Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1694/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh Cavabdeh2 arasında bağlanmış 17 mart 2017-ci il t arixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavabdeh2dan 2400 (iki min dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.Q.Nəbiyev, hakimlər R.Ə.Qurbanov və A.Ə.Hüseyn, iş № 2(103)-12244/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Cavabdeh2a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh2la iddiaçı arasında bağlanılmış 17.03.2017-ci il tarixli müqavilənin ləğv olunması, cavabdehdən 17.03.2018-ci il tar ixdən 05.09.2018-ci il tarixə qədər ödənilməmiş 5 ay 15 gün müddəti üçün 1100 (bir min yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizələr məhkəməyə təqdim edilərək cavabdeh Cavabdeh2la iddiaçı arasında bağlanmış 17 mart 2018-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, cavabdehin 17 mart 2018-ci il tarixdən hal-hazıradək 13 ay 15 gün üçün 2700 manat icarə haqqının, hər ay itirilmiş gəlir olaraq 01 avqust 2018-ci il tarixdən hər ay 600 manat olmaqla 5400 manat, cəmi 8100 manat məbləğində pulun tutulması və ünvan 1 ünvanda yerləşən əmlakımın boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi təqdim olunan sübutları araşdırmamış, xeyrinə olan şahidlərin ifadələrinə qiymət verməmiş və nəticədə obyektiv yanaşmamaqla ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılm asını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, o, üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2019-cu il tarixli 2(103)-12244/2019 saylı qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya kollegiyası iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh2 arasında 17.03.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən müəyyən etmişdir ki, İddiaçı özünə məxsus Ünvan ünvanında yerləşən 1 saylı mənzili 1 illik müddətə, illik icarə haqqı 200 (iki yüz) manat olmaqla, Cavabdeh2a icarəyə vermişdir. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə müddəti 17 mart 2018-ci il tarixə qədər müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdar əsi tərəfindən verilmiş 23.07.1997-ci il tarixli, MH seriyalı, 090693 №-li qeydiyyat vəsiqəsinin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti əsasında müəyyən edilmişdir ki, Ünvan ünvanında yerləşən 1 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabının 828 nömrəli vərəqində, 124411 nömrə ilə qeydiyyat aparılmışdır. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan Ünvan ünvanında yerləşən 1 saylı mənzili 1 illik müddətə, illik icarə haqqı 200 (iki yüz) manat olmaqla, Cavabdeh2a icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti 17 mart 2018-ci il tarixə qədər müəyyən edilsə də, tərəflərin həmin müqavilənin ləğvi ilə bağlı təşəbbüsü olmamışdır. Tərəflər isə müqaviləd ə müəyyənləşdirmişlər ki, müqavilənin bitməsinə 1 (bir) ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, icarə müqaviləsinə əsasən tərəflər müqavilənin bitməsinə 1 (bir) ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməyəcəkləri təqdirdə icarə müddətinin daha 1 (bir) il müddətinə uzadılmış hesab olunması barədə şərt müəyyənləşdirdiklərindən 17 mart 2017-ci il tarixli icarə müqaviləsinin müddəti 17 mart 2018-ci il tarixdə başa çatdıqdan sonra bir il müddətinə, yəni 17 mart 2019-cu il tarixinədək uzadılmış hesab edilməlidir. Belə olan halda isə apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh uzadılmış 1 il müddətinə (12 ay və hər aya görə 200 manat olmaqla, cəmi 2400 manat) görə icarə haqqını ödəmək öhdəliyini daşıdığından iddia tələbinin qeyd olunan hissəsində təmin edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 17 mart 2018-ci il tarixdən hazıradək, yəni 13 ay 15 gün müddəti üçün icarə haqqını tələb etməsi isə müqavilə müddəti 17 mart 2019-cu il tarixdən sonra uzadılmadığına görə iddia tələbi həmin hissədə əsassızdır. Bundan başqa iddiaçının 01 avqust 2018-ci il tarixdən hər ay 600 manat olmaqla, cəmi 5400 manat pulu tələb etməsinə baxmayaraq, o, həmin tələbin əsaslılığına dair mötəbər sübutları nə birinci instansiya məhkəməsinə nə də apellyasiya baxışında təqdim etməmişdir, eyni zamanda iddiaçı bu tələbini sadəcə digər şəxslərlə daha yüksək qiymət əsasında icarə müqaviləsi bağlayacağı ehtimalı ilə əsaslandırmışdır. Apellyasiya kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı özü ünvan 2 ünvanının artıq boşaldıldığını bildirmişdir, belə olan halda da iddia tələbinin mənzilin boşaldılması hissəsində tələbin əsaslandığı faktın mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbləri qismən - İddiaçı ilə cavabdeh Cavabdeh2 arasında bağlanmış 17 mart 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavabdeh2dan 2400 (iki min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi hissəsində təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsində qeyd olunur ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi təqdim olunan sübutları araşdırmamış, xeyrinə olan şahidlərin ifadələrinə qiymət verməmiş və nəticədə obyektiv yanaşmamaqla ədalətsiz qətnamə qəbul etmişdir Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahi yyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbə bdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2019-cu il tarixli 2(103)-12244/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1694/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1694/2020
16.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver