Məhkəmə qərarları › İş №2(102)-1652/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1652/2021

15.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1652/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gecikdirilmiş əmək haqqının və maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı, vəkili Vəkil Həsən oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının nümayəndəsi X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4959/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçının Cavabdeh MMC-yə qarşı “əmək münasibətlərinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq 2016-cı ilin aprel ayından 2017-ci ilin yanvar ayınadək olan dövr üzrə ödənilməyən 2465,12 manat məbl əğində əlavə əmək haqqının, habelə hüquqi yardıma görə ödənilmiş 400 manatın həmin şirkətdən tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2016-xx.xx.2016-cı il və xx.xx.2016xx.xx.2017-ci il tarixlərdə xəstəlik vərəqəsinə əsasən orta əmək haqqının yenidən hesablanaraq iddiaçıya təqdim edilməsinin adı çəkilən şirkətə həvalə edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun icrası qaydasında İddiaçı bankdakı hesabına xx.xx.2019-cu il tarixdə 2865,12 manat köçürülmüşdür.

2. Cavabdeh MMC-nin DSMF-nin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2019cu il tarixli məktub əsasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin “İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan xəstəlik vərəqəl ərinə əsasən yenidən hesablama aparılması” göstərişinə əsasən, xx.xx.2019-cu il tarixində əlavə olaraq 220,58 manat məbləğində vəsait müəssisə tərəfindən İddiaçı hesabına ödənilmiş, qeyd edilən xəstəlik dövrləri üçün DSMF tərəfindən yenidən hesablanmalı olan vəsaitin hesablanma və ödəniş qaydasının MMC-yə bildirilməsi xahiş olunmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhər İdarəsi Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Fond tərəfindən ödənilmiş 1447,27 manat müavinət və 163,00 manat gəlir vergisi Bakı şəhər İdarəsinin xəzinə hesabına geri qaytarılmalı, geri qaytarılmış məbləğ hesaba daxil olduğu halda "X1 Sistemi”ndə müvafiq düzəlişl ər edildikdən sonra "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən sığortaolunana aid olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə haqq-hesab cədvəllərində müvafiq düzəlişlər edilib müraciət olunduğu halda müavinətlə bağlı sənədlərə yenidən baxılmalıdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi və iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmaqla 30197,02 manatın, düzgün ödənilməyən xəstəlik vərəqəsi üzrə olan hesabatla müəyyənləşən məzuniyyət pulunun miqdarı hesablandıqdan sonra gecikdirilən günə bir faiz olmaqla əlavə əmək haqqının, habelə hüquqi yardıma görə ödənilmiş 500 manat pulun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hesab edirlər ki, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə uyğun olaraq hesablanan 2465,12 manatın ödənilməsinin gecikdirilməsinə görə 30197,02 manat, iki x əstəlik tarixi ilə yenidən hesablanaraq yaranan əlavə pulların gecikdirilməsinə görə 24683,45 manat, 2017-ci ildə yenidən hesablanmalardan əmələ gələn son haqq-hesabın gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1% hesablanan məbləğ, “xxxx” ASC-dən götürdüyü kreditin əlavəsi olaraq ödədiyi 2694,63 manat, hüquqi yardıma görə ödədiyi pul cavabdehdən xeyrinə tutulmalıdır.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)396/2020 saylı qətnaməsi (hakim M.A.Bağırova) ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh MMC-dən əlavə hesablanmış əmək haqqı məbləğinə əsasən 314,01 (üç yüz on dörd manat bir qəpik) manat son haqq hesab məbləğinin (istifadə olunmamış məzuniyyət pulunun) İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi və düzgün ödənilməyən xəstəlik vərəqəsi üzrə olan hesabatla hər gecikdirilən günə bir faiz məbləğində ödənc verilməsi hissəsində iddia tələbinin hüquqi əsası yoxdur və ona görə də, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əlavə hesablanmış əmək haqqı məbləğinə əsasən son haqq hesab (istifadə olunmamış məzuniyyət pulu) məbləğinin hesablanaraq verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-7/2018 saylı icra sənədində qeyd edilən əlavə hesablanmış əmək haqqı məbləğinə əsasən (cəmi 2465.12 AZN) İddiaçı yenidən hesablama nəticəsində əlavə ödəniləcək son haqq hes ab məbləği 314.01 AZN təşkil edəcəkdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4, 172.5, 300, 301.1, 301.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

9. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-396/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4959/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-396/2020 saylı qətnam əsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin “əmək haqqının və hüquqi yardıma görə xərcin ödənilməsi” hissəsi qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş, qətnamənin digər göstərişi üzrə isə xəstəlik vərəqələrinə görə yenidən hesablama aparılaraq müvafiq vəsait iddiaçının hesabına köçürülmüşdür. Buna görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının “əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və düzgün ödənilməyən xəstəlik vərəqəsi üzrə olan hesabatla hər gecikdirilən günə bir faiz məbləğində ödəncin ve rilməsi” iddiasının hüquqi əsasının olmadığı nəticəsinə gəlmişdir. Kollegiya həmçinin, iddiaçının “xxxx” ASC-dən kredit götürməsi ilə bağlı maddi ziyana məruz qalması ilə bağlı tələbi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, bununla əlaqədar əlavə araşdırma aparılmasına zərurət görməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5, 301.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

13. İddiaçı və vəkili Vəkil Həsən oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4959/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, qanunvericiiyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qətnamə qəbul edilmiş və nəticədə Azərbaycan Respublikası MPM-nin 418-ci maddəsi üzrə qətnamənin kassasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil Həsən oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4959/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Səbail Rayon İcra və Probasiya Şöbəsi və Cavabdeh MMC məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

19. Maddə 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəs i yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

20. Maddə 301.1 Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.1 Kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

28. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§25).

30. Kassasiya instansiyası məhkəməsi müstəsna ol araq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§26).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§25). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. İş üzrə İddiaçı və vəkili Vəkil Həsən oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin “əmək haqqının və hüquqi yardıma görə xərcin ödənilməsi” hissəsi qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş, qətnamənin digər göstərişi üzrə isə xəstəlik vərəqələrinə görə yenidən hesablama apar ılaraq müvafiq vəsait iddiaçının hesabına köçürülmüşdür. Bu səbəbdən apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının “əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və düzgün ödənilməyən xəstəlik vərəqəsi üzrə olan hesabatla hər gecikdirilən günə bir faiz məbləğində ödəncin verilməsi” iddiasının hüquqi əsası yoxdur.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. B una görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§22).

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§25).

38. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin fak tiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırki işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, məhkəmənin iddianın qismən təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür.

39. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§27).

41. Məhkəmə kollegiyası qeyd olunanla rı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4959/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar