Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1690/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının vəkili X1 və cavabdeh X5nin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5nə və AR ƏƏSMN yanında DƏMX-nə qarşı bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumat verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24.10.2019-cu il tarixli X5 nömrəli qətnaməsindən cavabdeh X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı iddia ərizəsi (iddianın dəyişdirilmiş formasında) ilə məhkəməyə müraciət edərək, X5nin üzərinə iddiaçının İİ qrup əlil olması ilə nəticələnən bədbəxt hadisənin təhqiqatının aparılması üçün dərhal X5 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X5 Xidmətinin aparatına), sığortaçıya məlumat verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması vəzifəsinin qoyulması, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmr verilməsi və bu tədbirlərin yerinə yetirilməsinə nəzarət etməsi vəzifəsinin qoyulma sı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 dekabr 2015-ci il tarixdə axşam saat 18:00 radələrində X5nin «Dünya Azərbaycanlılarının Həmrəylik günü» münasibətilə təşkil etmiş olduğu tədbirdən geri dönərkən, Binəqədi şossesi, «Çənlibel» istirahət mərkəzinin yaxınlığındakı avtobus dayanacağında X2 idarə etdiyi 133 saylı avtobusa minərkən avtobusun işə salınması nəticəsində avtobusdan yıxılmış, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarəti almışdır. Təcili-tibbi yardım maşını ilə xəstəxanaya götürülmüş, bundan sonra Bərdə şəhərində yaşayan ailəsinə xəbərdarlıq edilmişdir. İddiaçı aldığı xəsarətlərlə bağlı uzun müddətdir ki, müalicələr alır. Dərmanlara, müayinələrə böyük məbləğdə pul vəsaiti xərcləmiş, uzun müddət əmək qabiliyyətini it irmiş və işləməmiş, buna görə də rəsmi və qeyri-rəsmi iş yerlərini itirmişdir. Qızı öz əmək fəaliyyətini saxlayaraq, onun qulluğunda durmuş, əlavə şəxslər tərəfindən ona xidmətlər göstərilmiş, zəifləmiş immun sisteminin güclənməsi və sağlamlığın bərpası məqsədilə əlavə qidalar qəbul etmiş və bu məqsədlər üçün xeyli miqdarda xərci çıxmışdır. Ən pis hal ondan ibarətdir ki, onun sağlamlığı bərpa olunmamış və həkim rəyi əsasında «keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensafalopatiya. Epileptik qıcolma tutmaları ilə Asteno depressiv təzahürlər vegetativ disfunksiya. Hipertoniya İİ ş.t Sağ tərəfli xroniki orta otit.» diaqnozu qoyulmuş və İİ qrup əlil olmuşdur. Hazırda da daimi olaraq həkim nəzarəti altında müalicə və müayinələr alsa da heç bir sağalma müşahidə o lunmadan, səhhəti günbə-gün pisləşir. Lakin bu günə kimi iddiaçını qeyriqanuni olaraq bayram qabağı məcburi şəkildə tədbirə göndərən X5, 133 saylı avtobus xəttinə rəsmi olaraq sahiblik edən “xxxx» MMC və həmin avtobusun sürücüsü X4 tərəfindən zərərçəkənə nə maddi, nə də mənəvi dəstək olmuşdur. İddiaçı 25 sentyabr 2007-ci il tarixdən 10 noyabr 2016-cı il tarixədək xxxndə xadimə vəzifəsində çalışmışdır. Qanuna müvafiq qaydada işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunması işəgötürən tərəfindən həyata keçirilməmişdir. Müəyyən edilmiş işin faktiki halları, habelə istinad edilən maddi hüquq normaları baxımından hesab edir ki, iddiaçı X5 tərəfindən məcburi tədbirə göndərildiyindən, və qeyd olunan hadisə 133 saylı avtobusun xəttində, iş saatı zamanı baş verdiyin dən lakin bədbəxt hadisə ilə bağlı işəgötürən tərəfindən Əmək Müfəttişliyinə və digər aidiyyəti orqanlara məlumat verilərək təhqiqat aktı tərtib edilməmiş, akt nəticəsində hadisə barəsində İZ formalı akt tərtib edilərək qeydiyyata alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) 24 aprel 2018-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X5nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə əmr verilməsi və bu tədbirlərin yerinə yetirilməsinə nəzarət etməsinə dair iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rafael Eyvazov, Zaur Əliyev, İlham Kərimli) 21 noyabr 2018-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi qismən, iddianın inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə aid rədd olunması hissəsində ləğv edilmiş və mülki iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi iddianın cavabdeh X5nə münasibətdə rədd olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh X5nə qarşı «bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumat verilməsi, İZ fo rmalı aktın tərtib edilməsi və uçota alınması» tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov, Əhməd Əhmədov, İlqar Dəmirov) 27 avqust 2019-cu il tarixli, X5 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 noyabr 2018-ci il tarixli, X5 saylı qətnaməsi ləğv olunaraq, işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust2019-cu il tarixli, X5 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 noyabr 2018-ci il tarixli, X5 saylı qərardadı həmin kassasiya şikayətinə münas ibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Tofiq Səmədov, Etibar Nəbiyev, Elşən Kazımov) 24 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2018-ci qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X5nə qarşı iddiası təmin edilərək bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumat verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması vəzifəsi X5nin üzərinə qoyulmuşdur. Cavabdeh X5 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 24.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin qərarında qeyd etdiyi pozuntuları aradan qaldırmamaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli olduğu halda etməmiş və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçının 29 dekabr 2015-ci il tarixdə “Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə təşkil edilmiş tədbirdən evə qayıdarkən, təxminən saat 18 radələrində avtobus dayanacağında avtobusa minmək istərkən avtobusun işə salınması nəticəsində yıxılması və xəsarə t alması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəf də iddia tələbinə etirazında iddiaçının xəsarət aldığı vaxt qeyd olunan ərazidə olmasını inkar etməmiş, ancaq iddiaçıya həmin gün müvafiq ərazidə hər hansı işlərin görülməsi tapşırığının verilmədiyini, həmin gün müvafiq ərazidə olmuşdursa belə şəxsi mülahizəsinə uyğun reallaşdığını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəf iddiaçının xəsarət aldığı ərazidə olmasını bir tərəfdən onun tutduğu vəzifə öhdəliklərindən irəli gəldiyini təsdiq edir, digər tərəfdən isə ona həmin gün xəsarət aldığı ərazidə hər hansı işlərin görülməsi tapşırığının verilmədiyini, bunu iddiaçının şəxsi mülahizəsinə uyğun reallaşdırması ilə əlaqələndirir. Cavabdeh tərəfin bu dəlili başa düşülən olsa da, əsaslı deyildir. Çünki, iddiaçının xəsarət aldığı əraz idə olması tutduğu vəzifəsindən irəli gəlirsə, buna görə ona hansısa vəzifəli şəxsin hər gün hansısa işlərin görülməsinə dair tapşırıq verməli olmasının da hüquqi əsası olmalıdır. Belə bir hüquqi əsas mövcud idisə, bunu sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh tərəf isə iddia tələbinə etirazın əsası kimi istinad etdiyi bu hala dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin, təəssüf ki, məhkəmə qətnaməsini qəbul edərkən özünün şəxsi və formal mülahizələrini əsas tutmuşdur. Baş verən hadisə istehsalatda baş vermiş hadisə kimi qiymətləndirilə bilməz. Birincisi, iddiaçının iş vaxtının rejimi hər həftənin bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-dək olmuşdur. İddiaçı iş saatı bitdikdən sonra evinə gedərək, nəvələrini götürmüş və qayıdaraq bayram tədbiri ndə iştirak etmişdir. 2015-ci il dekabr ayının 29-da keçirilən bayram tədbiri isə saat 18:00-da başlamışdır. İddiaçı bayram tədbirindən evə qayıtması işin mübahisə edilməyən halıdır. Göründüyü kimi bayram tədbiri iş saatından sonra başladığı üçün, həmin tədbirdən geri dönərkən şəxsin xəsarət alması iş saatından sonra olduğundan baş verən hadisə istehsalatda baş vermiş hadisə kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi iddiaçının xəsarət almasını iş vaxtından sonra deyil, bayram tədbirindən evə qayıdarkən baş verdiyini nəzərə almamış, iddiaçının iş vaxtının sonunda evə dönərkən xəsarət alması kimi səhv qənaətə gəlmişdir. Həmçinin apelyasiya instansiya məhkəməsi ümumiyyətlə iddiaçının xəsarət alması vaxtını saat 18 radələri göstərsə də, xəsarət almanın dəqiq vaxtını müəyyə n etməmişdir. Bundan başqa Apellyasiya Məhkəməsi iddiaçının xəsarət aldığı ərazidə olmasını tutduğu vəzifəsindən irəli gəldiyini, buna görə ona hansısa vəzifəli şəxsin hər gün hansısa işlərin görülməsinə dair tapşırıq verməli olmamasını göstərmişdir. İşin hallarından göründüyü kimi iddiaçı Almaz Qurbanova tədbirə iki nəvəsi ilə birlikdə gəlmişdir. Hər iki nəvəsi ilə tədbirə qatılması əmək funksiyalarının icrası məqsədilə gəlməsi anlamına uyğun gəlmir. İddiaçı orada bələdiyyə işçisi kimi iştirak etməsi və olması, təmizlik işlərinin aparılması ilə əlaqədar əmək funksiyalarının icra etməsi demək deyil, əksinə tədbirdə tamaşaçı kimi iştirak etməsi daha uyğun hesab edilməlidir. Almaz Qurbanova tədbirdən evə gedərkən, bələdiyyəyə məxsus nəqliyyat vasitəsindən deyil, ictimai nəqliyyatdan istifadə nəticəsində xəsarət almışdır ki, bu xəsarət istehsalatda baş vermiş xəsarət kimi tanına bilməz. Məhkəmə qeyd edilən maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Ona görədə məhkəmə tərəfindən göstərilən normaların tətbiq olunması maddi hüquq normasının pozulması kimi qəbul olunmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, apellyasiya məhkəməsi kollegiyası işə təkrar baxarkən kassasiya məhkəməsinin göstərişlərini tam yerinə yetirməmiş, bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X5 kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının v axtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı X5ndə xadimə işləmiş, 29 dekabr 2015-ci il tarixdə «Dünya Azərbaycanlılarının Həmrəylik günü» münasibəti ilə təşkil edilmiş tədbirdən 2 azya şlı nəvələri ilə evə gedərkən, təxminən saat 18 radələrində Binəqədi şossesi, «Çənlibel» istirahət mərkəzinin yaxınlığındakı avtobus dayanacağında X2 idarə etdiyi 133 saylı avtobusa minərkən avtobusun işə salınması nəticəsində avtobusdan yıxılmış, nəticədə xəsarət almışdır. İddiaçı hesab edir ki, həmin hadisə istehsalatda baş vermiş bədbəxt hadisədir, bu səbəbdən də cavabdeh (işəgötürən) tərəfindən qanunla müəyyən edilmiş tədbirlər həyata keçirilməli, yəni bədbəxt hadisənin təhqiqatının aparılması üçün dərhal X5 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X5 Xidmətinin aparatına), sığortaçıya məlumat verilməli, İZ formalı aktın tərtib edilməli və uçota alınmalı idi. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edərkən iddiaçının evə qayıdarkən müəssisənin ərazisindən kənarda baş vermi ş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətlənirilməməsi və iddiaçının hadisə baş verən anda əmək vəzifələrini yerinə yetirməsini sübuta yetirə bilməməsini əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etmişdir ki, iddiaçı X5ndə xadimə işləmiş, 29 dekabr 2015-ci il tarixdə «Dünya Azərbaycanlılarının Həmrəylik günü» münasibətilə təşkil edilmiş tədbirdən evə qayıdarkən, təxminən saat 18 radələrində avtobus dayanacağında avtobusa minmək istərkən avtobusun işə salınması nəticəsində yıxılmış və xəsarət almışdır. İddiaçının iş vaxtının rejimi hər həftənin bazar ertəsindən cümə gününədək saat 09.00-dan 18.00-dək olmuşdur. 29.12.2015-ci il həftənin çərşənbə a xşamına təsadüf etməklə onun iş gününə düşür və işin hallarından göründüyü kimi iddiaçı məhz iş vaxtının sonunda evə dönərkən hadisə baş vermişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf də iddia tələbinə etirazında iddiaçının xəsarət aldığı vaxt qeyd olunan ərazidə olmasını inkar etməmiş, ancaq iddiaçıya həmin gün müvafiq ərazidə hər hansı işlərin görülməsi tapşırığının verilmədiyini, həmin gün müvafiq ərazidə olmuşdursa belə şəxsi mülahizəsinə uyğun reallaşdığını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəf iddiaçının xəsarət aldığı ərazidə olmasını bir tərəfdən onun tutduğu vəzifə öhdəliklərindən irəli gəldiyini təsdiq edir, digər tərəfdən isə ona həmin gün xəsarət aldığı ərazidə hər hansı işlərin görülməsi tapşırığının verilmədiyini, bunu iddiaçının şəxsi mülahizəsinə u yğun reallaşdırması ilə əlaqələndirir. Cavabdeh tərəfin bu dəlili başadüşülən olsa da, əsaslı deyildir. Çünki, iddiaçının xəsarət aldığı ərazidə olması tutduğu vəzifəsindən irəli gəlirsə, buna görə ona hansısa vəzifəli şəxsin hər gün hansısa işlərin görülməsinə dair tapşırıq verməli olmasının da hüquqi əsası olmalıdır. Belə bir hüquqi əsas mövcud idisə, bunu sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh tərəf isə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hala dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci hissələrinə görə, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin təhqiqinin, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”n 1.3-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydaların 1.4-cü bəndinə görə, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmətibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü... müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Həmin Qaydaların 1.9.-cu bəndinə əsasən bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-müha fizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. Həmin Qaydaların 2.2-ci bəndinin 5-ci abzasına əsasən təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X5 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkəralar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya verilişlərindən, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X5 Xidməti tər əfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən işəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə(ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçin in səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları iddiaçının 29 dekabr 2015-ci il tarixdə «Dünya Azərbaycanlılarının Həmrəylik günü» münasibətilə təşkil edilmiş tədbirdən evə qayıdarkən, təxminən saat 18 radələrində avtobus dayanacağında aldığı xəsarətin istehsalatda baş ver miş hadisə kimi tanınması və müvafiq aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına əsas verir. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddə lərinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X5nin kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 24.10.2019-cu dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. il tarixli X5 nömrəli qətnaməsi
Məhkəmə qərarları › İş №2(102)-1690/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1690/2020
22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver