Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1631/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna (üçüncü şəxsər "xxxx" Mənzil-Tikinti Kooperativi, X4 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin ləğvi ilə bağlı tələblər (müqavilənin qanunda və müqavilədə nəzərdə digər əsaslarla ləğvinə dair), öhdəliyin icra edilməməsi, subyektiv hüquq. Azərbaycan Respublikası Ali Məhkəməsnin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Abşeron rayon Masazır Bələdiyyəs inin cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna qarşı ("xxxx" Mənzil Tikinti Kooperativi və Salahov Yəhiyəbala Hacıbala oğlunun hüquqi varisi X4 mübahisə predmeti barədə üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 aprel 2024-cü il tarixli, 2(105)-357/2024 nömrəli qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Abşeron rayonu, Masazır Bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərarı ilə bələdiyyənin ərazisində yararlı sahədən sahibkarlıq məqsədi ilə 1,5 ha tor paq sahəsinin Salahov Yəhiyəbala Hacıbala oğluna icarəyə verilməsi qərara alınmışdır.
2. X2 ilə icarəçi Salahov Yəhiyəbala Hacıbala oğlu arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 1,5 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə 99 il müddətinə icarəyə verilməsi barədə 27 iyul 2007-ci il tarixli, 27 nömrəli icarə müqaviləsi bağlanmışdır.
3. Abşeron rayonu, Masazır Bələdiyyəsinə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1,5 ha torpaq sahəsinin 0,5 ha hissəsi üzərində Salahov Yəhiyəbala Hacıbala oğlunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə (**********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınaraq, MH seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
4. Salahov Yəhiyəbala Hacıbala oğlu 25 dekabr 2008-ci il tarixli, 3M4-596 saylı alqısatqı müqaviləsi bağlayaraq, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə (**********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,5 ha torpaq sahəsinə icarə hüquqlarını 30000 manata alıcı "xxxx" MTK-ya satmışdır.
5. Həmin alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Masazır Bələdiyyəsinə məxsus 0,5 ha torpaq sahəsi üzərində "xxxx" MTK-nın icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə (**********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınaraq, MH seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
6. Salahov Yəhiyəbala Hacıbala oğlu xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.
7. Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qəra rı ilə bələdiyyənin "xxxx" MTK ilə bağlanmış 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsinə xitam verilmiş, 3M4-596 saylı alqı-satqı müqaviləsinin, MH seriyalı 00270033 nömrəli çıxarışın ləğv edilməsi üçün qərarın surətinin 2 saylı Abşeron notariat kontoruna və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilməsi qərar alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna qarşı ("xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barədə üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008-ci il tarix li “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi yuxarıda qeyd olunan işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, icarəçi icarəyə götürülmüş torpaq sahəsinə görə müqavilədə göstərilən icarə haqqını hər il bələdiyyə büdcəsinə ödəməli idi. Lakin uzun müddətdir ki, MTK müqavilədən irəli gələn öhdəliyi pozmuş, torpaqdan istifadəyə görə 10000 manat icarə haqqı borcu yaranmışdır. Cavabdehə yazılı xəbərdarlıq edilsə də, 10000 manat icarə haqqını bələdiyyə büdcəsinə ödənilməsini təmin etməmişdir. Bələdiyyənin ümumi iclasının 25 avqust 2020-ci il tarixli, 12/2 saylı qərarı ilə "xxxx" MTK ilə bağlanmış 27 iyul 2007-ci il tarixli 27 saylı icarə müqaviləsinə xitam verilmiş, e yni zamanda 3M-4-596 saylı icarə hüququnun alqı-satqı müqaviləsinin və 26 dekabr 2008-ci il tarixli çıxarışın (Seriya MH 00270033 saylı; reyestr nömrəsi: **********16; qeydiyyat nömrəsi: **********) ləğv edilməsi məqsədilə bələdiyyə qərarının surəti 2 saylı X6 Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Onların 30 sentyabr 2020-ci il tarixli məktubundan bəlli olur ki, qeyd edilən müqavilənin ləğvi barəsində notarial qaydada təsdiq olüunmuş sənəd təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Məsələ ilə bağlı 2 saylı Notarial Kontoruna müraciət olunsa da, notariat kontoru 3M-4-596 saylı icarə hüququnun alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmə qətnaməsi təqdim edildiyi təqdirdə baxılması göstərilmişdir.
10. Abş eron Rayon Məhkəməsinin 2(012)-2290/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsinin və bundan irəli gələn hüquqi nəticələrin ləğv olunması qət edilmişdir.
11. Qiyabi qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir.
12. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsininə müraciət edərək, məhkəmənin 2(012)-2290/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əlaqədar olaraq icarə hüququnun alqısatqı müqaviləsinin bundan irəli gələn bütün nəticələrinin ləğvi nəticəsind ə icarə hüququnun yenidən mərhum Salahov Yəhiyəbala Hacıbala oğluna qaytarılmasına və ya Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılmasına münasibət bildirilməsini xahiş etmişdir.
13. Salahov Yəhiyəbala Hacıbala oğlunun vərəsəsi Maraqlı şəxs2 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ona verilməsini xahiş etmişdir. Ərizəyə mərhum Salahov Yəhiyəbala Hacıbala oğlundan qalan mirasa dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əlavə olunmuşdur. Şəhadətnamədə miras əmlak kimi DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Abşeron rayonun Masazır kəndində yerləşən 0,9968 ha torpaq sahəsinə icarə hüququ göstərilmişdir.
14. Bundan sonra Salahov Yəhiy əbala Hacıbala oğlunun digər vərəsəsi X4 xx.xx.2021-ci il tarixdə qiyabi qətnamənin surətini almış və qiyabi qətnamənin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizədə qətnamənin mahiyyəti üzrə qanuniliyi barədə hər hansı dəlil irəli sürülməmiş, yalnız hüquqi varis kimi hüquqları pozulmaqla iş barədə məlumatlandırılmadan, işə cəlb olunmadan baxıldığına görə qətnamənin ləğvi tələb edilmişdir.
15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2290/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək icraat təzələnmişdir.
16. İddiaçı Masazır Bələdiyyəsinin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008ci il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Üçüncü şəxs Salahov Yəhiyəbala Hacıbala oğlunun hüquqi varisi X4 məhkəmə iclasına izahat verərək göçstərmişdir ki, mərhum atası Yəhiyəbala Salahovla "xxxx" MTK arasında 2008-ci ildə bağlanan müqaviləyə əsasən icarə hüququ satılsa da, "xxxx" MTK onlara 30000 manat borclu qalmış və hələdə həmin pulu ödəməmişdir. "xxxx" MTK ilə aralarında olan müqavilə pozulduğu halda, o, "xxxx" MTK-nın Abşeron rayon Masazır Bələdiyyəsinə olan borcunu ödəməyə razıdır.
18. Abşeron Rayon Məhkəməsinin 2(012)-2290/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, 2 saylı Nota riat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsinin ləğv olunması qət olunmuşdur.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarə müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilmədiyindən, 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsinə bələdiyyə tərəfindən xitam verildiyindən, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsi də ləğv edilməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1, 709, 719, 421.1, 421.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 4, 6, 7, 8-ci bəndləri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 19.1 və 19.4-cü, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 1.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Qətnamədən üçüncü şəxs "xxxx" MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 109.13-cü maddəsinə əsasən "xxxx" MTK-nın icarə haqqı borcu olmadığı halda Masazır Bələdiyyəsi əsassız olaraq 25 dekabr 2008-ci il tarixli, 3M-4-596 saylı icarə hüququnun alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, məhkəmə isə məhkəmə bildirişlərinin "xxxx" MTK-ya çatmadığı və MTK-nın məhkəmə iclasında iştirakı olmadığı halda, borcun olub-olmamasını dəqiqləşdirmədən, Masazır Bələdiyyəsinin MTK-nın təsərrüfat fəaliyyətinə müdaxilə etməsinə əsas verən qətnamə qəbul etməklə, MTK-nın və təsisçilərin hüquqlarını pozmuşdur. MTK ilə Salahov Yəhiyəbala Hacıbala oğlu arasında 25 dekabr 2008-ci il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsinin 1-ci bəndinə görə satıcı özünün icarəsi ndə olan Masazır kəndində yerləşən 0,5 ha torpaq sahəsinin icarə hüquqlarını 30000 manata alıcı "xxxx" MTK-ya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 26 dekabr 2008-ci il tarixli çıxarışda həmin torpaq sahəsi xx.xx.2007-ci ildən başlayaraq 99 il müddətinə "xxxx" MTK-nın xeyrinə yüklü edilmişdir. Yəni, həmin torpaq sahəsi icarə hüququna görə alıcı MTK tərəfindən 30000 manat ödənilib, 99 il müddətinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əldə edilmiş əmlak olmuşdur. Bundan başqa, hazırkı mübahisə ilə əlaqədar iddiaçının subyektiv hüququ pozulmadığı halda, onun iddiasının təmin edilməsi əsassız olmuşdur. Belə ki, "xxxx" MTK Masazır Bələdiyyəsinə vaxtaşırı olaraq icarə haqqını ödəmişdir. Bələdiyyənin iddia ərizəsində göstərdiyi 10000 manat icarə haqqı isə xx.xx.2020-ci il t arixdə hər dəfə 5000 manat olmaqla 2 dəfəyə ödənilmişdir. Yəni iddia verilən müddətə MTK-nın icarə haqqı borcu olmamışdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-357/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmuşdur.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mülki işdə mübahisəli müqavilənin tərəfi olmayan iddiaçı Masazır bələdiyyəsi satıcı Salahov Yəhiyəbala Hacıbala oğlu ilə alıcı "xxxx" MTK arasında bağlanmış 25 dekabr 2008-ci il tarixli torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsinin ləğvini tələb edir. Odur ki, iddiaçı Masazır Bələdiyyəsi 25 dekabr 2008-ci il tarixli müqavilənin tərəfi olmadığından həmin müqavilənin ləğvini tələb etmək hüququna malik deyildir, ona görə də iddia tələbi təmin oluna bilməz.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 421.1, 421.2, 421.3, 706.1, 712.1.1 və 567-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 384 və 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) İşdə iştira k etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunması bildirilən şəxsin ərizəsi
26. Üçüncü şəxs Salahov Yəhiyəbala Hacıbala oğlunun vərəsəsi Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini də əlavə etmişdir.
27. Ərizə onunla əsaslandırılmışdır ki, Salahov X1 bələdiyyəsi ilə müqavilə bağlamış Salahov Yəhiyəbala Hacıbala oğlunun oğludur və sonuncunun vərəsəsi olmaqla hazırda mübahisəli olan torpaq sahəsi üzərində Maraqlı şəxs2 icarə hüququ **********16 reye str nömrəsi ilə daşınmaz əmlakın reyestrində qeydə alınmışdır. Uzun müddət məhkəmə çəkişmələri gedişinə və qəbul edilmiş qərarlar Maraqlı şəxs2 maraqlarına toxunmasına baxmayaraq sonuncu məhkəmə proseslərinə cəlb edilməmiş, onun məhkəmə qətnamələri haqqında və ümumiyyətlə məhkəmə proseslərindən məlumatı olmamışdır. Apellyasiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsini Maraqlı şəxs2 30 yanvar 2024-cü il tarixdə rəsmi qaydada müraciət etdikdən sonra əldə edə bilmişdir. Maraqlarına toxunduğu halda məhkəmə onun iştirakını təmin etmədən işə baxmış və onun maraqlarını nəzərə almadan qətnamə qəbul etmişdir. Belə ki, mübahisələndirilən torpaq sahəsi üzərində icarə hüququ hazırda Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yuxarıda göstərilənlərə əsasən hesa b edir ki, apellyasiya məhkəməsinin 03 aprel 2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassız olmaqla Maraqlı şəxs2 maraqlarına toxunur. Qeyd olunanlara əsasən, Maraqlı şəxs2 apellyasiya məhkəməsinin 2(105)357/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs kimi tanınması və həmin qətnamədən verilən kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-876/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qərarı ilə (hakim Zəki Babayev - sədrliyi və məruzəsi ilə, hakimlər Vüsalə Baxışova və Zaur Əliyev ibarət tərkibdə) işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Salahov Yəhiyəbala Hacıbala oğlunun vərəsəsi Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vək il2 tərəfindən verilmiş ərizə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-357/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Salahov Yəhiyəbala Hacıbala oğlunun vərəsəsi Maraqlı şəxs2 (Vəkili Vəkil2) kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamə sinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK icarəyə götürdüyü torpaq sahəsini həmin dövrdən ümumiyyətlə təyinatı üzrə istifadə etməmişdir. Apellyasiya məhkəməsi Masazır bələdiyyəsinin 25 avqust 2020-ci il tarixli, 12/02 saylı qərarına da münasibət bildirməmiş və qiymətləndirməmişdir. Bundan başqa, icarədə olan ərazi başqa vətəndaşlar tərəfindən zəbt edilmiş və qanunsuz tikililər inşa edilmişdir. Lakin məhkəmə iddiaçının iddia tələbində göstərdiyi bu tələbə və birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində göstərdiyi bu pozuntuya fikir bildirməmişdir. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri 31. "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq rədd edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlarına toxunan şəxs tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
40. Maddə 418.4. və 418.4.6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: -məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə.
41. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gön dərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yenidən baxıliması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
43. İşdən görünür ki, üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə apel lyasiya instansiya qətnaməsindən verdiyi kassasiya şikayətini də əlavə olunmuşdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)876/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qərarı ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Maraqlı şəxs2 nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilmiş, bununla da Ali Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş Maraqlı şəxs2 hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılimasını müəyyən etmişdir.
45. Göstərilən hal isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamadan yalnız yuxarıda göstərilən əsasla qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 418.4, 418.4.6 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-357/2024 nömrəli iş üzrə 3 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.