Məhkəmə qərarları › İş №2(102)-1664/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1664/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1664/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 ASC-yə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka və girov müqavilələrinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi”; Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh1 ASC-yə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka və girov müqavilələrinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi, İddiaçının vəkili X8, və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin vəkili Vəkil Ələddin qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6470/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin vəkili Vəkil Ələddin qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2017 nömrəli, 25.12.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 15.12.201 0-cu il tarixli 20AV/F20 saylı kredit müqaviləsi üzrə 100.862,99 manat əsas, 21.745,97 manat faiz borcu, 5000 manat cərimə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat və 1 manat bank xidmət haqqı, cəmi 127.639,96 manat alınaraq iddiaçı ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X oğluna məxsus olan, ipoteka ilə yüklü edilmiş şassi: KL5UK42HEAU003214, mühərrik: DE08TİS 9905668BQ, buraxılış ili: 2009-cu il və şassi KL5UK42HEAU003172, mühərrik: DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 2 ədəd DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi və həmin nəqliyyat vasitələri açıq hərracdan satılması, tələbin həmçinin X Xrayonu, Xprospekti, x saylı evin x saylı mənzilə yönəldilməsi və ilkin satış qiyməti 140.000 (bir yüz qırx min) manat olmaqla açıq hərracdan satılması, İpoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdeh X3 iddiaçı ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməsi qət edilmişdir. Qətnamə 13.05.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-yə edilmiş 23.09.2019-cu il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 127639,96 manat məbləğində qətnamə ilə tutulmuş kredit borcu tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 24.09.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2017 nömrəli, 25.12.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 ASC-nin 20 saylı filialı ilə X9 (borc alan) X10 (ipo teka qoyan) arasında bağlanmış 15.12.2010-cu il tarixli 20/F20-10 nömrəli İpoteka müqaviləsi üzrə 15.12.2010-cu il tarixli 20AV/F20-10 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka qoyan X6 məxsus bazar qiyməti 100 000 manat, likvid dəyəri 80000 manat olan X Xrayonu, Xprospekti Xmənzili ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndində tərəflər razılaşmışlar ki, “ipoteka qoyan” tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklər tamamilə ödənildiyi halda bu "Müqavilə”yə vaxtından əvvəl xitam verilir. “Ölüm haqqında şəhadətnamə”-nin (AZ-İ seriyalı 893974 nömrəli) surətindən görünür ki, X10 25.08.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli 2(011)-95/2017 nömrəli qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə üzrə məhkəmə iclasında müəyyən edilmişdir ki, X12, X13 və X21 25.08.2017-ci il tarixdə vəfat etmiş X6 aid mirası faktiki olaraq qəbul etmişdirlər və onun vərəsələridirlər. 2 İP/F20-10 saylı, 07.05.2010-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh1 ASCnin 20 saylı filialı ilə X9 arasında bağlanmış 02AV/F20-10 saylı, 07.05.2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyan X7 məxsus dəyəri 450.000 manat olan şassi: KL5UK42HEAU000214, mühərrik: DE08TİS 904132BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000157, mühərrik; DE08TİS 904813BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000172, mühərrik DE08TİS 904930BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000176, mühərrik DE08TİS 904925BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000179, mühərrik DEO8TİS 904931BQ, burax ılış ili 2009-cu il olan 6 ədəd DAEWOO BS090 markalı avtobuslar ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndində tərəflər razılaşmışlar ki, “girov qoyan” tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklər tamamilə ödənildiyi halda bu “Müqavilə”yə vaxtından əvvəl xitam verilir. 20 İP/F20-10 saylı, 15.12.2010-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh1 ASC-nin 20 saylı filialı ilə X9 arasında bağlanmış 20AV/F20-10 saylı, 15.12.2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyan X7 məxsus dəyəri 156000 manat olan Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 2 ədəd DAEWOO BS090 markalı avtobuslar ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndində tərəflər razılaşmışlar ki, “girov qoyan” tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklər tamamilə ödənildiyi halda bu “Müqavilə”yə vaxtından əvvəl xitam verilir. Qanun üzrə vərəsəlik hüququ haqqında 27.11.2018-ci il tarixli şəhadətnamələrə əsasən 25.10.2018-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdır və o mirasdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miraslar: - 07.05.2010-cu il tarixli AB357282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904931BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM282 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 07.05.2010-cu il tarixli AB357252 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904930BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM252 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 20.12.2010-cu il tarixli AB3925612 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905668BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD561 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 07.05.2010-cu il tarixli AB357366 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905132BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM366 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 07.05.2010-cu il tarixli AB357188 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904813BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM188 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 07.05.2010-cu il tarixli AB357363 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904925BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM363 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 07.05.2010-cu il tarixli AB357181nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905129BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM181 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; 20.12.2010-cu il tarixli AB392562 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905669BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD562 dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. Lakin 07.05.2010-cu il tarixli 02AVF20 nömrəli və 15.12.2010-cu il tarixli 20AV/F20 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliklərə xitam verildiyinə baxmayaraq, ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən girov və ipoteka müqavilələrinə xitam verilməsi və həmin əmlakların yüklülükdən azad edilməsi təmin edilməmiş, ləğv prosesində olan Cavabdeh1 ASC-nin 29.11.2019-cu il tarixli məktubunda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)95/2017 nömrəli, 25.12.2017-ci il tarixli qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığı qeyd edilmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 ASC-yə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı X3 Cavabdeh1 ASC ilə bağladığı 07.05.2010-cu il tarixli, 02AVF20 nömrəli və 15.12.2010-cu il tarixli 20AV/F20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edən 07.05.2010-cu il tarixli 02İP/F20-10 nömrəli Girov müqaviləsi, 15.12.2010-cu il tarixli 20/F20-10 nömrəli İpoteka müqaviləsi, 15.12.2010-cu il tarixli 20İP/F20-10 nömrəli Girov müqaviləsinə xitam verilməsi və Şassi KL5UK42HEAU000213, mühərrik DE08TİS 905129BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000214, mühərrik DE08TİS904132BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000157, mühərrik DE08TİS904813BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000172, mühərrik DE08TİS904930BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000176, mühərrik DE08TİS904925BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000179, mühərrik DE08TİS 904931BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 8 ədəd avtobusların və X Xrayonu, Xprospekt i, Xmənzilinin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh1 ASC-yə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı X3 Cavabdeh1 ASC ilə bağladığı 15.12.2010-cu il tarixli 20AV/F20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin edən 15.12.2010-cu il tarixli 20/F20-10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və X Xrayonu, Xprospekti, Xmənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 qeyd edilən iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Belə ki, 27.11.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 25.10.2018-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdır. X1 ipotekaqoyan X4 vərəsəsidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X9, X10 və Cavabdeh1 ASC arasında imzalanmış 20/F2010 nömrəli, 15.12.2010-cu il tarixli “İpoteka müqaviləsi”-nə xitam verilməsi, X9 ilə Cavabdeh1 ASC arasında imzalanmış 02 İP/F20-10 nömrəli, 07.05.2010-cu il tarixli “Girov müqaviləsi”-nə və 20 İP/F20-10 saylı, 15.12.2010-cu il tarixli “Girov müqaviləsi”-nə xitam verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsində aparılmış 07.05.2010-cu il tarixli AB3 57252 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904930BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM252 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 07.05.2010-cu il tarixli AB357282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904931BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM282 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 20.12.2010-cu il tarixli AB3925612 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905668BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD561 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 07.05.2010-cu il tarixli AB357366 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905132BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90H M366 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 07.05.2010-cu il tarixli AB357188 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904813BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM188 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 07.05.2010-cu il tarixli AB357363 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904925BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM363 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 07.05.2010-cu il tarixli AB357181 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905129BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM181 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 20.12.2010-cu il tarixli AB392562 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905669BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD562 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ipoteka qeydinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka qeydinin ləğv edilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləği tam ödənildiyinə görə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 24.09.2019-cu il tarixli Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2017 nömrəli, 25.12.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin 07.05.2010-cu il tarixli, 02AVF20 nömrəli və 15.12.2010-cu il tarixli 20AV/F20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verildiyinə baxmayaraq, ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən həmin öhdəliklərin təminatı olan ipoteka və girov müqavilələrinə xitam verilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli kredit müqavilələri üzrə öhdəliklərin icra edildiyi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən həmin kredit müqavilələri üzrə öhdəliklərə xitam verilmiş hesab edilməli və müqavilə üzrə borcun icrasını təmin edən ipoteka və girov müqavilələrinə xitam verilməlidir. Həmçinin, X9 ilə Cavabdeh1 ASC bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəliklərə xitam verildiyindən, həmin kredit müqaviləsinin təmin olunduğu ipoteka müqavilələrinə də xitam verildiyindən, həmin ipoteka predmeti olan nəqliyyat vasitələrinin ipotekası və mənzilin ipotekasının qeydi ləğv edilməlidir. Məhkəmə öz mövqeyini Azərbayca n Respublikası Mülki Məcəlləsinin 527.1, 294.1.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1, 11.1, 15.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(011)1248/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən LPO Cavabdeh1 ASC-yə olan borc məbləğinin qətnamə üzrə tam ödənildiyi qeyd olunsa da, LPO “Cavabdeh1“ ASC üzrə iddiaçının borc məbləği tam olaraq ödənilməmişdir və sistemdə hələ də iddiaçı tərəfindən ödənilməmiş borc məbləği mövcuddur. Məhkəmə qətnamə q əbul edərkən bu halların heç birini nəzərə almamış və araşdırmamışdır. Bununla da, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – X11 - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 03 sentyabr 2020-ci il tarixli 2(103)-6470/2020 nömrəli qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1248/2020 saylı, 19.02.2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, X9 ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit m üqavilələrindən irəli gələn öhdəliklərə xitam verildiyindən, həmin kredit müqaviləsinin təmin olunduğu ipoteka müqavilələrinə də xitam verildiyindən, həmin ipoteka predmeti olan nəqliyyat vasitələrinin ipotekası və mənzilin ipotekasının qeydi ləğv edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etməyərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə əsas borclunun ölməsi səbəbindən kredit öhdəliyi icra edilmədiyindən müqavilə münasibətləri pozulmuş, ona görə də hazırki iş üzrə cavabdehin iddia ərizəsi əsasında işə baxmış əvvəlki məhkəmə tərəfindən əsas borcdan əlavə hesablanmış faiz borcu və dəbbə pulunun ödənilməsi qət edilmiş, həmin qətnamə üzrə müəyyən edilmiş ümumi borc məbləği isə borclunun hüquqi varisi tərəfindən tam ödənilmiş dir. Bundan sonra, cavabdehin öz daxili sistemi ilə hazırkı iddiaçıların guya əlavə borcu olduğunu müəyyən etməsi və həmin borcun ödənilməməsi səbəbindən iddiaçıların tələbini icra etməməsi əsassız və qanunsuzdur. Cavabdeh iddiaçı tərəfindən borc məbləğinin tam olaraq ödənilmədiyini və sistemdə hələ də iddiaçı tərəfindən ödənilməmiş borc məbləğinin mövcud olduğunu qeyd etsə də, bunu sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə üzrə Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilmiş 23.09.2019-cu il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 127639.96 manat məbləğində kredit borcu tam ödənilmişdir. Lakin İddiaçı borc məbləği tam ödənilməmişdir və sistemdə hələ də qalıq borc məbləği mövcuddur. Məhkəmə qətnamə qəbul edərkən bunların heç birini nəzərə almamış, araşdırmamış bununla da, da maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil Ələddin qızı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6470/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili X14 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 294.1.1. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə, girova xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 1.0.1. İpoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 10.1“““İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 15.1.“İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti əsasında qətnamə qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən borc məbləğinin tam olaraq ödənilmədiyini və sistemdə hələ də iddiaçı tərəfindən ödənilməmiş borc məbləğinin mövcud olduğunu bildirsə də, bunu sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə qiymət verilmişdir. Buna görə də, kassasiya şikayəti bu hissədə təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, kredit müqaviləsinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi və girovla bağlı həmin əmlakların üzərindəki məhdudiyyətlərin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6470/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar