Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1647/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8674/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Binəqədi rayon məhkəməsinin (hakim Tale Kərimov) 30 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərb aycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 30 aprel 2018-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidməti vəzifəsinin icrası zamanı ikinci qrup əlillik alması ilə əlaqədar ona sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1979-cu ildən polis orqanlarında işləmişdir və 2015ci ildə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilməklə təqaüdə çıxmışdır. 1986-cı ildə keçmiş SSRİ-nin Çernobıl Atom Elektirik Stansiyasında baş vermiş qəza zamanı bir sıra polis əməkdaşları kimi qəza bölgəsinə ezam olunmuş və 26 iyun 1986-cı il tarixdən 26 iyul 1986-cı il tarixədək qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar qəza yerinin 30 kilometrliyində xidməti vəzifəsini yerinə yetirmişdir. Qəza bölgəsində xidməti vəzifəsinin icrası zamanı xəstəliyə məruz qalmış, «Postradiasion toksiki ensefalopatiya, kəskin ifadəli asteno-nevrotik vəziyyət» diaqnozu ilə uzun müddət müalicə almış və bu xəstəlik nəticəsində 2-ci qrup əlil olmuşdur. Bun dan başqa qəza bölgəsində xidmətdən sonra həmçinin ürək xəstəliyinə düçar olmuş və ürək damarına stend qoyulmuşdur. Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikası DİN xüsusi həkim komissiyasının 24 aprel 2015-ci il tarixli 217 saylı arayışı, DİN Baş Kadrlar İdarəsinin 08 fevral 2003-cü il tarixli arayışı, 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarış və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasının sinir xəstəlikləri şöbəsinin epikrizi ilə təsdiq olunur. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «C» bəndinə görə məhkəmə və hüquq mühafizə orqanları işçilərinə xidməti vəzifələrinin icrası zamanı xəsarət alması nəticəsində əlillik təyin edildikdə 2-ci qru p əlilliyə görə sığorta məbləğinin 60 faizi məbləğində sığorta ödənişi verilir. Beləliklə xidməti vəzifənin icrası zamanı 2-ci qrup əlilliyə məruz qaldığı üçün həmin Qanunun tələblərinə müvafiq olaraq sığorta ödənişi verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin şirkət yanlış olaraq «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək bildirmişdir ki, həmin Qanuna görə Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Halbuki yuxarıda qeyd etdiyi kimi, o hərbi qulluqçu kimi yox, hüquq mühafizə orqanının əməkdaşı kimi qəza bölgəsinə ezam olunmuş və əlil olmuşdur. Bu səbəbdən də, ona sığorta ödənişinin verilməsi «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu 05 oktyabr 1999-cu il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə (sığorta olunanlar) əsasən Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, ədliyyə orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat axtarış fəaliyyətini həyata keçirən şəxslər, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşları aid edilirlər. Qanun qüvvəyə minənədək Azərbaycan Respublikasının müstəqilliyi dövründə hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 1992-ci il tarixli 99-6 və 04 avqust 1992-ci il tarixli 426-20 saylı qərarları ilə icbari sığortalanmış və həmin qərarlar 22 iyun 1998-ci il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 1998-ci il tarixli 140 saylı qərarı əsasında) qüvvədən düşmüşdür. İddiaçı Sovetlər Birliyi dönəmində, yəni 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzaya görə sığorta ödənişini tələb edir. Çernobıl AES-də baş vermiş qəza Azçrbaycan SSRİ-nin dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçularla Dövlət Sığort a Şirkəti arasında heç bir müqavilə olmamışdır. 18 oktyabr 1991-ci il tarixli "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nin hüquqi varisi deyil. “Hərbi qulluqçuların icbari şəxsi sı ğortası haqqında” Qanun qəbul edilənə qədər xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işə baxarkən onun iştirakını təmin etməmişdir. Tərəflərin izahatları: İddiaçı və o nun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya ş ikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar İdarəsinin 08 fevral 2003-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 26 iyun 1986-cı il tarixdən 26 iyul 1986-cı il tarixinədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı hadisə yerinin 30 kilometrliyində xidməti vəzifə borclarını yerinə yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 17 saylı qərarından görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı «Postradiasion toksiki ensefalopatiya, kəskin ifadəli asteno-nevrotik vəziyyət» xəstəliyini DİO-da xidməti vəzifələrin icrası zamanı almışdır. Əsas olaraq xəstəliklərin səbəbi və əlilliyinin peş ə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 11 noyabr 2010-cu il tarixli rəyi, Xüsusi həkim komissiyasının 24 aprel 2015-cİ il tarixl protokolu çıxış edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiaysının SER TSE-01 093509 saylı TSEK-də Müayinə aktından çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı Çernobıl AES-də xidməti vəzifələrini yerinə yetirməsi zamanı almış olduğu «Postradiasion toksiki ensefalopatiya, kəskin ifadəli asteno-nevrotik vəziyyət» diaqnozu 2-ci qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin iddiaçının mürac iətinə cavab olaraq ünvanladığı 25 yanvar 2018-ci il tarixli məktubundan görünür ki, müraciət müəllifinə «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununda Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 05 oktyabr 1999-cu ildə qəbul olunmuşdur. 1997-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının ş əxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının 01 sentyabr 2005-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsindən “və daxili işlər” sözləri çıxarılmışdır. Həmin dəyişiklik edilənədək “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) daxili işlər orqanlarının şəxsi heyəti də aid edi lirdilər. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 978-İİDQ nömrəli Qanununu əsas tutaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri "Azərbaycan Respublikası daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi barədə" 480 nömrəli 01 noyabr 2005-ci il tarixli əmr vermişdir. Əmrə əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli 296-İDQ nömrəli Qanununun yeni redaksiyası DİN-nin Daxili Qoşunlarında, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli 705- İQ nömrəli Qanunu isə daxili işlər o rqanlarında rəhbər tutulması üçün elan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 9 22.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Birinci instansiya məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, iddiaçının istinad etdiyi sığorta hadisəsi ilə bağlı cavabdehin üzərinə sığorta ödənişinin verilməsi vəzifəsinin qoyulması mümkün deyildir, iddia ona cavab verməli olan şəxsə yönəldilməmişdir. Apellyasiya şikayətinə əsasən işin hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “c” bəndində istinad etmişdir. Həmin normaya görə, məhkəmə və hüquq mühafizə orqanları işçilərinə xidmət vəzifələrinin icrası zamanı xəsarət alması nəticəsində əlillik təyin edildikdə 2-ci qrup əlilliyə görə sığorta məbləğinin 60 faizi məbləğində sığorta ödənişi verilir. Həmin Qanun 05.10.1999-cu il tarixində qəbul olunmuşdur. İddiaçı isə 1986-cı ildə baş vermiş hadisəyə görə sığorta ödənişi tələb edir. Qanunun qüvvəsinin geriyə keçmiş SSRİ-də baş vermiş hadisəyə şamil olunması üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş əsas olmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Çünki işdən göründüyü kimi, iddiaçı apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında şəxsən iştirak etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8674/2018 nöm rəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1647/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1647/2019
14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver