Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3337/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna ("xxxx" Mənzil-Tikinti Kooperativi, X2 mübahisə predmeti barədə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin kassasiya baxışından çıxarılması; kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildikdə; iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan verilmiş kassasiya şikayətinin qeyri – mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruz əçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna ("xxxx" Mənzil-Tikinti Kooperativi, X3 mübahisə predmeti barədə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1076/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qərardadından qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:
1. İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna qarşı ("xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barədə üçüncü şəxs qismində cəlb edilməklə) məhkəməyə müraciət edərək, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008-ci il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2290/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
2. Üçüncü şəxs X1 ərizəsi əsasında qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmiş, 27 dekabr 2021-ci il tarixli qətnamə ilə (hakim Elman Məmmədov) iddia təmin edilmişdir.
3. Qətnamədən üçüncü şəxs "xxxx" MTK apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-35 7/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
4. Qətnamədən Salahov Yəhiyəbala Hacıbala oğlunun digər vərəsəsi Maraqlı şəxs2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-876/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qərarı ilə həmin şəxs işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində tanınmış, xx.xx.2025-ci il tarixli qərarı ilə isə kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilmişdir.
5. Yeni apelyasiya baxışında iddiaçı Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1076/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Afiq Hüseynzadə) iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və hazırkı mülki iş üzrə icraata xitam verilmişdir.
7. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 (Vəkil4) qərardaddan kassasiya şikayəti verərək ləğv edilməsini xahiş etmiş, şikayət 7 oktyabr 2025-ci il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonra dan müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.
8. Belə ki, MPM-in 407.1.4-cü maddəsinə görə, şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir.
9. Hazırda apelyasiya instansiyası məhkəməsində iddiaçının iddiadan imtina etməsi əsası ilə mülki iş üzrə icraata xitam verilmiş, qətnamə ilə maraqlarına toxunulan şəxs qərardaddan kassasiyasiya şikayəti vermişdir.
10. Qeyd edilməlidir ki, iddiaçının iddiadan imtinasının məhkəmə tərəfindən qəbul edilməsinin əsaslılığına dair tələblər MPM-in 52.5-ci maddəsində nəzərdə tutulmuşdur. Sözügedən norma iddiadan imtinanın qəbul edilməsini iki istisna hal ilə şərtləndirmişdir: 1. iddiadan imtinanın qanuna zidd olması. 2. hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması.
11. İddiadan imtinanın qanunazidd olması müstəqil əsas kimi yalnız iddiaçının iradə ifadəsinin olmaması və ya zədələnmiş olmasını ehtiva edir. İkinci hal isə birinci halın mövcudluğundan asılı olmayaraq iddiadan imtinanın digər şəxslərin hüquq və qanuni mənafelərinin pozuntusu ilə nəticələnməsini ifadə edir. Bu isə o deməkdir ki, iddiadan imtina edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsinin qanunaziddliyi yalnız iddiaçı tərəfindən mübahisələndirilə bilər, digər şəxslər isə iddiadan imtinanın nəticələrini yalnız o halda mübahisələndirə bilər ki, bu imtina onların hüquq və mənafelərini pozmuş olsun və iş üzrə ic raata xitam verən məhkəmə bunu nəzərə almasın.
12. Göründüyü kimi mülki prosessual qanunvericilik bu kateqoriyadan olan mübahisələrdə qərardadların mübahisələndirilməsi üçün konkret əsaslar müəyyən etmişdir ki, kassasiya şikayəti verən şəxs yalnız ikinci əsasa istinad etməklə bu hüquqdan istifadə edə bilərdi.
13. Lakin hazırkı kassasiya şikayətində prosessual qanunvericiliyin sözügedən normasına ümumiyyətlə istinad edilməmiş, prosessual pozuntunun nədən ibarət olması, o cümlədən, iddiaçının iddiadan imtinası əsası ilə mülki iş üzrə icraata xitam verilməsinin kassasiya şikayəti verən şəxsə münasibətdə hansı hüquqlarına və qanunla qorunan mənafelərinə toxunması ilə bağlı dəlil göstərilməmiş, kassasiya şikayəti bu istiqamətdə əsaslandırılmamışdır.
14. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. (MPM, maddə 407.1.4). Kassasiya şikayəti MPM-in 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayəti onu vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (maddə 408.1.1), kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (maddə 408.1.5) apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqd an sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (MPM, maddə 417.1.7).
16. Beləliklə, hazırkı kassasiya icraatı üzrə cavabdehin kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır.
17. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 7 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Sumqayıt A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1076/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qərardadından qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.