Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1650/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Abdurəhmanov Ağarəhim Abdulxalıq oğlunun iştirakı ilə, İddiaçı və vəkili Abdurahmanov Ağarəhim Abdulxalıq oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(105)-17/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 10 noyabr 2016-cı i l tarixli, 2(067)-5091/2016 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.B.Mirzəquliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması və cavabdehlərin həmin evdən və sahədən çıxarılması tələbinə dair iddiası təmin edilərək, İddiaçı X2, X3 və X1 miras qalmış Xaçmaz rayonu, 000 kəndində yerləşən 0,36 ha torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və onların həmin torpaq sahələri və evdən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(105)-17/20 19 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.G.Rəhimov, G.F.Tağızadə və T.O.Quliyev) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(067)-5091/2016 saylı qətnaməsinin ləğv edilməsi, iş üzyə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması və cavabdehlərin həmin evdən və sahədən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan Xaçmaz rayonu, 000 kəndində yerləşən 0,36 ha torpaq sahəsi və həmin sahədə tikil miş yaşayış evi və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması, əsassız əldə etdiklərinin qaytarılması və zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra YYY iddia ərizəsinin həcmini azaltmış, valideynlərinin vəsiyyətnaməsinə əsasən ona miras qalmış, habelə Xaçmaz Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsi ilə mülkiyyət hüququ tanınmış Xaçmaz rayonu, 000 kəndində yerləşən 0,36 ha torpaq sahəsinin, həmin torpaq sahəsində tikilmiş evin və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, cavabdehlərin həmin evdən və sahədən çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X açmaz rayonu, 000 kəndində yerləşən 0,36 ha torpaq sahəsi, həmin sahədə tikilmiş yaşayış evi və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən vərəsəlik qaydasında qəbul edilmiş, həmin əmlaka mülkiyyət hüququ tanınmışdır. Bütün qardaş və bacılar bununla razılaşmışdır və kənd əhalisi bilir ki, qeyd olunan miras əmlak ona məxsusdur. Lakin cavabdehlər, yəni bacısı qızı Şahnisə Çobanova və onun qeyri-rəsmi yaşadığı Cavabdeh1 heç bir əsas olmadan onların evdə müvəqqəti olmamalarından istifadə edərək, torpaq sahələrini və evi zəbt etmişlər. Onlar sahədəki bağdan fındıq və başqa meyvələri yığmış, ağacları kəsmiş, evdə olan çoxlu avadanlıqları və atasından qalmış əmlakını satmışlar. Sonda öz hərəkətlərini gizlətmək məqsədilə 21 oktyabr 2015-ci il tarixdə evini də yandırmışlar. Ca vabdehlər onları evə və sahəyə buraxmırlar. Onlar Xaçmaz Rayon Məhkəməsinin adı çəkilən qətnaməsinin icrası ilə əlaqədar DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinin əməkdaşlarını da müvafiq ölçülərin aparılması üçün evə və həyətə buraxmamışlar. Bu məsələ ilə əlaqədar dəfələrlə 102 xidmətinə, polisə müraciət etsələr də, polis orqanları həmin şəxslər barəsində heç bir tədbir görməmişlər. Cavabdehlər mübahisəli evin və torpaq sahələrinin, habelə bağ-bostanın vəsiyyətnamə ilə ona mənsub olduğunu bilə-bilə evi heç bir qanuni əsas olmadan zəbt etmiş və 2015-2016-cı illər ərzində 0,36 ha torpaq sahəsində salınmış bağdan fındıqları yığaraq satmış, pulunu mənimsəmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən nar azı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Abdurahmanov Ağarəhim Abdulxalıq oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işə baxılarkən hazırda da qüvvədə olan məhkəmə aktlarının olmasına düzgün hüquqi qiymət verməmiş, iddiaçıya sübutları təqdim etmək üçün şərait yaratmamış, Xaçmaz Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(067)-827/2016 saylı miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması iddiasının təmin olunması barədə qətnaməsinə istinad etsə də, həmin sübuta düzgün hüquqi qiymət verməmiş, işdə olan 21 oktyabr 2015-ci il tarixdə evinin yandırılması və polis orqanına müraciət etmələri barədə olan məlumatları nəzərə almayaraq bunu mötəbər sübut hesab etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Abdurəhmanov Ağarəhim Abdulxalıq oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin e dilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Abdurəhmanov Ağarəhim Abdulxalıq oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “...İş materiallarında cavabdehlərin mübahisəli torpaq sahələrində və yaşayış evində yaşamaları barədə hər hansı sübut yoxdur. İddiaçının bu faktla bağlı hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməsi barədə iş materiallarında mötəbər sübut mövcud deyildir. Onun mübahisəli əmlaklara məhkəmə qaydasında mülkiyyət hüququnun tanınması isə, cavabdehlərin həmin əmlaklardan qanunsuz istifadə etmələrini təsdiq etmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia təmin oluna bilməz...”. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 verdiyi apelyasiya şikayətinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görün düyü kimi cavabdehlərin iddia tələbində göstərilən torpaq sahələrindən istifadə etmələri təsdiq olunur və bu ümumiyyətlə mübahisələndirilməmişdir. Apelyasiya şikayətində mübahisələndirilən hal iddiaçının iddia tələbində qeyd olunan daşınmaz əmlaklara dair mülkiyyət hüququnu qeyri-qanuni əsaslarla əldə etmişdir. Bununla əlaqədar apelyasiya instansiya məhkəməsinin 11.04.2017-ci il tarixli qərardadı ilə İddiaçı Xaçmaz rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə yekun qərar qəbul edilənə qədər Xaçmaz Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə icraat dayandırılmışdır. İcraatın dayandırıl masına səbəb olan qətnamənin qanuni qüvvəyə minməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(105)-17/2019 saylı qərardadı ilə hazırki iddia tələbi ilə bağlı iş üzrə icraat təzələnmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar apelyasiya instansiyası məhkəməsi verilmiş iddia tələbləri üzrə MPM-nin 82.3-cü maddəsinə zidd düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hə qiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-n in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli, 2(105)-17/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1650/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1650/2020
16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver