Məhkəmə qərarları › İş №2(102)-1629/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1629/2020

11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1629/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-1284/2019, hakim R.N.Qafarova) İddiaçı Cavabdeh qarşı “təhqiredici ifadələrin təkzib edilməsi, üzr istəməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası rədd edilmiş, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı tərəfindən Bakı şəhəri Təhsil İdarəsinə ünvanlanan ərizədə “bir neçə nəfərin əmlakını ələ keçirməklə sərvət artırmaqla məşğuldur, 4 sot torpaq adı ilə məndən 11000 ABŞ dolları almaqla dələduzluq etmişdir, məktəbdə şagirdlərin tərbiyələnməsinə, şəxsiyyət kimi formalaşmasına neqativ təsir göstərir, şikayətim əsasında onun barəsində Nizami rayon Polis İdarəsində cinayət işi qaldırılıb və onun məktəbdə məsul vəzifədə işləməsi doğru deyildir” ifadələrinin Cavabdeh şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində Bakı şəhəri Təhsil İdarəsinə ərizə ünvanlamaqla təkzib edilməsini n İddiaçı üzərinə vəzifə kimi qoyulması, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissələrdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-13472/2019, hakimlər Ş.Ə.Məhərrəmova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinin inzibati binasında yuxarıda qeyd edilən mülki işi n baxışı zamanı sübutların təmin edilməsi haqqında təqdim etdiyi ərizəsində İddiaçı barəsində yazdığı təhqiredici ifadələr olan: “şərəf və qeyrətdən məhrum olan”, “şərəfsiz” sözlərini təkzib etməsi, həmin təhqiredici ifadələrə görə ondan üzr istəməsi, həmçinin mənəvi zərərin əvəzi kimi onun xeyrinə 50.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehin onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları yaydığı üsulla təkzib etməsi və ona vurduğu mənəvi zərərə görə 100.000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kas sasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk və qarşılıqlı iddia tələbləri şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, tərəflər bacıqardaş olmaqla, aralarında paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. İlk iddiaçı xx xxxxxx 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsində mülki işin baxışı zamanı iddiaçı Cavabdeh "sübutların təmin edilməsi haqqında” ərizəsində qəsdən ünvanına təhqiredici sözlər ifadə etməklə onu “onu “şərəf və qeyrətdən məhrum olan”, “şərəfsiz” adlandıraraq şərəf və ləyaqətini alçaltmasını göstərərək cavabdehin bu əməli ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsini törədərək, həmin ifadələr ilə onu təhqir edərək, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq barəsində cəmiyyət içində mənfi rəy yaratmaq istəməsini iddia etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsi ilə şərəf, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübut a yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayı lmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il Qərarında da göstərildiyi kimi məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Yalnız hər üç halın mövcudluğunun müəyyən edilməsi iddianın təmin edilməsi üçün əsas hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə ə sasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə bu halda şərəf və ləyaqəti ləkələyən məlumatların mövcud olması və yayılmasını sübut etmək vəzifəsi iddiaçının, həmin məlumatların doğru olmasını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində fiziki və mənəvi sarsıntılar keçirməsi müəyyən edilmədiyindən ilk iddia əsassızdır. Bununla bərabər, iş materiallarında olan İddiaçı Bakı Təhsil İdarəsinin müdirinə ünvanladığı xx xxxx 2017-ci il t arixli ərizəsində bacısı Cavabdeh Nizami rayon 201- saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbdə şagirdlərə təlim tərbiyə vermək əvəzinə sələmə pul verməklə müxtəlif insanlara torpaq sahələrini və mülklərini ələ keçirməklə sərvətini artırmaqla məşğul olduğunu göstərmişdir. Həmçinin bu hərəkəti ona qarşı da etmiş, 4 sot torpaq adı ilə ondan 11.000 ABŞ dolları almış və ona qarşı dələduzluq etmişdir. Artıq 10 ilə yaxın olar ki, bu şəxs onu süründürərək hər vəchlə pulunu geri qaytarmaqdan imtina edir. Vəziyyətinin çıxılmazlığı ilə əlaqədar o, Cavabdeh və onun yoldaşı Həsənəov Teymur barəsində Nizami Rayon Baş Polis idarəsinə şikayət etmişdir. Bundan əlavə, İddiaçı həmin ərizəsində göstərmişdir ki, məktəb müəssisəsində təlim və tərbiyə işləri üzrə müavin olan bu səxsi n törətdiyi bu çirkin əməllər onun məktəbdəki vəzifəsi ilə uygun gəlmir. Öz şəxsi mənafeyi və qazancı naminə doğma qardaşını aldadan şəxs məktəbli uşaqların tərbiyələndirilməsində, onların şəxsiyyət kimi formalaşmasında heç bir örnək davranış göstərə bilməz. Əksinə onların tərbiyəsinə ancaq neqativ yöndə təsir edər. Göstərdiklərini nəzərə alaraq Cavabdeh məktəbdə belə məsuliyyətli vəzifədə olması məsələsinə baxılmasını xahiş etmişdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı xx xx xx 2017-ci il tarixdə Bakı şəhər Təhsil İdarəsinə verdiyi ərizəsində Cavabdeh barəsində yazdığı ərizəsində “bir neçə nəfərin əmlakını ələ keçirməklə sərvət artırmaqla məşğuldur, 4 sot torpaq adı ilə məndən 11000 ABŞ dolları almaqla dələduzluq etmişdir, məktəbdə şagirdlərin tərbiyələnməsinə, şəxsiyyət kimi formalaşmasına neqativ təsir göstərir, şikayətim əsasında onun barəsində Nizami rayon Polis İdarəsində cinayət işi qaldırılıb və onun məktəbdə məsul vəzifədə işləməsi doğru deyildir” ifadələri isə şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh ünvanına işlədilən ayrı-ayrı ifadələrdən və ümumilikdə ərizənin həmin ifadələrlə müşayiət olunan məzmunundan aydın görü nür ki, onun niyyəti Cavabdeh barəsində cəmiyyətdə, iş yeri üzrə mənfi rəy yaratmaq, onun əmək fəaliyyətinə, işgüzar nüfuzunun ləkələnməsinə, pedaqoq kimi fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərinə kölgə salmaq, şərəfinə, ləyaqətinə xələl gətirmək olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və. s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya məhkəməsi mənəvi zərərin məbləği ilə bağlı hesab etmişdir ki, İddiaçı öz hərəkətləri ilə Cavabdeh vurduğu mənəvi zərərə görə birinci instansiya məhkəməsi tərəfindən qət edilən məbləğ ağlabatan hesab edilməklə ədalətlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar