Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1579/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-****/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) xx.xx.2019-cu il tarixli, 2(051)****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qar şı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, İddiaçı iki nəfər uşaqları-2003-cü il təvəllüdlü E1 və 2005-ci il təvəllüdlü A1 ilə birlikdə Mingəçevir şəhəri, ********** ünvanda 2 otaqlı, 3 sot torpaq sahəsində yerləşən yaşayış evinə köçürülmələri qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, E.Hüseynov, V.Məlikov) xx.xx.2019-cu il tarixli, 2(107)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı C avabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, ********** saylı mənzilə onun və azyaşlı uşaqları olan E1 və A1 köçürülməsi, mənzildən istifadə qaydasının müəyyən edilməsi, mənzilin 1 otağının onun istifadəsinə verilməsi, onunla ayrıca müqavilə bağlanması, yaşayış evinin ümumi istifadə yerləri olan mətbəx, hamam, tualet və koridorun ümumi istifadələrində saxlanılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, ********** saylı mənzilə onun və azyaşlı uşaqları olanE1 və A1nun köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstəri lən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı ilə cavabdeh arasındakı qohumluq əlaqəsinə qanuni əsaslarla xitam verildiyinə görə iddiaçı mübahisəli mənzili tərk etmişdir. Sosial kirayə müqaviləsi üzrə onun üzərinə heç bir öhdəlik qoyulmamışdır və o, sosial kirayə müqaviləsindən irəli gələn heç bir öhdəliyi yerinə yetirməmişdir. Ona görə də onun həmin mənzilə köçürülməsi barədə iddiası qanunsuz olaraq təmin edilmişdir. İşə baxan apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları və maddi sübutları araşdırmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın xx.xx.2019-cu il tarixli, 2(107)-****/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,tərəflər Ağdam rayonundan olan məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışlar. Onlar 2002-ci ilin iyun ayında rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 2003-cü ildə E1, 2005-ci ildə A1 adlı iki nəfər uşaqları olmuşdur. Mübahisəli mənzil Mingəçevir şəhəri ********** №-li ev Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2004-cü ildə tərəflərin isifadəsinə verilmişdir. Sonradan tərəflər arasındakı ailə münasibətləri, nikah pozulmuş, cavabdeh iddiaçıya birgə istifadəyə verilmiş mübahisəli evdə yaşamasına etiraz edərək, iddiaçının həmin evdən çıxmağa məcbur et mişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən maddi hüquq normasına istinad etməsə də, mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Lakin apelyasiya instansiya məhkəməsi olaraq həmin səhvin davam etdirilməməsi baxımından kollegiya aşağıda sadalanan maddi hüquq normalarına istinad olunmasını məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya kollegiyası belə qənaətə gəlmişir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə m üqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 66.1 və 66.1.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin yaşadığı yaşayış sahəsinə digər şəxsləri müəyyən edilmiş qaydada köçürmək hüququ vardır. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kir ayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ü mumi sahəsi uçot normasından az olsun. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri formal xarakter daşımaqdadır. Belə ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mövcud olmuş münasibətləri (ər-arvad münasibətləri), mübahisəli mənzillə sosial kirayə müqaviləsinin tərəflərin birgə nikahda olduqları zaman bağlanmasını nəzərə almış və düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarına əməl etməklə qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətn amənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-1579/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1579/2020
12.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver