Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-16/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi və onun dövlət qeydiyyatının xitam edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam, hərracın baş tutmamış elan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)- 9649/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 10 fevral 2006-cı il tarixli, F-158 nömrəli ipoteka müqaviləsi ilə həmin tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı məqsədi ilə X4 mülkiyyətində olan “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilini "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 40000 ABŞ dolları əsas borc, 8621 ABŞ dolları faiz borcu, 1200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 49821 ABŞ dolları pulun "xxxx" ASC-nin Gəncə filialının xeyrinə t utulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdeh X3 qaytarılması, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın iddiaçı "xxxx" ASC-nin tələbinin ödənilməsi üçün yetərli olmazsa, çatışmayan məbləğin cavabdeh X2 başqa əmlakı hesabına ödənilməsi qət edilmişdir.
3. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən 14 dekabr 2015-ci il tarixdə ilkin, 05 fevral 2016-cı il tarixdə təkrar hərraclar keçirilmiş, lakin hərraclar ba ş tutmamışdır.
4. Hərrac təşkilatının Gəncə şəhəri üzrə İcra İdarəsinə, "xxxx" ASC-yə və X3 ünvanlanmış 04 mart 2016-cı il tarixli məktubla “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayana təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsi təklif edilmişdir.
5. İcra İdarəsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə icra edilməyən icra sənədi məhkəməyə qaytarılmışdır.
6. X4 adını və soyadını İddiaçı dəyişmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Gəncə filialı ilə iddiaçı arasında bağlanmış 10 fevral 2006-cı il tarixli, F-158 nömrəli ipote ka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24 oktyabr 2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş İddiaçı məxsus “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10 fevral 2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmək imkanına malik olduğu halda onu almamışdır. Hazırda avtomobil iddiaçının mülkiyyəti olaraq qalmaqdadır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)197/2021 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia təmin edilmiş, "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 10 fevral 2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24 oktyabr 2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş İddiaçı məxsus “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10 fevral 2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azər baycan Respublikası Qanununun 11.1, 15.1, 42.2, 43.2, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə, habelə “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyinə görə iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-197/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)-9649/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevin və X.Ə.Sarıyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-197/2021 nömrəli qətnaməsi ləğv olunmuş və iddia rədd olunmuşdur.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiada irəli sürülmüş məsələni “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri tənzimləyir. 43.7-ci maddədə subyektiv hüquq, 43.8-ci maddədə isə həmin hüququn həyata keçirilməsi qaydası müəyyən olunub. Subyektiv hüququn mahiyyəti bundan ibarətdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 f aiz az olmayan qiymətlə ala bilər. Hüququn həyata keçirilməsi qaydası isə belədir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
14. Hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. Hüquq müəyyənlik prinsipi tələb edir ki, ipoteka predmetinin əldə edilməsi ipoteka saxlayana, yəni məhkəmə müdafiəsi hüququ realizə edilən şəxsə rəsmi qaydada təklif olunsun. Lakin işdə olan sənədlərdən görünür ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini almağı ipoteka saxlayana təklif etməyib. Bu, hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Nəticədə isə ipoteka saxlayan “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməyib. Beləliklə, ipotekaya xitam verilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(103)-9649/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 42.1, 43.7, 43.8-ci, Mülki Məcəllənin 379-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. B elə ki, ipoteka saxlayan ipoteka predmetini qanunla müəyyən olunmuş müddətdə qəbul etməmiş, məhkəmə isə sübutları düzgün qiymətləndirməmişdir.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 22. “İ poteka haqqında” Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə olan redaksiyada) 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlum at olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış el an edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac ke çirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video y azıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisə li hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Belə ki, hazırki işdə ipoteka predmetinin satılması ilə bağlı hərracların keçirilməsi və təkrar hərracdan əmlakın satılmaması işin mübahisəsiz hallarıdır.
28. Mübahisəli məsələ hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayana ipoteka predmetinin alınması üçün təklifin göndərilib-göndərilməməsi və onun belə ö hdəlik daşımasıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin icraatında olan işlər üzrə fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardad qəbul edilmişdir. Bu qərardadın qəbul edilməsi ilə bağlı hazırki işə baxılması təxirə salınmışdır.
30. Həmin Qərardada əsasən: - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitə sində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. - İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kə sici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
31. Qərardadda Ali Məhkəmənin tərkibi ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qeyd etmişdir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində deyilir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında mə lumat dərc etdirir. Göründüyü kimi, qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, i poteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir..... Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
32. Göründüyü kimi, Ali Məhkəmənin kollegiyalarının vahid məhkəmə təcrübəsi yaradan qərarında irəli sürülmüş hüquqi mövqeyə görə hərrac təşkilatçısının vəzifəsi təkrar hərracın baş tutmamış elan olunması ilə məhdudlaşır. Hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayana əlavə təklif göndərmək öhdəliyini daşımırlar.
33. Bu nöqtəyi nəzərdən, məhkəmə kollegiyası ipoteka predmetinin almağı ipoteka saxlayana təklif olunmadığı üçün iddianın əsassız olmasından ibarət apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
34. Bununla belə, hazırki iş üzrə təkrar hərracın qanunla müəyyən olunmuş qaydada baş tutmamış elan olunması barədə məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi araşdırılmamışdır. Halbuki, bu işin qanuni həlli üçün əhəmiyyətli olan haldır. Təkrar hərrac qanunla müəyyən olunmuş qaydad a baş tutmamış elan edilmədiyi halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqi də qeyri-mümkün olacaqdır.
35. Bu səbəbdən, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
36. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qəra rında əsaslandırmalı idi...
38. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
39. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
40. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələb ləri baxımından düzgün hüquqi qiymət verməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)-9649/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.