Məhkəmə qərarları › İş №2(102)-1625/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1625/2022

11.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1625/2022 11.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8399/2021 nömrəli iş üzrə 23.08.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasə n Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti iddiaçının vəkili tərəfindən 14.12.2021-ci il tarixdə tərtib edilmiş və apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, h abelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, İddiaçı cəmi 350 manat pul məbləğində alimentin Cavabdeh tutulmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.08.2021-ci il qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cəmi 260 manat məbləğində alimentin tutulması qət edilmişdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, alimentin tutulması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilib. Göründüyü kimi, hazırki kassasi ya şikayəti ilə mübahisələndirilən məbləğ 1.080 manat olmaqla ((350-260)*12=1.080) MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404- 1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8399/2021 nömrəli iş üzrə 23.08.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar