Məhkəmə qərarları › İş №2(102)-1638/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1638/2019

24.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1638/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh2 vəkili Cavadov Əjdər Əmrah oğlu, İddiaçı vəkili Tağıyev Kamran Həsən oğlu, Cavabdeh1 iştirakları ilə, Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə və İddiaçı həmin evə köçürülməsinə dair hissəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, X27, X6, X36 qızına, X14 və X10 qarşı mənzilə köçürülmə və cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair ilkin iddia ərizəsi ilə; Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Məmmədov, iş 2(004)-303/2017) ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında evə köçürülməsi, cavabdehlər X25, X4, X36 qızının, X13 və X7 Bakı şəhəri, ünvan 1 ünvanında evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İlkin iddia tələbi qalan hissədə və Cavabdeh1 İddiaçı qarşı “maddi zərərin tutulması tələbi” nə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov, iş № 2(103)-10630/2018) cavabdeh Cavabdeh2 apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin d əlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə və İddiaçı həmin evə köçürülməsinə dair hissəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili Cavadov Əjdər Əmrah oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual h üquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iddianın Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanındaevə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə və İddiaçı həmin evə köçürülməsinə dair hissəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Tağıyev Kamran Həsən oğlu göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evi tarixsiz olaraq X1 adına ilkin qeydiyyatdan keçmişdir, lakin 01.08.1931-ci il tarixdə dövlət balansına keçmişdir. Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 saylı, 11.04.1987-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə dair icarə müqaviləsinin icarəçi X26 vəfat etdiyindən onun arvadı X11 ilə bağlanılmışdır. X9 17.12.2001-ci il tarixdə ölmüşdür. X26 ölümündən sonra mübahisəli evi oğlu X2 və istifadə etmişdir. X28 ilə Cavabdeh1 27 iyul 2004-cü il tarixdə 593 saylı akt qeydli nikaha daxil olmuşdular. X29 06 aprel 2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1356/2016 saylı, 04.04.2016-cı il tarixli qətnaməsi ilə, İddiaçı ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququ ta nınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8748/2016 saylı, 13.12.2016-cı il tarixli qətnaməsi ilə, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1356/2016 nömrəli işi üzrə 04.04.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yenidən qətnamə çıxarılmış, iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən evə (yaşayış sahəsinə) istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-2607/2017 saylı, 05.06.2017-ci il tarixli qərarı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə olan 13.12.2016-cı il tarixli, 2(103)-8748/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X32 tərəfindən 20.06.2017-ci il tarixdə yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən edilmişdir ki, iş üzr ə Cavabdeh1 qardaşıdır. İddiaçı qardaşı X16 12 il rəsmi nikahlı arvadı olmuş, ölənə qədər ona baxmışdır. Ona nişan aparmış, el adəti ilə toy etmişlər. İddiaçı 12 il qardaşına məxsus evdə yaşamış, o vəfat edəndən sonra Cavabdeh1 tərəfindən həmin evdən qovulmuşdur. Bacısı Cavabdeh1 heç vaxt mübahisəli evdə yaşamamışdır. O, həmişə qardaşı gilə gedib gəlmiş və qardaşı X28 ilə çox yaxşı münasibətləri olmuşdur. Digər cavabdehlər də mübahisəli evi ailə qurduqdan sonra tərk etmiş artıq 15 ildən artıqdır ki, həmin evdə yaşamırlar. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin 918,916,917,919 saylı, 26.08.2017-ci il tarixli arayışlarına görə, X36 qızı-2004-cü ildən, X15-2007-ci ildən, X12-2005-ci ildən və X18-2005-ci ild ən ünvan 1 ünvanında qeydiyyatdadırlar və lakin yaşamırlar. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin 995 saylı, 18.09.2017-ci il tarixli arayışına görə, İddiaçı ünvan 1 ünvanında 11.11.2005-ci il tarixdən qeydiyyatdadır və yaşayır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Mənzil Məcəlləsinin 60-ci maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasın da həyata keçirilir. Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı 4 qərarının 9-cu bəndinə əsasən, Mənzil Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikası Mənzil Məc əlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...Yasamal rayon məhkəməsinin 2-2736/2 004 saylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi ilə X5 30 dekabr 1995-ci il tarixdə anadan olmuş qızı X18 ilə birlikdə Bakı şəhəri ünvan 1 ünvanında evə hüquqları tanınması və X5, xx xxxxxx 1987-ci il tarixdə anadan olmuş, Cavabdeh2 və 30 dekabr 1995-ci il tarixdə anadan olmuş X18 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK-629/2006 saylı, 21 fevral 2006-cı il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 2-2736/2004 aylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yasamal rayon məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi icra edilmiş və həmin qətnamənin icrası qaydasında Cavabdeh2 göstərilən evə köçürülmüşdür. Göründüyü kimi, Yasamal rayon məhkəməsi nin 2-2736/2004 saylı, 28 dekabr 2004cü il tarixli qətnaməsinin Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK629/2006 saylı, 21 fevral 2006-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanması nəticəsində həmin qətnamə 21 fevral 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş və yalnız bundan sonra mübahisəli evə köçürülmüşəm. Odur ki, apelyasiya instansiyası məhkəməsinin Cavabdeh2 2004-cü ildən mübahisəli evə yaşamamasına dair gəldiyi nəticənin faktiki və hüquqi əsası yoxdur. Göründüyü kimi, Yasamal rayon məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004cü il tarixli qətnaməsi ilə Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında evə dair istifadə hüququna malik olması müəyyən edilmiş və Ağayevanın göstərilən evə istifadə hüququna malik olması əsasına görə həmin evə köçürülməsi qət edilmişdir. Gös tərilənlərə əsasən, Yasamal rayon məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında evə dair istifadə hüququna malik olması müəyyən edilərək irsinin əsasa görə göstərilən evə köçürülməsi müəyyən edildiyindən, göstərilən məhkəmə qətnaməsi hazırda da qanuni qüvvədə olmaqla işdə iştirak edən şəxslərə aid olduğundan Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun olması faktı yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proseesində mübahisələndirilmir və yenidən sübut edilmir.” Mülki işə əlav ə edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 dekabr 2004-cü il tarixli və Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın 21 fevral 2006-cı il tarixli qətnamələrinin surətləri ilə Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında evə köçürülməsinin qət olunması öz təsdiqini tapır. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyən edərkən Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq iş üçün əhəmiyyətli olan halları tam araşdırmamış, sübutları hərtərəfli qiymətləndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 ədalətli məhkəmə baxışına olan hüququnu da pozmuş, onun apelyasiya şikayətinə müvafiq olaraq əsaslandırılmış qərar almaq hüququnu təmin etməmişdir. Belə ki, Cavabdeh2 apelyasiya şikayətində qeyd etmişdir ki, “Yasamal rayon məhkəməsinin 2-2736/2004 s aylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi icra edilmiş və həmin qətnamənin icrası qaydasında cavabdeh2 göstərilən evə köçürülmüşdür. Göründüyü kimi, Yasamal rayon məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004cü il tarixli qətnaməsinin Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK629/2006 saylı, 21 fevral 2006-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanması nəticəsində həmin qətnamə 21 fevral 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş və yalnız bundan sonra mübahisəli evə köçürülmüşəm. Odur ki, birinci instansiyası məhkəməsinin Cavabdeh2 2004-cü ildən mübahisəli evə yaşamamasına dair gəldiyi nəticənin faktiki və hüquqi əsası yoxdur. Göründüyü kimi, Yasamal rayon məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004cü il tarixli qətnaməsi ilə cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında evə dair istifadə hüququna malik olması müəyyən edilmiş və Ağayevanın göstərilən evə istifadə hüququna malik olması əsasına görə həmin evə köçürülməsi qət edilmişdir. Göstərilənlərə əsasən, Yasamal rayon məhkəməsinin 2-2736/2004 saylı, 28 dekabr 2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında evə dair istifadə hüququna malik olması müəyyən edilərək irsinin əsasa görə göstərilən evə köçürülməsi müəyyən edildiyindən, göstərilən məhkəmə qətnaməsi hazırda da qanuni qüvvədə olmaqla işdə iştirak edən şəxslərə aid olduğundan Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun olması faktı yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir.” Lakin apelyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verməmişdir. Azərbaycan Respublikası tərəfdar çıx dığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti q ismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar