Məhkəmə qərarları › İş №2(102)-1561/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1561/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1561/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Şükürov Tural İsfəndiyar oğlunun, “xxxx” Siğorta Şirkəti ASC-nin vəkili Mikayılov Səbuhi Həsənpaşa oğlunun iştirakları ilə, “xxxx” Siğorta Şirkəti ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” Siğorta Şirkəti ASC B akı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 iyun 2019-cuil tarixli qətnaməsi ilə (sədrlik edən M.Bağırova, iş 2(009)123/2019) iddia təmin edilməyərək, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunması, ekspertiza tədqiqatının dəyəri olan 150 və 200 manat İddiaçı tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlə r F.Talışinski(sədrlik edən və məruzəçi), R.Eyvazovvə Z.Əliyev, iş № 2(103)-11581/2019) İddiaçı apeliyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-123/2019 saylı işi üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının qismən təmin edilməsi, cavabdeh “xxxx” Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ödənişi üzrə 10820 (on min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsinin təmin edilməsi, ekspertiza xərci manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-dən tutularaq 150 (bir yüz əlli) manat Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: “xxxx” Siğorta Şirkəti ASC kassa siya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlər in izahatları: “xxxx” Siğorta Şirkəti ASC-nin vəkili Mikayılov Səbuhi Həsənpaşa oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsinixahiş edir. İddiaçı vəkili Şükürov Tural İsfəndiyar oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kol legiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunm ası vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz əmlakın icbari sığortası BA 779843 nömrəli şəhadətnaməsinə əsasən Sığortaçı “xxxx” Sığorta Şirkəti ASC, sığortalı isə İddiaçıdur. (səh 5). “Vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması” haqqında Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən, Zabrat qəsəbəsi, Tramvay küçəsi ilə, Oktyabr küçəsinin arasında 1000 kv.m. fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş İddiaçı ayrılmışdır. (səh 6) ünvan 1 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndisi-geoloji şəraiti haqqında arayışa əsasən Zabrat qəsəbəsi, Tramvay küçəsi, ev 33 ünvanı relyefin nisbətən aşağı hissəsində, 40°28İ47", 49°57'37H koordinatlarında yerləşir. Həmin ünvanda İddiaçı məxsus fərdi tikilinin özülünün atmosfer yağıntılarının təsirindən islanması və son nəticədə qeyri bərabər çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin zirzəmisində deformasiyalar və müxtəlif ölçülü çatlar əmələ gəldiyi müəyyən olunmuşdur (səh 18) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamenti tərəfində verilmiş sorğuya ca vab olaraq 2017-ci il 04 dekabr tarixində Maştağa hidrometeoroloji stansiyasında müşahidə olunmuş hava şəraiti haqqında məlumata əsasən hava tutqun buludlu, görünüş 10-20 km, havanın orta temperaturu 10.4°C, minimum temperaturu 8,8°C, maksimum temperaturu 12,80C, külək cənub, cənub-qərb istiqamətli olub, maksimum sürəti 9 m/san (5q ball), saat 2 0 30-dan 052°-dək müxtəlif intensıvli yağış yağmış, yağıntının miqdarı 3,0 mm olduğu bildiririlmişdir ( səh 119). Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 897, 911- 913, 922 - 926, 933, 935; Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 3, 4, 13, 15, 18, 21,25, 26, 35, 36, 39, 77-ci ma ddələrini tətbiq etmişdir. “xxxx” Siğorta Şirkəti ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Yaşayış evinin yerləşdiyi əraziyə baxış zamanı onun (əsasən arxa divarın) qismən çökək ərazidə yerləşdiyi, atmosfer yağıntıları zamanı suların bu hissəyə toplanması, həmçinin evin arxasında (küçədə) kanalizasiya xəttinin olmaması, evin ətrafında yağış sularının kənarlaşdırılması üçün selsəkilərin olmaması səbəbindən bünövrəaltı əsasda, həmçinin bünövrədə qeyri-bərabər çökmə yaranması nəticəsində divarlarda çatlar yaranmışdır. Yaşayış evinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək hesab, edilir. Fərdi yaşayış evində yaranmış zədələnmələrin (çat və aralanmanın) təbii fəlakətlərlə əlaqəsi yoxdur” Kassasiya şi kayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi tikintinin özülünün atmosfer yağıntılarının təsirindən islanması və son nəticədə qeyri bərabər çökmə prosesinin baş verməsi müşahisə edilmişdir. Proses nəticəsində tikilinin zirzəmisində deformasiyalar və müxtəlif ölçülü çatlar əmələ gəlmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi həmin məsələ ilə bağlı hüquqi mövqeyini müəyyən edərkən göstərmişdir ki, “mülki qanunvericilik - hər bir müddəanın hərfi mənasında deyil, onun normalar sistemindəki yeri (preamblua, fəsil və sair), ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquqları nın (azadlıqlarının) sosial təbiəti və normativ iyerarxiya, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməlidir. Hazırki halda daşınmaz əmlakın zədələnməsi sığorta hadisəsi hesab olunur və bunun sahəvi normativ sənəddə əksini tapan bir neçə əsasların məcmusu müəyyən edir. Belə ki, su, kanalizasiya kəmərlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin axıdılması və digər bu kimi formalarda təsiri; daşqın, leysan, yer sürüşməsi; üçüncü şəxslərin hərəkət ləri İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərinə görə sığorta hadisəsi hesab olunur.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Kassasiya şikayətində Mülki Məcəllənin 922.1, 922.3-cü maddələrinə, “İcbari Sığortalar Haqqında” Qanununun 36.1-ci maddəsinə istinad edərək İddiaçıla bağlanmış müqaviləyə münasibətdə qanunda nəzərdə tutulan siğorta hadisəsinin baş verməməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinin əsası kimi göstərilmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanununun 36.1-ci maddəsində nəzərdə tutulan hallardan “su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma,” “hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsir” müddəalarının şərhi ona əsas verir ki, konkret halda siğorta hadisəsi baş vermiş və kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessu al qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar