Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1580/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə ödənilməmiş pulun və lizinq obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2997/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı, yeni adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə İmişli rayonunun Cəfərxanlı kənd sakini Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış, iddiaçı təşkilata məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 10 fevral 2014-cü il tarixli, 92-L/12 nömrəli müqaviləyə əsasən cavabdehə dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 80.000 manat olan 1 ədəd SK-5ME-1 markalı kombayn, 1 ədəd Belarus-1221 markalı traktor və 1 ədəd AGMP6 markalı kotan lizinqə verilmişdir.
2. Cavabdeh tərəfindən texnikaların dəyərindən 2.200 manat ilkin ödəniş edilmiş, qalan 77.800 manat məbləğə isə ödəniş qrafiki tərtib edilmişdir. Ödəniş qrafikinə əsasən, cavabdeh 2014-2022-ci illər ərzində müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarının dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.551,00 manat əsas borcun, 13.154,00 manat cərimənin, 30 manat dövlət rüsumunun, cəmi 39.735,00 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 10 fevral 2014-cü il tarixli, 139L/14 nömrəli müqavilənin ləğv edilərək lizinq obyekti olan 1 ədəd SK-5ME-1 markalı kombaynın, 1 ədəd Belarus-1221 markalı traktorun və 1 ədəd AGMP-6 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, ödəniş qrafiki üzrə 01.01.2017-ci il tarixədək 27.001,00 manat ödəməli olduğu halda 450,0 manat ödəniş olunmuşdur. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş 03 oktyabr 2013-cü il tarixli ASC/2-3634 saylı pretenziya cavabsız qalmışdır. Lizinq müqaviləsinin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə 09 fevral 2017-ci il tarixədək olan borcun məbləği 26.551,00 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği, cəmi 13.154,00 manat təşkil etmişdir.
5. İmişli Rayon Məhkə məsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)2976/2017 nömrəli iş üzrə 04 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 fevral 2014cü il tarixli, 139-L/14 nömrəli müqavilənin ləğv edilərək lizinqə verilmiş 1 ədəd SK5ME-1 markalı kombaynın, 1 ədəd Belarus-1221 markalı traktorun və 1 ədəd AGMP-6 markalı kotanın (normal amortizasiya nəzərə alınmaqla qalıq dəyərində) geri alınması, cavabdehdən həyata keçirilməyən lizinq ödənişlərinə görə 26.551,00 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulub iddiaçıya verilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, 13 mart 2017-ci il tarixədək cəmi 26551.00 manat miqdarında lizinq ödənişini həyata keçirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv olunmalı, lizinqə verilmiş əmlaklar qaytarılmalı, həmçinin cavabdehdən göstərilən məbləğdə lizinq ödənişi tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 424.2, 424.3, 748-11.1, 748-1.12.4, 750-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) 2(106)-263/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qeyd olunan qərarın 2-ci bəndinə görə, bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yapоniya hökumətinin 2 KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" ASC-nin zərəri hesabına güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 3-cü bəndinə görə, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının iste hsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməlidir.
11. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyinə əsasən, cavabdeh aldığı kənd təsərrüfatı texnikaları üçün ilkin olaraq 2.200 manat, sonradan isə 450 manat məbləğində və başqa ödənişlər etdiyindən, onun cəmi 26.551,00 manat borcu qaldığına görə, bununla da teхnikasının ilkin dəyərinin 20 faizindən artıq hissəsi ödənildiyindən, 273 nömrəli qərarın tələbləri tətbiq edilməklə lizinqə götürülmüş kənd təsərrüfatı teхnikalarının ilkin dəyərinin 40 faizi həcmində (80.000х40%=32.00 0 manat) güzəşt tətbiq edilməli, borclu qaldığı 26.551,00 manat nəzərə alınmaqla qalan borc müəyyən edilməli (80.000-26.551=53.449 manat), daha sonra teхnikaların ilkin dəyərindən tətbiq edilmiş güzəşt çıхılmaqla alınmalı оlan məbləğ (80.000-32.000=48.000 manat) müəyyən edilməli, edilmiş ödənişlər nəzərə alınmaqla qalan borcdan ödənişlər çıxılmalıdır (48.000-53.449 manat= 5.449 manat). Beləliklə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh, iddiaçı məhkəməyə müraciət edənə və onun barəsində hazırkı güzəşt tətbiq edilənə qədər 5.449 manat məbləğində artıq ödəniş etmişdir. Ona görə də, onun iddiaçıya borcu qalmamışdır. Texnikaların dəyəri ödənilmiş hesab edildiyindən, iddiaçının onları geri tələb etməklə bağlı hissədə də iddiası təmin edilə bilməz.
12. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişd ir. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3917/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və G.A.Quliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
14. Kassasiya instansiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehin lizinq müqaviləsi üzrə daha artıq məbləğdə ödəniş etdiyi barədə qənaətini mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamışdır. İddiaçının kassasiya şikay ətində də qeyd edilmişdir ki, lizinqə verilmiş əmlakların müqavilə bağlanan günə dəyəri 80.000 manat təşkil edir. Sadə riyazi hesablamalar əsasında görünür ki, həmin məbləğin 20% dəyəri (80.000*20%) 16.000 manat həcmindədir. Yəni, lizinq alan 16.000 manat ödədiyi təqdirdə ona güzəşt tətbiq oluna bilər. Cavabdeh isə cəmi 2650 manat ödəniş etmiş, başqa ödəniş olunmamışdır. Borcunun 26.551 manat göstərilməsi isə cavabdehin ödəniş cədvəli üzrə ödəniş rübü üçün, yəni 01.01.2017-ci il tarixinədək olan borcudur. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi MPM-in 9.3, 77.1 və 88-ci maddələrinə əsasən ilk növbədə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan madd i hüquq normalarına və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına müvafiq olaraq qiymət verməklə mübahisəni həll etməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2997/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər-İ.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 10 fevral 2014-cü il tarixli, 92-L/12 saylı lizinq müqaviləsini əsas götürməklə, Cavabdeh tərəfindən müqavil ə şərtlərinə əməl olunmaması və üzərinə götürdüyü öhdəliyi icra etməməsi qənaətinə gəlməklə haqlı olmuşdur. Belə ki, Cavabdeh iddiaçı təşkilatdan lizinq almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cərimələri, eləcə də texnikanı saz vəziyyətdə iddiaçı təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və onlara etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan texnika ların istismar müddəti keçmiç, yəni YTO-1204 markalı 2006cı il buraxılışlı traktor 8 il işlədikdən sonra 24800 manat lizinqə verilmişdir. Lizinq ilə aralarında bağlanmış müqavilənin ləğv olunmasına baxmayaraq hələdə həmin texnikalar onun həyətindədir. Müraciətinə baxmayaraq bugünə kimi onlaraq sahib duran yoxdur. Apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın is tifadəsinə verməyə borcludur.
21. Maddə 747.1. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
22. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
23. Maddə 748-1.12.4. Lizinq verən ba Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Mülki Prosessual Məcəlləsi
24. Maddə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.1
25. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, lizinq predmeti olan obyektlərin cavabdehə təhvil verilmiş, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən 2200 manat ilkin ödəniş, sonradan cəmi 450 manat ödəniş etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanılmış lizinq müqaviləsinin məzmunu və şərtləri barəsində ümumi razılıq mövcüd olduğundan, həmin şərtlərə riayət edilməli və həmin şərtlərə uyğun olaraq müqavilə icra edilməlidir.
30. Cavabdeh iddiaçı təşkilatdan lizinq almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən mü qavilə əsasında borc məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cərimələri, eləcə də texnikanı saz vəziyyətdə iddiaçı təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur.
31. Apellyasiya məhkəməsi texnikanın yararsız olması barədə cavabdehin dəlili ilə bağlı bildirmişdir ki, sözügedən texnikanın cavabdehə qüsurla verilməsi görünmür. Texnikaların yararsızlığının sonradan üzə çıxması ilə əlaqədar cavabdehin iddiaçıya hər hansı yazılı müraciətinin və ya təklifinin olması da aşkar edilməmişdir.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi n əticə əsaslandırılmışdır.
33. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2997/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.