Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1633/2022 22.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh1 QSC-nin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2*21-ci il tarixli, 2(1*3)-9836/2*21 nömrəli qətnaməsi ilə Cavabdeh1 QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2*21-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 QSC kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iş üzrə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Kolle giya iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4*7.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Normanın tələbinə görə apellyasiya instansiyası məhkəməsinin aktının hansı hissədə (tam və ya qismən) mübahisələndirilməsi, habelə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən hansının tətbiq edilməsi barədə xahişi şikayətdə dəqiq və aydın şəkildə əksini tapmalıdır. İş üzrə Cavabdeh1 QSC-nin kassasiya şikayətinin nəticə hissəsi qeyd edilən tələblərə cavab vermir. Hazırkı şikayətdə apellyasiya məhkəməsinin qətnaməsinin ləğvindən sonra hansı prosessual hərəkətin edilməsinin xahiş edildiyi qeyri-müəyyəndir. Belə ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv olunması və iş üzrə ədalətli qərar çıxarılması xahiş edilmiş və bundan sonra hansı prosessual hərəkətin edilməsinin kassasiya məhkəməsindən istənilməsi göstərilməmişdir. Bu məzmunlu şikayətlə kassasiya instansiyası məhkəməsinin MPM-nin 417.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən hansının tətbiqinin xahiş edildiyi məlum deyil. Qeyd edilənlər kassasiya şikayətinin 4*7.1.4-cü maddə sinin tələblərinə uyğun şəkildə tərtib olunmadığına dəlalət edir. Mülki Prosessual Məcəllənin 4*8.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 4*2-ci və 4*7.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*8-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh1 QSC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2*21-ci il tarixli 2(1*3)-9836/2*21 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(102)-1633/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1633/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver