Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1680/2024 04.06.2024 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1991/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 29 iyul 2016-cı il tarixdə Cav abdeh rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Hal-hazırda faktiki olaraq ayrılmışlar.
2. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixində Qusar 1 saylı mediasiya təşkilatında barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən tərəflər xx.xx.2018-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 İddiaçı ilə hər həftənin şənbə günü saat 11:00-dən, bazar günü saat 19:00 qədər (gecə qalmaq şərti ilə) görüş günlərinin təyin edilməsi barədə razılığa gəlmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh (bundan sonra cavabdeh) arasın da Qusar rayonu, 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh saziş bağlandıqdan sonra uşaqları Rusiya Federasiyasına aparmışdır, bunun nəticəsində o, azyaşlı uşaqları ilə görüşməkdən məhrum olmuşdur. Cavabdehin belə rəftarı uşaqlarının onunla gələcəkdə də ünsiyyətdə olmamaları üçün hər cür səy göstərəcəyinə əminlik yaradır.
5. Quba Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(027)-1193/2023 saylı qətnaməsi ilə (hakim R.Həsənov) iddianın təmin edilərək, tərəflər arasında Qusar rayonu, 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh saziş bağlandıqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları - xx.xx.2018-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 Rusiya Federasiyasına aparmışdır. Bunun nəticəsində iddiaçı azyaşlı uşaqları ilə görüşməkdən məhrum olmuşdur. Sazişin bu şərtinin pozulması, həmin razılaşmanın əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bu nəinki iddiaçının, həmçinin uşaqlarının mənafeyinə ziddir, həmin şərtə əməl edilmədiyi halda bu razılaşma əhəmiyyətsiz hesab olunur. Cavabdeh saziş əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, sazişin icrasından imtina etmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbləri cavabdeh tərəfindən pozulduğundan mə hkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1,421.2, 423.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayət verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh işin faktiki hallarına istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşaqlar hazırda ataları və nənəsi ilə birlikdə iddiaçının və cavabdehin notariat qaydasında birlikdə verilmiş razılıq ərizəsinə əsasən müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Rusiya Federasiyasına getmişlər və onda olan məlumata görə bu yaxın günlərdə Azərbaycana qayıtmalıdırlar. Birinci instansiya məhkəməsi isə bu faktı nəzərə almadan cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinin pozulması qənaətinə gəlmiş və iş üzrə əsassız qətnamə qət etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, tərəflər arasında bağlanmış rəsmi nikah qeydi hələ ki, mövcuddur və məhkəmə qaydasında pozulmamışdır. Mülki Məcəllənin 421 - 423-cü maddələrinin tələbləri pozulmuşdur. Müqavilənin dəyişdirilməsi və yaxud ləğv edilməsi tərəflərin razılaşması ilə mümkündür. İddiaçı isə bu barədə cavabdehə nə şifahi, nə də yazılı formada müraciət etməmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(105)-1991/2023 saylı qətnaməsi ilə (hakimlər - S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmud ov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Quba Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, iddiaçı barışıq sazişinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 421.1, 421.2, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın d əlilləri a)Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsassızdır. Belə ki, əgər məhkəmə uşaqların Rusiya Federasiyasına getmələrini əsas götürürsə, bu iddiaçının razılığı əsasında olmuşdur, digər tərəfdən əgər sazişə uşaqlarla ünsiyyətlə bağlı əməl olunmursa, bunu iddiaçı həmin sazişin məhkəmə aktı qaydasında təsdiqi və icraya yönəldilməsi ilə də nail ola bilərdi, lakin məhkəmə yetərincə əsaslar olmadığı halda tərəflərin hər hansı bir təzyiq və təsir olmadan öz istəklərinə uyğun bağladıqları sazişi l əğv etmişdir. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, məhkəmə iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmış, işin bütün hallarını tam, düzgün araşdırmamış hətta iddiaçının müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdən qabaq pretenziya qaydasına əməl etməməsinə də əhəmiyyət verməyərək hazırki iddia tələbini icraata götürmüşdür. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Qusar mediasiya təşkilatında bağlanmış sazişin ləğv edilməsi üçün iddiaçı cavabdehə təklif ünvanlamış, təklifinə cavab verilmədikdən sonra hazırki iddia t ələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsinin ziddiyyətli izahatlarından, iş materiallarında olan sübutlardan da məlum olur ki, mübahisələndirilən sazişə cavabdeh tərəfindən heç vaxt əməl olunmamış və əməl olunmayacağı da bəllidir. Ona görə də cavabdehlə heç bir saziş anlaşması mümkün deyildir. İşə baxan məhkəmələr tərəfindən verilən qərarlar qanuni və əsaslıdır, həmin qərarlar qəbul edilərkən heç bir maddi və prosessual hüquq normaları pozulmamış, onların tətbiqində səhvə yol verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 421.1. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. T ərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
16. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
17. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinas ını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apell yasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
31. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə 29 iyul 2016-cı il tarixdə tərəflər rəsmi nikah əsasında ailə qurmuşlar və onların birgə nikahınd an xx.xx.2018-ci il tarixdə X3 və xx.xx.2020-ci il tarixdə X4 adlı övladları doğulmuşdur və hazırda tərəflər faktiki olaraq ayrılmışlar. xx.xx.2023-cü il tarixdə tərəflər arasında Qusar 1 saylı mediasiya təşkilatında barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş uşaqların anaları İddiaçı ilə hər həftənin şənbə günü saat 11:00-dən, bazar günü saat 19:00 qədər (gecə qalmaq şərti ilə) görüş günlərinin təyin edilməsi barədə razılığa gəlmişlər.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən barışıq sazişi bağlandıqdan sonra cavabdeh iddiaçı ilə birgə nikahından doğulmuş uşaqları Rusiya Federasiyasına aparmış və bunun nəticəsində iddiaçı azyaşlı uşaqları ilə görüşməkdən məhrum olmuşdur. Barışıq sazişinin bu şərtinin pozulması, həmin razılaşmanın əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bu nəinki iddiaçının, həmdə uşaqların mənafeyinə ziddir, həmin şərtə əməl olunmaması bu razılaşmanı əhəmiyyətsiz edir.
33. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh barışıq sazişi əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, sazişin icrasından birtərəfli qaydada imtina etmişdir və bununla da Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddia çı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub. Bu səbəbdən də iddiaçı, barışıq sazişinin ləğv edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
35. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(105)-1991/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.