Məhkəmə qərarları › İş №2(102)-1630/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1630/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1630/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri təlvöḊ Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ninitəmdiẊ 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1777/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO “xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri təlvöḊ Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ninitəmdiẊ 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qəbələ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(025)-428/2020) iddia tələbi təmin edilərək, “xxxx" ASC ilə bağlanmış xx xxxxxx 2010-cu il tarixli, İP1-292/0-AZN nömrəli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 hektar torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına dair ipotekaya xitam verilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansi ya məhkəməsi müəyyən etmişdir ki, «xxxx» ASC ilə İddiaçı1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli “Kredit müqavləsi”nə əsasən “xxxx” ASC Borc alana 166.000 manat məbləğində illik 20 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. “xxxx” ASC ilə X4 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış İP1-292/0 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən X2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası ipoteka qoyulmuşdur. Daha sonra Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmış və yüklülük saxlanılmışdır. B akı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2(006)1033/2013 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı1 xx xxxxxx 2010-cı il tarixli № 292/0 saylı Kredit müqaviləsi üzrə yaranmış 165,999,24 manat əsas, 48,562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulması, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri-yaşayış binası ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahənin ən azı bir ay müddətinə boşaldılması qət edilmişdir. “xxxx” MMC tərəfindən ipoteka premdeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə apa rılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış sahəsi 390.000 manat müəyyən edilmişdir. “X3 dair” xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli bildirişlərlə Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə xx xxxxxxx 2018-ci il saat 11:00 və xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərraclar barədə tərəflərə bildirişlər göndərilmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)639/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı2 məxsus olmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının qiymətləndirilmə si barədə “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, 13-793 saylı hesabatın ləğv edilməsi, İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının 248625 manata “xxxx” ASC-yə satılması haqqında “X1 Mərkəzi” MMC tərəfindən xx xxxx 2014-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Y187 saylı protokol etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” ASC-nin adına aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. “xxxx” MMCnin xx.xx.2018-ci il tarixli, QXM/1913 saylı “Qiymətləndirmə hesabatı”na əsasən ipoteka predmeti olmuş əmlakın satış qi ymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyriyaşayış binasının xx.xx.2018-ci il tarixə likvid dəyəri 700.000 (yeddi yüz min) manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. “X3 dair” xx xxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli bildirişlərə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının (mağaza) hə rracın açıq auksion formasında satılması barədə keçiriləcək hərraclar barədə tərəflərə bildirişlər göndərilmişdir. Lakin keçirilmiş hərraclar baş tutmamışdır. “xxxx” MMC tərəfindən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küç, 0.0264 ha t/sahəsində yerləşən 11 saylı q/yaşayış binasının (mağaza) “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 446250 (dörd yüz qırx altı min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Buna baxmayaraq Mülki Məcəlləsnin və “İpoteka Haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayan (tələbkar) tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə müraciət olunmamış, təklif olunacaq məbləğlə (446250) b orcluya ödəniləcək fərqin ödənilməsilə bağlı şöbənin depozit hesabına hər hansı vəsait daxil olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 700000 manat olmaqla xx.xx.2019-cu il tarixdə birinci hərrac, xx.xx.2019-cu il tarixdə isə təkrar hərraca çıxarılmış və alıcı olmadığından satılmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki h ərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı o lduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından i stifadə etmək hüququnu yaradır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələblər əsaslıdır. Çünki ipoteka predmeti olan qeyri yaşayış sahəsi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehlərin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq “xxxx”ndən daxil olmuş “X5”nlardan görünür ki, “X3 dair” bildirişlər “xxxx” ASC tərəfindən qəbul edilmişdir. Belə ki, “X3 dair” xx xxxxxx 2019-cu il tarixli bildiriş xx.xx.2019-cu il tarixdə, X3 dair” xx xx xxxx 2019-cu il tarixli bildiriş isə xx.xx.2019-cu il tarixdə “xxxx” ASC tərəfindən qəbul edilmişdir. Bu səbəbdən cavabdehin dəfələrlə hərrac keçirilməsinə baxmayaraq “xxxx” ASC-nin ondan heç bir məlumatı olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bu da onu göstərir ki, “xxxx” ASC-nin hərracların keçirilməsi və alıcının olmaması səbəbinə görə hərracların baş tutmamasından məlumatlı olmuşdur. Ona görə də, hərracların keçirilməsi barədə bildirişlərin və ipoteka predmetinin əldə edilməsi barədə təklifin onlara göndərilməməsi ilə bağlı dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-1777/2020) Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)428/2020 nömrəli q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını aydınlaşdırmış və qətnamədə göstərilən nəticə işin hallarına uyğundur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşd irilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildir iş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzi ndə ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmu şdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın q alibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Apellyasiya instansiya məhkəməsi müəy yən etmişdir ki, ipoteka predmeti olan İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 700000 manat olmaqla xx.xx.2019-cu il tarixdə birinci hərrac, xx.xx.2019-cu il tarixdə isə təkrar hərraca çıxarılmış və alıcı olmadığından satılmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Apellyasiya instansiy a məhkəməsi işin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələblər əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh LPO “xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1777/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilmə sini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh LPO “xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakılar ı göstərmişdir: “...məhkəmənin sorğusuna cavab olaraq “xxxx”ndən daxil olmuş “X5”nlardan görünür ki, “X3 dair” bildirişlər “xxxx” ASC tərəfindən qəbul edilmişdir. Belə ki, “X3 dair” xx xxxxxx 2019-cu il tarixli bildiriş xx.xx.2019-cu il tarixdə, X3 dair” xx xxxxxx 2019-cu il tarixli bildiriş isə xx.xx.2019cu il tarixdə “xxxx” ASC tərəfindən qəbul edilmişdir. Bu səbəbdən cavabdehin dəfələrlə hərrac keçirilməsinə baxmayaraq “xxxx” ASC-nin ondan heç bir məlumatı olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sür məyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bu da onu göstərir ki, “xxxx” ASC-nin hərracların keçirilməsi və alıcının olmaması səbəbinə görə hərracların baş tutmamasından məlumatlı olmuşdur. Ona görə də, hərracların keçirilməsi barədə bildirişlərin və ipoteka predmetinin əldə edilməsi barədə təklifin onlara göndərilməməsi ilə bağlı dəlillər əsassızdır. Bundan başqa ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 700000 manat olmaqla xx.xx.2019-cu il tarixdə keçirilən birinci hərrac və xx.xx.2019-cu il tarix lərdə keçirilən təkrar hərracların nəticələri mübahisələndirilməmiş və hazıra kimi qüvvədədir.”. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh LPO “xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1777/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar