Məhkəmə qərarları › İş №2(102)-1696/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1696/2020

18.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1696/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7 və cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” MMC və Cavabdeh XXX qızının ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-1528/2017, hakim A.B.Əliy ev) “xxxx" MMC-nin Cavabdeh XXX qızına qarşı iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixinə 30.946 ABŞ dolları əsas, faiz məbləği üzrə 2.235 ABŞ dolları, 3.000 ABŞ dolları hesablanmış cərimə olmaqla, cəmi 36.181 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnəsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulması, lizinqə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, 31 saylı mənzilin iddiaçıya qaytarılması və cavabdehin lizinq obyekti olan həmin mənzildən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7 438/2017, hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov və Ə.N.Bayramov) Cavabdeh XXX qızının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdehdən 2.335 ABŞ dolları məbləğində faiz, 3.000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı olan faiz məbləğinin isə 1297 ABŞ dolları, dəbbə pulunun məbləği isə 20 ABŞ dolları məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-5515/2018, hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov) Cavabdeh XXX qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11278/2019, hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov və E.Y.Şamayev) Cavabdeh XXX qızının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə 30.946 ABŞ dolları lizinq məbləği, 2.235 ABŞ dolları faiz borcunun, cəmi 36.181 ABŞ dollarının tutulması hissələrində dəyişdirilmiş, lizinq məbləğinin 9.330 manat, faiz məbləğinin 1426 manat, cəmi məbləğ 10.757 manat müəyyən edilməsi qət edilmiş, qətnamə 3000 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi dəbbə pulunun tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən sa xlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-3814/2019, hakimlər Ə.A.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev) Cavabdeh XXX qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11909/2019, hakimlər A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Cavabdeh XXX qızının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli daxili lizinq müqavi ləsinin ləğv edilməsi, həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 9.330 manat, faiz məbləği 1.426 manat olmaqla, borc məbləğinin cəmi 10.757 manat müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini, cavabdeh isə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC ilə Cavabdeh XXX qızı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, lizinq şirkəti mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil 24 ay müddətinə hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şə rti ilə 35.000 ABŞ dollarına lizinqə vermişdir. Müqavilə bağlanan tarixdə Cavabdeh XXX qızı tərəfindən MMC-nin hesabına 18.281 manat dəyərində ilkin ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixdə “xxxx” MMC Cavabdeh XXX qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş mənzilin qaytarılması, cavabdehin lizinq obyekti olan həmin mənzildən çıxarılması, daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə lizinq məbləği üzrə 30.946 ABŞ dolları, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 38840 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişd ir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri lizinq münasibətləri kimi qəbul edərək cavabdehdən tutulmalı olan vəsaiti lizinq məbləği kimi müəyyən etsə də, lizinq obyektinə münasibətdə qəbul etməməklə ziddiyyətli nəticəyə gəlmişdir. Bundan başqa, apellyasiya məhkəməsinin mövqeyinə görə lizinq əməliyyatının tərkibinə daxil olan alqı-satqı müqaviləsi və lizinq müqaviləsi yalan əqdlərdir. Lizinq müqaviləsi kr edit müqailəsini pərdələmək üçün bağlandığına görə yalan əqddir, alqı-satqı müqaviləsi isə ipoteka müqaviləsini pərdələmək üçün bağlandığına görə yalan əqd hesab edilir. Lakin apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd edilən müqavilələrin etibarsızlığına dair qanuni qüvvəyə miniş məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə almamışdır. Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh XXX oğlu və X4 02 noyabr alqı-satqı müqaviləsi və eyni tarixli lizinq müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərə uyğun olaraq hər iki müqavilənin əh əmiyyətsiz əqd olduğundan onların etibarsız əqd sayılması barədə nəticəyə gəlsə də, nəticə hissəsində alqısatqı müqaviləsinə ümumiyyətlə toxunmamış, daxili lizinq müqaviləsini isə etibarsz hesab etmək əvəzinə ləğv etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmiş, cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməli, Cavabdeh XXX qızının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı lizinq şirkəti ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan mənzil 24 ay müddətinə 35.000 ABŞ dollarına lizinqə vermişdir. İddiaçı lizinq şirkəti cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığına istinad edərək aralarında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan mənzilin geri qaytarılması, daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun tutulmasına dair hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, onunla iddiaçı arasında bağlanmış müqavilə əslində yalan əqddir. Lizinq obyekti olan mübahisəli mənzil cavabdeh tərəfin öz ailəsinə məxsus olmaqla mənzilin dəyəri 150.000 və daha yuxarı qiymət təşkil etmiş, ailənin maddi vəsait olaraq 35.000 manat borca ehtiyac yarandığından və həmin məbləğin lizinq müqaviləsi üzrə alınması daha sərfəli olduğundan, 35.000 manat əvəzində daxili lizinq müqaviləsində ABŞ dolları ilə ifadə olunan məbləğə imza etməklə, faktiki olaraq öz mənzilini həmin məbləğin təminatı kimi iddiaçı şirkətə lizinq etmişdir. Qeyd edilən daxil lizinq müqaviləsi əslində real ipoteka müqaviləsinin pərdələnmiş formasıdır. Müqavilə şərtlərinə görə, lizinq verən həm lizinqlə satılan əmlakın dəyərini, həm lizinq müqaviləsində onun üçün n əzərdə tutulan gəliri, həm də lizinq alanın müqaviləyə əsasən əldə edəcəyi əmlakı əvəzsiz olaraq geri qaytarmaq hüququna malikdir. Bu halda isə müqavilə tərəflərinin birinin mənafeləri əsassız varlanma hesabına digərinkindən üstün tutulur və lizinq alan müqavilə ilə əldə edəcəyindən məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-ci maddəsi ilə lizinq müqaviləsinin əsaslarını müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsa sən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Apellyasiya məhkəməsi sadalanan qanunvericilik normalarının tələblərin baxımından gəlir əldə etməyin lizinqin vacib elementi olduğuna əsaslanaraq hesab etmişdir ki, hazırkı işdə lizinq alana obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməmişdir. Lizinq obyekti olan sahə yaşayış sahəsidir, ora qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməz. Müqavilənin bağlanmasında gəlir götürmək məqsədi olmamış, lizinq müqaviləsi kredit m üqaviləsini pərdələmək üçün bağlanılmışdır. Bununla bərabər, apellyasiya məhkəməsi qətnamənin nəticə hissəsində tərəflər arasındakı lizinq müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə əsas borc və faiz borcunun tutulmasını qət etmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində tərəflər arasındakı lizinq müqaviləsi əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericilik normalarının tələbləri baxımından əsaslandırılsa da, qətnamənin nəticə hissəsində lizinq müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Halbuki, müqavilələrin ləğvi və etibarsızlığı əsasları və hüquqi nəticələri baxımından fərqlənirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, 421-ci maddəsi il ə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir. Əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyrimümkündür. Əqdin etibarsızlığı anlayışı onu ehtiva edir ki, mübahisələndirilən əqd qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Eyni zamanda müqavilənin ləğvi və etibarsızlığı tərəflərə münasibətdə fərqli nəticələr yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməli, Cavabdeh XXX qızının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilm əklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində işin faktiki halları barədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Cavabdeh XXX qızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məh kəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar