Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1622/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh “XXX”publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh “XXX” publik hüquqi şəxsə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövl ət Agentliyi” publik hüquqi şəxs) əmək haqqı tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1270/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı10 və cavabdehin kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli ******* nömrəli İnzibati xəta haqqında iş üzrə qərarına görə, “XXX” X14 direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.00 0 manat məbləğdə inzibati cərimə edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsi Cinatyət Kollegiyasının 3(107)-258/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli tarixli qərarı ilə XXXun şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-431/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 3. “Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərə əsasən, iddiaçılar yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişlər.
4. İddiaçılarla bağlanmı ş əmək müqavilələrinə xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndinə görə, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin İcbari Tibbi Sığorta üzrə X7 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır.
5. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin əks olunduğu məlumatların 1.2-ci hissəsinə əsasən, təcili tibbi yardım xidmətinin və X 4 sürücüləri tibbi profilaktik tədbirlərə cəlb edilmişlər. 6. “XXX” X14 Koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 nömrəli əmri ilə, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız birinin (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etməsi qərara alınmışdır. 7. “XXX” X14 Koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 nömrəli əmri ilə, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəy i təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb, əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir.
8. İcbari Tibbi Sığorta üzrə X7 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən, səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajdan və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərd ə tutulmuş digər ödənişlər daxildir. Həmin Qaydanın 17.4-cü bəndinə görə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun konpenentləri, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəsissələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilmə dərəcələrinə uyğun olaraq vəzifə maaşı qədər əlavənin verilməsi müəyyən edilmişdir. 9. xx.xx.2020-ci il tarixdə elektron sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinə görə, İddiaçı1 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı2 aylıq əmək haqqının məbləği 692 manatda n 346 manata, İddiaçı3 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı4 nun aylıq əmək haqqının məbləği 664 manatdan 332 manata, İddiaçı5 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı6 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı7 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata, İddiaçı8 aylıq əmək haqqının məbləği 692 manatdan 346 manata, İddiaçı9 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata və İddiaçı10 aylıq əmək haqqının məbləği 1080 manatdan 440 manata endirilmişdir.
10. Cavabdeh tərəfindən təqdim edilmiş ərizədə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Ərizədə buna əsas kimi iddiaçıların qanuni mənafelərinin pozulmasından 2020-ci ilin fevral ayında məlumatlı olmaları və həmin müddətdən 1 il keçdi kdən sonra məhkəməyə müraciət etmələri göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər birinə 2020-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayı ərzində ödənilməmiş 5.000 manat vəsaitin cavabdehdən alınıb geri ödənilməsini, 01 mart 2020-ci il tarixdən aylıq vəzifə maaşlarının 4 misli miqdarında, İddiaçı1 10.000 manat, İddiaçı2 10.000 manat, İddiaçı3 10.000 manat, X3 10.000 manat, İddiaçı5 10.000 manat, İddiaçı6 15.000 manat, İddiaçı7 15.000 manat, İddiaçı8 10.000 manat, İddiaçı9 15.000 manat və İddiaçı10 15.000 manat miqdarda əlavənin cavabdehdən alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddianın əsaslarına görə, 07 yanvar 20 20-ci il tarixdə cavabdehlə onların hər biri ilə ayrılıqda əmək müqaviləsinə əlavə imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən işçinin tarif maaşı müəyyən olunmuş, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası»na müvafiq olaraq təyin edilmişdir. Əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən bu əlavə 07 yanvar 2020-ci il tarixində müvafiq dəyişikliklərin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından sonra qüvvəyə mindiyi nəzərdə tutulmuşdur. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 tabeliyindəki tibb müəssisələrində çalışan səh iyyə işçilərinin əməyinin ödənilməsi Qaydası» İcbari Tibbi Sığorta üzə X7 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilsə də, həmin qaydalara uyğun bağlanmış əmək müqaviləsinə əlavələr elektron informasiya sisteminə daxil edilməmiş, qaydalara uyğun əmək haqqının ödənilməsi təmin edilməmişdir. Halbuki, həmin Qaydanın 4-cü bəndinə əsasən səhiyyə işçisinin əmək haqqına tarif maaşında əlavə, əmək şəraitinə görə əlavə, həvəsləndirici əlavə və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş həvəsləndirici əlavələr daxil edilmişdir. Qaydaların 17.4-cü bəndinə əsasən təcili və təxirəsalşınmaz tibbi yardım stansiyaların rəhbərlərinin, həkimlərinin, tibb işçilərinin və sürücülərin aylıq vəzifə maaşlarına həvəsləndirici əlavənin cədvəli müəyyən edilmişdir. Həmin ə lavələrdə gecə növbəsi işləyən işçilərə əlavə əmək haqqının verilməsi də nəzərdə tutulmuşdur. Ancaq cavabdeh işəgötürən onların bu hüquqlarını təmin etməmiş, əmək haqqına qaydalarla nəzərdə tutulan əlavələrin verilməsini təmin etməmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamıda onlara münasibətdə icra olunmamış və əmək haqları artırılmamışdır. Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur. 25 mart 2020-ci il tarixdə 112 nömrəli «Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarina müddətli əlavənin müəyyən edilməsi barədə» Qərar qəbul edilmişdir. Qərarın 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində əməkhaqlarma müddətli əlavənin məbləği müəyyən edilmişdir. 01 mart 2020-ci ildən hazırki müddətə qədər onlara həmin əlavə də verilməmişdir. Nazirlər Kabinetinin həmin qərarında tib b işçiləri nəzərdə tutulsa da, 21 yanvar 2020-ci il tarixdə qəbul edilmiş qaydalarda sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr də nəzərdə tutulmuşdur. Sürücülər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində xəstələrə xidmət göstərmişlər. İşəgötürən isə onların hüquqlarını pozaraq Prezidentin Sərəncamı və Nazirlər Kabinetinin qərarına zidd olaraq cəmi bir briqadanı növbəliyə salınmasını göstərməklə xəstələrin sayını gizlətmiş və onlara göstərmiş olduqları xidmətə görə yüksək haqqı almalarını əngəlləmişdir. Halbuki, pandemiyanın yüksək olduğu vaxtlarda heç kəs müraciət edənin hansı xəstəlikdən əziyyət çəkməsini bilmədən ona yardım göstərirdi. Həmçinin, Sərəncamda və Nazirlər Kabinetinin qərarında konkret olaraq göstərilmişdir ki, yeni növ koronovirus infeksiy ası ilə əlaqəli əmək şəraitinə görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı yuxarı instansiya orqanlara şikayətlər vermişlər. X9 isə işəgötürənin əməlində inzibati xəta müəyyən edərək, protokol tərtib etmişdir.
13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 2(051)-72/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 21 yanvar 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək haqqı məbləği, həmin vaxt qüvvədə olan əmək müqaviləsinə əsasən, iddiaçılar İddiaçı1 692 manat, İddiaçı2 692 manat, İddiaçı3 692 manat, İddiaçı4 na 664 manat, İddiaçı5 692 manat, İddiaçı6 1080 manat, İddiaçı7 1080 manat, İddiaçı8 692 manat, İddiaçı9 1080 manat və İddiaçı10 1 080 manat məbləğində müəyyən edilmiş tarif (vəzifə) maaşları əsasında cavabdeh tərəfindən “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”na uyğun olaraq, iddiaçıların hər birinə münasibətdə yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı məbləği arasında yaranmış müsbət fərqin iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçılar (İddiaçı2, İddiaçı6 və İddiaçı8 istisna olmaqla) və cavabdeh ondan apellyasiya şikayətləri vermişlər.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1270/2022 nömrəli iş üzrə xx.xx.20 22-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə verilmiş apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hazırki iddia tələbində iddiaçılar onların yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edirlər. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir (qərarın 25-ci paraqrafı). Eyni zamanda həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir (qərarın 26-cı paraqrafı). 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan o nəticə hasil olur ki, həmin sərəncamda bəhs olunan əlavələr, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şər aitində işləməyən tibb işçilərinə ödənilmir. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarında yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, təcili tibbi yardım xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilər aid edilmişdir. Məhkəmə kollegiyası mübahisənin həllinə məhz bu kontekstdən yanaşaraq, iddianın həllində bu normalara istinad etməklə, iddiaçıların qeyd olunan əlavələrin şamil olunduğu işçilərin dairəsinə aid edilib-edilmədiyini araşdırmışdı r. Çünki işin faktiki halları ilə, o cümlədən tərəflərin özlərinin izahatı ilə müəyyən edilir ki, iddiaçıların göstərdiyi müddət ərzində cəmi bir briqada növbəliyə salınmış, iddiaçılar da həmin briqadanın tərkibində olmamışdır. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli,112 №-li Qərarında həmçinin bu qərardan irəli məsələlərin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin də mövqeyi ondan ibarət olmuşdur ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq ödənişlərin edilməsidir ki, bu da müəssisə rəh bərliyi tərəfindən verilmiş müvafiq əmrlə təsdiq olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyinə görə XXX” X14 işçilərinə koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələr o halda ödənilir ki, onların tibbi yardım göstərdiyi xəstələrdə koronavirus infeksiyası aşkar olunsun. İddiaçıların əmək haqlarına hesablanmış “covid pulu” saat hesabı hesablanaraq onlara ödənilmişdir. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar TTTYS-də işləmiş olsalar da, onların iş şəraiti bütün müddət ərzində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olmamışdır. Onların bu infeksiya şəraitinə uyğun işlədikləri dövr üzrə saat hesabı ilə əmək haqlarına əlavələr hesablanmışdır. Bu ha lda nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işin materialları əlaqəli şəkildə təhlil edilərkən iddiaçılar tərəfin iddia tələbini bu hissədə dəstəkləyən hər hansı sübutu məhkəməyə təqdim etməsi iş materialları ilə sübut olunmur, əksinə cavabdeh tərəfindən təqdim edilmiş coxsaylı sənədlər, o cümlədən tərəflərin özünün izahatı iddia tələbini göstərilən hissədə təkzib edir. Məhkəmə kollegiya sı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin də dəlillərini əsaslı saymır və aşağıdakıları qeyd edir. Belə ki, öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılarla cavabdeh Publik Hüquqi şəxs arasında 2020-ci ilin yanvar ayı ərzində bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri xx.xx.2020-ci il tarixdə sistemə daxil edilməsinə və həmin tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Mingəçevir şəhər X6 Hüquqi Şəxs tərəfindən iddiaçıların əmək haqları 2020-ci ilin yanvar ayından həmin dəyişiklər nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Göstərilən nöqsanlar baxımından cavabdeh X14 direktorunun barəsində X9 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin sonrad an Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə onun inzibati məsuliyyətdən azad edilməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmişdir. Göründüyü kimi qərarın ləğv edilməsi işəgötürənin əməlində inzibati xəta tərkibi olmaması ilə deyil, müddətin keçməsi ilə bağlı olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı10 və cavabdeh ondan kassasiya şikayətləri verərək, iddiaçılar qətnamənin apellyasiya şikayəti təmin olunmayan hissəsində ləğ v edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini, cavabdeh qətnamənin ləğv edilib, iddianın təmin olunmayan hissədə təmin olunmasını xahiş etmişlər.
18. İddiaçıların kassasiya şikayətinin dəlilləri onların apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur (Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1270/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin 27-30-cu bəndləri).
19. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçılar ilə 07 yanvar 2020-ci il tarixdə əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə müqavilə bağlanmamışdır. Belə ki, 07 yanvar 2020-ci il tarixdə iddiaçılar ilə əmək müqaviləsinə əlavələr barədə razılığıa gəlinmişdir. Mingəçevir Şəhər Məhkəməsi isə həmin əlavələri müqaviləyə dəyişiklik kimi nəzər ə almışdır. Əslində isə müqaviləyə əlavələr müqaviləyə dəyiklik olunmasına səbəb olmur. Belə olan halda əmək müqaviləsinə əlavələrin 24 avqust 2020-ci il tarixdə dövlət reyestrinə yerləşdirilməsi, həmin əlavələrin 24 avqust 2020-ci il tarixdən qüvvəyə minməsinə səbəb olmur. İşə hələ Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd olunması haqqında ərizə verilmişdir. Lakin, Mingəçevir Şəhər Məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməmiş, Şəki Apellyasiya Məhkəməsi isə bu hissəyə heç bir hüquqi mövqeyini bildirməmişdir. Məhkəmə həmin hissə ilə bağlı səhv nəticəyə gəlmişdir. Halbuki, hazırkı iş üzrə iddia tələbinə iddia müddəti şamil olunmalıdır. Belə ki, cavabdehlər 2020-ci ilin fevral ayının 5-i əmək haqlarını alan za man əmək haqlarının azaldılmasından xəbərdar olmuşlar. Elə müddətin axımı da həmin vaxtdan hesablanmalıdır. Lakin, iddiaçılar hazırki iddia tələbi ilə 2021-ci ilin iyun ayında məhkəməyə müraciət etmişlər. Belə olan halda iddiaçılar qanunvericiliklə nəzərdə tutulmuş qaydada 1 illik iddia müddətini ötürmüşlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi hazırki tələblə bağlı iddia müdddətinin 1 il olduğunu qeyd etmişdir. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassa siya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır; İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüq uq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolveri lməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə
147. Əmək normaları
1. Əmək normaları - hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir;
4. Hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın; Maddə
154. Əmək haqqı
1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Maddə
157. Əməyin ödənilməsi sistemi və növləri
5. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir; Maddə
172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; Maddə
288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətlər i
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür;
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçil ərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Mad də 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiya sının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı əd alət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əs asa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 ay lıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.... Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.... Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən f ərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.... Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə id dia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.”
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla t əsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktının yoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş h üquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfi ndən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Hirvisaari Finlandiyaya qarşı iş üzrə xx.xx.2001-ci il tarixli Qərarı: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.” Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Balani işi üzrə xx.xx.1994-cü il tarixli qərarlar: “Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilmək lə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, bu, məhkəmənin belə dəlillərin rədd edilməsinə dair nəticəni əsaslandırmamasına dəlalət edir.” “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərar: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətlərində qətnamənin ləğv və qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətlərdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
34. İşdən görünür ki, cavabdehin kassasiya şikayəti məhkəmənin mübahisəyə iddia müddətini tətbiq etməməsi barədə dəlilinə aid hissədə apellyasiya şikayətinin müvafiq dəlilini təkrarlamışdır.
35. Bu hal ondan irəli gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində də irəli sürdüyü bu dəlilə heç bir münasibət bildirməmiş, hüquqi qiymət verməmiş, dəlillə razılaşdığını yaxud razılaşmadığını öz aktında əsaslandırmamışdır.
36. Halbuki, bu Qərarda istinad olunan Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin plenumlarının qərarlarında göstərilmişdir ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir.
37. Cavabdehin kassasiya şikayətinin əmək müqaviləsinə dəyişikliklər (əlavələrin) edilməsinə dair dəlilinə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır (Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1270/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin 66-68-ci bəndləri).
38. Eyni qaydada, iddiaçıların da kassasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə də razılaşır (Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1270/2022 nömrəl i iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin 55-62-ci bəndləri).
39. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqq ətlə araşdırmalıdırlar (X8rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).
40. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
41. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və proses sual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
42. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən işin faktiki və hüquqi halları dəyərləndirilməklə, apellyasiya şikayətinin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlilinə qiymət verilməli, şikayətdə qeyd edilən hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
43. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən t əmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia qismən təmin edilən hissədə ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1270/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi iddia qismən təmin edilən hissədə ləğv edilsin və iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh “XXX” X14 kassasiya şikayəti qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı10 kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.