Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-159/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşağın atanın yanında qalması 22.01.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı uşaqların atanın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HAL LARİ
1. Tərəflərin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2011-ci il tarixdə doğulmuş X7, xx.xx.2015-ci il tarixdə doğulmuş X8.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X3 ananın yanında saxlanılması, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 atasından alınıb ananın himayəsinə verilməsi qət edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
3. Məhkəmə qətnaməsi icra edilmiş, lakin XX 2021-ci ilin dekabr ayında atasının yanına getmişdir, hal-hazırda atası ilə birlikdə yaşayır.
4. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 1/2785 nömrəli rəyinə əsasən, xx.xx.20 11-ci il tarixdə doğulmuş Yaqubzadə Malikin atası, xx.xx.2015-ci il tarixdə doğulmuş Yaqubzadə Muradın anasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir (uşaqların istəyi nəzərə alınmaqla).
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 11/592 nömrəli ekspert rəyinə görə, XX-in hazırda atası İddiaçı və qardaşı X5 bağlılığı müəyyən olunmaqla, anası X2 bağlılığı üzə çıxmır. Onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. İddiaçı və X1 fərdi-psixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, hər iki uşağın normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. XXX-in hazırda anası və qardaşına bağlılığı müəyyən olunmaqla, atasına bağlılığı üzə çıxmır, onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Valideynləri arasında qarşılıqlı münasibətlərdə yaranmış gərginlik hər iki uşağın emosional-iradi sferasına və ayrı yaşayan valideyninə qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, birgə nikahdan xx.xx.2015-ci il tarixdə doğulmuş X3 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və X3 onun yanında və himayəsində sa xlanmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında XX bildirmişdir ki, anası onu döydüyündən və atasına qarşı yönəltdiyindən, o, evdən qaçmış və taksi ilə atasının yanına, Sulutəpəyə getmişdir. Halhazırda məktəbə getmir, təhsildən geri qalır, o, Sulutəpədə yerləşən 103 nömrəli məktəbdə oxumaq istəyir, lakin anası onun sənədlərini atasına vermir. 2021-ci ilin dekabr ayından atasıyla yaşayır və bundan sonra da onunla qalmaq istəyir, anasını heç görmür.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-338/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... ekspert rəyinə əsasən 7 yaşında olan X3-ün anasına bağlılığı müəyyən edilmiş, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən Muradın anasına verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmədə X3 sərbəst şəkildə anasına olan sevgisini, bağlılığını, atasına olan aqressivliyini açıq surətdə nümayiş etmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, X3 anasından alınıb atasına verilə bilməz. Hazırki mülki işdə məhkəmə iddianın 10 yaşlı X4-lə olan hissəsinə xüsusi həssaslıqla yanaşmağı zəruri hesab edir. Belə ki, qeyd edildiyi kimi, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən X4-ün istəyi nəzərə alınmaqla onun atasına verilməsi məqsədəmüvafiq hesab edilmiş, ekspert rəyinə əsasən X4-ün atasına bağlılığı müəyyən edilmiş, anasına bağlılığı üzə çıxmamışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında X4 atası ilə qalmaq istədiyini bildirmiş, lakin pedaqoqlar ın iştirakı ilə keçirilən iclasa X4 gəlməmişdir. Atanın X4-ə olan təsirini nəzərə alaraq uşağın özünün gəlmək istəmədiyini məhkəmə inandırıcı hesab etməmişdir. Odur ki, məhkəmə pedaqoqların yanında bir daha Malikin fikrini öyrənə bilməmişdir. Malikin anası tərəfindən döyüldüyünə dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, X4-ün anasını istəməməyi üçün ciddi bir səbəb mövcud deyil, o, sadəcə atasını həddindən artıq sevdyinə görə, atasının anasına qarşı aqressivliyi olduğuna görə atası ilə həmrəylik edir. Qeyd edildiyi kimi, Plenumun qərarına əsasən, uşaqların eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. İki qardaşın bir-birinə bağlılığı hazırki işdə qeyd-şərtsizdir. İddiaçı atanın da fikrinə görə uşaqların birgə b öyüməsi, bir-birinə qarşı yaxın münasibətdə qalması olduqca vacibdir, X4 hətta icra şöbəsində icra məmuruna bildirmişdir ki, qardaşı X3-dən ötrü çox darıxır, onu görmək istəyir, onunla birgə qalmaq istəyir (iddia ərizəsi). Məhkəmə hesab edir ki, uşaqların birbirindən ayrı böyümələri onların psixologiyalarına mənfi təsir göstərəcək. İki uşağın atalarına verilməsi mümkün deyil, çünki X3 çox balacadır və atasına qarşı çox aqressivdir, onun anaya daha çox ehtiyacı var. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmal ıdır. Məhkəmə hesab edir ki, X4-ün fikri atası ilə qalmaq olsa da, bu onun maraqlarına ziddir. Belə ki, ata işləyir və uşağın ataya verilməsi faktiki ana olduğu halda nənəyəbabaya verilməsi deməkdir. Məhkəmə hesab edir ki, nə qədər X4 atası ilə qalmaq istəsə də, iki valideynin birbirinə olan nifrəti, X3-ün atasını, X4-ün də anasını istəməməsi, X4-ün atasının yanında qalması onun anasından və kiçik qardaşından tamamilə soyumasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, 10 yaşlı X4 anası və qardaşı ilə birlikdə yaşasa, o, atasına olan sevginin nəticəsində qardaşı X3-ü da buna yönəldə bilər və bu da nəticədə hər iki uşağın hər valideynlə münasibətinin bərpasına gətirib çıxara bilər. İddiaçının «cavabdeh heç bir yerdə işləmir, onun qazancı, gəliri yoxdur, uşaqları təkbaşına böyütməkdə çət inlik çəkir, hal-hazırda ərzaq, dərman vasitələri, texnika, kommunal xərclər və s. qiymətlərdə artım olduğundan cavabdehin tək başına övladlarıni və özünü saxlaması olduqca çətindir, hətta aliment tutulsa belə, cavabdehin uşaqların ildən-ilə artan maddi və mənəvi ehtiyaclarını qarşılaması mümkünsüz olacaqdır, lakin iddiaçı uşaqların iradə, həm də maddi və mənəvi təminat baxımından hər iki övladını saxlamaq, onları yanında və himayəsində yüksək təminatla saxlmağa qadirdir» mövqeyinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqların atalarından ayrı yaşaması atanın qeyd etdiyi qayğı göstərmək vəzifəsindən və hüququndan azad etmir. Atanın uşaqlarına lazımi maddi və mənəvi səviyyədə baxması uşaqların onun yanında qalmaları ilə şərtləndirilə bilməz.” b) Apellyasiya instansiyası məhkəmə sində icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... uşaqların hüquq və mənafelərini, iş üzrə verilmiş rəylər və uşaqların ana qayğısına daha çox ehtiyacının olmasını, uşaqların psixoloji vəziyyətini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi tərəflərin birgə nikahından olan hər iki uşağın anadan (cavabdeh) alınaraq ataya (idd iaçıya) verilməsinin uşaqların mənafeyinə uyğun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu zaman işə baxmış Rayon Məhkəməsinin iş üzrə keçirtdiyi hazırlıq iclasında hər iki uşağın fikrini dinləmiş (bax: hazırki qətnamənin 5-ci bəndinə), Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzinin iş üzrə verdikləri müvafiq rəyləri alaraq, rəyləri tədqiq etmişdir (bax: 7 və 8-ci bəndlərinə). Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları əlaqəli şəkildə araşdırmış, onlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq hüquqi qiymət vermişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətində iddiaçı, cavabdehin yaşayış şəraitinin və maddi vəziyyətinin uşaqlar üçün əlverişli olmadığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İşdə olan və yuxarıda qeyd edilən sənədlərdən isə həmin hal müəyyən edilmir. Belə ki, iş üzrə tərəflərin verdikləri məlumatlardan, Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının yuxarıda qeyd edilmiş xx.xx.2023-cü il tarixli rəyinə əlavə edilmiş “Müayinə aktlarından” görünür ki, həm iddiaçı, həm də cavabdehin yaşadıqları yaşayış sahələri tam kommunal şəraitli, orta təmirli, yaşayış üçün sanitar normalara cavab verir və zəruri məişət əşyaları ilə təchiz edilmişdir. Tərəflərin məhkəmələrə bildiriklərindən həmçinin məlum olur ki, iddiaçının daimi iş yeri var və o, işl əyir. Cavabdehin isə rəsmi iş yeri yoxdur. O, yaşadığı mənzildə bunun üçün şərait yaradaraq dırnaq ustası kimi fəaliyyət göstərir. Bundan başqa nəzərə alınmalıdır ki, əgər cavabdeh uşaqların saxlanılması ilə bağlı gələcəkdə maddi çətinliklə üzləşərsə, hazırki iş üzrə iddiaçıya “alimentin tutulması tələbi barədə” iddia irəli sürmək hüququna malikdir. Buna görə də, hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Apellyasiya şikayətində iddiaçı daha sonra bildirir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2011-ci il təvəllüdlü Malikin cavabdehin yanında deyil, onun yanında qalmaq barədə arzusunu nəzərə almamışdır. Bununla bağlı Məhkəmə bildirir ki, Malik cavabdehin yanında deyil, iddiaçının himayəsində qalmaq barədə istəyini işə baxmış birinci instansiya Ra yon Məhkəməsinə bildirsə də, apellyasiya baxışı zamanı Məhkəmə, iddiaçı tərəfin təşəbbüsü və hər iki valideynin razılığı ilə həm xx.xx.2011-ci il təvəllüdlü Maliki, həm də xx.xx.2015-ci il təvəllüdlü Muradın fikrini dinləmişdir. X4 bildirmişdir ki, o, atasını sevir, onunla birlikdə yaşamaq istəyir. Qardaşı X3 üçün çox darıxır. İstəyir ki, o və X3 atalarının yanında yaşasınlar. Onu zorla “Ədliyyədən” (İcra Şöbəsini nəzərdə tutur) atasının əlindən zorla alıb qaçırıblar. O, hazırda məktəbdə təhsil ala bilmir. Lakin hazırlıqlara gedir. Çünki, “qarşı tərəf” (anasını nəzərdə tutur) sənədlərini oxudu məktəbdən alaraq başqa məktəbə təqdim etmişdir. O, anası ilə qalanda, nənəsi ayağı ilə onun dizinin üstünə çıxmış və dizini əzmişdir. X3 isə bildirmişdir ki, o, anasının yanında yaşayır. İstəyir ki, qardaşı X4 də onlarla birlikdə yaşasın. Anası və nənəsi X4-ü döyməmişlər. Nənəsi X4-ün dizini əzməmiş, o, bunu görməmişdir. Göründüyü kimi X4, qardaşı X3-dən fərqli olaraq anasına (cavabdehə) aqressiv olduğu göstərməyə çalışsa da, o, anasına olan bu münasibətin hansı səbəbdən yarandığını izah edə bilməmişdir (o, bu barədə verilən suallara cavab verməmiş, ağlamışdır). Bütün bunları nəzərə alan Məhkəmə, Malikin fikrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2016-cı il tarixli qərarının tələbləri baxımından qiymətləndirərək hesab edir ki, uşaqların bir-birindən ayrı yaşaması onların mənafeyinə uyğun deyil, çünki əks hal qardaşlar arasında bağlılığın qırılmasına gətirib çıxara bilər. Hər bir halda nəzərə alınmalıdır ki, uşaqların ana qayğısına daha çox ehtiyacları var. Yalnız müstəsna hallarda uşaqlar anadan alınaraq ataya verilə bilər. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Lakin hazırki halda, yuxarıda sadalanan hallardan heç biri mövcud deyil. Cavabdeh fiziki və psixi cəhətdən sağlamdır. Heç bir pis vərdişi yoxdur. O, hüququndan sui-istifadə etməmiş, uşaqlarına qarşı zor tətbiq etməmişdir. Bunun əksini təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir.” KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Lakin nədənsə həm rayon məhkəməsi, həm də apellyasiya məhkəməsi 12 yaşı olan Malikin fikrini nəzərə almamışdır. Halbuki, qanunun tələbinə görə 10 yaşına çatmış uşağın fikri mütləq nəzər alınmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsini tətbiq etməməklə maddi hüquq normasını kobud şəkildə pozmuşdur X4 bir dəfə məcbur olaraq atasından alınıb anasına verilib və o, taksi ilə atasının yanına qaçıb. Bu işin mübahisəsiz halıdır. Çünki X4 öz fikirlərini sərbəst surətdə ifadə edə bilir və bu barədə ekspert rəyi də var. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, X4 atasının yanında qalmaq istəyir. Qardaşına bağlı olsa belə atasının yanında qalmaq istəyir və qardaşı ilə birlikdə bunu istəyir. Uşağın fikrinə hörmətlə yanaşaraq, ona xoş olan mühitdə onun yaşamasına şərait yaratmaq lazımdır. Öncə çıxarılmış qətnamə icra olunmur, uşaq anasına getmir. Bu qətnamə də icra olunmayacaq və hər dəfə icra şöbəsinə aparılan uşağın psixikasına və sağlamlığına ziyan vuracaq. Uşaq əşya deyil ki, atasından alınıb anasına verilsin və bununla da iş bitsin. Axı bir dəfə zorla atasından alınıb anasına verilmiş uşaq anasının yanından taksi ilə atasına qaçmışdır. Niyə bu halları məhkəmə nəzərə almır? Uşağın fi kirlərinə hörmətlə yanaşmaq və onun fikrini mütləq nəzərə almaq qanunun tələbidir. Nəzərə alınsa ki, çıxarılmış məhkəmə aktlarının icrası mütləqdir və məcburidir, amma bu cür işlərdə məhz məhkəmələrin yanlış qərarları uşaqların mənafeyinə zidd olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdehin etirazında şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edi r; Maddə
34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və q ərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol: Maddə
5. Ər-arvadın hüquq bərabərliyi Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. 19. “Uşaq hüquqları haqqında” Konvensiya (BMT Baş Assableyasının 44/25 nömrəli nömrəli qətnaməsi ilə xx.xx.1989-cu ildə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə qüvvəyə minmişdir): Maddə 3.
1. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və y a özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir; Maddə 9.
1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin ziddinə olaraq onlardan ayrılmasınlar, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı halda mənafeyi naminə labüddür. Belə ayrılıq bu və ya digər konkret halda labüd ola bilər. Məsələn, valideynlər uşaqla sərt rəftar edir və ya ona qayğı göstərmir, yaxud valideynlər bir-birindən ayrı yaşayırlar və belə olan təqdirdə uşağın ya şayış yeri barədə qərar qəbul edilməlidir;
2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz fikrini şərh etməyə imkan verilir;
3. İştirakçı dövlətlər valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın; Maddə 12.
1. İştirakçı dövlətlər baxışlarının formalaşdırmağa qadir olan uşağı həmin baxışları özünə aid bütün məsələlərlə əlaqədar azad ifadə etmək hüququ ilə təmin edirlər. Həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə müvafiq surətdə lazımi diqqət yetirirlər;
2. Bu məqsədlə uşağa imkan verilir ki, ona aid hər hans ı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə özü, ya da nümayəndə, yaxud müvafiq orqan vasitəsilə onu milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənsinlər; Maddə 18.
1. İştirakçı dövlətlər uşağın təbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları - onlara əsas qayğı obyektidir.
20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir; Maddə 2.2. Ailə münasibətlər inin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir; Maddə 3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; Maddə 49.1. 18 yaşına (yetkinlik yaşı na) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir; Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir; Maddə
52. Uşağın öz fikrini bildirmək hüququ Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz; Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. 21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; Maddə
5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanlar ı, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; Maddə
18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır; Maddə
19. Valideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
23. Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərar: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin t əmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərar: Bənd
7. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin ( arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir; 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; 7.2. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz; 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan üm umi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə m alik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. 7.5. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddia X4-ə aid hissədə rədd apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da həmin hissədə iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
29. İlk olaraq, cəmiyyətin əsas özəyi olan ailə, xüsusən də uşaqlar dövlət tərəfindən müdafiə edilir və dəstəklənir. Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları milli qanunvericiliklə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də təsbit olunmuşdur. “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Mülki və siyası hüquqlar haqqında” Beynəlxalq Pakt, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Pakt, “Uşaq hüquqları haqqında” Konvensiya, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəaları nəzərdə tutmaqla yanaşı, həmin hüquqların müdafiəsi ilə bağlı dövlətin pozitiv öhdəliklərini də müəyyənləşdirmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Azərbaycan Respublikasının Konstitusiyasında da cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması təsbit edilmi şdir.
30. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxılarkən iş üzrə bütün hallar nəzərə alınaraq ilk növbədə uşağın mənafeyi qorunmalıdır. Bu, həmçinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatından irəli gəlir.
31. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə tərəfindən Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, adıçəkilən normanın tələbinə zidd olaraq işə məhkəmədə baxılarkən artıq 12 yaş 6 aylığında olan X4-ün fikri mütləq nəzərə alınmalı olduğu halda, bu baş verməmişdir. Həmin norma ilə təsbit olunan qaydaya, yəni 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olmasına istisna təşkil edən hallar eyni maddə ilə tənzimlənmiş, bu istisnayi hallar isə uşağın maraqlarına zidd olan hallar k imi nəzərdə tutulmuşdur.
32. Bu kontekstdə, işdən müəyyən edilir ki, rayon Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş Malikin atasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmiş (uşağın öz istəyi nəzərə alınmaqla), Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində Malikin atasına bağlılığı müəyyən olunmaqla, anasına bağlılığının üzə çıxmadığı göstərilmişdir.
33. Məhkəmə iclasında bilavasitə dindirilən X4-ün özü də atası ilə qalmaq istədiyini bildirmişdir.
34. İşdən, həmçinin, müəyyən olunur ki, X4 taksi ilə atasının yanına getmişdir, 2021ci ilin dekabr ayından, yəni fasiləsiz 2 ildir çoxdur ki, sonuncu ilə yaşayır.
35. X4-ün atasından alınıb anasına verilməsi barədə məhkəmə qətnaməsinin belə uzun müddət icra oluna bilməməsinin bir səbəbi də uşağın təkidlə bu icraya mane olması, zorla anasına verilməsinin onun təbiyəsi və inkişafı üçün kritik əhəmiyyət kəsb etməsi ilə bağlı olmuşdur.
36. Göründüyü kimi, istinad olunan hallar aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilib, qiymətləndirilsə də, bu qiymətləndirmə uşağın üstün maraqları baxımından düzgün olmamış və mübahisə həmin maraqlar nəzərə alınmaqla həll edilməmiş, gəlinən nəticə qanunvericinin uşağın mənafeyinin qorunması ilə bağlı güddüyü məqsədlərə cavab verməmiş, 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olması qaydasına istisna təşkil etməklə uşağın maraqlarına zidd olan hallar uşağın əsas qayğı obyekti nöqteyi-nəzərindən əsaslandırılmamışdır.
37. Bu mənada, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması demək olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
39. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və h allarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar və sair).
40. Məhkəmə kollegiyası, həmçinin, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüq uqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçər kən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X9rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).
41. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ü mumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
42. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə X4-ə aid hissədə qismən razılaşır. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları cavabdehin X4 onunla birlikdə qaldığı dövrlərdə valideynlik hüquqlarını həyata keçirərkən tərəflərin birgə nikahından anadan olmuş uşağın mənəvi inkişafı, fiziki və psixi sağlamlığının qorunması ilə bağlı vəzifələrini tam yerinə yetirməyə nail ola bildiyinə dair əminlik təlqin etmir, uşağın üstün mənafeyi, onun rifahına və inkişafına qayğının atanın yanında qaldığı təqdirdə daha yaxşı təmin oluna biləcəyi barədə qənaət formalaşdırır.
43. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
44. İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda (§29-40) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
45. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Malik Yaqubzadəyə aid hissədə qismən ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2023 nömrəli iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi qismən, iddia X6 aid rədd olunan hissədə, ləğv edilsin, iş eyni hissədə y enidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.