Məhkəmə qərarları › İş №2(102)-1618/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1618/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1618/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşaqla ünsiyyət qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7781/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh ilə Nüma yəndə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, nikahdan 09 aprel 2012-ci il tarixdə XXX adlı uşaq dünyaya gəlmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşağın anasının himayəsində qalması qət edilmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə Nümayəndə Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, Nümayəndə xx.xx.2012-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 18:00-dək ünsiyyət hüququnun təmin edilməsi qət olunmuşdur.

3. X1 in anası, Cavabdeh keçmiş qayınanası, xx.xx.2012-ci il təvəllüdlü X4 nənəsidir.

4. XXX nəvəsi XXX ilə ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin quru mun XXXya xx.xx.2022-ci il tarixdə ünvanladığı məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yaxın qohumları ilə ünsiyyətinə etiraz etməsə də, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 10 il müddətdə nənəsini görmədiyi üçün bu ünsiyyət onun psixologiyasına mənfi təsir edəcəkdir, buna görə məhkəməyə müraciət etməsi tövsiyyə olunur.

5. Abışova X7 RİH Qəyyumluq və Himayəçilik Komissiyasına verdiyi xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, XXX nin fikri nəzərə alınmaqla və ona mənfi təsir göstərməməklə X3 ilə ünsiyyətdə olmasına etiraz etmir.

6. X11 RİH Qəyyumluq və Himayəçilik Komissiyasına verdiyi (yazdığı) xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, XXXnı tanımır, onu heç vaxt görməyib və onunla ünsiyyətdə olmaq istəmir.

7. XXX xx.xx.1937-ci il təvəllüdl üdür və oğlu Nümayəndələ (uşağın atası) birlikdə ünvan 1 ünvanda yerləşən evdə yaşayır.

8. Sabunçu RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1/852 nömrəli 05 avqust 2022-ci il tarixli rəyi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək Rayon İcra Şöbəsində ünsiyyət vaxtının təyin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2012-ci il təvəllüdlü nəvəsi X9 ilə hər həftənin şənbə günü saat 10:00-dan axşam 18:00dək ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, Cavabdeh ilə oğlu Nümayəndə 1 2 iyul 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından 09 aprel 2012-ci il tarixdə X9 anadan olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq anasının himayəsinə verilmişdir. Cavabdeh uzun müddətdir ki, onun nəvəsi ilə görüşməyinə, ünsiyyətdə olmağına imkan vermir, halbuki nəvəsi ilə ünsiyyət hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmamalıdır. Nənə kimi nəvəsi ilə ünsiyyətdə olmağı uşağın hərtərəfli inkişafı üçün vacibdir. Buna görə də pozulmuş hüquqları bərpa edilməli, nəvəsi ilə sərbəst surətdə ünsiyyətdə olmağına şərait yaradılmalıdır. Nəvəsi ilə ünsiyyətdə olması ilə bağlı ərizəsinə Sabunçu RİH Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmış, Komissiyanın iclasında Cavabdeh uşaqla ünsiyyətin yaradılmasına etiraz etmədiyini, lakin azyaşlı övladının on il ərzində nənəsini görmədiyini əsas gətirərək ünsiyyətin uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərəcəyi ehtimalı olduğunu bildirmişdir. Həmçinin, anasının təsiri altında uşaq da yaxın qohumlarını tanımadığını və onlarla ünsiyyətdə olmaq istəmədiyini vurğulamışdır. Bu səbəblə də ona uşaqla ünsiyyətə yaradılan maneənin aradan qaldırılması barədə məhkəməyə müraciət etməsi barədə 19 yanvar 2022-ci il tarixdə cavab verilmişdir. Cavabdeh onun barəsində uşaqda mənfi rəy formalaşdırır, uşaqda nənəyə qarşı mənfi emosiyaların formalaşmasına şərait yaradır, bu da uşağın ona olan münasibətinə çox ciddi şəkildə mənfi təsir göstərir. Uşağa bu cür təsir göstərilməsi təbii ki, onun tərbiyəsinə, psixi inkişafına pis təsir göstərəcəkdir, h albuki uşağın normal inkişafı üçün onun yaxın qohumlarının qayğısı ilə əhatə olunması zəruridir. Cavabdeh uşağın onun himayəsində qalmasından və valideynlik hüquqlarından sui - istifadə edir, uşağın onunla normal qaydada ünsiyyətdə olmasına ciddi maneələr yaradır.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2203/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin edilmiş, İddiaçı ünsiyyət hüququnu həyata keçirməsi ilə əlaqədar nəvəsi - xx.xx.2012-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayəti vermişlər.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7781/2022 nömrəli 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, X2 09 aprel 2012-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə gün saat 11:00-dan 13:00-dək ünsiyyətdə olmaq hüququ (görüş vaxtı) verilmiş, apellyasiya şikayəti verərkən Cavabdeh ödəmiş olduğu rüsum məbləği onun özünə aid olunmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Qeyd olunmalıdır ki, ünsiyyət hüququnun təmin olunması ilə bağlı qərarlar, həm də yaxın qohumlarla (hazırkı halda nən ə ilə) uşaq arasında münasibətlərin bərpası və ünsiyyət bağının kəsilməsinin qarşısını almaq məqsədinə xidmət edir. Başqa sözlə, məhkəmənin qəbul etdiyi qərarın icra olunmasının mümkünsüzlüyü ilə bağlı irəli sürülən hallar (uşağın görüşmək istəməməsi, onun nənəsini tanımaması və s.) uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Belə hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar edilən hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır.... Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən nəvəsi ilə ünsiyyətdə olmaq istəyən nənənin və uşağın anası nın (cavabdehin) iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyənedilməlidir ki, iddiaçı əsas hüquqlarından olan uşaqla ünsiyyət imkanından istifadə edə bilsin, eyni zamanda bu, uşağın və onun anasının da hüquqlarını pozmasın. Ümumiyyətlə bu qəbildən olan mübahisələrin həlli zamanı mövcud və yaxın gələcək üçün həyata keçəcəyi mütləq olan vəziyyət nəzərə alınmalı, məhkəmə tərəflərin münasibətlərinin mövcud vəziyyətinə, uşağın yaşı və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq hallara əsaslanmaqla nəticəyə gəlməlidir.... İddiaçının apellyasiya şikayətində irəli sürdüyü, “yaşadığı evdə sərbəst şəkildə ünsiyyət hüququnun həyata keçirilməsi” xahişi ilə bağlı kollegiya h əmçinin qeyd edir ki, həmin xahiş mahiyyətcə yeni tələbdir; apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (§ 35).”

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50, 62-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkə məsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlillərinə görə, ünsiyyətin 2 saat müəyyən edilməsi iddiaçının uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılmasıdır. Uşağın atası ilə görüş vaxtının ona da aid edilməsi yolverilməzdir, onun nəvəsi ilə sərbəst ünsiyyətdə olmaq hüququ vardır. Həmçinin, uşağın onunla sərbəst, yaşadığı evdə ünsiyyətdə olması məqsədəmüvafiqdir, o, yaşlı adamdır və onun uşaqla görüşə getməyində müəyyən çətinliklər yarana bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eyni olmuş, etir azda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəz ifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 21. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 18, 1-ci bənd. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər; Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər; Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 23. “Uşaq hüquqları haqqında” Qanun: Maddə

4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mü hafizəsi prinsipini əsas tutmalıdırlar; Maddə

5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarı: Bənd

2. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, ya xud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər; Bənd

4. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır; Bənd

9. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin, bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz; Bənd

10. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda məhkəmə ö z mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, işə məhkəmə iclasında baxılması barədə cavabdehin vəsatəti ilə razılaşmamış və kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları əsasən düzgün tətbiq edilsə də, həmin məhkəmə işin faktiki hallarından tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçı ilə onun nəvəsinin ünsiyyətdə olma vaxtının müəyyən edilməsində yanlışlığa yol vermişdir və həmin hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilmək yolu ilə aradan qaldırılmalıdır.

30. İlk olaraq, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formala şmasının təmin edilməsinə yönəldilir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxılarkən iş üzrə bütün halları nəzərə alınaraq ilk növbədə uşağın mənafeyini qorunmalıdır. Bu, həmçinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatından irəli gəlir.

31. Ünsiyyət hüququnun təmin olunması ilə bağlı qərarlar yaxın qohumlarla uşaq arasında münasibətlərin bərpası və ünsiyyət bağının kəsilməsinin qarşısını almaq məqsədinə xidmət edir. Məhkəmənin qəbul etdiyi qərarın icrası ilə bağlı meydana çıxa biləcək çətinliyin uşaqla ünsiyyət hüququna dair iddianın rəddi üçün əsas deyil və ünsiyyətdə olma zamanı icra qaydasında həllini tapmalıdır. Belə ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.

32. Ailə Məcəlləsində nəvəsi ilə ünsiyyətdə olma nənənin hüququ kimi təsbit edilmişdir və bu hüquq uşağın öz valideynləri ilə görüşmək hüququndan müstəqildir.

33. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir ki, “Yuxarıda qeyd olunduğu kimi, uşağın atasına hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir və iddiaçı XXX, uşağın atası ilə birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşayır. Başqa sözlə, iddiaçı uşağın atasına verilmiş görüş saatlarında uşaqla ünsiyyətdə olmaq imkanına sahibdir; onun tələb etdiyi ünsiyyət qaydasının təmin olunması isə belə bir nə ticə yaradar ki, uşaq həftənin şənbə günlərində saat 10:00-dan 18:00-dək onlarla birlikdə qalmalıdır. Uşağın hazırkı dövrədək nənəsini görmədiyini və onunla görüşmək istəmədiyini nəzərə alan kollegiya belə nəticəni uşağın mənafeyinə uyğun hesab etmir, lakin uşaqla nənə arasında qohumluq münasibətinin tam kəsilməsinin qarşısını alacağına ümid edərək, onun öz hüququndan ataya verilən görüş vaxtının 2 saatı içərisində istifadə etməsinin məqsədəuyğun olacağı qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, iddiaçı bilavasitə özü ünsiyyət hüququnun məhz oğluna (uşağın atasına) verilən görüş saatlarının daxilində reallaşmasını istəmişdir.”

34. Halbuki, iddiaçı apellyasiya şikayətində də qeyd etmişdi ki, “Mənim də nəvəmlə ünsiyyət hüququm vardır və bu heç bir halda məhdudlaşdırılmamalıdır. Qeyd olunmalı dır ki, məhkəmə mənim uşaqla evdə sərbəst şəkildə ünsiyyətdə olmağıma qətiyyən qiymət verməmiş, araşdırmamışdır.”

35. Göründüyü kimi, iddiaçı nəvəsi ilə ünsiyyətinin uşağın atası ilə görüş vaxtında həyata keçirilməsinə qarşı olmuşdur və mövqeyini kassasiya şikayətində də təkrarlamışdır (... Uşağın atası ilə görüş vaxtının ona da aid edilməsi yolverilməzdir, onun nəvəsi ilə sərbəst ünsiyyətdə olmaq hüququ vardır....).

36. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsində də “... ünsiyyət hüququnun məhz oğluna (uşağın atasına) verilən görüş saatlarının daxilində reallaşmasını” istəməmiş, sadəcə görüşün şənbə günü saat 10:00-dan axşam 18:00-dək müəyyən edilməsini xahiş etmişdir.

37. Bu mənada, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin sözügedən dəlili i lə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, qətnamənin nəticə hissəsində “11:00-dan 13:00-dək” sözləri “18:00-dan 19:00-dək” sözləri ilə əvəz edilməlidir.

38. Şikayətin uşağın onunla yaşadığı evdə ünsiyyətdə olmasının məqsədəmüvafiqliyi barədə dəlilinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 48-ci bəndində hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin ünsiyyətin 2 saat müəyyən edilməsinin iddiaçının uşaqla ünsiyyət hüququnun məhdudlaşdırdığına dair dəlili isə əsaslı deyil. Belə ki, uşağın hazırkı işin hallarından irəli gələn mənafeyi nənənin onunla ünsiyyətdə olma hüququ ilə müqayisədə daha həssas yanaşma və üstün qoruma tələb edir.

40. Beləliklə, mülki işə ka ssasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə müzakirə edilən qaydada dəyişiklik edilməli, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7781/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsinə dəyişiklik edilsin. Qətnamənin nəticə hissəsində “11:00-dan 13:00-dək” sözləri “18:00-dan 19:00-dək” sözləri ilə əvəz edilsin. Qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar