Məhkəmə qərarları › İş №2(102)-1658/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1658/2019

11.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1658/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1658/2019 11 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, cavabdeh***vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)11549/2018 nömrəli qətnaməsindən cavabdeh***kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.06.2008-ci il təvəllüdlü X7 və 20.03.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması və 31.08.2004-cü il təvəllüdlü X5 münasibətdə aliment öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25.06.2008-ci il təvəllüdlü X7, 20.03.2010-cu il təvəllüdlü X8 və 31.08.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 154 manat, cəmi 462 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim F.V.Abdıyev) 14 fevral 2018-ci il tarixli, 2(005)-855/2018 say lı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: T.S.Səmədov, E.C.Kazımov və İ.K.Xəlilov) 10 may 2018-ci il tarixli, 2(103)-5574/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: E.R.Vəliyeva, T.A.Qoldman və Q.A.Əsgərov) 03 sentyabr 2018-ci il tarixli, 2(102)5970/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının (hakimlər: X.A.Mərdanova, İ.S.Şirinov və E.M.Həsənov) 30 oktyabr 2018-ci il tarixli, 2(103)-11549/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, İddiaçı Cavabdeh xeyrinə ödənilməli olan sabit pul məbləğində alimentin məbləği hər ay hər uşaq üçün 200 manat müəyyən edilmişdir. Cavabdeh və onun vəkili X10 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili X10 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxılan zaman iddiaçının üç övladı iki oğlu və bir qızı var idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 noyabr 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı üç uşağın saxlanılması üçün ona hər ay 360 manat aliment ödəyirdi. 2017-ci ilin yanvar ayında İddiaçı öz təşəbbüsü ilə alimentin miqdarının dəyişdirilməsini ona təklif etmişdir. O, bunu vəsaitinin yetərincə olduğu və uşaqların yaxşı təmin edilməsi zərurəti ilə izah etmişdir. 15 fevral 2017-ci il tarixdə 2 saylı Bakı "ASAN xidmət" mərkəzində Müqavilə (barışıq sazişi) bağlanmışdır. Həmin müqavilə həm onun, həm də İddiaçı tərəfindən imzalanmış və Bakı şəhəri 36 saylı notariat kont orunda təsdiq edilmişdir. 16 fevral 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsinə görə İddiaçı uşaqların saxlanılması üçün hər ay, 2017-ci ilin sonunadək, ona 900 manat məbləğində aliment ödəmişdir. O ki qaldı iddiaçının maddi durumuna - iki il ərzində o dəyişməmişdir. İddiaçı özəl klinikanın sahibidir. Eyni zamanda həkim-cərrah kimi digər səhiyyə müəsissələrində də fəaliyyət göstərir. O, 15 fevral 2017-ci il tarixdə müqavilə bağlanarkən sahib olduğu xeyli sayda daşınmaz əmlakın yenə də sahibidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X10 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qayt arılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi nin 14 fevral 2018-ci il tarixli qətnaməsini alimentin tutulması hissəsində dəyişdirərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.05.2017-ci il tarixli, 2(005)-3106/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 25.10.2007-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 827 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra 31.08.2004-cü il təvəllüdlü X3, 25.06.2008-ci il təvəllüdlü X7 və 20.03.2010-cu il təvəllüdlü X8 Cavabdeh yanında saxlanılması qət edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada tə sdiq edilmiş 15.02.2017-ci il tarixli müqavilənin (barışıq sazişinin) 2.1-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, onların uşaqları olan 31 avqust 2004-cü il təvəllüdlü X3, 25 iyun 2008-ci il təvəllüdlü X7 və 20 mart 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin məbləği hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 900 manat müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1899/2017 saylı, 16 fevral 2017-ci il tarixli icra vərəqəsinin surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1899/2017 saylı, 16 fevral 2017-ci il tarixli qərardadı ilə 31 avqust 2004-cü il təvəllüdlü X3, 25 iyun 2008-ci il təvəllüdlü X7 və 20 mart 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin məbləği hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 900 manat 17 iyul 2017-ci il tarixdən hesablanıb Cavabdeh ödənilməsi qərara alınmışdır. “xxxx” MMC-nin 12 dekabr 2017-ci il tarixli arayışa əsasən İddiaçı 01.03.2015-ci il tarixdən hal-hazıradək “xxxx” MMC-də direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 150 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Bakı Sağlamlıq Mərkəzinin 06 dekabr 2017-ci il tarixli arayışından görünür ki, İddiaçı 31.10.2014-cü il tarixdən hal-hazıradək Bakı Sağlamlıq Mərkəzinin Qəbul-diaqnostika şöbəsində həkim ümumi cərrah vəzifəsində işləyir və aylıq əmək haqqı 98 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşo v adına X11 21 dekabr 2017-ci il tarixli arayışına əsasən İddiaçı 1997-ci il tarixdən hal-hazıradək M.A.Topçubaşov adına X11 “xxxx” şöbəsində həkim cərrah vəzifəsində işləyir və aylıq əmək haqqı 264 manat təşkil edir. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırda X6 ilə nikahdadır və həmin nikahdan Rəsul adlı uşaqları doğulmuşdur. Həmçinin, Cavabdeh “R.İ.S.K Kompani” şirkətində mühasib işləyir və aylıq əmək haqqı 1179 manat təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunm uş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Apellyasi ya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qaza ncından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2.). 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkə mə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən maddi hüquq normasından göründüyü kimi, alimentin məbləğinin azaldırlması üçün tərəflərin maddi və ailə vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməlidir. Apellyasiya instansiyası məhkəməsi istinad edilən maddi hüquq normaları baxımından düzgün olaraq qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 15.02.2017-ci il tarixli müqavilənin (barışıq sazişinin) 2.1-ci bəndinə əsasən tərəflər razılaşmı şlar ki, onların uşaqları olan 31 avqust 2004-cü il təvəllüdlü X3, 25 iyun 2008-ci il təvəllüdlü X7 və 20 mart 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin məbləği hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 900 manat müəyyən edilmişdir. Hazırda iddiaçının ailə və maddi vəziyyətinin dəyişməsi nəticəsində iddiaçının maddi durumu ağırlaşdığından, eyni zamanda cavabdehin də əmək fəaliyyəti ilə məşğul olması və iddiaçıya nisbətən daha yüksək əmək haqqı alması səbəbindən onun maddi vəziyyəti yaxşılaşdığından məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarı azaldılmalıdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlər baxımından düzgün olaraq hesab etmişdir ki, iddiaçıdan tərəflər arasın da bağlanmış 15.02.2017-ci il tarixli müqavilə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1899/2017 saylı, 16 fevral 2017-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hər ay hər uşaq üçün müəyyən edilmiş alimentin məbləği 200 manata qədər azaldılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsaslandığı halları sübut etməlidir. İddiaçı tərəf üzərin ə düşən sübutetmə yükünün öhdəsindən gəlsə də, cavabdeh istinad etdiyi hallara, yəni iddiaçının maddi vəziyyətində hər hansı pisləşmənin olmamasına dair etirazının əsaslarının sübut edilməsi üzrə üzərinə düşən yükün öhdəsindən gələ bilməmişdir. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh***kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)-11549/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar