Məhkəmə qərarları › İş №2(102)-1575/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1575/2024

23.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1575/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iş üzrə QƏRARİ (Kateqoriya (açar sözlər): əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-84 8/2024 nömrəli, 14 fevral 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2011-xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X3 müdir müavini vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.

2. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 iyul 2005-ci il tarixli qərarı ilə İddiaçı Əhdürəhman oğluna dosent elmi adı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respu blikası Dövlət Neft Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dosent elmi adına görə ödənilməli olan 100 manat əlavə haqqın xx.xx.2011-xx.xx.2022-ci il tarixlər (129 ay) üzrə vəzifə maaşına hesablanaraq cəmi 12900 manat pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının vəzifə maaşına dosent elmi adına görə 100 manat əlavə haqq xx.xx.2011-xx.xx.2022-ci il tarixlər üzrə hesablanaraq ödənilməlidir. Həmin müddətdə ona dosent elmi adına görə 100 manat əlavə haqq vəzifə maaşına hesablanaraq ödənilməli olsa da, ödənilməmişdir. Belə ki, Ali Attest asiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçı dosent elmi adına malikdir. Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" xx.xx.2010-cu il tarixli 98 nömrəli qərarına əsasən dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi- pedaqoji kadrların vəzifə maaşlarına iş stajı 20 ildən artıq olduqda dosent elmi adına görə 100 manat əlavə müəyyən edilmişdir. Həmin qərara əsasən elmi ada görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz həcmdə ödənilir. Qərardan görünür ki, dosent elmi adına görə 100 manat əlavə haqqın ödənilməsi üçün təhsil müəssisəsinin məhz ali təhsil müəssisəsi olmasını tələb etmir. Qərar şəxsin ümumiyyətlə təhsil müəssisəsində tam ştat üzrə çalışmasını və azı 20 il iş stajı olmasını tələb edir. İddiaçının əmək kitabçasından görünür ki, o, 20 ildən artıq iş stajına malikdir və sonuncu vəzifəsi üzrə tam ştat üzrə işləmişdir. Mərkəzin Əsasnaməsindən görünür ki, bu təşkilat təhsil müəssisəsidir. Əsasnamənin 1.5-ci bəndinə əsasən Mərkəz yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi liman nəzarəti müfəttişliyi və fontana qarşı dağ-mədən xilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani formasında sıravi heyətin hazırlanmasını və onların peşə ixtisaslarının artırılmasını həyata keçirir. Əsasnamənin 2.11-ci bəndə əsasən Mərkəz məzunlara dərəcə və müəyyən olunmuş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir. Göründüyü kimi, Mərkəz təhsil müəssisəsidir, iddiaçı elmi-pedoqoji kadr olaraq Mərkəzin müdir müavini vəzifəsində tam ştat üzrə çalışmış və 20 ildən artıq iş stajına malik olmuşdur, eyni zamanda dosent elmi adına malik olmuşdur. Bu halların mövcudluğu isə, Qərara əsasən iddiaçının vəzifə maaşına dosent elmi adına görə 100 manat əlavə haqqın xx.xx.2011-xx.xx.2022-ci il tarixlər (129 ay) üzrə hesablanaraq cəmi 12900 manat ödənilməsini şərtləndirir. Qeyd edilməlidir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edərək xx.xx.2011-ci il tarixdən Mərkəzdə müdir müavini vəzifəsində çalışarkən dosent elmi adına görə 100 manat əlavə haqq vəzifə maaşına hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixli, məktubla cavab verərək göstərmişdir ki, Mərkəz ali təhsil müəssisəsi olmadığın dan qərar iddiaçıya şamil edilməmişdir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi maddi hüquq norması “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı olmuşdur. Həmin qərara əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına iş stajı 20 ildən artıq olduqda dosent elmi adına görə 100 manat əlavə müəyyən edilmişdir. SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) ilə iddiaçı arasında bağlanmış 2 7 dekabr 2011ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı TTSİ-nin Qala təlim, tədris mərkəzinin müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. TTSİ-nin Əsasnaməsindən göründüyü kimi, Təlim, Tədris Sertifikatlaşdırma İdarəsi təhsil müəssisəsi deyil (Əsasnamə əlavə olunur) və heç vaxt təhsil müəssisəsi olmayıb. Belə ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 14.15-ci maddəsinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir. Mülki qanunvericiliyin tələblərinə görə hüquqi şəxs dövlət qeydiyyatına alınmış Nizamnamə əsasında fəaliyyət göstərir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 29.0.16-ci maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin nizamnaməsini dövlət təsdiq edir. TTSİ hüquqi şəxs deyil və heç vaxt hüquqi şəxs statusuna malik olmayıb. Eyni zamanda “Dövlət və bələdiy yə təhsil müəssisələrində işləyən elmi- pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı ilə nəzərdə tutulan əlavələrin ödənilməsi üçün aşağıdakı tələblər mövcud olmalıdır: 1) işçi dövlət və ya bələdiyyə təhsil müəssisəsində işləməlidir; 2) işçi ixtisası üzrə işləməlidir. Yuxarıda qeyd edildiyi kimi, SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi nəinki dövlət və ya bələdiyyə, ümumiyyətlə təhsil müəssisəsi deyildir. İddiaçı əmək müqaviləsinə nəzər yetirəndə görünür ki, o, TTSİ-nin Qala X3 ixtisası üzrə elmi-pedaqoji işlə deyil, müdir müavini vəzifəsində işləmişdir. Bu səbəbdən İddiaçı iddia tələbi tamamilə əsassızdır.

6. Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 12 oktyabr 2023-cü il tarixli, e-2(005)-3130/2023 saylı qətnaməsi ilə (hakimMehriban Əfəndizadə) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını AR Əmək Məcəlləsinin 159-cu maddəsi və AR Nazirlər Kabinetinin “Dövlət və bələdiyyət təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı təşkil edir. Lakin, işin halları yuxarıda qeyd edilən normaların dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsa sların mövcudluğu müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu ARDNŞ-nin “Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala Təlim Mərkəzinin təhsil müəssisəsi olub-olmaması araşdırılmalıdır. Təhsil haqqında AR Qanunun 1.0.47-ci maddəsinə əsasən, təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.

8. Həmin Qanunun 14.4-cü maddəsin əsasən, təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən, təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədə r təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); [ 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); 14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaqgənclər idman-şahmat məktəbləri, uşaq- gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.); 14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri); 14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər); 14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.); 14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.); 14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.). Həmin Qanunun 14.15-ci bəndinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X5 istinad edilən normada əks edilmiş xüsusiyyətlərə malik deyil, təhsil m üəssisəsinin növlərinin təsnifatının isə heç birinə uyğun gəlmir. Belə ki, mülki işin materiallarında olan Qala X4 əsasnaməsindən görünür ki, Qala X5 AR Dövlət Neft Şirkəti Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 141 S saylı “Əsas vəsaitlərin balansdan balansa verilməsi haqqında” sərəncamı ilə Təhlükəsizlik İdarəsinin (bundan sonra Tİ adlanacaq) balansından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin balansında verilməklə yaranmışdır. Qala X5 müstəqil hüquqi şəxs deyil və nizamnamə əsasında fəaliyyət göstərmir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mülahizələrdə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X4 Əsasnaməsinin 1.5-ci (Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, ARDNŞin Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hər biləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontanaqarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyə kadrlarının hazırlanmasını və onların pşə ixtisaslarının artırılmasını həyata keçirir) və 2.11-ci bəndlərinə (Təlim-tərbiyə, tədris-istehsalat prosesini planlaşdırır, aralıq imtahanlarının aparılmasını həyata keçirir, məzunlara dərəcə və müəyyən edilmiş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir) bəndlərinə, eləcə də AR Təhsil Haqqında Qanunun 20.3-cü maddəsinə istinad edərək, ARDNŞ-nin TTSİ-nin təhsil müəssisəsi olduğunu bildirir. Məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanunun istinad edilən maddəsi (20.3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.) peşə təhsili ilə bağlı məsələləri tənzimləyir. Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi. 10.1-ci maddəsinə əsasən, peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır. 14.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq, peşə təhsili müəssisəsində təlim proqr amını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır. 14.2-ci maddəsinə əsasən, müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. Beləliklə, iddiaçının nümayəndəsinin dəlilləri subyektiv xarakter daşımaqla istinad edilən normalarla təkzib edilir. Belə ki, Təhsil haqqında AR Qanununun 1.0.47-ci maddəsində təhsilini başa vuran məzunlara təhsil müəssisəsi tərəfindən məhz müvafiq dövlət sənədinin verilməsi nəzərdə tutulur. Peşə təhsili başa vuran şəxslərə də eyni qaydada dövlət sənədi – diplom və ya sertifikatın verilməsi nəzərdə tutulub. Həmin dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək üçün hüquqi əsas sayılır. ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Qala X5 nə Təhsil haqqında AR Qanununun 14.5-ci maddəsində nəzərdə tutulan təhsil müəssisələrinin, nə də Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərini özündə əks etdirmir. Digər tərəfdən iddiaçı Bakı Ali Neft Məktəbi ilə analogiya apararaq, onun da dövlət ali təhsil müəssisəsi sayılmasını nümunə göstərsə də, məhkəmə qeyd edir ki, BANM nizamnamə əsasında fəaliyyət göstərir, dövlət təhsil müəssisəsi olması birbaşa nizamnaməsinə əks etdirilib. Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə kadr hazırlığını həyata keçirir. Beləliklə, ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, Qala X5 dövlət və ya bələdiyyə təhsil müəssisəsi olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbi əsassız hesab edildiyinə görə, mediasiya xərci qismində 50 manat məbləğində pulun tutulması tələbi də rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyek tiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.1, 154, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.47, 23.8, 23.9, 14.4, 14.5, 14.5.1, 14.5.2, 14.5.3, 14.5.4, 14.5.5, 14.5.6, 14.5.7, 14.5.8, 14.15, 9.2, 10.1, 14.1, 14.2, AR Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarına istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərkəz peşə təhsili müəssisəsi tipini və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Belə ki, ilk növbədə məhkəmənin 1-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mərkəz “Təhsil haqqında” Qanunun 14.5.4-ci maddəsində təsbit edilən peşə təhsili müəssisəsi tipini və həmin tipin peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Belə ki, Mərkəzin Əsasnamənin 1.5-ci bəndində birbaşa göstərilmişd ir ki, Mərkəz peşəixtisaslarının artırılmasını həyata keçirir. Əsasnamədən göründüyü kimi, Mərkəz peşə ixtisaslarının artırılmasını həyata keçirməklə peşə təhsili müəssisəsi tipini uyğun gəlir, adından da göründüyü kimi bu təşkilat Mərkəz adlandırılmaqla məhz peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Buna baxmayaraq, məhkəmə həmin faktları və hüquqi halları görməzdən gələrək, sanki Mərkəzin Əsasnaməsinin həmin bəndlərinin“ Təhsil haqqında” Qanunun 14.5.4cümaddəsinə uyğun gəlməməsini ifadə edərək və Qanunu təhrif edərək aşkar və kobud pozuntuya yol vermişdir. Bu hakimin çıxardığı qətnamənin nəinki qanunsuz və əsassızlığına, hətta məntiqsizliyinə dəlalət edir. Bundan başqa, hakimin 2-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mərkəz “Təhsil haqqında” Qanunun 14.5.4-cü maddəsinə uyğu n gəlməklə yanaşı, həm də “Peşə təhsili haqqında” Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərinə də aşkar şəkildə uyğun gəlir. Belə ki, həmin Qanunun 9.2.3-cü maddəsinə əsasən peşə təhsil mərkəzi peşə təhsili müəssisə növ vardır. Qeyd edildiyi kimi, Mərkəzin həmin fəaliyyətindən, həm də adından göründüyü kimi Mərkəz peşə ixtisaslarının artırılmasını həyata keçirir. Hakim həmin uyğunluğu da təhrif edərək aşkar və kobud pozuntuya yol vermiş, nəticədə aşkar qanun pozuntuları ilə qətnamə çıxarmışdır. Hakim Əsasnamə müddəalarını şərh edərkən həddən artıq formal şəkildə onun hərfi mənasına əsaslanmışdır, halbuki o, Əsasnamənin həqiqi məzmununa əsaslanmalı idi. Nəhayət Hakimin 3-cü dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mərkəzin fəaliyyətini tənzim edən sənədin nizamnamə deyil, əsasnamə adlanması, həmin əsasnamədə onun dövlət təhsil müəssisəsi yazılıb-yazılmaması onun dövlət təhsil müəssisəsi olmasını istisna etmir. Çünki Bakı Ali Neft Məktəbinin nizamnaməsində onun dövlət təhsil müəssisəsi olmasının birbaşa əks etdirilməsi deyil, "xxxx"-nin 3.1-ci bəndinə əsasən Şirkətin nizamnamə kapitalının dövlətə məxsus olması onun dövlət müəssisəsin sayılmasının meyarıdır. Onun təhsil müəssisəsi sayılmasının meyarı isə bakalavr, magistr, doktorant üzrə ali təhsil proqramlarını həyata keçirməsi və həmin təhsil proqramlarını başa vurmuş və yekun dövlət atestasiyasından keçmiş tələbələrə dövlət nümunəli sənəd-diplom verməsidir. Digər tərəfdən qeyd edilməlidir ki, Mərkəzin təsis sənədinin nizamnamə deyil, əsasnamə adlanmamasına, Əsasnamədə “dövlət təhsil müəssi səsidir” ifadəsinin olmamasına görə həmin təşkilatın təhsil müəssisə hesab edilməməsi dövlətin səhvinə görə məsuliyyətin iddiaçının üzərinə qoyulmasının və dövlət səhvinin maraqlı şəxsin hesabına düzəldilməsinin göstəricisidir. Odur ki, Mərkəzin təsis sənədinin adına və məzmununda “dövlət təhsil müəssisəsidir” ifadəsinin olmamasına istinadən müəssisənin təhsil müəssisəsi sayılmaması barədə hakimin dəlilləri əsassız olmaqla yanaşı, nəinki hakimə, hətta sıravi hüquqşünasa uyğun olmayan mövqedir. Digər tərəfdən, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, Əsasnamənin həqiqi məzmununa nəzər yetirməmiş və nəticədə qanunsuz və əsassız qətnamə çıxartmışdır. Bütün bu pozuntular ona görə baş vermişdir ki, hakim iş üzrə sübutları və hüquqi dəlilləri bilavasitə məhkəmə iclasında deyil, öz kabinetində (iclasdan əvvəl və ya sonra) tədqiq etmiş, iddianın təmin edilməsinə qarşı özünün dəlillərini belə iclasda müzakirə etməmiş və Mərkəzin peşə təhsil müəssisəsi sayılmamasına qarşı irəli sürülə biləcək əks dəlilləri eşitmək istəməmişdir. Hakim unutmuşdur ki, birinci instansiya məhkəməsində işə yazılı icraat qaydasında deyil, şifahi dinləmələrlə məhkəmə baxışının bilavasitəliyi prinsipi əsasında baxılır. Bu isə ondan xəbər verir ki, cavabdeh tərəfin təqdim etdiyi sübut və ya hüquqi dəlillərin hakim üçün qabaqcadan qüvvəsi olmuşdur və məhkəmə baxışının nəticəsindən, orada müzakirə edilən və səsləndirilən fikirlərdən, iddiaçının dəlillərindən asılı olmayaraq, əvvəlcədən hüquqi nəticə və çıxarılacaq qətnamə ona bəlli olmuşdur. Hakim məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə riay ət etsəydi, təbii ki,“Təhsil haqqında” Qanunun 14.5.4-ci maddəsi və “Peşə təhsili haqqında” Qanunun 9.2.3-cü maddəsinə uyğun olaraq Mərkəzin peşə təhsili müəssisəsi tipinə və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlməsinə nəticəsinə gələrdi, həmin faktı təkzib edə bilmədiyindən heç bir iddianın rədd edilməsi barədə qətnamə çıxara bilməzdi.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-848/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətin in strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, №844 saylı Fərmanına əsasən: 1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi təsdiq edilsin,(əlavə olunur - Əlavə İ) 2.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu təsdiq edilsin (əlavə olunur - Əlavə İİ)

14. Əlavə 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturunda şirkətə daxil olan müəssisələr müəyyən olunmuşdur:

15. Şirkətin strukturuna daxil olan müəssisələr: - "Azneft" İstehsalat Birliyi; - “Azəriqaz” İstehsalat Birliyi; - “Azərikimya” İstehsalat Birliyi; - Geofizika və geologiya İdarəsi; - “Neft kəmərləri” İdarəsi; - “Marketinq və iqtisadi əməliyyatlar” İdarəsi; - “Sərmayələr” İdarəsi; - “Azərneftyağ” neft emalı zavodu; - “Heydər Əliy ev adına Neft Emalı” Zavodu; - Bakı dərin özüllər zavodu; - Qaz emalı zavodu; - Karbamid zavodu; - Sosial İnkişaf İdarəsi; - Təhlükəsizlik İdarəsi; - “Ekologiya” İdarəsi; - “Qaz ixrac” İdarəsi; - “İnformasiya Texnologiyaları və Rabitə” İdarəsi; - “Neftqaztikinti” tresti; - “Kompleks qazma işləri” tresti; - “Neftqazelmitədqiqatlayihə” institutu; - Bakı Ali Neft Məktəbi; - Neft-qaz emalı və neft-kimya kompleksi; - Nəqliyyat İdarəsi; - Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi. -Metanol zavodu; - Bakı Olimpiya Stadionu.

16. Göründüyü kimi ARDNŞ-nin strukturunda Bakı Ali Neft Məktəbi müəssisə kimi nəzərdə tutulsa da, Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X5 müəssisə kimi nəzərdə tutulmamışdır.

17. Müqayisə üçün kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublika sı Dövlət Neft Şirkətinin “30” noyabr 2011-ci il tarixli 173 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Ali Məktəb - müvafiq səviyyələr (bakalavr, magistr, doktorant) üzrə ali təhsil proqramlarını həyata keçirən dövlət ali təhsil müəssisəsidir.

18. Nizamnamənin 1.9-cu bəndinə əsasən Ali Məktəb “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən dövlət təhsil müəssisəsidir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra “Şirkət”) tabeliyindədir. Ali Məktəb öz öhdəlikləri üçün ona verilmiş əmlak həddində mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

19. Həmin Nizamnamənin 1.14-cü bəndinə əsasən Ali Məktəb təhsil fəaliyyətini qanunvericili klə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən alınmış müddətsiz xüsusi razılıq (lisenziya) əsasında həyata keçirir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məsələ ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, Qala X4 təhsil müəssisəsi olub-olmamasının müəyyən edilməsi olduğundan, qeyd olunan halın müəyyən edilməsi üçün AR Elm və Təhsil Nazirliyinə sorğu göndərilmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 09 fevral 2024-cü il tarixli, №3-29/2-550/2024 saylı məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X4 təhsil müəssisəsi kimi fəaliyyətinə lisenziya verilməmişdir.

22. Bundan başqa iş ma teriallarında olan iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlanmış və Ədliyyə Nazirliyinə yönləndirilmiş məktubuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazilriyi qanunvericilik baş idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Adil Əliyevin xx.xx.2023-cü il tarixli, 3-16-05/2-20/18/11-2-131-6/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Təhsil haqqında” Qanunu 14.15-ci maddəsinə (təhsil müəssisəsi hüquqi şəxsidir) əsaslanaraq sözügedən mərkəz təhsil müəssisəsi hesab edilə bilməz.

23. Kollegiya qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Əsasnaməsini”nə ARDNŞ-nin prezidenti R.Abdullayev tərəfindən xx.xx.2013- cü il tarixdə edilmiş dəyişikliklərin 3.1-ci bəndinə əsasən ismin müvafiq hallarında “təhsili məktəbi” və “təhsili müəssisələri” ismin sözləri müvafiq hallarında “təhsili bölmələri” sözləri ilə əvəz edilmişdir.

24. Həmçinin, xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən...Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Sosial İnkşaf İdarəsinin Təlim Tədris və Sertifikatlaşdırma Departamentinin və X7 Donanmasının Dənizdə insan həyatının mühavizəsi üzrə Təlim Mərkəzinin maddi-texniki bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30 iyun 2011-ci il tarixli 92 nömrəli əmrinə əsasən ARDNŞ-nin birbaşa tabeliyində hüquqi şəxs stasusuna malik olmayan taşkilat kimi y aradılmışdır.

25. Göründüyü kimi, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X5 istinad edilən normada əks edilmiş xüsusiyyətlərə də malik olmamaqla, təhsil müəssisəsinin növlərinin təsnifatının isə heç birinə uyğun gəlmir. Belə ki, mülki işin materiallarında olan Qala X4 əsasnaməsindən görünür ki, Qala X5 AR Dövlət Neft Şirkəti Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 141 S saylı “Əsas vəsaitlərin balansdan balansa verilməsi haqqında” sərəncamı ilə Təhlükəsizlik İdarəsinin (bundan sonra Tİ adlanacaq) balansından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin balansına verilməklə yaranmışdır. Qala X5 müstəqil hüquqi şəxs deyil və nizamnamə əsasında fəaliyyət göstərmir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim ed ilmiş mülahizələrdə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X4 Əsasnaməsinin 1.5-ci (Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, ARDNŞin Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontanaqarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyə kadrlarının hazırlanmasını və onların pşə ixtisaslarının artırılmasını həyata keçirir) və 2.11-ci bəndlərinə (Təlim-tərbiyə, tədris-istehsalat prosesini planlaşdırır, aralıq imtahanlarının aparılmasını həyata keçirir, məzunlara dərəcə və müəyyən edilmiş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir) bəndlərinə, eləcə də AR Təhsil Haqqında Qanunun 20.3-cü maddəsinə istinad edərək, AR DNŞ-nin TTSİ-nin təhsil müəssisəsi olduğunu bildirir.

26. Kollegiya hesab etmişdir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Təhsil haqqında Qanunun istinad edilən maddəsi (20.3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.) peşə təhsili ilə bağlı məsələləri tənzimləyir. Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi. 10.1-ci maddəsinə əsasə n, peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyətəsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır. 14.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq, peşə təhsili müəssisəsində təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır. 14.2-ci maddəsinə əsasən, müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə m üvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir.

27. Göründüyü kimi, iddiaçı tərəfin dəlilləri subyektiv xarakter daşımaqla istinad edilən normalarla təkzib edilir. Belə ki, Təhsil haqqında AR Qanununun 1.0.47-ci maddəsində təhsilini başa vuran məzunlara təhsil müəssisəsi tərəfindən məhz müvafiq dövlət sənədinin verilməsi nəzərdə tutulur. Peşə təhsili başa vuran şəxslərə də eyni qaydada dövlət sənədi – diplom və ya sertifikatın verilməsi nəzərdə tutulub. Həmin dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək üçün hüquqi əsas sayılır.

28. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Qala X5 nə Təhsil haqqında AR Qanununun 14.5-ci maddəsində nəzərdə tutulan təhsil müəssisələrinin, nə də Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərini özündə əks etdirmir.

29. Digər tərəfdən iddiaçı Bakı Ali Neft Məktəbi ilə analogiya apararaq, onun da dövlət ali təhsil müəssisəsi sayılmasını nümunə göstərsə də, kollegiya BANM ilə bağlı yuxarıda qeyd etdiyi mövqeyini bir daha xatırladaraq qeyd etmişdir ki, BANM nizamnamə əsasında fəaliyyət göstərir, dövlət təhsil müəssisəsi olması birbaşa nizamnaməsinə əks etdirilib. Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə kadr hazırlığını həyata keçirir.

30. Beləliklə məhkəmə kollegiyası iddianın rədd edilməsi üzrə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişd ir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X2 təhsil müəssisəsi olmaması müəyyən edildiyindən və beləliklə mövcud iddia tələbi üzrə iddiaçının istinad etdiyi hallar mübahsiənin qanuni əsası kimi yuxarıda qeyd olunan normaların dispozitiv şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyatorun “Təhsil haqqında” Qanunun 14.5.4-ci maddəsi və “Peşə təhsili haqqında” Qanunun 9.2.3-cü maddəsinə uyğun olaraq Mərkəzin peşə təhsili müəssisəsi tipinə və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlməsi ilə bağlı formal dəlillərini əsassız hesab etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-848/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, aşağıdakı səbəblərə görə hesab edirlər ki, qətnamə qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməli və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməlidir. Mərkəz dövlət təhsil müəssisəsi olduğundan lisenziyasız fəaliyyət göstərə bilər. İlk növbədə qətnamənin 1-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mərkəzin dövlət müəssisəsi olması işin mübahisəsiz halıdır. Belə ki,Prezidentinxx.xx.2003-cü il tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş“Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən SOCAR-ın nizam namə kapitalı1,628,000,000 manat təşkiledir və dövlətə məxsusdur. “Dövlət əmlakınınqorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Prezidentin xx.xx.2007- ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasında dövlət əmlakının idarəedilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.1-ci bəndinə əsasən dövlət müəssisəsi dedikdə, tamamilə (100 faiz) dövlət mülkiyyətində olan, səhmlərinin (paylarının) və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı dövlətə məxsus olan hüquqişəxslər başa düşülür. Göründüyü kimi,Cavabdehin payları tamamilə dövlətə məxsus olduğundan dövlət müəssisəsi hesab edilir və bu səbəbdən onun tabeliyindəki bütün müəssisələr, o cümlədən Mərkəz də dövlət müəssisəsidir. Dövlət təhsil müəssisələrinin lisenziya almasına gəldikdə isə, həmin müəssisələrin fəaliyyəti üçün heç bir lisenziya tələb olunmur. Belə ki,“Təhsil haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar vəicazələr haqqında” Qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır. Bu onu göstərir ki, dövlət təhsil müəssisələrinin fəaliyyət üçün lisenziya tələb olunmur və bu səbəbdən də Mərkəz lisenziyası olmasa belə, təhsil müəssisəsidir. Bu baxımdan müəssisənin təhsil müəssisəsi olması üçün onun lisenziya alması tələbinə dair qətnamədə gəlinən nəticə tamamilə əsassız və qanunsuzdur.

36. Məhkəmə hüquqi məsələləri üzrə hər hansı bir şəxsin rəyindən asılı deyildir və “məhkəmə hüququ bilir” prinsi pi ilə davranmalıdır Bununla yanaşı, Məhkəmə tərəfindən Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-05/2-20/18/11-2-131-6/2023 nömrəli cavab məktubunda irəli sürülən hüquqi rəyə istinad Mərkəzin təhsil müəssisəsi hesab edilməməsi də əsassızdır. Çünki Mərkəzin təhsil müəssisəsi sayılıb-sayılmaması sırf hüquqi qiymətləndirmə tələb edən məsələdir və tərəflərin mülahizəsi əsasında deyil, iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə isə tərəflərin hüquqi qiymətindən asılı deyil və “iura novit curia” – “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən hüquqi qiymətləndirməni məhkəmə maddi və ya prosessual hüquq normalarına uyğun olaraq aparır. Təsadüfi deyildir ki, əlaqəli qanunvericilik aktı olan CinayətProsessual Məcəllənin 96.3 və 97.3-cü maddələrinin tələbinə əsas ən şəxs prosesin hüquqi məsələləri üzrə mütəxəssis və ya ekspert qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. Bu baxımdan sırf hüquqi məsələləri üzrə mütəxəssis kimi Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli,3-16-05/2-20/18/11- 2-131-6/2023 nömrəli cavab məktubuna istinad gəlinən nəticə tamamilə qanunsuz və əsassızdır.

37. Müəssisəsinin təhsil müəssisəsi sayılmasının əsas şərti təhsil haqqında dövlət sənədi verməsidir ki, Mərkəz məzunlara həmin sənədi verir Bununla yanaşı, həm cavabdehin etirazına dair irəli sürülmüş mülahizədə, həm apellyasiya şikayətində, həm də məhkəmə iclasında səsləndirilən fikirlərdə olduğu kimi bir daha qeyd edilməlidir ki, “Təhsil haqqında” Qanunun 14.15-ci maddəsi təhsil müəssisəsinin hüquqi şəxs statusunda təsis edilməsini tələb etsə də, Qanunu n 1.0.47-ci maddəsində təhsil müəssisəsinə verilən anlayış müəssisənin təhsil müəssisəsi olması üçün onun hüquqi şəxs statusunda təsis edilməsi şərtini müəyyən etmir. Belə ki, Qanunun 1.0.47-ci maddəsinə əsasən təhsil müəssisəsi dedikdə, müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi (i) diplom və ya(ii) sertifikat verilir. Əsasnamənin 2.11-ci bəndə əsasən Mərkəz məzunlara dərəcə və müəyyən olunmuş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir. Göründüyü kimi Mərkəz təhsili həyata keçirtdiyindən və məzunlara təhsil haqqında dövlət sənədi hesab edilən həm diplom, həm də sertifikat verdiyindən təhsil müəssisəsi sayılır. Məhkəmə isə tətbiq edilməli olan “Təhsil haqqında” Qanunun 1.0.47-ci maddəsini tətbiq etmədən qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə apellyasiya şikayətini tam oxusaydı və dəlillərə münasibət bildirsəydi, təbii ki, fərqli nəticəyə gələrdi və müəyyən edərdi ki, Mərkəz təhsil haqqında dövlət sənədi hesab edilən həm diplom, həm də sertifikat verdiyindən təhsil müəssisəsi sayılır və bu halda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarardı. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilmədən və “Təhsil haqqında” Qanunu 1.0.47-ci maddəsini tətbiq etmədən çıxarılmış qətnamə isə tamamilə qanunsuz və əsassızdır.

38. Mərkəz peşə təhsili müəssisəsi tipinə və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir Bundan başqa, Qətna mənin 2-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə işin həlli üçün əhəmiyyətli olan apellyasiya şikayətinin hər hansı bir dəlilinə münasibət bildirməmiş, çox güman ki, heç şikayətin dəlillərini oxumamış, yaxud oxuyub başa düşməmişdir. Belə ki, apellyasiya şikayətində göstərilmişdir ki, Mərkəz peşə təhsili müəssisəsi tipinə və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Belə ki, Mərkəzin Əsasnamənin 1.5-ci bəndində birbaşa göstərilmişdir ki, Mərkəz peşə ixtisaslarının artırılmasını həyata keçirir. Əsasnamədən göründüyü kimi, Mərkəzi peşə ixtisaslarının artırılmasını həyata keçirməklə peşə təhsili müəssisəsi tipini uyğun gəlir, adından da göründüyü kimi bu təşkilat Mərkəz adlandırılmaqla məhz peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Mərkəz “Təhsil haqqında” Qanunun 14. 5.4-cü maddəsinə uyğun gəlməklə yanaşı, həm də “Peşə təhsili haqqında” Qanunu n 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərinə də aşkar şəkildə uyğun gəlir. Belə ki, həmin Qanunun 9.2.3-cü maddəsinə əsasən peşə təhsil mərkəzi peşə təhsili müəssisə növünə vardır. Qeyd edildiyi kimi, Mərkəzin həmin fəaliyyətindən, həm də adından göründüyü kimi Mərkəz peşə ixtisaslarının artırılmasını həyata keçirir.

39. Dövlətin səhvi işçinin hesabına düzəldilə bilməz Nəhayət qeyd edilməlidir ki,(i) Mərkəzin fəaliyyətini tənzim edən sənədin nizamnamə deyil, əsasnamə adlanması, (ii) həmin əsasnamədə onun dövlət təhsil müəssisəsi yazılıb-yazılmaması, (iii) Mərkəzin hüquqi şəxs statusunda təsis edilməməsi onun dövlət təhsil müəssisəsi olmasını istisna etmir. Çünki həmin hüquqi məsələlərin həlli SOCAR-ın səlahiyyətinə aid olan məsələdir və iddiaçının heç cür həmin məsələlərə təsir imkanı yoxdur. Belə ki, İddiaçı MərkəzinƏsasnaməsini tərtib və ya təsdiq edən subyekt deyildir ki, Mərkəzi hüquqişəxsstatusunda təsisetsin, onun fəaliyyətini tənzim edən sənədiəsasnamə deyil, nizamnamə adlandırmaq imkanında olsun və həmin sənəddə müəssisənin təhsil müəssisəsi olması sözlərini qeyd etsin. Bu baxımdan həmin hüquqi-texnikiməsələlərə görə iddia tələbinin təmin edilməməsi dövlət orqanının yol verdiyi səhvə görə məsuliyyətin maraqlışəxsin üzərinə qoyulmasıdır. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrəxx.xx.2007-ci il tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı işüzrə xx.xx.2015-ci il tarixli, §49 Qərarlar). B elə vəziyyətdə Məhkəmə Əsasnaməni təfsir edərkən təkcə Əsasnamədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də Əsasnamə müddəalarının həqiqi mənasını, qanunvericiliyin şərtlərini nəzərə almalı idi. Əsasnamədə yazılan söz və ya ifadənin hərfi mənasına əsasən hüquqi nəticəyə gəlmək normaların həddən artıq formal tətbiqinin göstəricisidir. Halbuki,Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə xx.xx.2011-ci il tarixli Qərarında normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdi r. Həmin hüquqi mövqeyə əsaslanan Konstitusiya Məhkəməsi Plenumu da özünün “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli v ə E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair xx.xx.2023-cü il tarixli qərarlarında normaların həddən artıq formal tətbiqinin ədalətli məhkəmə araşdırmasına zidd olmasını ifadə etmişdir. Konstitusiya Məhkəməsi Plenumu "xxxx"MMC-nin şikayəti üzrə“Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında İ nsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə istinad edərək qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7 S.R.L.və Di Stefanoİtaliyayaqarşı iş üzrə2012-ci il 7iyun,§141; Gorzelik və digərləriPolşaya qarşı iş üzrə 2004-cü il 17 Fevral, § 65; Rekvenyi Macarıstana qarşıiş ü zrə 1999-cu il 20 may, § 34 tarixli Qərarları). Həmçinin, Konstitusiya Məhkəməsi Plenumu Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunların normalarının şərhi zamanı, nəinki onun hərfi mənası və (ya) məntiqi məzmunu müəyyən olunur, həmçinin şərhin müxtəlif, o cümlədən sistematik və müqayisəli növlərindən istifadə olunur. Bu, bir tərəfdən izah edilən normanın həqiqi mənasının aydınlaşmasına və onun qanunvericilik sistemində yerinin göstərilməsinə imkan yaradır. Digər tərəfdən isə digər normalarla birgə nəzərdən keçirilmə yolu ilə şərh olunan normanın həqiqimənasının müəyyən olunmasınaxidmətedir. Göründüyü kimi, Məhkəmə Mərkəzin Əsasnaməsini nəzərdən keçirərkən məsələyə həddən artıq formal yanaşmışdır. Halbuki, o, Əsasnamənin müddəalarını “Təhsil haqqında” Qanunun və “Peşə təhsili haqqında” Qanunun işığında nəzərdən keçirməli idi və Əsasnamənin adına və məzmununda “dövlət təhsil müəssisəsidir” ifadəsinin olmamasını və hüquqi şəxs statusunda təsis edilməməsini Əsasnamənin digər müddəaları ilə və “Təhsil haqqında” Qanunun 1.0.47-ci maddəsi i lə birgə nəzərdən keçirməli idi, Mərkəzin Əsasnaməsinin və fəaliyyətinin həqiqi məzmununu müəyyən etməli idi. Mərkəzin həqiqi fəaliyyətinin məzmunundan isə göründüyü kimi, həmin müəssisə dövlət peşətəhsili müəssisəsi tipinə aiddir. Odur ki, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbuledilməlidir.

40. Göründü yü kimi,“Təhsil haqqında” Qanunun 1.0.47,14.5.4-ci maddələri və “Peşə təhsili haqqında” Qanunun 9.2.3-cü maddəsini, habelə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqeləri, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilə kimi İnsan hüquq və X1 haqqında Avropa Konvensiyasının müddəalarının şərhi edilməsini nəzərdə tutan Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərini və Məhkəmə rəhbər tutmalı və həmin normalaraəsasən mübahisəni həll etməli olduğu halda, bunu etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə çıxartmışdır.

41. Digər tərəfdən, Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, Əsasnamənin həqiqi məzmununa nəzər yetirməmiş və nəticədə qanunsuz və əsassız qətnamə çıxartmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh (vəkil və nümayəndə Vəkil2) kassasiya şikayətinə qarşı verdiyi etirazda apellyasiya instansiya məhkəməsinin qətnaməsinin faktlar və hüquqi əsaslandırma nöqteyi nəzərindən qanuni və əsaslı olduğunu, işdə məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığını göstərərək kassasiya şikayətini təmin etmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)848/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

43. Maddə 83. (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürəni n son haqqhesabı(istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

44. Maddə 154. 1-ci hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

45. Maddə 172. 1-ci hissə. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 46. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu

47. Maddə 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;

48. Maddə 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.

49. Maddə 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 50. 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 51. 14.5.2. ümumi təhsil müəssis ələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); 52. 14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.); 53. 14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri); 54. 14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər); 55. 14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.); 56. 14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.); 57. 14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.).

58. Maddə 14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

59. Maddə 23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağı dakı elmi adlar müəyyən edilir: dоsent; professor.

60. Maddə 23.9. dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarı (24 fevral 2014-cü ilədək edilmiş dəyişikliklərlə)ə 61. 1-ci hissə. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilsin: ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstər ilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 60 manat; ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 100 manat; dosent elmi adına görə: iş stajı 5 ildən 10 ilə qədər olduqda — 25 manat; iş stajı 10 ildən 15 ilə qədər olduqda — 50 manat; iş stajı 15 ildən 20 ilə qədər olduqda — 75 manat; iş stajı 20 ildən artıq olduqda — 100 manat; professor elmi adına görə: iş stajı 5 ildən 10 ilə qədər olduqda — 30 manat; iş stajı 10 ildən 15 ilə qədər olduqda — 60 manat; iş stajı 15 ildən 20 ilə qədər olduqda — 90 manat; iş stajı 20 ildən artıq olduqda — 120 manat. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Qala X5 nə Təhsil haqqında AR Qanununun 14.5-ci maddəsində nəzərdə tutulan təhsil müəssisələrinin, nə də Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərini özündə əks etdirmir.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razıla şır.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli 2(103) -848/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar