Məhkəmə qərarları › İş №2(102)-157/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-157/2022

19.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-157/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak bölgüsü tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X1 qızının və vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1738/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı X1 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırki iş üzrə tərəflər 19.11.2004-cü il tarixdə nikaha girmişlər. Bu nikahdan 06 dekabr 2005-ci il təvəllüdlü Elvin və 29 sentyabr 2008-ci il təvəllüdlü Nərmin adlı uşaqları doğulmuşdur. Bir müddət cavabdehin ata evi olan Cəlilabad rayonu Əliqasımlı kəndində yerləşən evdə, daha sonra isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evdə yaşamışlar.

2. Cəlilabad Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur.

3. İddiaçı əmlakın bölünməsi barədə aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X1 qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinin aralarında bölünməklə mənzilin ½ hissəsisindən onun payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Birgə nikaha girdikdən sonra isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində torpaq sahəsi ilə birlikdə yaşayış üçün ev əldə etmişlər və o həmin evdə cavabdeh və iki övladı ilə birlikdə yaşamışdır. Həmin ev sənəd üzrə bir otaqdan ibarət olmuşdur. Həmin evin əşyaları da ona məxsus cehiz əmlakı olmuşdur. Nikahlarına xitam verilməmişdən əvvəl aralarında mübahisə olduğu üçün evi tərk etsə də cehizləri həmin evdə qalmışdır. Hazırda atasına məxsus olan Mədətli kəndində yer ləşən evdə yaşayır. Qeyd etdiyi həmin evin cavabdehlə aralarında bölünməsini istəyir.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı ilə birgə nikahda olduqları dövrdə hər hansı əmlak əldə etməmişlər. Ailəli olduqları müddətdə bir müddət bacısına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evdə yaşamışlar. İddiaçı həmin evin bölünməsini tələb edir. Halbuki, qeyd etdiyi kimi həmin ev ona deyil bacısına məxsus olmuşdur.

7. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 12 fevral 2021-ci il tarixli, 2(073)-211/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində xüsusi mülkiyyət hüququ üzrə birgə nikah dövründə əldə edilmiş fər di yaşayış evi yoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) 08 iyul 2021-ci il tarixli, 2(106)-1738/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2-(073)-211/2021 saylı qətnaməsi iddiaçı X1 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. X1 qızı kassasiya şikayəti verərək qə tnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır, əlavə olaraq qeyd edilmişdir ki, həm birinci instansiyası məhkəməsi həm də apellyasiya instansiyası məhkəməsi cavabdehin adına olan əmlakın müəyyən edilməsindən ötrü məhkəmə sorğusunu cavabdehin əmlakın yerləşdiyi yer üzrə, yəni Bakı şəhəri, Binəqədi rayonu üzrə göndərilsəydi, həmin əmlak müəyyən edilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

18. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hall arını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

25. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli nömrəli məktubundan görünür ki, Cavabdeh adına Cəlilabad rayonu Əliqasımlı kəndində 10 dekabr 2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə 0,12 ha həyətyanı torpaq sahəsi hüquqi qeydiyyata alınmışdır. Əlavə olaraq Cəlilabad rayonu, Əliqasımlı kəndində Cavabdeh 6 nəfər ailə üzvləri ilə ümumi-birgə 1,6945 ha (JN-512, Kod ********) pay torpaq sahəsi vardır.

26. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində xüsusi mülkiyyət hüququ üzrə birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evi yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı X1 qızı məhkəməyə Cavabdeh məxsus, məhkəmə sorğusu əsasında müəyyən edilmiş əmlaklardan başqa hər hansı başqa mülkiyyətin, o cümlədən Bakı şəhəri Binəqədi rayonu ərazisində mülkiyyətində fərdi yaşayış evinin olması barədə hər hansı sübut təqdim edə bilməmişdir, ona görə məhkəmə düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinin aralarında bölünməklə mənzilin ½ hissəsindən onun payının müəyyən edilməsi tələbi əsassızdır.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X1 qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1738/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar