Məhkəmə qərarları › İş №2(102)-1674/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1674/2021

26.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1674/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1 və vəkili xxx oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)1507/2020 nömrəli qətna məsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh1 bacı-qardaşdırlar. ünvan 16-da mülkiyyətdə olan 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 2 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 02 fevral 2017-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin öz ünə məxsus pay hissəsini Cavabdeh1 bağışlamışdır. İddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş bağışlamadan imtina haqqında 25 noyabr 2018-ci il tarixli bildirişdən görünür ki, İddiaçı həmin bildirişlə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini, bundan əlavə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini Cavabdeh1 bağışlaması ilə bağlı aralarında bağlanmış bağışlamadan imtina etdiyini və müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108, 8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin özünə məxsus pay hissəsini, bundan əlavə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması barədə 02 fevral 2017-ci il tarixdə Şəki şəhərində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. Onun əri 2003-cü ildə vəfat etmişdir. ünvan 16-da mülkiyyətlərində olan 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 56,6 kvadrat metr yaşayış, 52,2 kvadrat metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ümum i birgə mülkiyyət hüququ üzrə iddiaçının və cavabdehin adlarına qeydiyyata alınmışdır. Onun ailə qurub, yaşadığı ər evi təmirsiz vəziyyətdə olmuş və Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan evdə iddiaçının payının bağışlanması qarşılığında iddiaçıya 3000 manat pul təklif etmiş, eyni zamanda öz hesabına iddiaçının evinin üstünü dəyişdirəcəyini, otaqlarını təmir etdirəcəyini, ona mətbəx və hamam tikdirəcəyini, oğluna toy edəcəyini və toy zamanı lazım olan qızıl-zinət əşyalarını alacağını söz vermişdir. İddiaçı qardaşının həmin vədlərinə inanaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus pay hissəsini, bundan əlavə həmin ünvanında yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin özünə məxsus pay hissəsini cavabdehə bağışlamış, bununla bağlı aralarında 02 fevral 2017-ci il tarixdə Şəki şəhərində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağışlama müqaviləsi bağlanmışdır. Lakin, sonradan cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı 2019-cu ilin aprel ayında cavabdehdən üzərinə götürdüyü öhdəlikləri icra etməsini tələb etsə də, sonuncu üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, verdiyi 3000 manatın qaytarılacağı halda, aralarında bağlanmış bağışlama müqaviləsini ləğv etdirəciyini bildirmişdir. Lakin, sonradan cavabdeh pulu ondan qəbul etməmiş və notariat orqanına getməmişdir. Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,8 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 52,2 kvadrat metr olan 4 otaqlı fərdi yaşayış evinin İddiaçı məxsus pay hissəsinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsinin İddiaçı məxsus pay hissəsinin İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması ilə bağlı onlar arasında bağlanmış, Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-98 nömrə ilə qeydə alınmış 02 fevral 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisələndirilən müqavilə əsasında özünə məxsus iddia predmeti olan əmlakını bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməsi onlar arasında bağlanmış müqavilədə öz əksini tapmasa da, məhkəmə araşdırması zamanı İddiaçı, onun vəkili Vəkil, qismən Cavabdeh1 izahatları, Şahid ifadəsi ilə müəyyən edilmişdir ki, həmin bağışlama müqaviləsi üzrə Cavabdeh1 İddiaçı öz payını ona bağışlaması qarşılığında İddiaçı 3000 manat verəcəyini, öz hesabına İddiaçı evinin üstünü dəyişdirəcəyini, evinin otaqlarını təmir etdirəcəyini, İddiaçı mətbəx və hamam tikdirəcəyini, İddiaçı oğluna toy edəcəyini və toy zamanı lazım olan qızıl-zinət əşyalarını alacağını öz öhdəsinə götürmüş, lakin, üzərinə götürdüyü öhdəliyini üzrsüz səbəblərdən tam şəkildə icra etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış bağışlama müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri əsassız olaraq icra etməmişdir. Buna görə də İddiaçı bağışlamaqdan imtina etməkdə, 02 fevral 2017-ci il tarixdə Şəki şəhərində Şəki rayon 2 saylı dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-1507/2020 nömrəli qətnaməsi ilə (hakim M.M.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ş.Hüseynovdan və G.Q.Abbasovdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(075)-398/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq etibarlı bağışlama müqaviləsi bağlanılmış və həmin müqavilənin etibarlı olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 396, 666.1, 668.1, 670.1, 670.4, 673.1.3 və 673.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, daşınmaz əşyanın (əmlakın) bağışlanması barədə müqavilənin notariat qaydasında bağlanması tələb olunduğu kimi, həmin əşyanın (əmlakın) bağışlanması şərtlərin və öhdəliklərin yerinə yet irilməsindən asılı edildiyi halda bu şərtlər və öhdəliklər barədə razılaşma da eyni qaydada tərtib olunmalı, yəni notariat qaydasında təsdiqlənməlidir. Lakin, birinci instansiya məhkəməsinin özünün də təsdiq etdiyi kimi, iddiaçı müvafiq müqavilə əsasında özünə məxsus iddia predmeti olan əmlak payını bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməsi tərəflər arasında bağlanmış bağışlama müqaviləsində öz əksini tapmamışdır. Bu da onu ehtiva edir ki, sözügedən bağışlama müqaviləsi iddiaçı tərəfindən cavabdehin üzərinə hər hansı konkret və rəsmi şərt və ya öhdəlik qoyulmadan, eyni zamanda cavabdeh tərəfindən də mübahisəli əmlakın ona bağışlanması müqabilində iddiaçı qarşısında öz üzərinə hər hansı konkret və rəsmi şərt və ya öhdəlik götürülmədən bağlanmışdır. Buna baxmayaraq, ca vabdeh bağışlama müqaviləsi bağlanandan sonra iddiaçıya ehtiyacı olduğu 3000 manat pul vermiş (qaytarılmamaq şərtilə), iddiaçının yaşadığı evin həyətində onun üçün öz hesabına mətbəx və hamam tikdirmişdir. Bunu iddiaçı özü də təsdiqləyir. Lakin iddiaçı qeyd edilənlərlə kifayətlənməyib, cavabdehdən öz hesabına onun üçün həyətində əlavə bir otaq da tikdirməyi və evinin dam örtüyünü dəyişdirməyi tələb etmiş, cavabdeh isə həmin işləri yerinə yetirməyə maddi imkanının olmadığını bildirmişdir. Cavabdeh apellyasiya baxışı iclasında verdiyi izahata görə o, əri vəfat etmiş bacısına imkanı daxilində maddi yardım göstərməyi və onun yaşayış şəraitini yaxşılaşdırmağı bir qardaş kimi özünə borc bilmiş, bunları yalnız bacısının ona bağışladığı əmlaka görə etməmişdir. Həmçinin Mülki Məcəllənin 670.4-cü ma ddəsinin dispozisiyası baxımından cavabdeh bağışlama müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçının hansısa tələblərini yerinə yetirməyə vəd vermişsə də, bu tələblərin yerinə yetirilməsinə çəkiləcək xərclərin bağışlanmış əmlakın dəyərini üstələməsi və həmin xərcləri çəkmək imkanına malik olmaması səbəbindən verdiyi vədi (və ya onun bir hissəsini) yerinə yetirməkdən imtina etməkdə haqlı olmuşdur. İddiaçı qardaşı olan cavabdehin maddi imkanını və çəkə biləcəyi xərclərin həcmini, bu kontekstdə onun gözləntilərini doğrulda bilib-bilməyəcəyini özü üçün qabaqcadan müəyyən edə və gəldiyi nəticədən çıxış edərək bağışlama müqaviləsi bağlayıb-bağlamamaq barədə daha düzgün qərar qəbul edə bilərdi. Şərh olunanlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehi n iddiaçı ilə aralarında bağlanmış bağışlama müqaviləsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri əsassız olaraq icra etməməsi, bu səbəbdən iddiaçının bağışlamadan imtina etməkdə haqlı olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Digər tərəfdən isə, iddiaçı cavabdehlə bağışlama müqaviləsi bağladıqdan təxminən 3 il sonra bağışlamaqdan imtina edərək, həmin müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Halbuki, Mülki Məcəllənin 673.3-cü maddəsinə görə, bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində... qüvvədədir. İddiaçı izahatlarında vurğulamışdır ki, cavabdeh bağışlama müqaviləsi üzrə öhdəliklərini icra etmək niyyətində olmamasını 2019-cu ilin aprelində başa düşmüş və həmin vaxtdan bağışlamaqdan imtina etmək qərarına gəlmişdir. Bağışl amaqdan imtina haqqında 25 noyabr 2019-cu il tarixli bildiriş isə cavabdehə poçt vasitəsilə 03 dekabr 2019-cu il tarixdə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin bağışlama müqaviləsi ilə bağlı üzərinə götürməsi iddia edilən öhdəlikləri icra etmək niyyətində olmamasını iddiaçının bağışlama müqaviləsinin bağlandığı vaxtdan 2 ildən artıq müddət keçəndən sonra başa düşməsi inandırıcı görünmür. Ona görə də məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı Mülki Məcəllənin 673.3-cü maddəsində hədiyyə verənin bağışlamaqdan imtina etməsi üçün müəyyən olunmuş 1 illik müddəti ötürəndən sonra bağışlama müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçı tərəfindən onun mülkiyyət payı ola n əmlak barəsində bağlanmış bağışlama müqaviləsinin ləğvinin mübahisələndirilməsini və bununla bağlı irəli sürdüyü tələb əsaslı olsa belə, həmin tələbin təmin olunmasını istisna edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-1507/2020 nömrəli qətnaməsinin ləğv edərək, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozul muş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh X1 vəkili xxxoğlu kassasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, bağışlama müqaviləsi şərtləndirilməmiş, notarius tərəfindən müqavilənin doğura biləcəyi nəticələr tərəflərə izah edilmişdir Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr az adlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayıl ır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumların ın biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1- ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tə rəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna b ilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir:

1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,

2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya

3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunma ması. İddiaçı məhz üçüncü əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh bağışlanmış əmlakın müqabilində iddiaçıya pul verəcəyini, yaşadığı evi əsaslı təmir etdirəcəyini, uşağına ediləcək toyun xərclərini ödəyəcəyini vəd etmiş, lakin vədlərini tam yerinə yetirməmişdir. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə şərtlə bağlanılmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya 3000 manat pul verməsi və iddiaçının yaşadığı evin həyətində mətbəx və hamam otağı tikməsi müəyyən edilsə də, cavabdeh apellyasiya instansiyası məhkəməsində verdiyi izahatda bunu bağışlanmış əmlakın müqabilind ə deyil, bir qardaş kimi bacısına yardım olaraq etdiyini göstərmişdir. Müqavilədə bağışlamanın şərtlə bağlanılması qeyd olunmadığı halda, bunun əksinin iddiaçının izahatı və şahid ifadələri ilə müəyyən edilməsi Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə ziddir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qənaəti maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin şərtlə bağlanması müəyyən edilmədiyindən iddiaçının onun ləğvi üçün əsasların 2019-cu ilin aprel ayında yaranmasına dair kassasiya şikayətinin dəlili ilə da razılaşmır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 673.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı bağışlamadan imtina üçün müəyyən olunmuş 1 illik kəsici müddəti ötürmüşdür. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-1507/2020 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar