Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1636/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)9506/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim A.Qasımov) 20.04.2018-ci il tarixli, 2(008)-53/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin C avabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh 14277.57 ABŞ dolları əsas, 1529.43 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16107 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus “Mercedes Benz S350” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı-nə ödənilməli borcun t utulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın X1 tutularaq dövlət büdcəsinə, göstərilən hesaba ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 27.09.2018-ci il tarixli, 2(103)-9506/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin olunaraq, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsinin əsas borcun tutulması hissəsində dəyişdirilərək, 10544.57 ABŞ dolları müəyyən edilməklə, cəmi 12374 ABŞ dolları məbləğində pulun Cavabdeh İddiaçı-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasıqət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018 -ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.05.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 11844.57 ABŞ dolları əsas, 1782.44 ABŞ dolları faiz borcu, 2725.40 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 16352.41 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh tərəfindən ipotekaya qoyulmuş “Mercedes Benz S350” markalı, **-***-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2008, tipsedan, Ban-*********, rəng-ağ) tutmanın yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin Cavabdeh İddiaçı-nə olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış avtomobilin dəyəri Banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh tutulması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 10544.57 ABŞ dolları əsas, 1673.43 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə 601.01 ABŞ dolları faiz borcu, 2563.80 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 15382.81 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh tərəfindən ipotekaya qoyulmuş “Mercedes Benz S350” markalı, *****-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2008, tip-sedan, Ban*********, rəng-ağ) tutmanın yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait in Cavabdeh İddiaçı-nə olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış avtomobilin dəyəri Banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh tutulması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 14277.57 ABŞ dolları əsas, 1529.43 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə 601.01 ABŞ dolları faiz borcu, 2563.80 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 18971.81 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh tərəfindən ipotekaya qoyulmuş “Mercedes Benz S350” markalı, *****-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2008, tip-sedan, Ban*********, rəng-ağ) tutman ın yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin Cavabdeh İddiaçı-nə olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satılmış avtomobilin dəyəri Banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin Cavabdeh tutulması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin 3-cü səhifəsində ilk dörd abzası ümumiyyətlə bu mübahisəyə aid deyildir. Apellyasiya instansiyası məhkəməsi başqa mübahisənin hallarına istinad edərək, prosessual pozuntuya yol vermiş, həmçinin iş in faktiki hallarının araşdırılmasını tam aparmamış, üstəlik də faiz borcunun həmin müqavilə üzrə hansı dövrlərə görə hesablanmasına qiymət verməmiş, habelə cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə almamışdır. Belə ki, müqavilə 18 ay müddətinə bağlanmış və iddiaçının tələb etdiyi faiz borcunun həmin dövr üçün hesablanmasına dair araşdırma aparılmamışdır. Üstəlik də həmin dövrdə iki dəfə devalvasiya baş verməsi nəzərə alınmamışdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)-9506/2017 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı-nin nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin olunaraq, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsinin əsas borcun tutulması hissəsində dəyişdirilərək, 10544.57 A BŞ dolları müəyyən edilməklə, cəmi 12374 ABŞ dolları məbləğində pulun Cavabdeh İddiaçı-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasıqənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında 12 fevral 2013-cü il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alan illik faiz dərəcəsi 18 faiz olmaqla, 60 ay müddətinə 35300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun 12 dekabr 2016-cı il tarixə banka olan əsas borcu 14277.57 ABŞ dolları, faiz borcu 1529.43 ABŞ dolları təşkil etmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdeh mülkiyyətində olan «MERCEDES BENZ S 350” markalı, **-****-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 yanvar 2017-ci il tarixli, 9799 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 12.02.2013-cü il tarixli, ********* saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh 12dekabr 2016-cı il tarixədək banka olan b orcu əsas borc üzrə 14277.57 ABŞ dolları, faiz borcu üzrə 1529.43 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan əlavə qeyd olunan ekspert rəyində ekspertiza zamanı çıxarış məlumatlarından, maliyyə arayışı, ödəniş qəbzlərindən göründüyü kimi Cavabdeh tərəfindən 15.02.2016-cı il tarixdən 12.12.2016-cı il tarixədək 3733,00 ABŞ dolları məbləğində ödənişlər aparıldığı və həmin ödənişlər nəzərə alınmaqla cavabdehin banka olan borcu 12074 ABŞ dolları məbləğində müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh tərəfindən 15.02.2016-cı il tarixdən 12.12.2016-cı il tarixədək 3733,00 ABŞ dolları məbləğində apardığı ödənişləri nəzərə almadan, əsas borcun tutulması hissəsində səhv nətcəyə gəlmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, Bakı şəhəri S abunçu Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh tərəfindən 15.02.2016-cı il tarixdən 12.12.2016-cı il tarixədək 3733,00 ABŞ dolları məbləğində ödənişlər əsas borcdan çıxılmaqla, əsas borc 10544,57 ABŞ dolları müəyyən edilməklə, cəmi 12374 ABŞ dolları məbləğində pul Cavabdeh İddiaçı-nin xeyrinə tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 739, 442, 443, 448, 269, 295, 312 317 və 319cu və “İpoteka haqqında” Qanunun 6, 33 və 34-cü maddələrinə əsasən əsaslandırmışdır. Kassasiya kollegiyası kassasiya şikayətinin ilkin dəlili olan “apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə nin 3-cü səhifəsində ilk dörd abzası ümumiyyətlə bu mübahisəyə aid deyildir. Apellyasiya instansiyası məhkəməsi başqa mübahisənin hallarına istinad edərək, prosessual pozuntuya yol vermişdir” dəlili üzrə qeyd edir ki, qeyd olunan dəlil üzrə apelyasiya instansiyası məhkəməsi hər hansı prosessual pozuntuya deyil, texniki yalnışlığa yol vermişdir və bu hal mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin digər dəlili olan “apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarının araşdırılmasını tam aparmamış, üstəlik də faiz borcunun həmin müqavilə üzrə hansı dövrlərə görə hesablanmasına qiymət verməmiş, habelə cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə almamışdır. Belə ki, müqavilə 18 ay müddətinə bağlanmış və iddiaçının tələb etdiyi faiz borcunun həmin dövr üçün hesablanmasına dair araşdırma aparılmamışdır” dəlili üzrə qeyd edir ki, iş materiallarından da görünür ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, yəni cavabdeh tərəfindən edilmiş ödənişləri tam araşdırmış, ekspert rəyinə uyğun olaraq faiz borcunun hansı dövr üçün hesablandığını və hansı məbləğ təşkil etdiyi aydnılaşdırmış, həmçinin cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə almaqla həmin məbləği əsas borc məbləğindən çıxmaqla real borc vəziyyətini müəyyən etmişdir. Bu hal da mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormal arınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Lakin məhkəmə qətnaməsinin 3-cü səhifəsində ilk dörd abzas texniki səhv olaraq qeyd edildiyindən, həmin abzaslar məhkəmə qətnaməsindən xaric edilməlidir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edil mədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)-9506/2018 nömrəli qətnaməsi “qətnamənin 3-cü səhifəsində ilk dörd abzas texniki səhv olaraq qeyd edildiyindən, həmin abzaslar məhkəmə qətnaməsindən xaric edilməklə” dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1636/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1636/2019
14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver