Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1601/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X7rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin gecikdirilməsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X7rşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-621/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Mə hkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində xx.xx.2012-ci il tarixdə saat 00:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı övladı X20 hadisə yerində vəfat etmişdir.
2. Hadisəni törətmiş X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-464/2013 nömrəli, 29 aprel 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş və qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. İcbari Sığorta Bürosunun “X2ndən imtina olunmasına haqqında” 23 iyun 2013-cü il tarixli, 1-99/2017 saylı qərarı ilə, İddi açı 11 noyabr 2012-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvü X11 ölümü ilə əlaqədar X2ndən imtina edilməsi qərara alınmışdır.
4. İcbari Sığorta Bürosunun “X2ndən imtina olunmasına haqqında” 23 iyun 2017-ci il tarixli, №**-VM-***4/17 nömrəli bildirişində qeyd edilmişdir ki, “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinə əsasən, sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Qanunun həmin maddəsi yolnəqliyyat hadisəsi baş verdiyi 11 noyabr 2012-ci il tarixdə qüvvədə olduğundan və İddiaçı tələb hüququnun müddəti bitdiyindən, X2ndən imtina edilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6754/2017 nömrəli, 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X1 və İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasını üçüncü şəxs qismində cəlb etdikləri cavabdeh İcbari Sığorta Bürosuna qarşı cavabdehdən iddiaçı X1 xeyrinə 5.000 manat, İddiaçı xeyrinə 5.000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumun tutulması barədə iddiaları təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11731/2017 nömrəli, 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6754/2017 nömrəli, 29 avqust 2017-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3518/2018 nömrəli, 01 iyun 2018-ci il tarixli qərarı ilə iddiaçı X6, X18 və onların vəkili X14 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11731/2017 nömrəli, 13 dekabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
8. İcbari Sığorta Bürosunun “X2 Haqqında” 13 avqust 2021-ci il tarixli, № 1-116/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-464/2013 nömrəli, xx.xx.2013cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli qərarı ilə qanuni qüvvəsini alması barədə xx.xx.2021-ci il tarixli məktubuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA E TT Birliyinin Yasamal rayon şöbəsinin 161 və 162 saylı ekspert rəylərinə, Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İ № 587205 və Qaradağ rayon qeydiyyat şöbəsinin AZ-İ № 881790 ölüm haqqında şəhadətnamələrinə və iş materiallarına əlavə olunmuş digər sənədlərə əsaslanaraq, xx.xx.2012-ci il saat 00:30 radələrində, Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsi istiqamətində hərəkət edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölümə səbəb olmuş xəsarətlər alması ilə əlaqədar X8 faydalanan şəxs qismində çıxış edən ailə üzvləri, X19 və özünün payı hesablanmaqla, X3 2.500 manat, X15 və özünün payı hesablanmaqla, X12 2.500 manat, X11 faydalanan şəxs qismində çıxış edən ailə üzvü İddiaçı 5.000 manat məbləğində kompensasiya ödənişləri verilməsi qərara alınmışdır.
9. İ ş materiallarında olan "xxxx" ASC qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı bank hesabına ümumilikdə 5.000 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdeh “İcbari Sığorta Bürosu” X13 (bundan sonra cavabdeh, yaxud İcbari Sığorta Bürosu) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X2nin gecikdirilməsinə görə 7.585 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,85 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının övladı X20 vəfat etmişdir. Hadisəni törətmiş X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü (iş № 1(101)-464/2013) ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş və son nəticədə qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı, övladının ölümü ilə əlaqədar sığorta (kompensasiya) ödənişinin verilməsi üçün 2017-ci ilin iyun ayında bütün zəruri sənədləri təqdim edərək cavabdeh Təşkilata müraciət etsə də, xx.xx.2017-ci il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilmiş dir. Sonradan iddiaçıya məlum olmuşdur imtina qanunsuzdur. Ona görə iddiaçı 2021-ci ilin avqust ayında eyni sənədlərlə cavabdeh Təşkilata müraciət etmiş və xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 5.000 manat məbləğində kompensasiya ödənilmişdir. Sığorta ödənişinin verilməsi 4 il 1 ay 26 gün gecikdirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsində qeyd olunur ki, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Gecikdirilmiş 1.517 günlük müddət üçün cavabdeh Təşkilat tərəfindən iddiaçıya 7.585 manat pul ödənilməlidir.
12. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmış dır ki, iddiaçı, 3 illik sığorta tələbini ötürdüyü üçün onun xx.xx.2017-ci il tarixli müraciətinin təmin edilməsindən imtina olunmuş və o, bu imtinanı məhkəmə qaydasında mübahisələndirmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə imtinanın əsaslı olduğu müəyyən olunmuşdur. 3 illik iddia müddətini nəzərdə tutan “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsi xx.xx.2013-cü il tarixdə ləğv edildiyindən iddiaçının sığorta ödənişi barəsində təkrar (xx.xx.2021-ci il tarixli) müraciəti Büronun xx.xx.2021-ci il tarixli, 1-116/2021 nömrəli qərarı ilə təmin edilmiş və təkrar müraciətə baxılma zamanı sığorta ödənişinin gecikdirilməsi halına yol verilməmişdir. İddiaçının təkrar müraciətin xx.xx.2021-ci il tarixində daxıl olmasına baxmayaraq, ödənişin həyata keçirilməsi üçün zəruri olan son sənəd (had isə vaxtı xəsarət almış digər şəxs - X9 ailə üzvləri barədə müvafiq Mənzil-Kommunal İstismar Sahəsinin arayışı) 06.08 2021-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, ödənişinin gecikdirilməsi halına da yol verilməmişdir. Belə olan halda, iddia tələbi əsassız hesab olunmalıdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiyası məhkəməsi) e-2(004)-2909/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin normalarının tələblərinə əsasən isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların məhkəmə prosesinin iştirakçıları tərəfindən mübahisələndirilməsi istisna edilmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış qətnamələrlə müəyyən edilmiş halların preyudisial əhəmiyyət daşımasını nəzərə alaraq qeyd edir ki, yuxarıda adıçəkilən qətnamələr qüvvədə olduğundan həmin qətnamələrlə müəyyən edilmiş hallar yenidən araşdırıla bilməz.
16. Məhkəmə hesab etmişdir ki, faydalanan şəxs İddiaçı 2017-ci il tarixdəki müraciətinə cavab olaraq X2ndən imtina edilməsi qərara alındığından və həmin imtinanın əsaslı hesab edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, həmin dövrdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində cərimələrin hesablanması yol verilməzdir.
17. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, cavabdeh tərəfindən pulun verilməsindən imtina edilməsinin əsaslı hesab edilməsi barədə qətnamələr mövcud olduğu halda cavabdeh tərəfindən iddiaçının təkr ar müraciətindən sonra həmin məbləğin ödənilməsi sığorta şikrətinin iradə ifadəsi olmuş, sığorta şirkəti öz hüququndan istifadə edərək həmin məbləği ödəmişdir, yəni qanunla, müqavilə və ya digər üsulla sığorta şirkətinin üzərinə ödəniş edilməsinə dair vəzifə qoyulmamış və belə bir öhdəliyi olmamışdır.
18. Məhkəmə daha sonra qeyd etmişdir ki, “İcbari Sığorta Bürosu” X10 13 avqust 2021-ci il tarixli qərarı ilə X11 faydalanan şəxs qismində çıxış edən ailə üzvü İddiaçı 5.000 manat məbləğində kompensasiya ödənişləri verilməsi ittifaqın öz təşəbbüsü ilə qəbul edilmiş qərar olmaqla, X2ndən imtina edilməsi faktı üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğundan yəni, cavabdehin 2017-ci ildəki imtinası məhkəmə qətnaməsi ilə qanuni hesab edildiyindən, iddiaçının ilkin müraciəti əsasında qərarın qəbul edildiyi xx.xx.2017-ci il tarixdən, təkrar müraciət əsasında qərar qəbul edilərək ödənişin edildiyi tarixədək olan müddətdə sığortaçı tərəfindən sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəməmə, ödənişin gecikdirilməsi halı, o cümlədən iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, İcbari Sığorta haqqında Azərbaycan Respublikası qanununun 18.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddi a tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının 2017-ci ildə cavabdehə müraciət edən zaman iddia müddətini nəzərdə tutan “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinin artıq xx.xx.2013-cü il tarixdə ləğv edildiyini nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-621/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddiaçı, övladının ölümü ilə əlaqədar sığorta (kompensasiya) ödənişinin verilməsi üçün 2017-ci ilin iyun ayında İcbari Sığorta Bürosuna müraciət etsə də, “X2ndən imtina olunması haqqında” xx.xx.2013-cü il tarixli, 1-99/2017 saylı qərarı ilə iddiaçıya yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının övladının ölümü ilə əlaqədar X2ndən imtina edilməsi qərara alınmışdır. İddiaçıya ünvanlanmış “X2ndən imt ina olunması haqqında” xx.xx.2017-ci il tarixli, **-VM-***4/17 nömrəli bildirişində qeyd edilmişdir ki, “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinə əsasən, sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Qanunun həmin maddəsi yol-nəqliyyat hadisəsi baş verdiyi xx.xx.2012-ci il tarixdə qüvvədə olduğundan və iddiaçının tələb hüququnun müddəti bitdiyindən, X2ndən imtina edilmişdir.
24. Məhkəmə kollegiyası həmçinin daha sonra qeyd etmişdir ki, işdə olan məhkəmə aktlarından da görünür ki, iddiaçı həmin imtinanı məhkəmə qaydasında mübahisələndirmiş, onun iddiası Bakı şəhər Yasamal Rayon Məhkəm əsinin 2(004)6754/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə əsassız hesab olunaraq təmin edilməmiş, onun həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 2(103)11731/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3518/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İcbari Sığorta Bürosunun X2ndən imtinası qanuni və əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, sözügedən məhkəmə aktları qəbu l edildikdən sonra, iddiaçı, xx.xx.2021-ci il tarixdə təkrarən cavabdeh Təşkilata müraciət etmiş və xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 5.000 manat məbləğində kompensasiya ödənilmişdir. Bu hala istinad edən iddiaçı hesab etmişdir ki, onun ilk dəfə sığorta ödənişinin verilməsi ilə bağlı müraciətindən 4 il 1 ay 26 gün (cəmi 1.517 gün) gecikdikdən sonra onun təkrar müraciətinə əsasən kompensasiyanın ödənilməsi əsas verir ki, həmin müddət sığorta ödənişinin geçikdirilməsi kimi qiymətləndirilsin və “İcbari sığortalar haqqında” Qanununun 18-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, yəni 7.585 manat məbləğində pul cavabdeh Təşkilatdan tutularaq ona ödənilsin.
26. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası apelly asiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı qeyd etmişdir ki, MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinin əsaslı hesab edilməsi barədə qətnamələr mövcud olduğu halda, cavabdehin iddiaçının təkrar müraciəti əsasında xx.xx.2021-ci il tarixdə həmin ödənişi etməsi, ödənişin gecikdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki ödənilməli olmayan ödənişin edilməsi cavabdeh Təşkilatın iradəsindən asılı olmuş, o, üzərində olmayan öhdəliyi icra etmişdir.
28. Apellyasiya instansiyası məhkəm əsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə və həmin maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi dəqiq normaya deyil, mübahisəyə aid olmayan ümumi bölməyə istinad edərək, qərarını əsaslandırmamış, tələbi əsaslı olduğu halda şikayəti təmin etməməklə iddiaçının hüquqlarının məhkəmədə müdafiəsini pozmuşdur.
31. İddiaçının tələbi haqlı olmasına baxmayaraq, məhkəmə əsassız və qanunsuz olaraq iddianı rədd etmişdir. Həmçinin iddia ərizəsinə diqqət yetirilsə görünür ki, iddiaçı oğlunun ölümü ilə əlaqədar X2 üçün 2017-ci ilin iyun ayında bütün zəruri sənədləri təqdim edərək, İcbari Sığorta Bürosuna müraciət etmişdir. Həmin vaxt iddia müddətini nəzərdə tutan Qanunun 74-cü maddəsi 14 may 2013-cü il tarixdə ləğv edilmişdir. Yəni cavabdeh ödənişi verməli idi, amma imtina etmişdir. 2021-ci ildə müraciət edəndə nə qanuna dəyişiklik olmuş, nə də başqa hal baş verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə
14. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqaviləl əri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. "İcbari Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu.
33. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
34. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
35. Maddə 74. (xx.xx.2013-cü il tarixə kimi qüvvədə olan redaksiyada) Sağlamlığa və ə mlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 218.1. Q ətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qərar iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prose ssual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Beləliklə, məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-621/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir