Məhkəmə qərarları › İş №2(102)-1637/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1637/2024

01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1637/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1637/2024 (Açar sözlər: aliment borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1525/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5095/2 022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 analarının yanında saxlanılması və xx.xx.2022-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslanıdırılmışdır ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tərəflər ayrı yaşasalar da, münasibətləri tam kəsilməmiş, telefonda (**********) Whatsapp yazışmaları davamlı şəkildə olmuş, cavabdeh ev üçün lazım olan xərcləri, bazarlıqları və digər vəsaitləri iddiaçının Whatsapp nömrəsinə yazıyla bildirmiş, iddiaçı isə ya həmin gün, ya da, bir gün sonra həmin ehtiyacları təmin etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı 2022ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsinə dair məhkəmədə iddia qaldırmış və iddia təmin edilmişdir. Lakin cavabdeh bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx. 2023cü il tarixli qərardadı ilə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosessində iştirak etmədiyindən, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır.

4. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbini qəbul etmədiyini, aliment borcunun silinməməsini xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(001)-5392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının dəlilləri əsaslıdır. Belə ki, nikahın pozulmasına dair mülki işin məhkəmədə baxıldığı müddətdə iddiaçı tərəfind ən uşaqlarının saxlanılması iş materialları ilə təsdiq olunur və faktiki olaraq cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda iddiaçıdan həmin müddət üçün yenidən alimentin tutulması qanunsuz, əsassız və tərəflərin hüquqları arasında ədalətli tarazlığı pozmuş olar.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 100.1, 100.2, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tətbiq edilməli olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106-cı (aliment üzrə borcların müə yyən edilməsi), 109-cu (alimentin geri qaytarılmasının yolverilməzliyi) maddələrini tətbiq etməmiş, “aliment borcunun müəyyən edilməsi və silinməsinin” məsələsi Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən birbaşa icra məmurunun səlahiyyətinə aid olan bir məsələ olmasına baxmayaraq, birinci instansiya məhkəməsi öz səlahiyyətinə aid olmayan məsələyə dair işə baxmış və sonda düzgün olmayan, əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamədən görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi 2022-ci ilin avqust-dekabr ayları üzrə ərzaq alınması və kommunal xidmətlərə görə ödəmə qəbzləri üzrə riyazi hesablamalar düzgün aparılmamışdır, bu səhvlər sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir, məhkəmənin İddiaçı 2022-ci ilin avqust dekabr aylarına görə aliment öhdəliyindən azad etməsi və həmin aylar üçün hesablanmış aliment borcunun silinməsi barədə qətnaməsi tamamilə əsassızdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(103)-1525/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur və iddiaçının tələbi məhz həmin tarixdən etibarən icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. İddiaçı xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.

12. Kollegiya qeyd etmişdir ki, qanunvericiliklə şəxsin aliment borcundan tam və y a qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı, ümumiyyətlə, icra məmuru tərəfindən borcun hesablanması ilə razı deyil və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll o lunmalı məsələdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslarını, mübahisənin mahiyyətini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1, 387.2.8, 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadında Ailə Məcəlləsinin 106.2 və 106.5-ci maddələrə istinad edilməsi yanlışdır. Məhkəmə nəzə rə almalıdır və fərqləndirməlidir ki, iddiaçı borcun silinməsini ona görə istəyir ki, həmin aylar üzrə iddiaçıdan (borclu)qeyd olunan dövrlər üçün iki dəfə (ikiqat) pul tutulub. Birinci dəfə tərəf özü ödənişləri könüllü icra edib, ikinci dəfə qətnamə əsasında sonradan tutulub. Bu mübahisəyə 106-cı maddənin aidiyyəti yoxdur. Çünki tərəf sübut edib ki, könüllü ödənişləri icra edib və məhkəmə qətnaməsi sonradan qəbul edilərək əvvəlki aylar üçün aliment müəyyən edilib. İcra məmuru yalnız qətnamə üzrə tutulmalı olan məbləği hesablaya bilir. Mülki mübahisə Məhkəmənin səlahiyyətinə aiddir.

17. Məhkəmə Ailə Məcəlləsinin 107.2-ci maddəsinə istinad edərkən nəzərə almamışdır ki, hazırkı iş üzrə mübahisə aliment borcu ilə deyil, aliment məbləğin ikiqat ödənilməsi ilə əlaqədardır. Hansı ki, cavabdeh təqdim etdiyi apellyasiya şikayətində 2022-ci ilin avqustdekabr ayları aralığında pul vəsaitlərinin ödənilməsi faktını şikayətlərində etiraf ediblər. Belə olan halda iddiaçı sübut edib ki, məhkəmə təkzib olunmaz fakt olduğu halda məhkəmə qanunsuz qərarlar qəbul edib.

18. Məhkəmə nəzərə almamışdır ki, eyni predmet üzrə eyni məhkəmənin əvvəlki qərarında – bu mübahisənin məhkəmə aidiyyəti olmaması, yaxud icra məmurunun hərəkətsizliyi və s. ilə əlaqələndirilməmişdir. Çünki belə bir əsas yoxdur!

19. Məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 77, 81, 88, 218.1, 386-cı maddələrinin tələbləri pozulmuş, həm prosessual, həm də maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

20. Apellyasiya Məhkəməsinin qərarı birbaşa tənzimlənən qanun normasına ziddir. Apellyasiya instansiya məhkəməsi işin fak tiki halları baxımından iddiaçının eyni aylar üzrə iki dəfə ödəniş etməsi faktını nəzərə almadan qanunları düzgün tətbiq etməmişdir. Əslində tərəflər arasında bu mübahisə mülki xarakterlidir. Bu mübahisə yalnız məhkəmə tərəfindən qiymətləndirilməli olan mübahisədir.

21. İddiaçı hesab etmişdir ki, aliment məbləğinin iddiaçı tərəfindən iki dəfə, birinci dəfə könüllü olaraq özü ödənişləri icra etmiş və ikinci dəfə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi əsasında iddiaçının iş yeri üzrə əmək haqqından tutulma kimi alimentin eyni aylar üçün iki dəfə ödənilməsi kimi ikiqat ödəniş təcrübəsi bütün hallarda qanunsuzdur. Belə bir təcrübə yolverilməzdir. Eyni zamanda alimentin iki dəfə ödənilməsi halın aradan qaldırılması icraçı tərəfindən deyil, məhkəmə qaydasında həll edilməl i olan məsələdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi

23. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Mülki Prosessual Məcəllə

24. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər i

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbini onunla əsaslandırır ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin etmişdir. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz.

30. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzər də saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir.

31. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını on a təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.

32. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

34. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tə ləbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ilin avqust - dekabr aylarına hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər.

35. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.

36. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

37. B eləliklə, hazırkı iş üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya onu da qeyd edir ki, iddiaçının eyniməzmunlu tələbinə daha əvvəl məhkəmədə baxılması apelyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə icraata xitam vermək səlahiyyətini aradan qaldırmır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1525/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar