Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1664/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi MülkiKollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakim T.Kərimov, 2(001)- 1163/2016 saylı mülki iş) iddia təl əbi qismən təmin edilərək, cavabdehdən əmək haqqı borcuna görə 22282,18 manat, növbəti məzuniyyət haqqı borcuna görə 5068,92 manat, ümumilikdə isə 27351 manat məbləğində pulun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Qətnamə qanuni qüvvəsini aldıqdan sonra, 18.04.2016-cı ildə icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qərardadı ilə (hakim T.Kərimov, 2(001)-1163/2016 saylı mülki iş) işdə iştirak etməyə cəlb edilməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Binəqədi rayon Məhkəməsinin 2(001)-1163/2016 saylı 29 fevral 2016-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən hakimlər X.Cəmilova, A.Hüseynov və İ.Xəlilov, 2(103)- 6676/2018 saylı mülki iş) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işlə birlikdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli, 2(103)6676/2018 saylı qərardadının ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Rsepublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2017ci il tarixli qərardadı ilə (hakimlər Ə.Mirzəli yev, İ.Dəmirov və T.Qoldman, 2(102)-5530/2018 saylı mülki iş) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən apelyasiyanın mümkünlüyü məsələsinin müzakirəsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və F.Babayev, 2(103)11826/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1163/2016 saylı 21 fevral 2016-cı il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün he sab edilmişdir. İşin halları İddiaçı cavabdeh X1 Birliyinin 3 nömrəli Evtikmə Kombinatına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən alacağı əmək haqqı və növbəti məzuniyyət günlərinə görə düşən 27351,10 manat məbləğin və gecikdirilmiş əmək haqqı borcuna görə faizlərin hesablanaraq xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X1 Birliyinin 30.06.2003-cü ildə D-1279 nömrəsi ilə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, müəssisə dövlət müəssisəsi olub, müstə qil balansı olan tam təsərrüfat hesabı qaydasında işləyən hüquqi şəxsdir (3-cü bənd). Müəssisə qanunvericiliklə nəzərdə tutulan qaydada özəlləşdirilənədək onun idarəçiliyi birbaşa baş direktor tərəfindən həyata keçirilir. “İstehsalat birlikləri haqqında” Əsasnaməyə uyğun olaraq baş direktor eyni zamanda SEİB-in baza müəssisəsi olan 3 saylı Evtikmə kombinatının direktorudur. Baş direktorun müavinləri, baş mühasib, müəssisəyə tabe olan struktur vahidlərinin rəhbərləri, onların müavinləri, baş mühəndisləri və baş mühasibləri baş direktor tərəfindən təyin olunur və vəzifədən azad olunurlar (14-cü bənd). Müəssisənin baş direktoru müəssisənin idarə edilməsində, işçilərlə əmək münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını rəhbər tutur (16-cı bənd). İş materiallarından müəyyən olunmuqşdur ki, iddiaçı ilə cavabdeh təşkilatın rəhbəri arasında 05.01.2004-cü ildə bağlanmış əmək müqaviləsi əsasında İddiaçı həmin müəsisəsyə baş direktorun 1-ci müavini vəzifəsinə qəbul edilmiş, cavabdehin 29.11.2015ci il tarixli arayışına əsasən iddiaçının 01.12.2015-ci il tarixə 5068,92 manat məbləğində məzuniyyət haqqı və 22282,18 manat əmək haqqı olmaqla, ümumilikdə 27351,1 manat məbləğində alacağının olması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasındakı mübahisə əmək münasibətlərindən yaranmış, İddiaçı Komitə tərəfindən deyil, məhz müəssiənin baş direktoru ilə bağladığı əmək müqaviləsi əsasında qeyd olunan təşkilatda əmək fəaliyyətinə başlamışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respu blikası MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Sadalanan prosessual hüquq normalarından göründüyü kimi əgər birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxs deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, birinci instansiya məhkə məsi mülki prosessual qanunvericiliyə uyğun olaraq ilk növbədə qəbul edilmiş qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmadığını müəyyən etməli və bu barədə qərardad qəbul etməlidir. Bu məsələlər həll edilmədən hazırkı apellyasiya şikayətinin baxılmaq üçün göndərilməsi şikayəti vermiş şəxsin işdəki prosessual vəziyyətini qeyri-müəyyən etmiş, onun ümumiyyətlə, şikayət vermək hüququna malik şəxs olub-olmadığı məsələsi həll edilməmiş qalmışdır. Bu mənada, hazırkı işin halları baxımından iş üzrə tərəf olmayan şəxsin verdiyi apellyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, həmin şəxs qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış olsun. Göstərilənlərə əsasən apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1664/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1664/2019
13.03.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver