciətlər etmiş, cavab olaraq ləğv prosesində olan Bank tərəfindən ona xx.xx.2021-ci tarixli **********803 saylı cavab məktubu göndərilmiş, əmək haqqının ödənilməməsinin səbəbi kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banka təyin olunmuş müvəqqəti inzibatçının 27 aprel 2020-ci il tarixli 1/M-1-2020 saylı əmrinə əsasən X6 və İdarə Heyəti üzvlərinin guya işdən kənarlaşdırılması əsas gətirilmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banka təyin olunmuş müvəqqəti inzibatçı tərəfindən yuxarıda qeyd olunan əmrdə X6 və İdarə Heyəti üzvlərinin işdən kənarlaşdırılması yox, onların ancaq bütün səlahiyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə olunması qeyd olunmuşdur ki, bu da əmək haqqının verilməməsinə əsas deyildir. Çalışdığı müddət ərzində onun əmək haqqının miqdarı əmək müqaviləsinə və tutduğu vəzifəyə əsasən aylıq 3820 manat olmuş, buna baxmayaraq, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində cavabdeh ləğv prosesində olan bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu məbləğ ona ödənilməmişdir. Hal-hazırda cavabdeh ləğv prosesində olan bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona 2020-ci ilin dekabr ayına 3820 manat, cə mi 30560 manat məbləğində əmək haqqı borcu və son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) borcu yaranmışdır. Eyni zamanda Əmək Məcəlləsində nəzərdə tutulan əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq ümumi 8 aylıq gecikmə üçün cəmi 15000 borc yaranmışdır.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir. Belə ki, bankın lisenziyasının xx.xx.2020-ci il tarixdə ləğv edilməsindən sonra bankın İdarəetmə orqanlarının o cümlədən Müşahidə Şurasının səlahiyyətləri əvvəlcə müvəqqəti inzibatçıya, sonra isə ləğv ediciyə keçdiyi üçün İddiaçı faktiki olaraq səlahiyyətlərinin icrasından kənarlaşdırılmış və ona hər hansı əmək funksiyasının icrası tapşırılmamışdır. Belə olan halda iddiaçının iddia tələblərinin heç bir hüquqi əsası yoxdur, formal mülahizələrə əsaslanır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1226/2022 nömrəli mülki iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilmiş - 30.560 manat məbləğində pulun Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən kənarlaşdırılması barədə Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada hər hansı rəsmiləşdirmə aparılmamış, tutduğu vəzifədən 8 ay sonra, yəni 28 dekabr 2020-ci il tarixdə azad olunmuşdur. Bu səbəbdən də 2020-ci il may ayının 1-dən 28 dekabr 2020-ci il tarixədək olan müddət ərzində iddiaçıya əmək haqqının ödənilməməsi qanunsuzdur.
12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci, 83-cü maddəsinin 2-ci, 154-cü maddəsinin 1-ci, 172-ci maddəsinin 4-cü, 172-ci maddəsinin 5-ci hissələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Banklar haqqında” Qanun) 71.3, 71.7.6, 79.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 1 may 2006-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, X3 üzvlərini təyin və azad etmək ümumi yığıncağın səlahiyyətlərinə daxildir. Bu baxımdan müşahidə şurasının üzvü statusunda olan iddiaçı ilə Bank arasında əmək münasibətləri hüquqi cəhətdən istisna olunduğu üçün onun tərəfindən əmək haqqı tələbi ilə bu münasibətləri mübahisləndirməyə subyektiv hüququ da mövcud deyil. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bankın lisenziyasının 28 aprel 2020-ci il tarixdə ləğv edilməsindən sonra bankın idarəetmə orqanlarının o cümlədən müşahidə şurasının səlahiyyətləri əvvəlcə müvəqqəti inzibatçıya, sonra isə ləğvediciyə keçdiyi üçün iddiaçı faktiki olaraq səlahiyyətlərinin icrasından kənarlaşdırılmış və ona hər hansı əmək funksiyasının icrası tapşırılmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4630/22 nömrəli iş üzrə 26 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkə məsinin gəldiyi nəticə ilə razılaşmayaraq öz mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən bank müflis elan olunduqdan və ləğvedici təyin olunduqdan sonra ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. İddiaçı isə həmin vaxtı X3 üzvü olduğundan və Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bildiyindən, sonuncunun ləğvedicidən əmək haqqı tələb etməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Bununla yanaşı, iddiaçı Müşahidə Şurasının üzvü kimi müvafiq dövrdə hansı səlahiyyətləri yerinə yetirməsini də əsaslandıra bilməmişdir Halbuki, bütü n müvafiq səlahiyyətlər məhz ləğvedicidə olmuşdur. İddiaçının tutduğu vəzifədən məhz 28 dekabr 2020-ci il tarixdə azad olunması faktı vəziyyəti dəyişdirmir. Yəni, iddiaçının Müşahidə Şurasının üzvü vəzifəsindən qeyd edilən tarixdə azad olunması onun həmin tarixədək səlahiyyətlərini həyata keçirməsi və buna görə də əmək haqqı almalı olması anlamına gələ bilməz.
17. Məhkəmə gəldiyi nəticəni “Banklar haqqında” Qanunun 25.2, 68, 71.3, 71.7, 71.7.1ci, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci, 83-cü maddəsinin 2-ci, 154-cü maddəsinin 1-ci, 156-cı maddəsinin 1-ci, 172-ci maddəsinin 1 və 4-cü hissələrinin, “Banklar haqqında” Qanunun 24.1.8, 25.2, 71.7.1, 79.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində əsas kimi götürdüyü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması barədə müvafiq qərarında X6 və İdarə Heyəti üzvlərinin işdən kənarlaşdırılması yox, onların ancaq bütün səlahiyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə olunması qeyd olunmuşdur. Bildiyiniz kimi müvəqqəti inzibatçının fəaliyyət müddəti cəmi 27-28 aprel 2020-ci il tarixlərində cəmi iki gün olmuş, davamında Əmanətlərin Sığortalanması Fondu məhkəmə tərəfindən ləğvedici təyin edilmişdir. Əmək Məcəlləsinin 62.2-ci maddəsinə əsasən, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Hazırkı işdə isə, Mərkəzi Bankın qeyd olunan qərarında ümumiyyətlə kənarlaşdırmadan söhbət getməmiş və iddiaçı öz ərizəsi ilə vəzifəsindən azad olunduğu kimi xidməti otağında gündəlik işini davam etmişdir. Ümumiyyətlə nəzərə alınmalıdır ki, işçi ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq xitam verildikdən sonra son haqq-hesab aparılaraq əmək haqqı verilməsinə son verilir. Yəni tutduğu vəzifəsindən asılı olmayaraq hər hansı bir işçinin iş status u qeyri-müəyyən ola bilməzdi. Həmin qərarda da işdən kənarlaşdırma ilə bağlı birbaşa və dolaylı hər hansı qeyd yoxdur və əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verilmişdir. Qeyd olunanlar bir daha sübut edir ki, məhkəmənin istinad etdiyi hal əmək haqqının verilməməsinə əsas ola bilməz. “Banklar haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən, Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər. Bu qanun maddəsindən və işin hallarından da açıqaydın görünür ki, iddiaçının aylıq əldə etdiyi qazanc stabil əmək haqqı formasındadır və bankın mənfəəti ilə əlaqədar olmamışdır. Əmək müqaviləsi əsasında rəhbər vəzifə tutan şəxsdir və bankın iflas prosesinə başlanıldığı andan öz xahişi ilə işdən azad olunduğu günə kimi işəgötürən tərəfindən ona verilən (əvvəlki) xidməti kabinetindəki kompüter, email, xidməti telefon və digər dəftərxana ləvazimatlarından istifadə etmişdir. Həmin dövrdə cavabdehin səlahiyyətli nümayəndələri ilə bankın maliyyə uçotu ilə əlaqədar mütəmadi görüşlər və fikir mübadilələri olmuşdur. Əgər vəzifəsindən kənarlaşdırılmışdırsa, əhəmiyyətli təhlükəsizlik parametrlərə və xüsusi iş rejiminə malik banka 2020-ci ilin may ayının 1-dən 28 dekabr 2020-ci il tarixədək olan müddət ərzində iş saatlarında əmək fəaliyyətinə davam etməsi üçün bankın inzibati binasına daxil olmağa niyə icazə verilmişdir? Yuxarıda da qeyd edildiyi kimi, iş materiallarında iddiaçının işdən kənarlaşdırılması barədə hər hansı əmr və ya göstəriş mövcud deyil. Bunun məntiqi nəticəsində i ddiaçı həmin dövrdə əmək fəaliyyətinə davam etmiş və işdən azad olunması da Ümumi Yığıncağın səlahiyyətini həyata keçirən ləğvedici tərəfindən deyil, məhz öz təşəbbüsü ilə baş vermişdir. Halbuki iddiaçı “boşuna vaxt keçirən“ bir işçi olsaydı Ümumi Yığıncağın səlahiyyətini həyata keçirən Əmanətlərin Sığortalanması Fondu “Banklar haqqında” Qanunun 79.2-ci maddəsi maddəsinə uyğun olaraq əmək münasibətlərinə xitam verə bilərdi. Bundan başqa əmək müqaviləsində dəyişiklik olmadığı halda tutduğu vəzifəsindən asılı olmayaraq hər-hansı bir işçinin səlahiyyətinin azaldılması və ya tam məhdudlaşdırılması işçinin əmək haqqından məhrum edilməsinə əsas vermir.
20. Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsi,169-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Belə ki, bankın iflasa uğraması, ba nkın maliyyə (kapital) çatışmazlığının olması və maliyyə öhdəliklərinin yerinə yetirə bilməməsində Muşahidə Şurasının üzvü kimi iddiaçının hər hansı təqsiri sübut olunmamışdır. Bunun məntiqi nəticəsidir ki, vəzifəsindən azad olunması öz xahişi ilə olmuşdur. Əmək vəzifələrinin pozuntusu ilə əlaqədar barəsində hər hansı əmək intizamı icraatı və digər hüquqi tədbirlər olmamışdır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı həmin müddətdə iş günlərində iş saatlarında xidməti otağında olmuşdur. Əmək müqaviləsindən də göründüyü kimi, iddiaçıya ödənilən əmək haqqı vaxta muzd əsasındadır, yəni işçinin əmək müqaviləsində göstərilən vaxt intervalında iş yerində olması və ona verilən tapşırıqların icrası əmək haqqı verilməsi üçün kifayətdir. Qeyd olunanlardan görünür ki, iddiaçı normal qaydada iş yerində olmuş və bankın iflas prosesində ona verilən tapşırıqları icra etmişdir. Həmçinin işçi əmək funksiyasını öz günahı ucbatından olmayan səbəbdən icra edə bilmirsə, bu hal işçinin təqsiri olmadan boşdayanma sayılır və bu vaxta görə işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən boşdayanmanın başlanması haq qında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Bir daha qeyd olunmalıdır ki, iddiaçı həmin dövrdə bankın gündəlik iş rejimi daxilində işinin başında olmuşdur və ləğvedici tərəfindən boşdayanma ilə əlaqədar hər hansı irad tutulmamışdır. İddiaçı iş kabinetində boş-boş vaxt keçirən bir işçi olsaydı, iqtisadi həyatın əsas ciddi oyunçularından biri və ölkəmizdə korporativ iş mühitinin tətbiq olunduğu bank və ləğvedici ona hər hansı formada xəbərdarlıq etməyərək xx.xx.2020-ci il tarixdə öz arzusu ilə işdən getməsinə icazə verməzdi. Bu hal nə həyatın rutin axışına və ortalama insan təfəkkürünə uyğun deyil, nə də heç bir formada ağlabatan qəbul edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.
23. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.
24. Maddə 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.
25. Maddə 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Əmək Məcəlləsi
26. Maddə 3 (2). İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
27. Maddə 3 (3). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilə rlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
28. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:...d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq.
29. Maddə 154 (1). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Banklar haqqında” Qanun
30. Maddə
23. Hər bir bank ali idarəetmə orqanı o lan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.
31. Maddə 24.3. Bankın təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli sayılır. Səhmdarların sonrakı ümumi yığıncaqları (o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar) bütün səsvermə hüququ olan səhmlərin azı 60 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətli sayılır. Bankın təsis yığıncağında onun yaradılması, nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar yekdilliklə qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Müşahidə Şurası və İdarə Heyəti üzvlər inin təyin və azad edilməsi, bankın satılması, yenidən təşkili, başqa bankın alınması və bankın fəaliyyətinə xitam verilməsi məsələləri üzrə qərarlar yığıncaqda təmsil edilən səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul olunur.
32. Maddə 25.2. X6 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.
33. Maddə 26.1. X9 bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
34. Maddə 26.2. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.
35. Maddə 57-2.3. Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur.
36. Maddə 63.1. Bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsi nə uyğun olaraq, bank barəsində iflas proseduruna başlanılmasına dair vəsatəti maliyyə bazarlarına nəzarət orqanına verildikdən sonra maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 57ci maddəsinə müvafiq surətdə banka müvəqqəti inzibatçı təyin edir. Müvəqqəti inzibatçı bu Qanunun 57-2-ci maddəsinə uyğun olaraq bankın idarəçiliyini dərhal üzərinə götürür
37. Maddə
68. Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.
38. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağın ın, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.
39. Maddə 71.7.1. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir.
40. Maddə 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur... Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
54. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır (§28). Əmək Məcəlləsi əmək haqqına, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu – kimi anlayış verir (§29).
55. Baxılan iş üzrə iddiaçının ləğv prosesində olan Bankda malik olduğu səlahiyyətlərin və daşıdığı vəzifələrin xüsusiyyətləri baxımından hazırkı mübahisənin həlli zamanı əmək qanunvericiliyinin normaları banklar haqqında qanunvericiliklə birlikdə təhlil və tətbiq olunmalıdır.
56. Belə ki, Əmək Məcəlləsinə əsasən işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs; işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi v ə ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür (§26-27). 57. “Banklar haqqında” Qanuna müvafiq olaraq Bankın ali idarəetmə orqanlarından biri olan Müşahidə Şurasının üzvləri Bankın səhmdarların ümumi yığıncağında 75 faiz səs çoxluğu ilə vəzifəyə təyin edilir, bu orqanın əsas vəzifəsi Bankın idarə olunmasına və işinə nəzarəti həyata keçirməkdən ibarətdir (§30-34).
58. Göründüyü kimi X6 birbaşa mülkiyyətçilərdən tərəfindən mütləq səs çoxluğu ilə təyin olunmaqla, Bankda əmək müqaviləsi əsasında fəaliyyət göstərən digər işçilərə münasibətdə işəgötürən qismində çıxış edən və Bankın digər ali orqanı olan İdarə Heyətinin işinə nəzarət edir. Başqa sözlə Bankın icra orqanı olan və əmək müqaviləsi əsasında çalışan işçilərə münasibətdə iş əgötürən olan İdarə heyəti Müşahidə Şurası üzvünün işəgötürəni sayılmır.
59. Məhz bu statusu nəzərə alaraq “Banklar haqqında” X8 üzvlərinə haqqın (muzdun) ödənilməsi ilə bağlı xüsusi qayda müəyyən edir. Həmin qaydaya əsasən Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər (§32).
60. X2 üzvlərinin işəgötürəni qismində X9 deyil, birbaşa mülkiyyətçi çıxış edir, onlara tutduğu statusa uyğun olaraq digər işçilər kimi ümumi qaydada müəyyən edilən əmək haqqı deyil, muzd ödənilir. Muzdun məbləğini birbaşa mülkiyyətçilər (ümumi yığıncaq) bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında müəyyən edirlər.
61. Eyni zamanda Banklar haqqında qanunvericiliyə əsasən m üvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur. Bankın iflas proseduruna başlandıqdan sonra isə banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir, təyin edildiyi gündən ləğvedici bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir (§35-40).
62. Göründüyü kimi Bankın iflas proseduruna başlanması ilə Bankın bütün ali idarəetmə orqanlarının, o cümlədən Müşahidə Şurasının fəaliyyəti dayandırılır və onların bütün səlahiyyətli ləğvediciyə keçir, B ankın fəaliyyəti yalnız ləğvetmə prosesi çərçivəsi ilə məhdudlaşır. Hətta bu dövrdə Bankın qeyd olunan orqanları tərəfindən əqdlər imzalandığı və əməliyyatlar həyata keçirildiyi halda belə qanunun birbaşa göstərişinə əsasən belə əqdlər və əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur.
63. Mülki Məcəllənin hüquqi şəxsin ləğvi məsələlərini tənzimləyən 60.3 və 60.4-cü maddələrindən də qanunverici oxşar hüquqi situasiyalarda eyni mövqedən çıxış edərək, ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən hüquqi şəxsin yalnız ləğvetmə prosesində fəaliyyət göstərdiyini, ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yalnız mövcud borcların ödənilməsi, qalıq gəlirin saxlanıla bilməsi, əmlakın satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında böl üşdürülməsi məsələləri ilə bağlı səlahiyyətli olduğunu müəyyən etmişdir (§24-25). İstinad olunan normalar bir daha təsdiq edir ki, qanunvericinin ləğvetmə prosesinə ümumi baxışı ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yalnız bu hədlərdə, yəni sırf ləğvetmə proseduru ilə bağlı fəaliyyət göstərməsindən ibarətdir. Bu isə qanunvericinin ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) hüquqi şəxsin ləğv edilməsi ilə birbaşa əlaqəsi olmayan hər hansı məsələ ilə bağlı səlahiyyətli və məsul olmaması yönündə açıq iradəsini ortaya qoyması kimi qəbul edilməlidir.
64. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, lisenziyası ləğv edilmiş və iflas proseduruna başlanmış müvəqqəti inzibatçı, sonradan isə ləğvedici təyin edilmiş bankın ali idarə etmə orqanlarının fəaliyyəti qanunla isti sna edildiyi üçün bu qurumların üzvlərinin hər hansı əmək funksiyaların yerinə yetirməsi hüquqi baxımdan mümkünsüzdür. Bu dövr üçün həmin şəxslərə haqqın (muzdun) ödənilməsi müvafiq əmək qanunvericiliyi normalarının təyinat və məqsədlərinə cavab vermədiyindən belə tələblərin qanuni (hüquqi) əsası da yoxdur.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4630/2022 nömrəli mülki iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.