Məhkəmə qərarları › İş №2(102)-1648/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1648/2019

18.03.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1648/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh V.V.V X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11354/18 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh V.V.V Elmlər X3 direktoru EEE və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh V.V.V X1rşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, LLLnun 04 iyul 2018-ci il tarixli 225 №-li əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma dövrünə görə əmək haqqı ödənilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 15 avqust 2018ci il tarixli 2(009)-2558/2018 saylı qətnaməsi ilə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Namiq Cəfərov, hakimlər Vüsalə Baxışova, Vüqar Həsənov) 31.10.2018-ci il tarixli, 2(103)11354/2018 saylı qətnaməsi ilə hazırki iş üzrə Səbail Rayon Məhkəməsinin 15.08.20148-ci il tarixli qət naməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi, 111nun direktoru tərəfindən verilmiş 04 iyul 2018-ci il tarixli 225 №-li əmr ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilmiş və ona məcburi iş buraxma dövrünə görə əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh V.V.V Elmlər X3 direktoru EEE və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli, 2(103)-11354/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçinin işdən azad olunmasına münasibət bildirilməsi üçün işəgötürənin 03.07.2018-ci il təqdimatı ilə müstəqil qurum o lan X7 müraciət edilmiş, lakin X7 razılığı əks etdirən protokolunda tarix 29.06.2018-ci il göstərilmişdir. X7 razılığı əks etdirən protokolunda tarix 29.06.2018-ci il göstərilməsinin texniki səhv olması aşkardır. Belə ki, işəgötürənin 03.07.2018-ci il təqdimatına 4 gün öncədən yəni, 29.06.2018-ci il tarixdə münasibət bildirilməsi qeyri-mümkün olduğundan onun texniki səhv kimi qiymətləndirilməsi mütləqdir. Bundan əlavə, Azərbaycan YYY X8 İttifaqı Komitəsinin dairəvi möhürü və onun sədri V.S.Nərimanovanın imzası ilə təsdiqlənmiş 7 saylı Protokoldan çıxarışın iş materiallarına əlavə edilmiş surətindən də görünür ki, protokol 29.06.2018-ci il tarixdə deyil, 03 iyul 2018-ci il tarixdə qəbul edilmişdir. Eyni zamanda, X7 protokolunda hər hansı texniki və ya digər səhvin buraxılması işəgötürənin qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul etdiyi əmrin etibarsız hesab edilməsinə əsas ola bilməz. Belə ki, işəgötürən həmin Təşkilatın sənədlərində göstərilmiş formal xətalara görə hər hansı məsuliyyət daşımır. İşəgötürənin əmri X7 müvafiq protokolunda buraxılmış xətalara və formal tələblərə görə ləğv olunduğu üçün X9 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və həmin protokola dair münasibət bildirməli olduğu halda, X9 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11354/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsində göstərilmişdir ki, 29.06.2018-ci il tarixli protokolun və 03.07.2018-ci il tarixli protokoldan çıxarışın etibarlı olduğu halda da, X7 razılığını təsdiq edən sənəd sayılmır. Belə ki, hər iki sənədin “qərar” hissəsində Cavabdeh büro üzvləri” adından əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. X9nda “büro” adında struktur vahidi yoxdur, “büro” Milli Elmlər Akademiyasına aid olan təsisatdır. Bununla bağlı qeyd olunmalıdır ki, qanunda və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11354/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsində də müəyyən olunduğu kimi, X7 Milli Elmlər Akademiyasının təşkilati strukturuna aidiyyəti yoxdur. Lakin nəzərə alınsa ki, işin mübahisələndirilməyən hallarına əsasən, Zoologiya İnstitutunda 240 nəfər çalışır və onlardan 238-i həmkarlar ittifaqının üzvüdür, belə olan halda X7 dairəvi möhürü ilə təsdiq edilmiş, habelə X7 sədri və katib tərəfindən imzalanmış 03.07.2018-ci il tarixli (texniki səhv olaraq protokolda tarix 29.06.2018-ci il göstərilmişdir) prot okolda Cavabdeh büro üzvləri ifadəsinin işlədilməsi əsası ilə, yəni formal əsasla həmin protokolun əsassız sayılması qanuni hesab edilə bilməz. Bundan əlavə, qanunda qeyd edilən məsələyə münasibətin bildirilməsi üçün həmkarlar ittifaqı üzvlərinə münasibətdə qanunvericilikdə hər hansı yetərsay müəyyən edilməmişdir. Buna görə də, əmək müqaviləsinin ləğvi barədə təqdimatın 4 nəfər tərəfindən müzakirə edilməsi və əmək müqaviləsinin ləğvinə razılığın verilməsi qanuni və əsaslıdır. Hazırkı işə birinci və apellyasiya instansiyası mərhələlərində baxılarkən YYY X8 İttifaqı Komitəsinin sədri V.S.Nərimanova müvafiq sosial məzuniyyətdə olduğundan bəzi sübutların həmin məhkəmə baxışında təqdim edilməsi mümkün olmamışdır. Hazırda X8 İttifaqı Komitəsinin sədri V.S.Nərimanova tərəfindən tərtib edilmiş və imzalanmış 29.06.2018-ci il tarixli protokolun əslində 03.07.2018-ci il tarixli olmasını, sənəddə texniki səhv olaraq 29.06.2018-ci il tarixin qeyd edilməsini, habelə protokolda göstərilən büro üzvləri anlayışının X8 İttifaqı Komitəsinin üzvləri anlayışı kimi qəbul edilməsini təsdiqləyən müvafiq sübutlar əldə edilmişdir. X8 İttifaqı Komitəsinin üçüncü şəxs qismində cəlb olunması və qeyd edilən yeni sübutlara hüquqi qiymət verilməsi üçün qətnamənin ləğv edilərək işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması zəruridir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, onun məzmununa uyğun izahat vermiş, onun təmin edilməməsini xah iş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı 01.07.2014-cü il tarixdə Zoologiya İnstitutuna əmək müqaviləsi əsasında elmi işçi vəzifəsinə işə qəbul edilmiş, 07.06.2018-ci il tarixdə isə onunla yeni əmək müqaviləsi bağlanılmış və o, institutun «Hidrobiologiya» laboratoriyasına aparıcı elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. Cav abdeh direktoru 04 iyul 2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. İşəgötürən əməkmüqaviləsini ləğv edərkən ona əsaslanmışdır ki, iddiaçı AR Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndində göstərilən hərəkətlərə yol vermiş, yəni iddiaçı iş vaxtı, yəni əmək fəaliyyəti zamanı yazdığı şikayətlərə imza toplamaqla məşğul olmuş, rəhbərliyin icazəsi olmadan əmək kollektivini müəssisənin zalında toplaşmasını təşkil etmiş və şikayətlərə dair izahat vermək üçün dəfələrlə iş yerini tərk etmişdir. Eyni zamanda iddiaçının bu hərəkətlərin nəticəsində İnstitutun normal əmək fəaliyyəti pozulmuş, onun etdiyi çağırışlar k ollektivdə çaşqınlıq yaratmış və nəticədə ictimaiyyətdə institutun imicinə ziyan dəymişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, işəgötürən cavabdehi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməmiş, X7 razılığını almadan əmək müqaviləsini qanunsuz ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X7 “razılığı” işəgötürənin təqdimatından əvvəl verilib. Belə ki, işəgötürən təqdimatı 03.07.2018-ci tar ixində verilib, X7 “razılığı” isə bundan 4 gün əvvəl - 29.06.2018-ci il tarixində verilib. İşəgötürənin təqdimatı iş materiallarına əlavə edilsə də həmkarlar ittifaqına aid olan iclas protokolu iş materiallarına əlavə edilməmiş, bunun əvəzində başqa sənəd -protokoldan çıxarış iş materiallarına əlavə olunmuşdur. Ona görə də məhkəmə protokolun özünü tələb etmişdir. Protokol məhkəməyə təqdim olunduqdan sonra bəlli olmuşdur ki, iclas 29.06.2018-ci il tarixində, yəni təqdimatın verilməsindən 4 gün əvvəl keçirilib. Beləliklə, 29.06.2018-ci il tarixli protokolda göstərilən X7 “razılığı ” işəgötürənin təqdimatından əvvəl verildiyinə görə etibarsızdır. Bundan başqa, işəgötürən əmək müqaviləsini ləğv edərkən X7 mövcud olmayan “razılığına” istinad etmişdir. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi b arədə əmrin məzmunundan görünür ki, işəgötürənin əsaslandığı sənədlərdən biri həmkarlar ittifaqına aid olan 7 saylı protokoldan çıxarışdır. Çıxarış iş materiallarına əlavə edilib. Onun adı belə yazılıb: “Azərbaycan MEA X8 təşkilatı bürosunun 7 saylı protokolundan çıxarış”. Çıxarışdan görünür ki, əmək müqaviləsinin ləğvinə razılıq verilib. Çıxarışın üzərində “03.07.2018” tarixi yazılıb, yəni əmək müqaviləsinin ləğvi barədə əmrin tarixi ilə eyni tarixə aiddir. Habelə çıxarışın üzərinə “əsli ilə düzdür" qeydi yazılıb və cavabdeh təşkilatın kadrlar şöbəsinin möhürü vurulub. Çıxarışın həqiqiliyi şübhə doğurduğuna görə apellyasiya icraatı zamanı tələb olunmuşdur ki, çıxarışın verilməsinə əsas olan sənədin 03.07.2018-ci il tarixli, 7 saylı protokolun özü məhkəməyə təqdim olunsun. Lakin bu protoko l məhkəməyə təqdim olunmamış, onun əvəzində məhkəməyə başqa protokol 29.06.2018-ci il tarixli protokol təqdim olunmuşdur. Mövcud olmayan sənəddən çıxarış verilə bilməz, 03.07.2018-ci il tarixli, 7 saylı protokol mövcud olmadığına görə həmin protokoldan çıxarış verilə bilməzdi. Beləliklə, 03.07.2018-ci il tarixli protokol mövcud olmadığına görə həmin protokoldan çıxarış, yəni X7 “razılığı ” etibarsızdır. Eyni zamanda X7 “razılığını ” təsdiq edən sənəd kimi məhkəmə təqdim edilmiş, yuxarıda göstərilən hər 2 sənəd - 29.06.2018-ci il tarixli protokol və 03.07.2018-ci il tarixli protokoldan çıxarış etibarlı olduğu halda da X7 razılığını təsdiq edən sənəd sayılmır. Belə ki, hər 2 sənədin “qərar” hissəsində “Cavabdeh büro üzvləri ” adından əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilib. X9nda “büro” adında struktur vahidi yoxdur, “büro” Milli Elmlər Akademiyasına aid olan təsisatdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11.12.2014-cü il tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “V.V.V Elmlər Akademiyasının Nizamnaməsi”nin 10.14-cü bəndində qeyd olunub: “Elmi bölmənin ümumi yığıncağının sessiyaları arasındakı dövrdə onun işinə bölmə bürosu rəhbərlik edir. X7 Milli Elmlər Akademiyasının təşkilatı strukturuna aidiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi öz ünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X9na əsaslan dırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X9 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin hazırkı işdən müəyyən olunur ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuş, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən onun işlədiyi müəssisənin X7 razılığının alınması barədə məhkəməyə təqdim edilmiş sübutlar qeyri-mötəbər olmuşdur. Belə ki, Cavabdeh direktoru V.V.Vun Həmkarlar təşkilatına ünvanladığı 03.07.2018ci il tarixli təqdimata əsasən hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi b.e.d. İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (72-ci maddəsinin «e» bəndi nə əsaslanaraq) əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İş üzrə YYY X8 Təşkilatının sədrinin 03.07.2018-ci il tarixli təqdimatından görünür ki, Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi İddiaçı əmək fəaliyyətindəki ciddi nöqsanları nəzərə alınaraq onun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (72-ci maddəsinin «e» bəndinə əsaslanaraq) əsasən işdən azad edilməsinə etiraz etmir. İş üzrə YYY X8 Təşkilatı Bürosunun 03.07.2018-ci il tarixli 7 saylı protokolundan çıxarışa əsasən Cavabdeh büro üzvlərinin Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyi qərara alınmışdır. Lakin bu protokol məhkəməyə təqdim olunmamış, onun əvəzində məhkəməyə başqa protokol - 29.06.2018-ci il tarixli protokol təqdim olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hər 2 sənədə 29.06.2018-ci il tarixli protokol və 03.07.2018-ci il tarixli protokoldan çıxarışa verdiyi hüquqi qiymətlə, həmçinin və bu sənədlər etibarlı olduğu halda da X7 razılığını təsdiq edən sənəd hesab edilmədiyi barədə mövqeyi ilə razılaşır. Belə ki, bu razılıq haqqında qərar YYY X8 Təşkilatı tərəfindən müvafiq iclas keçirilməklə deyil, “YYY X5 təşkilatının bürosu” tərəfindən 4 nəfərin iştirakı ilə keçirilmiş iclasda verilmişdir. X9nda isə “büro” adında struktur vahidi yoxdur, “büro" Milli Elmlər Akademiyasına aid olan təsisatdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilərək, iddiaçıya məcburi iş buraxma üçün əmək haqqı da ödənilməli olma sı barədə gəlinən nəticə əsaslı və qanuni olmuşdur. Cavabdeh kassasiya şikayətini protokolun tarixinin 29.06.2018-ci il tarix göstərilməsinin, həmçinin protokolda “Cavabdeh büro üzvlər” ifadəsinin texniki səhv olması ilə əsaslandırmağa çalışsa da, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əs asən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh V.V.V Elmlər X3 direktoru EEEnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11354/18 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar