Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1634/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1634/22 (Açar sözlər: iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verilməsi) Bakı şəhəri, 05 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin Cavabdeh ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka, girov müqavilələrinin bağlanmamış hesab edilməsi və ipoteka yüklülüyünün ləğvi” tələbinə dair Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10929/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank VTB (Azərbaycan)” ASC ilə X1 arasında 25.04.2014-cü il tarixdə 122937-1-10681 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Ş.Əsədova 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır.
2. Bankla İddiaçı1 arasında 25.04.2014-cü il tarixli 123515-NEDVİJ-2622 və 123515-NEDVİJ-2623 saylı daşınmaz əmlakın ipoteka müqavilələri bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məq sədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 87 və 88 saylı mənzilləri bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Bankla İddiaçı2 arasında 23.05.2014-cü il tarixdə daşınmaz əmlakın ipoteka müqavilələri bağlanmışdır. Həmin ipoteka müqavilələrinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 857, 859, 860, 1079, 1002, 1100, 1108, 1109 və 1111, saylı mənzilləri bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. Bankla İddiaçı3 arasında 24.06.2014-cü il tarixli 23323 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşm ası üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, 8-ci km yaşayış sahəsi Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
5. Bankla İddiaçı2 arasında 24.06.2014-cü il tarixli 23324 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 491 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
6. Baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla İddiaçı2 ilə 25.04.2014-cü il tarixl i 111586-7-7076 saylı, İddiaçı4 MMC ilə 25.04.2014-cü il tarixli 123521- G_RAN-130 saylı və İddiaçı1 ilə 12.05.2014-cü il tarixli 123515-7-7072 saylı zaminlik müqavilələri bağlanmışdır.
7. Kreditin təminatı üsulu kimi bankla İddiaçı4 MMC arasında 25.04.2014-cü il tarixli 123521-3-173 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur.
8. Kreditin təminatı üsulu kimi bankla İddiaçı4 MMC arasında 19.06.2014- cü il tarixli 122937-3-230 saylı dövriyyədəki malların girovu müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 88 ünvanda yerləşən mağazada olan mallar b ankın xeyrinə girov qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları b) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi dəqiqləşmə barədə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka və girov müqavilələrinin bağlanmamış hesab edilməsi, mənzillərin ipoteka yüklülüyünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə X1 arasında 25.04.2014-cü il tarixdə 122937-1-10681 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Ş.Əsədova 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. İddiaçılar yuxarıd a qeyd edilən tarixlərdə zaminlik, girov və ipoteka müqavilələri ilə həmin kredit xətti üzrə öhdəliklərə təminat vermişlər. Sonradan müqaviləyə edilmiş dəyişikliklərlə onların hüquqları pozulmuşdur.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2019 nömrəli, 09 avqust 2019-cu il tariхli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il və «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 25 iyul 2019-cu il tarixli Qərarları ilə əsaslandırmışdır.
6. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1359/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və X.Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2019 nömr əli, 09 avqust 2019-cu il tariхli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin olunmamışdır.
8. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi əsas kredit müqaviləsinin şərtlərini təfsir edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də bütün müvafiq halları, o cümlədən tərəflərin müqaviləyə qədərki danışıqlarını, sonrakı hərəkətlərini, cavabdeh Ş.Əsədova verilən 1.645.000 ABŞ dolları kreditin sazişdə göstərilən 5.000.000 manat məbləğində kreditin limitini aşmamasını, əsas kredit müqaviləsi üzrə hesablanacaq faizlərin tərəflər arasın da olan razılaşmaya görə əlavə kredit müqaviləsi ilə tənzimlənməsini nəzərə almadan, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsini qanunverciliyin tələblərinin pozulması kimi göstərib, sözügedən ipoteka, girov və zaminlik müqavilələrini müvafiq olaraq bağlanmamış hesab etməklə və xitam verməklə əslində Şamxal Əsədovun Cavabdeh ASC-yə olan 1.645.000 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Halbuki, müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrasının təminatı üsullarından fərqli təminat üsullarını öz aralarındakı müqavilədə nəzərdə tutsunlar.
9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC həmin qətnamədən kassasiya ş ikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3588/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Abbasov, hakimlər E.Şamayev və E.Vəliyeva) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3588/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
11. Kassasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli Qərarına istinad etsə də, apellyasiya məhkəməsi həmin Qərarlar kontekstində iddiaya qiymət verməmişdir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı o lmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilib ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində ar tırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şər tlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ip oteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
15. Göründüyü kimi, hüququn tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik və ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilməlidir. Əks halda, zaminliyə bütövlükdə xitam verilir. İpoteka müqaviləsi isə bağlanmamış hesab edilir.
16. Bundan başqa, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları ilə Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 31 may 2018 və 25 iyul 2019-cu il Qərarlarının hansı iddialara şamil edilməsi müəyyən edilmişdir.
17. Apellyasiya məhkəməsi baxılan iş üzrə kredit xətti müqaviləsində faiz dərəcəsinin göstərilib-göstərilməməsini, həmin kredti xətti müqaviləsinin təminatı kimi bağlanmış zaminlik, girov və ipoteka müqavilələrində məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. ilə bağlı şərtlərin olub-olmamasını, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminlərin və ipoteka qoyanların razılığının alınıb-alınmamasını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli Qərardadları baxımından həmin müqavilələrin bağlanma tarixi və hazırki iddianın məhkəməyə hansı tarixdə verilməsini araşdırmamışdır. Halbuki qeyd edilən h allar araşdırılmadan iddia tələbi üzrə obyektiv, qanuni və əsaslı nəticəyə gəlinməsi istisna edilir. Çünki məhz bu halların mövcud olub-olmaması iddia tələbinin bu və ya digər formada həllinə təsir göstərir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı rədd edən apellyasiya məhkəməsi, iddianın əsası kimi istinad edilən hallara, ümumiyyətlə, qiymət verməmiş, Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarlarındakı hüquqi mövqeyini hazırki işin halları baxımından dəyərləndirməmişdir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi isə tələb edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10929/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2019 nömrəli, 09 avqust 2019-cu il tariхli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
21. Cavabdeh ASC həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh ASC apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçıların hamısının əvvəlcədən bir-birilə əlaqəsi olmuş, iddia müddəti ötürülmüş, müqavilə şərtləri iddiaçılara məlum olsa da, onlar həqiqəti pərdələmişlər. İddiaçılar Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə yaranmış şəraitdən sui-istifadə etmişlər. İddiaçılar həmçinin pretenziya qaydasına da əməl etməmişlər. c) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
25. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
26. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
27. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
28. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərar dad çıxarır.
29. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kassasiya instansiyası Məhkəməsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin nümayəndəsinin iddiadan imtina barədə ərizələri daxil olmuşdur. Ərizədə bildirilir ki, tərəflər arasındakı mübahisə qarşılıqlı razılıq əsasında həll edildiyi üçün hazırki mülki iş üzrə iddiaçılar tərəfindən iddiadan imtina edilməli və iş üzrə icraata xitam verilməlidir. Ərizə iddiaçılar və İddiaçı4 MMC-nin müdiri və nümayəndəsi Rövşən Vahabov tərəfindən imzalanaraq, İddiaçı4 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
35. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddihüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiadan imtinası qanunazidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, imtinanın məhkəmə tərəfindən təsdiq edilməməsi üçün əsaslar yoxdur.
37. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, MPM-nin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
38. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10929/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 MMC-nin iddia tələbindən imtinası təsdiq edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10929/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova