Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-169/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 oğlunun, Cavabdeh vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4475/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 30 sentyabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar, həmin nikah Nəsimi Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. İddiaçı nikahdan əvvəl mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili X3 21.07.2017-ci ildə 400.000 manat məbləğinə satmışdır. Həmin məbləğdən 3.930,30 manat vergi məbləğini çıxmaqla 396.069,70 manat məbləğində pul bankda olan ******************** №-li depozit hesabına keçirilmişdir. İddiaçı 24.07.2017-ci il tarixində "xxxx" ASC-nin 1 saylı şöbəsində müvafiq hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 manat məbləğində vəsait mədaxil etmişdir. Qeyd olunan vəsait 03.08.2017-ci il tarixdə İddiaçı tərəfindən verilən sərəncama əsasən hesabdan məxaric olunmuşdur. X4 ilə Cavabdeh arasında 5 saylı Notariat Kontorunda aparılmış alğı-satqı üzr ə Cavabdeh tərəfindən 396000 manat məbləğində pul notariusun depozit hesabına 03.08.2017-ci ildə köçürülmüş, alğı-satqı müqaviləsi 04.08.2017-ci il tarixdə bağlanmışdır.
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat kontorunda təsdiqlənən alğısatqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 2, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(006)- 1100/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4301/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia yenə də rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “hazırkı işdə həmin pul vəsaitinin iddiaçıya qaytarılması məsələsi həll oluna bilməz”. 4. 23.10.2020-ci il tarixdə İddiaçı pul tələbinə dair aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 396.000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, edilməsi üçün sərf etmişdir. Mənzil iddiaçının adına rəsmiləşdirilməli idi, lakin mənzili satan şəxs təcili olaraq əməliyyat üçün Almaniyaya getdiyinə görə və iddiaçının işdən ayrılmağı mümkün olmadığından, həyat yoldaşı - cavabdeh bildirmişdir ki, “nə fərqi var qoy onun adına rəsmiləşdirilsin”. Bu səbəblərə görə mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin sonradan iddiaçının adına rəsmiləşdirilməsinə razı olmamışdır. Halbuki, mənzili iddiaçı nikahdan əvvəl ona məxsus olan mənzilin satışından əldə edilən pul vəsaiti hesabına əldə etmişdir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı “X9”-dakı hesabına 24.07.2017-ci il tarixdə 396.069,70 manat daxil olmu şdur. 03.08.2017-ci il tarixdə 396.069,70 manat vəsait çıxarılmışdır. “AzərTürk Bank ASC-nin 09 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 24.07.2017-ci il tarixində “X9 ASC-nin 1 saylı şöbəsində AZ 10AZRT******************** nömrəli cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 AZN məbləğində vəsait mədaxil etmişdir. Yəni göstərilən əməliyyatdan əvvəl iddiaçının depozit hesabı olmamışdır. Depozit hesabı məhz yuxarıda göstərilən xüsusi mülkiyyətin satışından əldə edilən pul vəsaitinin mədaxil edilməsi üçün açılmışdır. 5 saylı “ASAN XİDMƏT” mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X2 “X9” ASC 1 saylı şöbəsinə ünvanladığı 19.07.2017-ci il tarixli məktubuna əsasən Rusiya Federasiyası Samara vilayəti Kirov rayonu AlmaAtinskaya küçəsi ev 102 mənzil 35-də qeydi yyatda olan X5 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 400 000.00 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, 6 MKR, İ.Dağıstanlı küçəsi, ev 57 mənzil 43-də qeydiyyatda olan İddiaçı 3.930.30 (üç min doqquz yüz otuz manat otuz qəpik) vergi məbləğini çıxmaqla 396 069.70 (üç yüz doxsan altı min altmış doqquz manat yetmiş qəpik) manat verilməsi üçün “X9 ASC-də olan ******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Məhz bu səbəblərə görə iddiaçı Nəsimi Rayon Məhkəməsində cavabdehə qarşı əmlakın xüsusi mülkiyyət hesab edilməsi barədə iddia qaldırsa da, Nəsimi Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli q ətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razı olmadığı üçün qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənən alqı-satqı müqaviləsinin “alıcı”hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ün van 2, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə iddia rədd edilmişdir. Yuxarıda göstərilən Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə məhkəmə kollegiyası hesab etmişdir ki, işin mübahisəsiz halları və yuxarıda sadalanan yazılı sübutlarla iddiaçının istinad etdiyi hallar, yəni mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 4 ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunsa da, hazırki iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Bakı Apelyasiya Məhkəməsinin 02 okt yabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4301/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən 16.06.2020-ci il tarixli qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, nikah müddətində iddiaçı şəxsi pul vəsaitinin hesabına ünvan 5 ünvanında yerləşən 35 saylı mənzili cavabdeh öz adına rəsmiləşdirərək mülkiyyət əldə etmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflərin birgə nikah müddətində alınan mübahisəli mənzilin dəyərinin əksər hissəsi cavabdehin atasının pul vəsaiti hesabına ödənilmişdir. İddiaçı iddia ərizəsində evin alınması iddiaçıya məxsus başqa mənzilin satışından əldə olunan vəsait hesabına alındığı bildirsə də, pul vəsaitinin hansı qaydada əldə olunması və nəyin hesabına evin alınması öz təsdiqini tapmır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 27 yanvar 2021-ci il tarixli, 2(006)-957/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur.
9. Məhkəmə Mülki Məcəllənin 1091-ci və 1092-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, işin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında mənzil ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan pul tələbinə artıq hüquqi qiymət verilmişdir. Belə ki, qanuni qüvvəsini almış qətnamədə ünvan 6 ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) 30 iyun 2021-ci il tarixli, 2(103)-4475/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(006)- 957/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçının satmış olduğu mənzil onların birgə nikah dövründə 11.02.2016-cı əldə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ******* saylı Çıxarış 11.02.2016-cı ildə təqdim edilmişdir. İş üzrə tərəfləri toyu isə 30.09.2015-ci il tarixdə olub. İş materiallarına əlavə olunmuş 30 sentyabr 2015-ci il tarixdə nikaha daxil olma barədə nikahı n bağlanması haqqında akt qeydləri kitabında 517 nömrə ilə qeyd edilmişdir Göstərilənlərdən müəyyən olunur ki, sadalanan daşınmaz əmlak cavabdehlə birgə nikah dövründə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının istinad etdiyi MM-in 1091-ci maddəsinin tətbiqi yanlışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən təqdim edilmiş ******* saylı, 11.02.2016-cı il tarixli çıxarışdan göründüyü kimi, əldə etdiyi mənzil, iddiaçının birgə nikah dövründə əldə etdiyi mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına əldə olunmuşdur. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4 maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayəti üzrə çıxarılmış 30.06.2021-cu tarixli qətnamə 16.07 2021- cu il tarixdə rəsmi olaraq cavabdehə təqdim olunmuşdur 2(103)-4475\2021-saylı iş üzrə qətnamədə məhkəmə baxışındakı çıxışı zamanı fikirlərinin qətnamədə yanlış olaraq qeyd olunması ilə əlaqədar məhkəmə iclas protokolu ilə tanış olmaq üçün etibarnamə üzrə nümayəndəsi Vəkil3 26.08,2021-cu ildə etdiyi müraciət 26.08.2021-ci il tarixdə cavablandırılaraq şərait yaradılmışdır. Məhkəmə iclası protokolu ilə tanış olunarkən keçirilmiş məhkəmə iclas protokolları ilə yol verilmiş yanlışlıqları və ya natamamlıqları göstərməklə protokol barədə yazılı qeydlər etdiyi məhkəmə iclası protokoluna qeydlər məhkəmə baxışı keçirilmədən rədd edilmişdir. Məhkəmə kollegiyasının qərəzli yanaşmasına sübut olaraq 08.09.2021-ci il tarixə saat 15.20 üçün təyin edilmiş iddiaçının vəkilinin tərəfindən verilmiş ərizə əsas ında qətnamədə yanlışlıqların aradan qaldırılması ilə əlaqədar məhkəmə baxışıdır. Cavabdehin təqdim etdiyi məhkəmə iclası protokoluna qeydlər məhkəmə baxışı keçirilmədən rədd edilmişdir. Təyin edilən məhkəmə baxışı qarşı tərəfin, yəni himayəçilərin etdikləri saxtalaşdırılmaları cavabdehin protokolda göstərdiyi üçün qeydindən sonra hüququ don geyindirmək məqsədi daşımışdır. Əsaslandırma hissəsində məhkəmə kollegiyası hətta sübutlarını saxtalaşdırılmasından belə cəkinməmişdir. Belə ki, qətnamədə əsas kimi göstərilən iddiaçı cavabdehlə nikaha daxil olmamışdan əvvəl 24 iyun 2015-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 40 saylı mənzili əldə etməsini qeyd etsə də və mənzilin pay dəyəri onun tərəfindən "xxxx" MTK-ya nikaha daxil olmamışdan əvvəl tam ödənilməsini göstərsə də MPM-nin 89-cu maddəsi nin və Mülki Məcəllənin 152,178 maddələrinin də tələblərinə cavab verilmədən, yəni həmin sübutların əsli və ya əsli ilə düzgünlüyü qanuna uyğun qaydada təsdiq olunmuş surətləri təqdim edilmədiyi halda əmlakın birgə nikah dövründə əldə edilmədiyi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəx s) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyində n apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. İş materiallarında olan AN-İ № ******* saylı, 21.07.2017-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil İddiaçı tərəfindən X3 400.000 manat məbləğinə satılmışdır. Həmin alğı-satqı işinin materiallarından görünür ki, Cavabdeh 19.07.2017-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək, İddiaçı nikahdan əvvəl mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili X1 etiraz etməmişdir. 27. 5 saylı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X2 “Azər-Türk Bank ASC-yə ünvanlandığı 19.07.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyası, Samara vilayəti, Samara şəhəri, Kirov rayonu, Atinskaya küçəsi, ev 102, mənzil 35-də qeydiyyatda olan X5 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 400.000 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 43- də qeydiyyatda olan İddiaçı 3.930,30 manat vergi məbləğini çıxmaqla 396.069,70 manat verilməsi üçün bankda olan ******************** №-li depozit hesabına qəbul olunması xahiş e dilmişdir. 28. “Azər-Türk Bank ASC-nin 09.12.2019-cu il tarixli məktubundan görünür ki, notariat kontorunun 19.07.2017-ci il tarixli, 809 №-li məktubuna əsasən alğı-satqı müqaviləsi üzrə 396.069,70 manat vəsait 24.07.2019-cu il tarixində İddiaçı tərəfindən notariusun depozit hesabından məxaric olunmuşdur. İddiaçı (AZE ********) 24.07.2017-ci il tarixində “AzərTürkBank ASC-nin 1 saylı şöbəsində AZ10AZRT******************** №-li cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 manat məbləğində vəsait mədaxil etmişdir. 29. "xxxx" ASC-nin 21 iyun 2021-ci il tarixli, 17108-820 saylı arayışından görünür ki, Bankın müştərisi olan İddiaçı (AA3003925/ASAN2/05.11.2020) adına olan 24.07.2017-ci il tarixində Bankda açılmış AZ10AZRT******************** saylı cari hesaba həmin tarixdə 396.096,70 manat məbləğini təşkil edən vəsait mədaxil olmuşdur. Qeyd olunan vəsait 03.08.2017-ci il tarixdə müştəri tərəfindən verilən sərəncama əsasən hesabdan məxaric olunmuşdur.
30. AN-İ № ******* saylı, 04.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil X4 tərəfindən Cavabdeh 396.000 manat məbləğinə satılmışdır.
31. X4 ilə Cavabdeh arasında 5 saylı Notariat Kontorunda aparılmış mənzilin alğı-satqı işindən görünür ki, Cavabdeh tərəfindən 396000 manat məbləğində pul notariusun depozit hesabına 03.08.2017-ci ildə köçürülmüşdür.
32. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4301/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ün vanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat kontorunda təsdiqlənən alğı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 2, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(006)- 1100/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi ra yon Məhkəməsinin 2(006)1100/2020 saylı mülki iş üzrə qəbul etdiyi 15 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017- ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənən alğı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 2, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
33. Qanuni qüvvəyə minmiş həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halları və yuxarıda sadalanan yazılı sübutlarla iddiaçının istinad etdiyi hallar, yəni mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunsa da, hazırkı iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Hazırkı işin halları isə ondan ibarətdir ki, iddiaçıya bilavasitə mübahisəli mənzil deyil, onun əldə edilməsi üçün sərf olunan pul vəsaiti məxsus olmuşdur. Lakin iddiaçı hazırkı işdə həmin pul vəsaitinin deyil, onun hesabına əldə olunan mənzilin qaytarılması tələbini irəli s ürmüşdür. Ona görə də, hazırkı işdə həmin pul vəsaitinin iddiaçıya qaytarılması məsələsi həll oluna bilməz.
34. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İ № 356241 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11.09.2020-ci il tarixdə 216 № ilə qeydiyyat aparılmışdır.
35. Beləliklə, İddiaçı nikahdan əvvəl mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 40 saylı mənzili X3 21.07.2017-ci ildə 400.000 manat məbləğinə satmışdır. Cavabdeh notariat qaydada təsdiq olunmuş ərizə verərək, həmin mənzilin İddiaçı tərəfindən satılmasına etiraz etməmişdir. Həmin məbləğdən 3.930,30 manat vergi məb ləğini çıxmaqla 396.069,70 manat məbləğində pul bankda olan ******************** №-li depozit hesabına keçirilmişdir. Alğı-satqı müqaviləsi üzrə 396.069,70 manat vəsait 24.07.2019-cu il tarixində İddiaçı tərəfindən notariusun depozit hesabından məxaric olunmuşdur. İddiaçı (AZE ********) 24.07.2017-ci il tarixində “AzərTürk BankASC-nin 1 saylı şöbəsində AZ10AZRT******************** №-li cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 manat məbləğində vəsait mədaxil etmişdir. Qeyd olunan vəsait 03.08.2017-ci il tarixdə İddiaçı tərəfindən verilən sərəncama əsasən hesabdan məxaric olunmuşdur. X4 ilə Cavabdeh arasında 5 saylı Notariat Kontorunda aparılmış alğı-satqı üzrə Cavabdeh tərəfindən 396000 manat məbləğində pul notariusun depozit hesabına 03.08.2017-ci ildə köçürülmüş, alğı-satqı müqaviləsi 04.08.2017-ci il tarixdə bağlanmışdır.
36. Göründüyü kimi, İddiaçı tərəfindən "xxxx" ASC-də AZ10AZRT******************** №-li cari hesabda adına olan 396.069,70 manat məbləğində vəsait 03.08.2017-ci ildə məxaric olunmuş, həmin gün Cavabdeh tərəfindən mənzil alınması üçün 396000 manat məbləğində pul notariusun depozit hesabına köçürülmüşdür. Cavabdehin adına mənzil alınarkən, tərəflər etibarlı ailə münasibətlərində olmuş, iddiaçı şəxsi mülkiyyətində olan mənzilin satılmasından əldə olunmuş vəsait hesabına cavabdehin adına mənzil alınmışdır. 2020-ci ildə tərəflər arasında etibarlı ailə münasibətləri pozulmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağışlamadan irəli gələn hüquq münasibətləri yaranmamış, tərəflər bu mü nasibətlərə istinad etməmişlər. Kollegiya hesab etmişdir ki, hazırkı halda iddia tələbinin hüquqi əsası əsassız varlanma təşkil edir.
38. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi ilə 1092.1 və 1092.2-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə məhrum olana məxsus olmuş əmlak olmalıdır. Göründüyü kimi, cavabdehin (varlanmış şəxsin) əldə etdiyi mənzil, iddiaçının (məhrum olanın) nikahdan əvvəl əldə etdiyi mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına əldə olunmuşdur. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddia əsaslıdır.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 2(103)-4475/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov