Məhkəmə qərarları › İş №2(102)-1607/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1607/2025

13.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1607/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-1607/2025 Açar sözlər: son haqq-hesabın tam ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-324/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin Yükdaşımaları Departamentinin Resursların və maya dəyərinin planlaşdırılması şöbəsinin rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir;

3. İşdən azad olunan zaman iddiaçıya cavabdeh tərəfindən 4.072 manat məbləğində son haqq-hesab ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddi açı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) son haqq-hesabın tam ödənilməsi və ödənişin gecikdirilmiş hər günü üçün ödəncin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə "xxxx"-yə işə qəbul olunmuşdur. Bir müddət QSC-də müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. İşdən azad olunan zaman cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab qanunvericiliyin tələblərinə zidd olaraq tam ödənilməmişdir. Belə ki, həmin müəssisədə çalışdığı 3 il 8 ay ə rzində məzuniyyət günləri daxil olmaqla əmək haqqını iki hissədən ibarət olaraq almış - əmək müqaviləsinə müvafiq olan vəzifə maaşı və mükafat (qeyd edilən mükafat əmək müqaviləsində əks edilməsə də, birdəfəlik xarakter daşımayıb və işlədiyi dövr ərzində hər ay ödənilib). Son on iki ay ərzində orta aylıq əmək haqqı qanunvericiliyin tələblərinə uyğun olaraq vergi və DSMF-yə ödənişlər çıxılmadan qabaq 4.384 manat təşkil edib (orta əmək haqqı haqqında arayış əlavə edilir). Bildirir ki, işdən azad olunan zaman istifadə olunmamış məzuniyyət günlərinin sayının 74.6 gün olduğunu nəzərə alaraq son haqqhesab məbləği iyul ayında işdə olduğu 3 gün də nəzərə alınmaqla vergi və sosial tutulmalardan sonra 7.801 manat olmalı olduğu halda, cəmi 4.072 manat məbləğ hesabına köçürülmüş, nəticədə cavabdeh tər əfindən ona ödənilməli olan, lakin ödənilməmiş məbləğ 3.729 manat təşkil etmişdir (bank çıxarışı əlavə edilir). Bildirir ki, cavabdeh tərəfindən ona mükafat şəklində ödənilən məbləğ daimi xarakterli və əməkhaqqı sisteminə daxil olmaqla hər ay əmək haqqı ilə birlikdə və əmək haqqının tərkibinə daxil olmaqla ödənilmişdir. İşlədiyi müddət ərzində hər ay əmək haqqının tərkibində ona ödənilən mükafatın işdən azad olunan zaman son haqq-hesab ödənilərkən nəzərə alınmaması cavabdeh tərəfindən qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq işçiyə ödənilməli olan əmək haqqı məbləği düzgün hesablanmadığı təqdirdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməlidir. İddiaçıya ödənilmə li olan son haqq-hesabın düzgün hesablanıb ödənilməsini tələb etməyinə baxmayaraq cavabdeh bu tələbə əhəmiyyət verməmişdir. Hesab edir ki, iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Azərbaycan Dəmir Yollar QSC ödənişin hər gecikdirilmiş gün üşün iddiaçıya 8.388 manat məbləğində ödənc verilməlidir. Cavabdeh tərəfindən iddiaçıya hər ay ödənilən mükafat əmək haqqına həvəsləndirici xarakter daşıyan daimi əlavə hesab olunduğundan işdən azad olunan zaman istifadə olunmamış 74 gün məzuniyyətinə görə ona ödənilməli olan məbləğ hesablanarkən əmək haqqına daxil olan mükafat qismində həvəsləndirici xarakter daşıyan əlavələr də nəzərə alınmalı idi. Mübahisənin həlli istiqamətində tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə baxılması üçün müraciət edilmişdir. Cavabdeh QSC-nin sorğulanan məlumatları tam təqdim etmədiyindən son haqq hesabın düzgün hesablanıbhesablanmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ödənilməmiş əmək haqqı vergi və sosial yığımlar çıxıldıqdan sonra ümumilikdə 3.708 manat məbləğində olan borc və ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq - 06 iyul 2023-cü il tarixdən faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tələb əsassızdır və rədd olunmalıdır. Belə ki, iddi açı iddia ərizəsində əmək haqqının iki hissədən - əmək müqaviləsinə müvafiq olan vəzifə maaşı və mükafatdan ibarət olduğunu bildirmişdir. İddiaçı ilə "xxxx" arasında bağlanmış əmək müqaviləsində onun əmək haqqı qeyd olunmuş, iddiaçının qeyd etdiyi mükafat məbləği onun əmək müqaviləsində öz əksini tapmamışdır. Məlumat üçün bildirirlər ki, iddiaçının əmək haqqı kimi qeyd etdiyi mükafat məbləği hər ayın yekunları üzrə əmək funksiyalarının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqlənən işçilərə mükafat şəkilində verilir. Göründüyü kimi, əmək haqqına əlavə olaraq verilən məbləğ işçinin əmək haqqısı kimi deyil, yalnız mükafat şəkilində işçiyə verilir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya son haqq-hesab hesablanarkən ona ödənilmiş mükafat məbləği birdəfəlik xarakter daşıdığı ndan son haqqhesabın hesablanmasında həmin məbləğ düzgün olaraq nəzərə alınmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçıya son haqq-hesab hesablanarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.A.Xəlilov) xx.xx.2024-cü il tarixli, 2(006)1846/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab etmişdir ki, bank çıxarışlarından da göründüyü kimi iddiaçı 2023-cü ilin iyul ayında əmək məzuniyyətinə çıxarkən ona ödənilən məzuniyyət pulunun daxilində ona ödənildiyini iddia etdiyi mükafat məbləği nəzərə alınmamış və bunu məhkəmə iclası zamanı hər iki tərəf də etiraf etmişd ir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən tərəfindən işçiyə əmək haqqından əlavə aylıq və ya illik mükafatın ödənilməsi əmək müqaviləsi və ya digər sənədlə rəsmiləşdirilməlidir. Lakin iddiaçının qeyd etdiyi mükafat məbləği onun əmək müqaviləsində öz əksini tapmamışdır. Həmçinin, iddiaçının iddia etdiyi daimi mükafatların verilməsini təsdiqləyən sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə isə işçi əvvəllər əmək məzuniyyətinə çıxarkən ona məzuniyyət haqqı ödənilərkən mükafatın nəzərə alınmaması, iddiaçının həmin müddət ərzində də bununla bağlı işəgötürənə qarşı hər hansı pretenziya irəli sürmədiyini nəzərə alanda belə qənaətə gəlinir ki, qeyd edilən mükafatların birdəfəlik xarakter daşıdığını bir daha təsdiq edir.

10. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən i ddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

11. Bu halda məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı düzgün hesablanmayan pul tələbinə dair iddiası təmin edilmədiyindən, iddia digər hissədə yəni “hər gecikdirilmiş gün üçün ödəncin verilməsi” hissəsində prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araş dırılma aparılmadan iddiası bu hissədə də təmin edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 83.2, 154.1, 157.6, 158-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarına, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 350 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, mükafatların verilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bildirir ki, ona hər ay əmək haqqı ilə yanaşı mükafatın ödənilməsi tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqından çıxarışlarla da təsdiq olunur. Hər ay mükafatın ödənilməsi barədə razılaşma əmək müqaviləsində nəzərdə tutulmasa da, tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər təsdiq edir ki, cavabdeh tərəfindən mükafat şəklində ödənilən məbləğ daimi xarakterli və əmək haqqı sisteminə daxil olmaqla hər ay əmək haqqı ilə birlikdə və əmək haqqının tərkibinə daxil olmaqla ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassızdır. Belə ki, əmək müqaviləsində nəzərdə tutulmadığı halda cavabdeh orqan tərəfində n ona hər ay mükafatın ödənilməsi işin mübahisəsiz halıdır. Həmin mükafatın daimi xarakterli deyil, birdəfəlik xarakterli olmasını isə məhkəmə yalnız cavabdehdən lazımi sübutları (hər ay stabil olaraq mükafatın ödənilməsinə dair cavabdehin aidiyyatı aylar üzrə bütün əmrləri və s) tələb edərək araşdırdıqdan sonra qiymət verə bilərdi. İşlədiyi müddət ərzində hər ay əmək haqqının tərkibində mənə ödənilən mükafatın işdən azad olunan zaman son haqqhesab ödənilərkən nəzərə alınmaması cavabdeh tərəfindən qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq işçiyə ödənilməli olan əmək haqqı məbləği düzgün hesablanmadığı təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməlidir. İddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Azərbaycan Dəmir Yolları QSC ödənişin hər gecikdirilmiş gün üçün ona 8.388 manat məbləğində ödənc verilməlidir. Bununla bağlı hesabat birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya hər ay ödənilən mükafat əmək haqqına həvəsləndirici xarakter daşıyan daimi əlavə hesab olunduğundan işdən azad olunan zaman istifadə olunmamış 74 gün məzuniyyətinə görə ödənilməli olan məbləğ hesablanarkən əmək haqqına daxil olan mükafat qismində həvəsləndirici xarakter daşıyan əlavələr də nəzərə alınmalı idi. Bundan başqa birinci instansiya məhkəməsi ona hər ay ödənilən mükafatın birdəfəlik xarakterli olduğu qənətinə gəlsə də, həmin mükafatın ona ödənilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər ay qəbul edilməli olan əmri cavabdehdən tələb edərək araşdırmamışdır. Belə ki, cavabdeh yalnız 2023-cü ilin 2 ayı üzrə əmr nümunələri təqdim etsə də, sənədlər tam deyildir, əks tarixlə verilmədiyi və işə aidiyyatı olub-olmaması sübut edilməmişdir.

15. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/9205 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 4.072,85 manat məbləğin ödənildiyi nəzərə alınmaqla, ödənilməmiş qalan məbləğin 3.728,44 manat (7801,29 - 4072,85) olduğu müəyyən olunmuşdur. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı son iş günündən, yəni xx.xx.2023-cü il tarxindən iddia ərizəsinin imzalandı ğı xx.xx.2024-cü il tarixədək 221 günün keçdiyi nəzərə alınmaqla və 3.728,44 manat ödənilməmiş məbləğin gecikdirilmiş hər günü üçün 1 faiz məbləği (3728,44x 1%) 37,28 manat hesablanmaqla, ümumilikdə ödənilməli olan ödənc (37,28 x 221 gün) 8.238,88 manat müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-324/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli - sədrlik edən və məruzəçi), S.Səlimova və A.İsgəndərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1846/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" QSC-dən 3.708 manat məbləğində son haqq-hesabın ödə nilməmiş hissəsi, ödənilməmiş məbləğin gecikdirilmiş hər günü üçün 1 faiz hesablanmaqla 8.238,44 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan, müəyyən edilir ki, iddiaçı 2020-ci ilin yanvar ayından başlayaraq hər ay maaş ilə bərabər mükafat da almışdır (iş v. 17-21, əmək haqqı SAL, mükafat MKF kimi qeyd edilmişdir).

19. Eyni zamanda, cavabdeh tərəfindən iş üzrə ekspertiza keçirilən zaman təqdim edilmiş və məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayını əhatə edən dövr üzrə cədvəldən də görünür ki, cavabdeh tər əfindən iddiaçıya hər ay mükafat ödənilmişdir.

20. İşdə olan sənədlərdən həmçinin görünür ki, xx.xx.2023-xx.xx.2023-cü ili əhatə edən dövrdə iddiaçıya ödənilən mükafatın bir hissəsi hər ay onunla "xxxx" ASC arasında bağlanmış həyatın yaşam sığortası müqavilə üzrə ASC-yə ödənilmiş (iş v. 22), bu səbəbdən həmin aylar üzrə cavabdeh tərəfindən iddiaçının hesabına mükafatın qalıq məbləği ödənilmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsində qeyd edilib-edilməməsindən, hər ay işəgötürənin əmri ilə rəsmiləşdirilməsindən asılı olmayaraq, iddiaçıya cavabdeh tərəfindən hər ay stabil olaraq mükafatın ödənilməsi onu deməyə əsas verir ki, həmin məbləğ əmək haqqının tərkib hissəsini təşkil etmiş və birdəfəlik xarakter daşımamış, məzuniyyət vaxtı üçün orta əmək haqqı nın hesablanması zamanı nəzərə alınmalı ödəniş olmuşdur.

22. Kollegiya qeyd edir ki, əmək münasibətlərində işəgötürən təşkilatisərəncamverici səlahiyyətlərə malik olur və əmək müqaviləsinin tərtib edilməsi, onun elektron informasiya sistemində qeydə alınması, əmək kitaçasının doldurulması, müvafiq əmrlərin rəsmiləşdirilməsi və s. onun tərəfindən həyata keçirilir. İşəgötürən tərəfindən işçiyə hər ay faktiki olaraq ödənilən mükafatın əmək müqaviləsində qeyd edilməməsinə görə məsuliyyət işçinin üzərinə qoyula bilməz.

23. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2023-cü ilin iyul ayında əmək məzuniyyətinə çıxarkən ona ödənilən məzuniyyət pulunun daxilində mükafat məbləğinin nəzərə alınmaması onun tərəfindən hazırki tələbi irəli sürməyi istisna etmir.

24. Məhkəmə kollegiyası g əldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 139.1, 139.2, 154.1, 157.1, 157.2, 157.3, 157.4, 157.5, 157.6, 158.1, 172.5, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”na, Mülki Məcəllənin 560.3.4, MPM-nin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti kassasiya şi kayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən işçinin əmək haqqısına tarif maaşı qeyd olunmuş, mükafat isə qeyd olunmamışdır. Əmək müqaviləsinə əsasən mükafat qeyd olunmamışdırsa, məhkəmənin hansı əsasla ödənilən mükafatın əmək haqqının tərkib hissəsini təşkil etməsi qənaətinə gəlməsi aydın deyildir.

27. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən mükafat məbləği hər ayın yekunları üzrə əmək funksiyalarının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqlənən işçilərə mükafat şəkilində verilib. Həmi n mükafat məbləği hər ay ADY-nin İdarə Heyətinin qərarı ilə birdəfəlik şəkildə verilib. Məhkəmə qeyd edir ki, hər ay işəgötürənin əmri ilə rəsmiləşdirilməsindən asılı olmayaraq, iddiaçıya cavabdeh tərəfindən hər ay stabil olaraq ödənilməsi onu deməyə əsas verir ki, həmin məbləğ əmək haqqının tərkib hissəsidir. Lakin məhkəmə nəzərə almayıb ki, əgər cavabdeh işəgötürən hər ay əmr verməsəydi və yaxud işçi hər ayın yekunları üzrə əmək funksiyalarının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqlənməsəydi, əksinə hər hansı bir inzibati tənbeh almış olsaydı, o zaman iddiaçı həmin mükafatı ala bilməz və belə olan halda işçi mükafatın ödənilməsini heç bir əsasla tələb edə bilməzdi. Məhkəmənin isə qeyd olunanları nəzərə almadan həmin məbləğin əmək haqqının tərkib hissəsi olması qənaəti nə gəlməsi başa düşülən deyildir.

28. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən işçiyə hər ay faktiki olaraq ödənilən mükafatın əmək müqaviləsində qeyd edilməməsinə görə məsuliyyət işçinin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, işəgötürən işçinin üzərinə əmək müqaviləsində mükafatın qeyd edilməməsinə görə məsuliyyət qoymur. Lakin qeyd olunmayan mükafata görə Məhkəmə işəgötürənin üzərinə necə məsuliyyət qoyur aydın deyil. Həmçinin belə çıxır ki, Məhkəmə işəgötürənə təziq göstərərək məcbur edir ki, işəgötürən ödənilən mükafatı əmək müqaviləsində qeyd etsin. Lakin əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərinin, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Mükafat əsas şərt və işə götürənin vəzifəsi deyil. Mük afatın yazılıb-yazılmaması, mükafatı ödəyib-ödənilməməsi işəgötürənin hüququdur. Bu səbəbdən Məhkəmənin işəgötürən tərəfindən həvəsləndirici ödəncin - mükafatın ödənilməsinə görə məsuliyyətə cəlb edilməsi absurddur.

29. Məhkəmə ödənilən mükafatın nəzərə alınan ödənişlərin sırasında olması qənaətinə gəlirsə, bu zaman ödənilən mükafatın əməyin ödənilməsi sistemi ilə əlaqəsini öz subyektiv fikri ilə deyil, mötəbər dəlillərlə əsaslandırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

33. Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəss isənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

34. Maddə 139, 1-ci hissə. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

35. Maddə 139, 2-ci hissə. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası mü vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Maddə 154, 1-ci hissə. Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur.

37. Maddə 157,1-ci hissə. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

38. Maddə 157, 2-ci hissə. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını güclən dirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

39. Maddə 157, 3-cü hissə. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

40. Maddə 157, 4-cü hissə. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

41. Maddə 157, 5-ci hissə. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

42. Maddə 157, 6-cı hissə. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qa ydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

43. Maddə 158, 1-ci hissə. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.

44. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edi lir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının son haqq-hesabını əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ödəməmişdir.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üz ərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-324/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar