Məhkəmə qərarları › İş №2(102)-1673/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1673/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1673/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-**/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "ödənilmiş pulun indiki məzənnə (indeksasiya) ilə geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 10.000.000 manat pulun indiki məzənnə (indeksasiya) ilə cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-****/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçılar X6, Cavabdeh və X1 mülkiyyətində olan Zaqatala rayonu ********* yerləşən, AR ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, XXX seriyalı ******* nömrəli Dövl ət reyestrindən verilmiş çıxarışda göstərilən 0,88 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçılar X6, Cavabdeh və X2 təhvil verilməsi, cavabdeh İddiaçı maddi zərərin əvəzi olaraq 644,5 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçılar X6, Cavabdeh və X2 verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, cavabdeh İddiaçı 20 manat dövlət rüsumunun tutularaq iddiaçı X5 verilməsi, 10 manat dövlət rüsumunun iddiaçı X4 özünə aid edilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)*****/2019 nömrəli qətnaməsi ilə iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(033)-****/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İdd iaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 1998-ci il 5 aprel tarixində ona müraciət edərək aqrar islahat zamanı ailə təsərrüfatının mülkiyyətinə verilmiş 1,2 ha pay torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmək arzusunda olduğunu bildirmişdir. O, da fərdi təsərrüfatına yaxın olduğu üçün həmin torpaq sahəsini x xxxxx 1998-ci il tarixdə satdığı qiymətə, yəni 10.000.000 manata ondan almışdır. Həmin torpağın o zaman çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etmək mümkün olmamışdır. Buna görə də, gələcəkdə öhdəliyin icrasını təmin etmək məqsədilə iradə ifadələrini “müqaviləni” aralarında əqd formasında bağlamaqla xx.xx.1998-ci il tarixdə şahidlərin iştirakı ilə tərtib edilmiş akt ilə rəsmiləşdirmişlər. Qeyd edilən torpaq sahəsindən bu günə kimi 20 ildən artıq müddətdir ki, mübahisəsiz, vergi öhdəliklərini qarşılamaqla istifadə edir. Yəni torpaq sahəsini özbaşına zəbt etməmişdir. O, vicdanlı alıcı olmuşdur. Torpaq sahəsini kənar müdaxilələrdən qorumuş, mühafizə etmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(033)-****/2019 nömrəli qərardadı ilə (hakim Tural Həsənov) məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ****** nömrəli ekspert rəyinə əsasən Cavabdeh tələb edilən və ona 1998-ci ildə verildiyi bildirilən 10.000.000 AZM və yaxud 2.000.00 AZN pul məbləğinin xx xxxxx 1998-ci il tarixindən xx xxxxxxxx 2019-cu il tarixinədək (iddia ərizəsində göstəri lən tarixədək) 289,50% infilyasiya faiz dərəcəsi nəzərə alınmaqla qeyd edilən indeksasiya məbləği 5790 AZN məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-*****/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia tələbi təmin edilərək, Cavabdeh torpaq sahəsinin alqı-satqısı ilə bağlı xx xxxxx 1998-ci ildə İddiaçı tərəfindən verilmiş 10.000.000 manatın hazırki manata nisbəti olan 5790 manatın alınaraq İddiaçı verilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğu ndan iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla xx xxxxx 1998-ci il tarixində Cavabdeh iddiaçıdan on milyon manat pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092, 1093.1-ci, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclasında öz dəlillərini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İşə əlavə edilən tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair xx xxxxx 1998-ci il tarixli Akt kserosurətdən ibarət olsa da həmin aktın doğruluğu iddiaçı və aktı imzalamış şahidlərin işdə olan izahatları ilə təsdiq edilir. İddiaçının məhkəməyə təqdim etdiyi Əliabad Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixl i, 1608 saylı arayışından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona verilmiş 1,02 ha torpaq sahəsinin 2001-ci ildən 2014-cü ilə kimi olan vergi borcunu İddiaçı ödəmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi torpaq sahəsinin iddiaçıya satmaması dəlili ilə razılaşmır. Belə ki, Cavabdeh və şahid Şahid1 məhkəmə iclasında 1998-ci ildə İddiaçı Cavabdeh 102 şirvan pul verdiyini onun müqavilində isə onlara məxsus torpaq sahəsini ona müvəqqəti istifadəyə verdiklərini, 23 il sonra isə aldıqlarını bildirdiklərini, hal-hazıra kimi cavabdehin aldığı pulu qaytarmamasını nəzərə alaraq məhkəmə kollegiyası həmin torpaq sahəsinin həqiqətən də cavabdeh tərəfindən xx xxxxx 1998-ci il tarixdə iddiaçıya satıldığını və ondan 10000000 manat almalarına dair faktın doğruluğunu inandır ıcı sayır. Cavabdehin torpaq sahəsini 23 il müddətinə iddiaçıya əvəzsiz verilməsinə dair izahatı heç də inandırıcı görünmür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və şin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iş materialları dedikdə hansı materialı, işin içərisində olan hansı sənədi nəzərdə tutduğunu qətnamədə qeyd etməmişdir. Belə ki, iş materiallarının içində Cavabdeh həqiqətən də həmin torpaq sahəsini İddiaçı satdığına dair heç bir sənəd yoxdur. İşə əlavə edilmiş torpağın alqı-satqısına dair akt vardır. Həmin akt 1999-cu ilin 7 avqust tarixində bağlanmışdır və həmin aktda torpağı satan şəxs X8 olmuşdur. Torpağı alan şəxs X10 olmuşdur. Ancaq hazırki iş üzrə İddiaçıdur, hansı ki, torpağı X16 alıb, İddiaçı isə indi həmin torpağın pulunu tələb edir, satan isə X20. X20 da vəfat etmişdir. X16 da vəfat etmişdir. Ölən adamların vərəsələrinə dair hər hansı bir şəhadətnaməsi olmadan miras qalmış əmlakı qəbul edib-etmədiyini məhkəməyə sübut etmədən subyektiv hüquqların olub-olmadığı məhkəmə tərəfindən araşdırılmadan qanunsuz olaraq qətnamə çıxarılmışdır. Bundan başqa qeyd etmək istəyir ki, Cavabdeh hans ı ki, iş üzrə cavabdeh məhkəmə iclasında həmin torpaq sahəsini satdığını bildirməmişdir, belə bir ifadə verməmişdir. Bundan başqa X30 adından da belə bir ifadə qətnamədə yazılmışdır ki, guya X30 məhkəmə iclasında bildirmişdir ki, həqiqətən də onun atası torpaq sahəsini satmışdır. Xeyr, belə bir ifadə verilməmişdir, ifadələr təhrif edilmişdir. Ona görə də onlar bunu apelyasiya məhkəməsinə bildirirlər ki, onların ifadələri yenidən alınsın. Torpaq sahəsi X20 tərəfindən satılmışdır. Cavabdeh və X30 tərəfindən heç kimə heç bir torpaq sahəsi satılmamışdır. İşə əlavə edilmiş həmin alqı-satqı aktında sadəcə olaraq Cavabdeh şahid kimi aktın doğruluğunu imzalarımizla təsdiq edirik siyahısında şahid kimi imza atmışdır. Torpaq sahəsini satan şəxs isə torpağı satdım deyə X8 imza etmişdir. X3 hər hansı bir miras əmlakı qəbul etməyən Cavabdeh da atasının etdiyi hərəkətə görə cavab verməli deyildir. Bundan başqa məhkəmə qətnaməsində qeyd etmişdir ki, biz İddiaçı məhkəməyə verərək həmin torpaq sahəsindən çıxartmışıq. Bəli, bu düzdür. Biz İddiaçı məhkəməyə vermişik və bizə məxsus torpaq sahəsindən çıxartmışıq və bu iş materiallarından sübut olunur hansı ki, alqı-satqı aktında torpaq sahəsi X20a məxsus olan torpaq sahəsi 1,73 ha göstərilmişdir. Cavabdeh torpaq sahəsi isə başqa toıpaq sahəsidir, hansı ki, onun sahəsi 0,88 ha olmuşdur. Bunlar başqa-başqa torpaqlardır. Bizim torpağımızı qanunsuz olaraq zəbt etdiyinə görə İddiaçı biz məhkəməyə verərək həmin torpaq sahəsindən çıxartmışıq. Lakin məhkəmə isə başqa-başqa torpaq sahələrinə aid olan mübahisələri birləşdirərək düzgün olmayan nəticəyə gə lmişdir.Qətnamədən görünür ki, ekspertiza təyin olunub. Ekspertizadan rəy alınıb. Pulun indeksasiyası ilə bağlı həmin ekspertin rəyi bizə təqdim edilməmiş, onlar həmin rəylə tanış olmamış qətnamə çıxarılmışdır. Bundan başqa ekspertin rəyi ilə razı deil, ona görə ki, qətnamədə göstərilir ki, ekspertin rəyindən görünür ki, 10 000 000 AZN və yaxud 2000 AZN pul 1998-ci il tarixdən 2019-cu il tarixədək olan infılyasiya faizi nəzərə alınmaqla yazılmışdır. Buradan görünür ki, ekspertiza qarşısında sual düzgün qoyulmamış və pulun inflyasiyası düzgün çıxarılmamışdır. Belə ki, 10 000 000 manat birinci növbədə 2005-ci ildə Prezident tərəfindən verilmiş Fərman ilə denaminasiya nəzərə alınmaqla x xxxxxx 2006-cı il tarixə olan məbləğ çıxarılmalı idi ki, həmin məbləğ 1998-ci ilin 10 000 000 manatı x xx xxxx 2006-cı il tarixə neçə manat təşkil edirdi. x xxxxxx 2006- cı il tarixdən həmin fərmana əsasən yeni AZN-lə hesablanmalı idi ki, neçə manat təşkil edirdi. Ondan sonra onun həmin tarixdən 2006-ci ilin yanvar ayından bu günə olan infelyasiyanın faiz dərəcəsi nəzərə alınmaqla indeksasiya məbləği müəyyən olunmalı idi. Buradan görünür ki, məhkəmə ekspert qarşısında sualları düzgün qoymamış və ekspert də yalnız qoyulmuş suala cavab vermişdir. Ona görə də məhkəmənin gəldiyi bu nəticə ilə razı deyillər. Bundan başqa məhkəmə qətnamə çıxararkən iddianın tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı öz iddia ərizəsində yazır ki, hazırda həmin torpaq sahəsinin dəyəri 3000-3300 manatdır. Həmin məbləğdə pul ona qaytarılmalıdır. Buradan belə çıxır ki, iddiaçı 3000-3500 manat arasında pul tələb etdiyi halda məhkəmə qanunsuz olaraq cavabdehdən 6000 manata yaxın 5790 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmişdir. Buradan da görünür ki, məhkəmə MPM-nin tələblərini pozaraq iddianın həcmindən kənara çıxaraq iddianın həcmini artırmışdır. Bundan başqa məhkəmənin qətnamənin düzgün və qanunsuz çıxartdığı oradan məlum olur ki, İddiaçı iddia ərizəsinin qeyd hissəsində məhkəməyə belə bir məlumat vermişdir. Məlumat üçün bildirir ki, eyni qaydada qarşılıqlı iddia üzrə cavabdehlərin şahidliyi ilə yaxın qohumları olan X9 da 1,7 ha torpaq sahəsini mənə satmışdır (Akt və qəbzlər əlavə olunur). Buradan görünür ki, iddiaçı iddia tələbində bizdən tələb etdiyi məbləğ, pul bizim özümüzə məxsus torpaq sahəsinə aiddir. Bundan başqa da qeyd edir ki, deməli X20 hansı ki, artıq vəfat etmişdir. Burada artıq iddiaçı özü sübut edir ki. bizim torpaq sahəmiz tamam başqa torpaq sahəsidir, X20 torpaq sahəsi tamam başqa torpaq sahəsidir. Onu iddia ərizəsində öz qeydində artıq bildirmişdir ki, X8 da 1,73 ha torpaq sahəsini mənə satmışdır. Bununla da sübut olunur ki, bu torpaq sahələri ayrı-ayrı torpaq sahələridir. Atasının satdığı torpaq sahəsinə görə oğlu məhkəmə qarşısında cavab verməli deyil. O halda cavab verə bilər ki, atasından miras qalmış əmlakı qəbul etmiş olsun və qəbul etdiyi miras həcmində cavabdeh ola bilər. Cavabdeh isə atasından qalmış heç bir mirası qəbul etməmişdir və onun bu barədə heç bir sənədi yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə yazılı etiraz ünvanlayaraq, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qət namənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, Cavabdeh və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi ə sas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquq i əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, kasasiya şikayəti tamamilə apelyasiya şikayəti ilə eyni məzmundə tərtib edilmiş, hətta cavabdeh vermiş olduğu apelyasiya şikayətinin məzmununa düzəliş etmədən kasasiya şikayətində də qeyd etmişdir ki “apelyasiya məhkəməsinə bildirirlər ki, onların ifadələrini yenidən alsınlar”. Cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hansı maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verilməsini də göstərə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apely asiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar