Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1608/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim S.Bəhrəmzadə) xx.xx.2019-cu il tarixli, 2(003)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cav abdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı “əqdin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı notariat kontoruna və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəh ər Ərazi İdarəsinə qarşı “əqdin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə ünvan1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 0.0532 ha torpaq sahəsinə dair Bakı şəhəri 7 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin eitbarsız sayılması və Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmiş və bildirmişdir ki, həqiqətən də o, torpağa görə pul verməmişdir. Lakin məhkəmə sübutlara qiymətdə Cavabdeh1 verdiyi izahatı yox, onun nümayəndəsi X2 verdiyi izahatları əsas tutaraq düzgün nəticəyə gəlməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh tərəfdən şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçıya pulun bir hissəsini-2500 manatı notariat kontorunda, qalan 2500 manatı isə daha sonra ödəmişdir. Əslində isə heç bir ödəniş olmamışdır. Bu onun göstərir ki, alqı-satqı müqaviləsi formal olmuşdur. Bununla da apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişd ir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı vəkili, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı notariat kontorunun və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Cavabdeh1 məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, əqdin aldadılma nəticəsindən bağlandığı sübuta yetir ilmir. Belə ki, iddiaçı məhz özünə məxsus torpaq sahəsini satmaq istəmiş, həmin vaxt iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Yəni əqdin etibarsızlığına əsas verən qanunvericiliklə nəzərədə tutulmuş hər hansı bir hal mövcud olmamışdır. İddiaçı hazırkı iddianı yalnız ona əqd üzrə ödənilməli olan pulun verilməməsi əsası ilə əqdin etibarsız hesab edilməsini tələb edir. Bu hal isə tərəfin müqavilə üzrə öhdələyinin icra edilməməsini özündə ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallar sübut edilməklə məhkəmə müstəvisində mübahisələndiriləcəyi halda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığının deyil, ləğvinin əsası kimi qoyula bilər. Apellyasiya kollegiyası əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsini tətbiq etməklə, iddianın “çıxarışın ləğv edilməsi”nə dair hissəsini araşdıraraq, haqlı olaraq hesab etmişdir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissəsi də rədd edilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılmış və yoxlama za manı müəyyən edilmişdir ki, hazırki kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynlik təşkil etmiş, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarına əməl etməklə qətnamə qəbul etmiş və qənaətini düzgün olaraq əsaslandırmışdır ki, müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi halı mövcud deyildir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli məktubunda da qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh1 xx.xx.2018-ci il tarixdə notariat ofisinə gələrək İddiaçı özünə məxsus ünvan3 ünvanında yerləşən 0.12 sot torpaq sahəsindən 0.0532 ha torpaq sahəsini X1 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsini bildirmişdir. Təqdim olunan sənədlər tərəfindən yoxlanılmışdır. Alıcı və Satıcıya bildirilmişdir ki notariat ofisində alğısatqı müqaviləsi notariusun Kapital bankda açılmış depozit hesabı vasitəsi ilə rəsmiləşdirilir. Yəni alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Satıcıya veriləcək satış məbləği notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödənilməlidir. Hesablanmış vergi barədə bankdan notariat ofisinə qəbz daxil olduqdan sonra toplanmış sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin avtomatlaşdırılmış elektron notariat informasiya sisteminə göndərilir. Həmin idarədən razılıq əldə olunduqdan sonra alqı-satqı və digər notariat əməliyyatları rəsmiləşdirilir. Azərbaycan Respublikasında notariat hərəkətlə rinin aparılması qaydaları haqqında təlimata müvafiq olaraq notarius öz vəzifələrini yerinə yetirəcək fiziki və hüquqi şəxslərlə aparılan notariat hərəkətləri ilə bağlı (alıcı və satıcıya) onların hüquq və vəzifələrini izah etmişdir. Lakin satıcı İddiaçı israrla təkid edərək alğı-satqı əməliyyatını depozit hesabı vasitəsi ilə deyil müqavilədə qeyd olunmuş pul vəsaitinin ona nağd şəkildə ödənilməsini bildirmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma ol madan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdi n əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-1608/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1608/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver