Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1621/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-265/2019, hakim C.Ə.Tağıyev) İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə hədiyyə edilmiş qızıl-zinət əşyalarının, pulun və azyaşlının şəxsiyyət vəsiqəsinin qaytarılması» tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11594/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qismən, ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, cəmi dəyəri 12.541 manat olan 21 adda qızıl-zinət əşyasının və xx xxxxxx 2016-cı il təvəllüdlü X4 şəxsiyyət vəsiqəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxl anılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ilə İddiaçı xx xxxx 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü Kərim adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah xx xxxxxx 2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. xx xxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh 14.363 manat dəyərində qızıl-zinət əşyalarının, onların qaytarılması mümkün olmadıqda isə onların dəyərinin və uşağın şəxsiyyət vəsiqəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, qızıl-zinət əşyalarının sənədlərlə birgə saxlanılması və həmin əşyaların məhz onun tərəfindən götürülməsi barədə gəlinən nəticənin əsası kimi yalnız iddiaçının izahatına istinad edilmişdi r. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsini n əsasları müəyyən edilmişdir. İlk iddia tələbinin əsasını qızıl-zinət əşyalarının və uşağın şəxsiyyət vəsiqəsinin qaytarılması, qarşılıqlı iddia tələbinin əsasını birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi təşkil edir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı ildə Kərim adlı uşaqları olmuş, xx xxxxxx 2017-ci il tarixli məhkəməsi qətnaməsi ilə onların nikahları ləğv edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilir ki, tərəflər arasında əvvəllər də əmlakla bağlı məhkəmə mübahisələri olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dai r iddiası rədd edilmişdir. Həmin qətnamədə hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsində adları sadalanan əşyaların (əmlakların) bir qismi və digər əşyalarla bağlı tələb irəli sürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «əmlakın bölünməsi» tələbinə dair iddiası qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya məhkəməsi qarşılıqlı iddia ərizəsində göstərilən əşyaların bir qismi və digər əşyalarla bağlı tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu, eyni zamanda əşyaların cehiz əşyası olmasının iş üzrə təqdim edilmiş sübutlarla təsdiq edilməsini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, ilk iddia üzrə iddiaçı ona məxsus qızıl-zinət əşyalarının ilk iddia üzrə cavabdehdə olmasına istinad edərək həmin əşyaların qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış 3 dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu nun, eləcə də onların tələb edilən şəxsdə olduğunun sübut edilməsidir. Tələb olunan qızıl-zinət əşyalarının iddiaçıya və uşağa hədiyyə olunması, yəni əşyaların mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməməklə, mübahisə yalnız qızıl-zinət əşyalarının kimdə qalması ilə bağlıdır. İddiaçı bildirir ki, cavabdeh sözügedən qızıl-zinət əşyalarını və uşağın şəxsiyyət vəsiqəsini onun işdə olmasından istifadə edərək götürmüşdür. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində evi tərk edərkən özü ilə heç nə götürmədiyini və bir daha qayıtmadığını göstərmişdir. Apellyasiya baxışı zamanı isə cavabdeh uşağın şəxsiyyət vəsiqəsini götürsə də, qızıl-zinət əşyalarının şəxsiyyət vəsiqəsi ilə bir yerdə olmadığını bildirmişdir. Eyni zamanda, nikahın pozulması tələbinə dair məhkəməyə təqdim etdiyi iddia ərizəsin ə uşağın şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti əlavə edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əvvəldən sənədlərlə qızıl-zinət əşyalarının bir yerdə saxlandığını göstərdiyi halda, cavabdeh bunu təkzib edəcək heç bir fikir bildirməmiş, eyni zamanda, uşağın sənədini və qızıl-zinət əşyalarını götürmədiyini göstərmişdir. Lakin işin hazırki icraatı zamanı cavabdeh həqiqətən də uşağın şəxsiyyət vəsiqəsini götürdüyünü etiraf etmiş, ancaq sənədi götürdüyü yerdə qızıl-zinət əşyalarının olmadığını bildirərək, həmin əşyaları götürmədiyini bir daha qeyd edərək, ziddiyyətli izahatlar vermişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tə tbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1621/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1621/2020
11.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver