Məhkəmə qərarları › İş №2(102)-1677/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1677/2024

16.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1677/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(104)-2097/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra – cavabdeh) İddiaçı (bundan sonra – iddiaçı) 6 ay müddətinə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində borc götürməsi və borcu qaytarmayacağı təqdirdə ona məxsus olan mərasim xidmət sexini İddiaçı adına qeydiyyatdan keçirmək öhdəliyini öz üzərinə götürməsi barədə 28 oktyabr 2021-ci il tarixli qəbz imzalamışdır.

2. Cavabdeh iddiaçıya 8.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etməsi və ona 2 ay müddətinə borcu tam ödəmək üçün möhlət verilməsini xahiş etməsi barədə qəbz imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, ödənilməmiş əsas borcun əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı 28 oktyabr 2021-ci il tarixdə cavabdehə 6 ay müddətində qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq vermişdir. Bununla bağlı cavabdeh öz xətti ilə qəbz yazaraq onu imzalamışdır. Həmin qəbzdə cavabdeh göstərmişdir ki, borcu ödəmədiyi təqdirdə ona məxsus olan mərasim xidmət sexini iddiaçının adına qeydiyyata keçirəcəkdir. Cavabdeh hazırkı tarixədək borcunu ödəməmiş və öz öhdəliklərini icra etməmişdir. 21 sentyabr 2022-ci il tarixdə cavabdeh yazılı qəbz təqdim edərək iddiaçıd an ona 2 ay müddətinə möhlət verməsini xahiş etmişdir. Lakin həmin müddət artıq sona çatmışdır, cavabdeh isə 10.000 ABŞ dolları məbləğində borcunu iddiaçıya ödəməmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin məktubuna əsasən müəyyən olunmuşdur ki, Göygöl rayon notariat kontorunun 5 may 2014-cü il tarixli 4Ə/1-69 saylı alqı-satqı müqaviləsinə əsasən X1 ona məxsus ünvan 1 ünvanda yerləşən əmlak kompleksini Cavabdeh satmışdır. Cavabdeh bu əmlaka (istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən tikili “A-“ da 34.0 kv.m ümumi sahəli inzibati bina, tikili “B”-də 24.0 kv.m. ümumi sahəli istehsal binası, tikili “D”-də 39. 0 kv.m ümumi sahəli qaynaq otağı (yardımçı təsərrüfatı), tikili “E”-də 18.0 kv.m sahəli anbar, tikili “F”də 8.0 kv.m sahəli anbar, tikili G-da 6.0 kv.m sahəli anbar, tikili “H”-da 22.0 kv.m anbar, “J”-də 16.0 kv.m sahəli anbar, tikili “Ç”-də 13.0 kv.m mişar otağı (istehsal)) xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 5 dekabr 2022-ci il tarixli 2(125)-2170/2022 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehdən 8.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 112,8 manat pu lun iddiaçının xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, yalnız 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıdan borc alınmasına dair cavabdeh tərəfindən 28 oktyabr 2021-ci il tarixdə iddiaçıya qəbz təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi əsasında alınanlar iddiaçıya qaytarmalıdır. Lakin iddiaçının məhkəməy ə sübut qismində təqdim etdiyi cavabdeh tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli qəbzlə cavabdehin iddiaçıdan aldığı 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin 2.000 ABŞ dolları məbləğində hissəsini qaytardığı müəyyən edilir.

8. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 329.1, 337.5, 385.1, 739.1 və 740.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 1988-ci ildən qəbir daşlarına şəkil çəkməklə məşğul olur. Onun iddiaçı ilə tanışlığı işinin icrası ilə bağlı olmuşdur. Belə ki, iddiaçı qəbir daşlarının düzəldilməsi və satışı ilə məşğul olur. Onunla 2010-cu il tarixdən iş birliyinə başlamış və ondan yararsız daşlar almaqla rəssam olduğu üçün onlardan yaxşı gəlir götürmüşdür. Sonradan iddiaçı həmin daşları ona pulla satmağa başlamış və qiymətini süni şəkildə artırmışdır. Bu isə onun sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərirdi. 2021-ci ilin payız ayında ona bildirdi ki, daşı Ukraynadan aldığından və ödənişi də dollarla etdiyindən daşların qiymətini qaldıracaqdır. Buna görə də bir şərtlə daşın qiymətini qaldırmayacaq ki, əvvəlcədən qəbzə imza edərək ondan 10.000 ABŞ dolları borc aldığını qeyd etsin. Onunla razılaşmışdır, çünki işin gedişatına və sifarişə uyğun daş alırdı. Elə ay olurdu ki, 10-14 ədəd, elə ayda olurdu ki, ümumiyyətlə ondan daş almırdı. Qəbz ona təqdim olunduqdan sonra 2000 ABŞ dolları həcmində daş almış və onu da xx.xx.2022-ci il tarixdə qaytarmışdır. Hazırda onun iddiaçıya hər hansı borcu yoxdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında yaranan öhdəlik münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh sahibkardır. Bu isə mübahisənin mülki deyil, kommersiya mübahisəsi olmasını ehtiva edir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2097/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və İ.T.Həsənov) cava bdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası gəldiyini nəticəni belə əsaslandırmışdır ki, cavabdeh şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə əməl etməmiş, aldığı borcu qəbzdə müəyyən olunmuş müddətdə və məbləğdə ödəməmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur.

13. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan 10.000 ABŞ dolları məbləğində puldan 2.000 ABŞ dolları qaytarıldığından, həmin borc məbləğindən qalan hissənin, yəni 8.000 ABŞ dolları hissəsinin iddiaçıya qaytarılması barədə sübut etmək yükü cavabdehin üzərinə düşür. Odur ki, cavabdehin hazırda iddiaçıya heç bir borcunun olmaması barədə dəlilləri əsassızdır.

14. Kollegiya qeyd etmişdir ki, cavabdeh qalan borcu tam qaytarması barədə dəlil irəli sürsə də, bu nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu (nə vaxt nə qədər ödənişlər etdiyi barədə sübutları) məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi borcu qaytarması barədə dəlili əsassızdır. Çünki bu yanaşma cavabdehin subyektiv mülahizəsinə söykənir və bununla bağlı cavabdeh kollegiyaya heç bir sübut təqdim edə bilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 385.1, 433.3, 739.1, 740.1 və 740.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmış ki, apellyasiya instansiyası məhkəməsi həmin pul vəsaitinə münasibətdə tərəflərin həqiqi hüquqi münasibətlərini, müvafiq olaraq cavabdehin həmin vəsaiti qaytarmadığı halda bunun səbəblərini araşdırmamış və bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir. Beləliklə, iddianın qismən təmin edilməsini qanuni hesab edən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərini tam müəyyən etmədən, Mülki Məcəllənin 739-cu maddəsinə istinad etmişdir ki, bununla tətbiq etməli olmadığı maddi hüquq normasını tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəmə si cavabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 386.1-ci maddəsi ilə nəzərdə tutulan başqa əsaslarla, o cümlədən əsassız varlamaya görə öhdəliyinin yaranmasını araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

18. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə əməl etməmiş, aldığı borcu qəbzdə müəyyən olunmuş müddətdə və məbləğdə ödəməmişdir. Bununla da, iddiaçının hüquqlarını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin əmələ gəlməsinin ümumi əsasları nı müəyyən edən 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilm əmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu di gər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

25. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütöv lükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş,MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya“ şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(104)-2097/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar