Məhkəmə qərarları › İş №2(102)-170/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-170/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-170/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalmasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X7 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşaqların himayəyə verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(107)-486/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 24 noyabr 2011-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə ailə münasibətlərindən 18 oktyabr 2012-ci ildə X4 və 06 mart 2015-ci ildə X8 adlı iki uşaqları anadan olmuşdur. Azyaşlı uşaqlar hal-hazırda iddiaçı olan ataları ilə birlikdədirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində 24 noyabr 2011-ci il tarixdə 308 nömrə ilə qeydə alınmış nikahın pozulması və birgə nikahdan doğulmuş 18 oktyabr 2012-ci il təvəllüdlü X2 və 06 mart 2015-ci il təvəllüdl ü X5 onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin aliə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar və uşaqlar hazırda onun himayəsindədir.

4. Məhkəmə icraatı zamanı fikri dinlənilmiş 18 oktyabr 2012-ci il təvəllüdlü X4 bildirmişdir ki, hazırda qardaşı Ömər ilə birlikdə ataları ilə birlikdə qalırlar. O, Zaqatala şəhəri Zəfər Murtuzəliyev adına tam orta məktəbin 4-cü sinfində, qardaşı Ömər isə birinci sinfində təhsil alır. O, atası İddiaçı yanında qalmaq istəyir. Belə ki, anaları Əminə onları qorxuzaraq onun yanında qalmasını təkid etmiş, onu seçməzlərsə ataları onları gələcəkdə internat məktəbinə qoyacağını bildirmişdir. O və qardaşı analarının yanına gedib evdə bir az səs-küy salarkən sonu ncu onlara “kökünüz kəsilsin, südüm sizə haram olsun” demiş və onları vurmuşdur. O, və qardaşı Ömərlə birlikdə yaşamaq istəyirlər. Bu səbəbdən də, onlar anasının yanında deyil, atasının yanında qalmaq istəyirlər. 5. 01 noyabr 2021-ci il tarixli müayinə aktına əsasən, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan İddiaçı mənzil-məişət şəraitinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sözügedən evin ümumi sahəsi 190 kvm, yaşayış sahəsi 150 kvm, 5 otaqlı, mətbəxi və sanitar qovşağı olan 2 mərtəbədir. Həmin evdə İddiaçı atası, anası və 2 azyaşlı övladı ilə birgə yaşayır. Bu evdə həyat şəraiti qənaətbəxşdir. 6. 01 noyabr 2021-ci il tarixli müayinə aktına əsasən, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Cavabdeh mənzil-məişət şəraitinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sözügedən evin ümumi sahəsi 150 kvm, yaşayış sahəsi 90 kvm, 3 otaqlı, mətbəxi və sanitar qovşağı olan 1 mərtəbədir. Həmin evdə Cavabdeh anası ilə birgə yaşayır. Bu evdə həyat şəraiti qənaətbəxşdir.

7. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1056/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə 18 oktyabr 2012-ci il təvəllüdlü X2 və 06 mart 2015-ci il təvəllüdlü X5 valideynlərdən hansının yanında qalmasının məqsədəmüvafiqliyi və tərəflərin mənzilməişət şəraiti ilə bağlı müvafiq rəyin məhkəməyə təqdim edilməsi üçün mülki iş Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına göndərilmiş, Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 15 noyabr 2021-ci il tarixli rəyində göstərilmişdir ki, 2012-ci il 18 oktyabr tarixdə anadan olmuş X4 və 2015-ci il 06 mart tarixdə anadan olmuş X8 hüquqşünas və psixoloqun iştirakı ilə dinlənilmişdir. Söhbət zamanı uşaqlar atasını daha çox sevdiyini, hazırda atasının yanında yaşadıqlarını və atasının onlara yaxşı baxdığını, qayğı göstərdiyini və anası ilə ünsiyyətdə olmaq şərti ilə atasının yanında qalmaq istədiklərini bildirmişlər. Söhbət zamanı Cavabdeh Rusiya Federasiyası vətəndaşı olması və hazırda xərçəng xəstəliyindən mütəmadi olaraq müalicə olunması aydınlaşdırılmışdır. İddiaçı bir evdə yaşadığı yeni həyat yoldaşı X6 yazılı izahat verərək azyaşlılar Məhəmməd Məmmədlini və Ömər Məmmədlini öz doğma övladları kimi sevdiyini, qayğı göstərdiyini onların tərbiyəsi, dərsləri ilə mütəmadi olaraq maraqlandığını və bundan sonra diqqət və qayğı göstərəcəyinə söz verdiyini bildirmişdir. 18 oktyabr 2012- ci il təvəllüdlü X2 fikrini və 06 mart 2015-ci il təvəllüdlü X5 mənafeyini nəzərə alınaraq və uşaqları bir-birindən ayırmamaq məqsədi ilə birgə ataları İddiaçı himayəsində saxlanılması uşaqların mənafeyinə uyğundur. Uşaqların atada qalması ananın uşaqlarla ünsiyyətini istisna etmir.

8. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 21 dekabr 2021-ci il tarixli, 2(033)-1056/2021 nömrəli qətnaməsi ilə (hakim: V.Məmmdəov) iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində 24 noyabr 2011-ci il tarixdə bağlanmış nikah haqqında akt qeydləri kitabında 308 nömrə ilə qeyd edilmiş nikahin pozulması, iddianın qalan hissədə rədd edilməsi, tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci ildə doğulmuş X4 və 06 mart 201 5ci ildə doğulmuş X5 cavabdehin himayəsində saxlanılması, 18 oktyabr 2012-ci ildə doğulmuş X4 və 06 mart 2015-ci ildə doğulmuş X5 iddiaçıdan alınıb cavabdehə verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, 10 yaşına çatmamış Məhəmmədin atasının yanında qalmaq barəsindəki fikrinin, Qəyyumluq və Himayə orqanının həmin fikrə əsaslanan rəyinin nəzərə alınması mümkün deyildir.

10. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qəyyumluq və Himayə orqanı rəyini xx.xx.2012-ci il təvəllüdlü Məhəmmədin atasının yanında qalmaq barəsindəki fikri, cavabdehin Rusiya Federasiyasının vətəndaşı olması və hazırda xərçəng xəstəliyindən mütamadi olaraq müalicə olunması ilə əsaslandırılsa da, iş üzrə olan sübutlarla fikiri dinlənilmiş Məhəmmədin və qardaşının analarından ayrılmalarına əsas ola biləcək müstəsna şəraitin mövcudluğu təsdiq edilməmişdir.

11. Bundan başqa, birinci instansiya məhkəməsi xx.xx.2012-ci il təvəllüdlü X2 ifadəsinə münasibətdə bildirmişdir ki, 10 yaşı tamam olmamış uşağın fikri həlledici deyil. Bundan başqa, uşaq öz fikirlərini yalnız onunla əsaslandırmışdır ki, atasını çox istəyir, bu isə hazırkı vəziyyətdə təbiidir, çünki uşaqlar analarının müalicəsi dövründə ataları ilə birlikdə yaşamış və onunla daha çox ünsiyyətdə olmuşlar. Himayəsində olduqları ögey ananın isə uzun müddət üzrlü səbəbdən onlara görüşə bilməyən doğma anaları barədə uşaqlara hansı məlumatlar verməsi bəlli deyil. Bəlli olan odur ki, uşaqlar doğma analarının onlara görüşə bilməməsinin ölkə xaricində müalicəsinin səbəb olmasından xəbərsizdirlər. Bu halın isə uşaqlarda analarına qarşı əsassız inciklik hissi yaratması istisna deyil.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini cavabdehin ailəsinin yanına Rusiya Federasiyasına yaşamaq üçün getməsi ilə bağlı azyaşlı uşaqlarının onun himayəsində qalması ilə əsaslandırsa da, yanaşı yoxlanılmış sübutlarla cavabdehin uşaqlarından imtina etmədiyi, yalnız müalicəsi ilə bağlı ölkə xaricinə getdiyi və COVİD virusunun səbəb olduğu epidemiya ilə bağlı sərhədlərin qapanmasına görə bir müddət Azərbaycan Respublikasına qayıda bilmədiyi təsdiq edilmişdir. Həmçinin, İş üzrə sübutlarla uşaqların qayğısına bu işdə hər hansı məsuliyyət daşımayan iddiaçının valideynlərinin qalması təsdiq olunmur. Tərəflərin birgə nikahından doğulmuş uşaqlarına iddiaçı tərəfindən qulluq və qayğın ın həyata keçirilməsi isə istənilən halda cavabdehin həyata keçirə biləcəyindən keyfiyyətcə aşağıdır.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşaqlarının tərbiyəsinə, sağlamlığına, psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyan cavabdeh bu işdə hər hansı məsuliyyəti olmayan X3 müqayisədə doğma uşaqlarının tərbiyəsində üstün hüquqlara malik olduğundan, uşaqların cavabdehin yanında saxlanılmaması, anası sağ olduğu halda uşaqların ögey ananın himayəsində saxlanılması xarakteri daşıdığından, hələ 10 yaşı tamam olmamış Məhəmmədin öz üstün tutulmalı və daha yaxşı təmin edilməli maraq və mənafelərinə zidd olan fikri və Qəyyumluq və Himayə orqanının həmin fikrə əsaslanan rəyi nəzərə alına bilməz.

14. Həmçinin, birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, boşanmadan s onra uşaqlarının onun deyil ögey ananın himayəsində saxlanılması xarakteri daşıyan qaydada həll edilməsinin sağlamlığını yenicə bərpa etməkdə olan ananın səhhətinə mənfi təsiri də nəzərə alınmalıdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ, 34-cü maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2, 19.1, 21.1, 22.2.1, 49.3, 52, 58.1, 58.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilən hissəsinin, yəni "Tərəflərin birgə nikahından 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X5 Cavabdeh himayəsində saxlanılmaları, 18 oktyabr 2012-ci ildə doğulmuş X2 və 06 mart 2015-ci ildə doğulmuş X5 İddiaçı alınıb Cavabdeh verilməsi” hissəsinin ləğv edilməsinə, həmin hissədə uşaqların iddiaçının himayəsində saxlanılmalarına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərmişdir ki, məhkəmə belə bir fikir yazmaqla nümayiş etdirmək istəmişdir ki, iddiaçı öz azyaşlı uzaqlarını analarından ayırır. Lakin Qəyyumluq və Himayə orqanının rəyində qeyd olunur ki, uşaqların atada qalması ananın uşaqlarla ünsiyyətini istisna etmir. Bundan başqa İddiaçı məhkəmə iclasında dəfələrlə qeyd etmişdir ki, uzaqların anaları ilə görüşməsində, ünsiyyət qurmalarında onun tərəfindən heç bir problem yoxdur və y aradılmamışdır. İddiaçı arvadı Cavabdeh və uşaqları ilə birlikdə 2017-ci ildə öz iş yerindən məzuniyyət götürməklə cavabdehin valideynlərinin yanına cavabdehin xəstəliyini müayinə etmək üçün getmişdir. Cavabdehin valideynləri Rusiyada bir otaqlı şəraitsiz mənzildə yaşadıqları məlum olmuşdur. Cavabdeh Rusiyada müayinə olduqdan sonra, onun müalicəsinə başlanıldıqdan sonra İddiaçı uşaqları götürüb Azərbaycana qayıtmışdır. Həmin dövrdə cavabdeh əməliyyat olunmuş 7-8 ay Rusiyada qaldıqdan sonra 3 ay müddətinə Azərbaycana gəlmiş, daha sonra yenə uzun müddətli Rusiyaya qayıtmış, sonuncu dəfə isə 4 ilə yaxın müddətdə Azərbaycana uşaqlarının yanına gəlməmişdir. Məhkəmə isə yazır ki, covid viruslu səbəbli sərhəddi keçə bilməmişdir. Bu doğru deyil, məhkəmənin belə bir nəticəyə gəlmək, üçün heç bir əs ası və sübutu yoxdur, Bunun əksi olaraq' bildiririk ki, cavabdeh Rusiya vətəndaşı olsa da Azərbaycanda yaxın qohumu (rəsmi nikahlı əri və doğma uşaqları) olduğunu əsas göstərərək sərhəddi keçmək imkanına malik olmuşdur və onu da qeyd etmək istəyirəm ki, cavabdeh son bir neçə ildə Azrbaycana və uşaqlarının yanma gəlmədiyi halda iddiaçının başqa bir qadınla ailə həyatı qurduğunu və məhkəməyə nikahın pozulması ilə əlaqədar müraciət etdiyini eşidən kimi dərhal Azərbaycana gəlmişdir. Məhkəmənin bü fikrinə qarşı bildirmək istəyirik ki, uşaqlara iddiaçının valideynlərinin qullıfq göstərməsinin, qayğısına qalmasının təsdiq olunubolunmaması hazırki iş üzrə mübahisə mövzusu deyildir, buna qiymət verməyə ehtiyac yoxdur. Qaldı ki, məhkəmənin uşaqlara hansı valideynin keyfiyyətcə aşağı və yaxud da yuxa rı qulluq və qayğının həyata keçirilməsinin müəyyən etməsi üçün eksperiment keçirməlidir, müşahidə olunmalıdır. Məhkəmə hesab etmişdir ki, uşaqlara uşaqların atası İddiaçı göstərəcəyi qulluq və qayğı, uşaqların anası olan, Rusiya vətəndaşı, Azərbaycan Respublikasında daimi yaşayış ünvanı və evi, işi və əmək haqqı, qazancı olmayan, səhhəti ilə əlaqədar ağır xəstəliyə düçar olmuş və nəticədə uşaqları məhkəmə yolu ilə ölkədən çıxardaraq Rusiyaya apararaq Rusiya vətəndaşı etmək istəyən Cavabdeh göstərəcəyi qulluq və qayğıdan keyfiyyətcə aşağıdır. Bu tamamilə absurtdur. Heç bir sübut ilə təsdiq olunmur. Məhkəmənin mülahizələridir. Məhkəmənin yazdığı bu fikirdən görünür ki, məhkəmə uşaqların atası olan İddiaçı valideyn hesab etmir, sanki məhkəmə uşaqların yaşadığı həyat və şəraiti müşahidə etmiş və buna görə də valideyn hfmayəsindən məhrum olunduqları nəticəsinə gəlmişdir. Lakin məhkəmə yuxarıda, qətnamənin bir neçə abzasında qeyd etmişdir ki, 10 yaşı tamam olmamış Məhəmmədin atasının yanında qalmaq istəməsinə dair fikri nəzərə alma bilməz. Lakin başqa yerdə yazmışdır ki, uşaqlar valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması hərtərəfli inkişafı ləyaqətlərinə hörmət olunması hüququna malik olmalıdırlar. Məhkəmə burada bir birinə zidd fikirlər söyləyir, bir tərəfdən deyir ki, uşaqın fikri nəzərə alınmalı, digər tərəfdən deyir, uşağın atasının yanında qalmasına dair fikri nəzərə alına bilməz. Lakin məhkəmə bu fikirlərini heç bir sübutla əsaslandıra bilmir.

18. Şəki Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(107)-486/2022 nömrəli qərardadı ilə mə hkəmə-psixoloji ekspertizası təyin edilmiş və həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli 11/211 saylı rəyində göstərilmişdir ki, Cavabdeh və İddiaçı hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində və tərbiyə üslubunda azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək əlamətlər müəyyən olunmur. Valideynləri və digər yaxın qohumları arasındakı münasibətlərdə mövcud olan gərginlik, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 emosional-iradi sferalarına sirayət etməklə, hal-hazırda onların psixoloji vəziyyəti qənaətbəxş deyildir. xx.xx.2015-ci il təvəllüdlü X8 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədə maraqlarına toxunan mə sələlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik deyildir. xx.xx.2012-ci il təvəllüdlü X2 halhazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. xx.xx.2015-ci il təvəllüdlü X5 hal-hazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması, o cümlədən ayrı yaşayan valideyn ilə görüş qaydasın ın müəyyən olunması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir.

19. Şəki Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(107)-486/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Ə.Məcidov (sədrlik edən və məruzəçi), V.Məlikov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyindən də göründüyü kimi, xx.xx.2015- ci il təvəllüdlü X5 hal-hazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Bu hal onun anasının yanında qalmalı olmasını, eyni zamanda, xx.xx.2015-ci il təvəllüdlü X5 xx.xx.2012-ci il təvəllüdlü qardaşı X1 ayrı yaşamamasını zəruri edir. İş üzrə iddiaçı və cavabdehin Zaqatala rayon Yuxarı Tala kəndində qonşuluqda yaşamaları uşaqların bir-birindən ayrı yaşayan hər iki valideynlə müntəzəm ünsiyyətdə olmalarına zəmin və şərait yaradır. Birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiklərinin əksinə olaraq hazırki iş üzrə qeyd olunanaları əsas götürərək qəbul etdiyi qətnamə ilə düzgün nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ, 34-cü maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2, 19.1, 21.1, 22.2.1, 49.3, 52, 58.1, 58.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 117.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə uşaqlardan xx.xx.2012-ci ildə dogulmuş Məhəmmədin atasının yanında yaşamasını, onun atası ilə yaşamaq istəməsini, məhkə mədə ifadə verərkən hər iki uşagın analarına doğru getməmələri, qəyyumluq və himayə orqanının rəyində yazılanları, ekspert rəyinin əsaslandırıcı hissəsində yazdıqlarını ümumiyyətlə nəzərə almadan uşaqların iradəsinin zidd olan qətnamə qəbul edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qeyd olunmuş sübutlara ayrı ayrılıqda və bir-birinə əlaqəli şəkildə qiymət verməməsi işin ədalətsiz həllinə səbəb olmuşdur. Ekspert rəyində uşağın anasına baglı olması barədə fikir söylənilmədiyi halda, işə baxan məhkəmə ekspert rəyinə düzəlişlər edərək ekspert vəzifəsini yerinə yetirmiş və balaca uşağın anasına bağlı olması barədə qərara gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir

25. Həmçinin, kassator bildirmişdir ki, apell yasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Azərbaycan vətəndaşıdır, Azərbaycanda daimi yaşadığı ünvanı vardır, əmək qabiliyyətli olmaqla faydalı əməklə məşğuldur, qazancı vardır, uşaqlarını öz himayəsində tərbiyə edir, uşaqların təhsili ilə məşğul olur, uşaqlar Azərbaycan Respublikasında, ana dilində oxuyur və təhsil alır, uşaqların atası sağlam həyat sürür.Lakin uşaqların anaları isə Rusiya vətəndaşı olaraq Azərbaycanda müvəqqəti yaşayır və onun daimi yaşamaq üçün mənzili, evi, qazancı yoxdur. Uşağın özünün fikri onun maraq və mənafeyinə necə zidd ola bilər. Məhkəmənin bu qətnaməsi uşaqların hüquqlarını kobud şəkildə pozur və uşaqlar üzərində gələcəkdə zor göstərilərək zorla istəmədiyi valideynə verilməsinə, uşaqların psixologiyasının, mənəviyyatının pozulmasına xidmət göst ərir. Hazırki halda uşaqların atalarının yanında qalmalarını istisna edən heç bir hal yoxdur. Belə ki, uşaqlar uzun müddətdir ki, atalarının himayəsində yaşayırlar və uzun müddətdir ki, həmin mühitə alışıblar. Uşaqların bu mühitdən ayrılaraq analarına istəmədikləri halda himayəsinə verilməsi onlar üçün müəyyən məhrumiyyətlərə səbəb ola bilər və uşaqların psixoloji durumları da bu qənaətə gəlməyə əsas verir.

26. Kassator şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49, 58, 60,73cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə və Ali Məhkəmənin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan R espublikası Konstitusiyasının 28. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 29. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 30. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 31. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 32. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqları haqqında BMT-nin bəyannaməsinin 33. 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başadüşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Azərbaycan R espublikası Ailə Məcəlləsinin 34. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 35. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəz ərə ala bilər. 36. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 37. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 38. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 39. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 40. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol v erilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 41. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 42. 61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mü bahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 43. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 44. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağla m və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 45. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlardan valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 46. 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikr i; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 47. 7.7-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideynd ən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 50. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müə yyən edilir. 51. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

55. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında mövcud olan 14 iyul 2022-ci il tarixli 11/211 nömrəli “Məhkəmə -psixoloji ekspertizasının rəyi”nə əsasən müəyyən etmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X5 hal-hazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Bununla da kassasiya şikayətinin ekspert rəyində uşağın anasına baglı olması barədə fikir söylənilmədiyi halda, işə baxan məhkəmə ekspert rəyinə düzəlişlər edərək ekspert vəzifəsini yerinə yetirmiş və balaca uşağın anasına bağlı olması barədə qərara gəldiyi barədə dəlilinin əsassız olduğu müəyyən olunur.

58. Kollegiya onu da qeyd edir ki, birinci və apelyasiya instansiyası məhkəmələrində işə baxılaraq müvafiq qətnamələr qəbul edilərkən uşaqların, o cümlədən xx.xx.2012-ci il təvəllüdlü X2 10 yaşı tamam olmamışdı.Ona görə də onun fikrinin nəzərə alınmamasında da hər hansı hüquq pozuntusu yoxdur.

59. İş üzrə İddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının onun himayəsinə verilməsinin zəruriliyini sübut edə bilməmiş, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə düzgün nəticəyə gəlmişdir.

60. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, məhkəmə psixoloji ekspertizas ı təyin etmiş, cavabdehin apelyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

61. Kassasiya şikayətində göstərilən digər hallar da apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli olaraq araşdırılaraq qiymətləndirildiyi üçün məhkəmə kollegiyası bu qərarın 20-22-ci bəndlərində göstərilən əsaslandırma ilə razılaşır.Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

62. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

63. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(107)-486/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar