Məhkəmə qərarları › İş №2(102)-1564/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1564/2021

19.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1564/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, damazlıq heyvanların geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh və vəkili xxxnun iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il ta rixli, 2(103)10327/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(008)8611/2017 nömrəli qətnaməsi ilə (hakim V.İ.Həsənov) iddia qismən təmin edilərək, Cavabdeh və İddiaçı arasında bağlanmış 29 noyabr 2012-ci il tarixli, 93-LD/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1637,72 manat əsas borcun, 30 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 1697,72 manatın alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi, Cavabdeh tərəfindən İddiaçı-dən lizinqə götürülmüş lizinq obyekti olan 4 baş Holştin-friz cins damazlıq heyvanlarının sağlam vəziyyətdə geri qaytarılması, iddia nın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2(103)-10327/2018 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevdən və H.Ü.Həmidovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(008)-8611/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti və eyni zamanda apellyasiya instansiyası məhkəməsinə ərizə verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli 2(103)-10327/2018 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş kassasiya şikayətinin verilməsi müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək, işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) 02 oktyabr 2020-ci il tarixli, 2(103)-10327/2018 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2(103)-10327/2018 nömrəli qətnaməsindən cavabdehin verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh və vəkili xxx kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-10327/2018 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar q əbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə təqdim edilməmiş, apellyasiya məhkəməsinə ünvanladığı ərizələrdə başqa ünvan göstərdiyi halda, qətnamə onun rəsmi qeydə alındığı, lakin uzun müddət faktiki yaşadığı ünvana göndərilmişdir. Cavabdeh və vəkili xxx məhkəmə iclasında verdikləri izahatlarında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MP M-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdehin rəsmi qeydə alındığı Bakı şəhəri, Bül-Bül prospekti, ev 25, mənzil 52 ünvanına göndərilmiş və poçt orqanı tərəfindən “köçüb” qeydi ilə zərf geri qaytarılmışdır. Həmçinin müəyyən olunur ki, cavabdehin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 12 fev ral 2020-ci il tarixdə ona rəsmi qaydada təqdim edilmiş və o, 06 aprel 2020-ci il tarixdə kassasiya şikayətini və müddətin bərpasına dair ərizəni apellyasiya instansiyası məhkəməsinə poçt vasitəsi ilə göndərmişdir. Cavabdehin ərizəsini təmin etməyən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 146-cı maddəsinə istinad edərək hesab etmişdir ki, qətnamə cavabdehin rəsmi qeyd alındığı ünvana göndərilmiş və poçt zərfi məhkəməyə qaytarıldığı 17 yanvar 2019-cu il tarixdən etibarən cavabdehə çatdırılmış hesab edilir. Çünki, cavabdehin apellyasiya icraatından xəbəri olmuş və o, ünvanın dəyişməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, cavabdehin rəsmi qeyd alındığı ünvanın ünv an 1 materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Lakin həmçinin müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətini verərkən yazışma ünvanı kimi ünvan 2şdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişlərini cavabdehin rəsmi qaydada qeydə alındığı ünvana göndərsə də, həmin bildirişlər poçt orqanı tərəfindən cavabdehin həmin ünvanda yaşamaması və köçməsi əsası ilə geri qaytarılmışdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnaməsini də cavabdehin apellyasiya şikayətində göstərdiyi ünvana deyil, rəsmi qeydə alındığı ünvana göndərmiş və qətnamə sonuncuya faktiki olaraq vaxtında təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu halda məhkəmənin Azərbaycan Respublikası MPM-in 146-cı maddəsinə istinadı əsassız olmuşd ur. Belə ki, həmin maddənin məzmununa görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh tərəfindən ünvanının dəyişməsi barədə məhkəməyə məlumat verilmişdir və məhkəmə qətnaməsinin cavabdehin qeydə alındığı ünvana çatdırmaqla rəsmi qaydada verilmiş hesab olunmasına dair apellyasiya məhkəməsinin qənaəti prosessual hüquq normalarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçd ikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə qətnaməsinin cavabdehə təqdim edilməsi ilə bağlı qənaətə gələrkən prosessual hüquq normalarının tələblərini pozduğundan hazırki kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş cavabdehin ərizəsinə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİM: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-10327/2018 nömrəli qərardadı ləğv edilsin və iş materialları həmin Məhkəmənin 16 noyabr 2018-ci il tarixli, 2(103)-10327/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar