Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1634/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6030/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərin əvəzi olaraq 86.800 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının kənd təsərrüfatı təyinatlı olmaqla Oğuz rayonunun Bucaq kəndində ümumilikdə sahəsi 55 ha olan və Calut kəndində ümumilikdə sahəsi 7 ha olan torpaqları vardır. İddiaçı torpaq sahələrinə 2018-ci ilin oktyabr ayında yüksək keyfiyyətli ərzaqlıq taxıl əkmişdir. 2019-cu ilin məhsul biçimi mövsümündəiyun ayında sahələrdə olarkən məhsulun tamamilə biçilərək ərazidən aparıldığı iddiaçıya mə lum olmuşdur. O, araşdırma aparmış, bunları qardaşı Cavabdeh etdiyini öyrənmişdir. O, hüquq mühafizə orqanlarına müraciət etmiş, Oğuz rayon Polis Şöbəsi xx xxxxxx 2019cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh həqiqətən də iddiaçıya məxsus torpaq sahələrində olan taxılı biçmiş və əldə edəcəyi gəlirdən ona verməyi nəzərdə tutmuşdur. Lakin cavabdeh bu günədək iddiaçıya heç bir vəsait ödəməmişdir. Taxılın qiyməti və məhsuldarlığı qeyd olunan mənbələrdə ümumi olaraq göstərilmiş və iddiaçının sahələrində istehsal olunmuş məhsulun satışından əldə olunmuş gəlir daha yüksək olmuşdur. Belə ki, fərqli mənbələrdən əldə edilən məlumatlara əsasən torpaq sahələrinin yerləşdiyi ərazilərdə məhsuldarlıq hər hektar üçün 4 ton, məhsulun satış dəyəri isə 1 ton üçün 350 manat olmuşdur. Zərərin məbləği 86.800 manat hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-521/2020) İddiaçı Cavabdeh qarşı Cavabdeh zərərin əvəzi olaraq 86.800 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının t ətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə gör ə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, iddiaçı sözügedən torpaq sahəsində hansı növdə məhsul əkməsini, bu məhsulun haradan alınmasını, məhsulun yetişdirilməsi üçün çəkilən xərcləri, mübahisə edilən dövrdən öncəki illər üzrə yetişdirilmiş məhsul üzrə hansı həcmdə g əlir əldə edilməsini, hansı qaydada məhsulun realizə edilməsini və s. kimi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, ona dəyən ziyan işin hərhansı halı ilə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında izahat vermiş cavabdeh torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edərək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən sözügedən torpaq sahəsində bir neçə il taxıl əkdiyini bildirmişdir. Həmçinin, cavabdeh etirazının əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və V.Sadıqov, iş № 2(103)-6030/2020) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-521/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci tarixli məktubuna görə, İddiaçı 2019-ci ildə Oğuz rayonu Bucaq kəndində yerləşən 57,03 ha torpaq sahəsində aparılan əkinlərə görə 5132,70 manat, Oğuz rayonu, Calut kəndində yerləşən 6,99 ha torpaq sahəsində aparılan əkinlərə görə 629,10 manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilmişdir. Hazırda, iddiaçı, özünəməxsus torpaq sahələrində aparılan əkin işləri üzrə 2019-cu il üzrə əldə ediləcək məhsulun (taxıl) cavabdeh tərəfindən özbaşına biçilərək, satıldığını bildir məklə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, iddiaçının cavabdehdən ona dəymiş maddi zərərin əvəzinin tutulması tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı, tələbinin hüquqi əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı, sözügedən torpaq sahəsində hansı növdə məhsul əkməsini, bu məhsulun haradan alınmasını, məhsulun yetişdirilməsi üçün çəkilən xərcləri, mübahisə edilən dövrdən öncəki illər üzrə yetişdirilmiş məhsul üzrə hansı həcmdə gəlir əldə edilməsini, hansı qaydada məhsulun realizə edilməsini və s. kimi halları kifay ət qədər mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6030/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiya məhkəməsində müəyyən etmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6030/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6030/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.